Sual 1: Allahın Elçisi `i həyatında,müsəlman olaraq görüb və müsəlman olaraq vəfat
edən insanlara nə ad verilir?
Cavab: Səhabə.
Sual 2: Tabiin kimə deyilir?
Cavab: Səhabələri görənlərə tabiin deyilir.
Sual 3: Təbəut Tabiin kimlərə deyilir?
Cavab: Tabiini görənlərə.
Sual 4: Allahın Elçisi `in zamanında yaşadığı halda Onu `mi görmə
şərəfinə nail olmayan insanlara nə ad verilir? (Veysəl Qarani və Həbəş kralı Nəcaşi kimi)
Cavab: Muxadram.
Sual 5: Xuləfəi Raşidin kimlərə deyilir sırayla say?
Cavab: Allahın Elçisindən sonra Xəlifəlik etmiş dörd xəlifəyə deyilir.
1-Əbu Bəkr 2-Ömər 3-Osman 4-Əli
Sual 6: Aşara əl-Mubəşşirin nə deməkdir və kimlərə deyilir?
Cvab: Həyatda ikən Cənnətlə müjdələnən 10 səhabəyə deyilir.
1-Əbu Bəkr 2-Ömər 3-Osman 4-Əli 5-Sad ibn Əbu Vaqqas 6-Zeyd ibn Sabit
7-Talha ibn Ubeydullah 8-Zubeyr ibn Avvam 9-Əbu Ubeydə ibn Cərrah
10-Abdurrahman ibn Auf. (r.ənhum.)
Sual 7: Dinlərini Qorumaq üçün Məkkədən Mədinəyə köç edən Məkkəli müsəlmanlara nə deyilir?
Cavab: Mühacir.
Sual 8: Məkkədən köç edən müsəlmanlara kömək edən,əllərindəki mallarının yarısını onlara verən
Allah Rəsulu `mi bağrına basan Mədinəli müsəlmanlara nə deyilir?
Cavab: Ənsar.
Sual 9: Səhabələrdən Mədinəyə ilk hicrət edən səhabə kimdir?
Cavab: Əbu Sələmə.
Sual 10: İslamın ilk şəhid kişi və qadını ər və arvaddır.Kimdir islamın ilk kişi və qadın şəhidləri?
Cavab: Yasir və arvadı Sumeyyə (r.ənhə.)
Sual 11: Əli (r.ə.) ilə Fatimə (r.ənhə) nin kiçik oğlu,islamda kərbəla şəhidi kimi tanınan,
Allah Rəsulu `in nəvəsi kimdir?
Cavab: Hüseyin
Sual 12: Ən çox hədis rəvayət edən səhabədir.Pişikləri çox sevdiyi üçün Allah
Rəsulu `in pişiklərin atası dediyi və 5374 hədis rəvayət edən səhabə kimdir?
Cavab: Əbu Hureyrə
Sual 13: Allah Rəsulu `in dəvətini qəbul edib ilk dəfə açıq aşkardan
müşrüklərə,onlardan heç qorxub çəkinmədən Kəbənin yanında Qur`ani kərimin ər-Rəhman
surəsini qışqıraraq oxuyan və Bədr savaşında əbu Cəhli öldürən səhabə kimdir?
Cavab: Abdullah ibn Məsud.
Sua l4: İslamı ilk qəbul edənlərdən olub,özünə Merac hadisəsini Rəsulallah `in bir
gecədə Qüdsə oradan da göylərə gedib gəldiyini söylədikləri zaman,sən buna nə deyirsən deyə soruşulduqda o cavabında “O demişsə doğrudur” deyərək imanını ortaya qoyduğunda “Siddiq” ləqəbi verilən və İslamın ilk Xəlifəsi, Rəsulallah `in sadiq dostu və “Qəbirə əməlsiz gedən,dənizə qayıqsız girən kimidir” deyən səhabə kimdir?
Cavab: Əbu Bəkr
Sual 15: Uhud savaşında digər şəhidlərdən fəqlənən,evləndiyi gecə cihada qatılıb cünub halda şəhid
olan,Allah Rəsulu `in ifadəsi ilə desək “Ğəsilul Mələikəh” Mələklərin qüsl verdiyi şəhid deyə tanınan bu səhabə kimdir?
Cavab: Hanzala
Sual 16: Mədinəli ənsarın ən böyüklərindən olub,hicrət etdiyi zaman Allah Rəsulu `in
dəvəsinin onun evinin qarşısında çökməsi ilə onun müsafiri olan,yaşadığı müddətdə İslamın bütün savaşlarına qatılan,Muaviyə nun zamanında 93 yaşında bizans imperiyasının üzərinə gedən qoşuna qatılan və bu səfərindədə şəhid olan bu böyük səhabə kimdir?
Cavab: Əbu Eyyub əl-Ənsari
Sual 17: Müşrük ikən Uhud döyüşündə İslam ordusunun oxçular qismindəki boşluğunu görüb ondan
faydalanan, İslam ordusunu çətin vəziyyətdə buraxan,müsəlman olduqdan sonar Mutə döyüşündə qazandığı üstünlüyünə görə Allah Rəsulu `in “O Allahın qılınclarından bir qılıncdır” dediyi,həyatını döyüş meydanında keçirən Allahın Qılıncı (Seyfullah) ləqəbini daşıyan,bədənində qılınc dəyməyən yer qalmayan,lakin şəhidlik nəsib olmayan komutan səhabə kimdir?
Cavab: Xalid ibn Valid
Sual 18: İslam tarixində Ona Şəhidlərin agası deyildiyi,Əsədullah (Allahın Aslanı) ləqəbli,Allah
Rəsulu `in əmisi,Uhud döyüşündə Hindin əmri ilə Vəhşi adlı bir kölə tərəfindən nizə ilə şəhid edilən,sonar isə sinəsi yarılaraq qəlbi çıxarılan səhabə kimdir?
Cavab: Həmzə
Sual 19: Anası Fatimə (r.ənhə) Atası Əli olan Allah Rəsulu `in sevimli
nəvəsi,altı ay xəlifə olub ondan sonar xəlifəlik bitən sultanlıq dönəmi başlayan bu səhabənin adı nədir?
Cavab: Həsən
Sual 20: Allah Rəsulu `in ilk zövcəsi altı övladının anası
(Qasim,Abdullah,Zeynəb,Ruqiyyə,Ummu Gülsüm və Fatimə (r.ənhum.) İslam qadınlarının xeyirlisi olaraq bilinən ilk zövcəsinin adı nədir?
Cavab: Xədicətul Kubra (r.ənhə)
Sual 21: Müsəlmanların gizli ibadət etdikləri dönəmlərdə yoldaşları ilə birlikdə Məkkə kənarına çıxan,Müşrüklərin onların ibadətinə mane olduqları zaman bir dəvə sümüyü götürərək həmin müşrükün başını yaran və bununlada islamda ilk qan tökən səhabə,eyni zamanda düşmənə döyüş zamanı ilk ox atan və cənnətlə müjdələnən səhabə kimdir?
Cavab : Sad ibn Əbu Vaqqas
Sual 22: Qureyşin ən əsil ailəsinə mənsub,həya örnəyi bir insan,ilk müsəlmanlardan olduğu kimi,
həmçinin yaşarkən cənnətlə müjdələnmiş,Allah Rəsulu `in ayrı-ayrı zamanlarda iki qızı ilə evlənmiş olduğu üçündə “Zinnureyn” iki nurlu adını almış, Həbəşistana edilən ilk hicrətdə iştirak etmiş, İslamın üçüncü Xəlifəsi olmuş,vəhyə katiblik etmiş, Allah Rəsulundan 146 hədis rəvayət etmiş və Qur`an oxuxuduğu halda şəhid edilən, həyatda ikən Mələklərində ondan həya etdiyi səhabə kimdir?
Cavab: Osman ibn Affan
Sual 23: İslam tarixində Xəttabın oğlu kimi bilinən,Cənnətlə müjdələnənlərin ikincisi olan,Allah
Rəsulu `in ikinci Xəlifəsi olan, İslama daxil olanların 40-cısı olan,cahiliyyə dönəmində qəddar,islamda isə qarışqanı belə haqsız yerə incitməyən,Xəlifəlik zamanında dünyada bir daha bənzəri çətin ola biləcək ədaləti gerçəkləşdirən,63 yaşında məcusi bir kölə tərəfindən xəncərlənərək şəhid edilmiş,üzüyündə “Nəsihət istəyənə ölüm nəsihət olaraq yetər” yazılı olan səhabə kimdir?
Cavab: Ömər ibn Xəttab
Sual 24: İslamı qəbul edərkən: “Allah (c.c.) məni yaradanda atam əbu Talibə soruşdumu ki,mən
islamı qəbul edəndə ondan soruşum?” deyən və həmən islamı qəbul edən, Allah Rəsulu `in əmisinin oğlu olan,İslama daxil olan ilk uşaq, sağlığında Cənnətlə müjdələnən,Allah Rəsulunun dördüncü xəlifəsi olan,Fatimə (r.ənhə.) nin əri olan,
Həsənlə Hüseyinin atası olan, Allahın (c.c.) Aslanı ləqəbi ilə tanınan igid səhabə kimdir?
Cavab: Əli ibn Əbu Talib
Sual 25: Məkkədə ilk dəfə xalqın içində “Lə iləhə illallah” deyən səhabə kimdir?
Cavab: Əbu Zər əl-Ğifari
Sual 26: Səxavəti ilə tanınan,əlindəki bütün xurma baxçasını Allah (c.c.) yolunda sədəqə edən və bir
daha həyatı boyunca oraya girməyən,hətta arvadını çağırdıqda baxçanın qapısından içəri girmədən çöldən çağıran,Uhud döyüşündə Allah Rəsulu `mə tərəf atılan oxa öz qolunu sipər edib bu sahədədə səxavətini göstərib əldən şikəst qalan səhabə kimdir?
Cavab: Talha ibn Ubeydullah
Sual 27: Ərqam (r.ə.) nun evində müsəlman olan,Mədinə əhlini öyrətməsi üçün Allah Rəsulu
tərəfindən Mədinəyə müəllim olaraq göndərilən,Mədinədə müsəlmanlara ilk dəfə camaat namazını qıldıran,Uhudda İslam bayrağını daşıyıb şəhid olan,öncədən zəngin və varlı olan bu gənc, müsəlman olub ölərkən isə vücudunu dahi tam olaraq örtəcək qədər örtüsü olmayan o böyük səhabə kimdir?
Cavab: Musab ibn Umeyr
Sual 28: İslamın ilk müsəlmanları onun evində islamla tanış olur,sayları 40 xa çatmamış onun evində ibadətlərini edir,İslam onun evində öyrədilir,təbliğ edilir,İslam tarixində
“Dərul Ərqam”adıyla tanınan evin sahibi kimdir?
Cavab: Ərqam ibn Ərqam
Sual 29: İslama ilk girən səkkiz kişidən biri olub,həyatda ikən cənnətlə müjdələnən on səhabədən biri, Ömər dan sonra xəlifə seçimindəki Şura heyətindəki altı nəfərdən biri olan,Cənnətlə müjdələndiyini eşitdikdə “700” dəvədən ibarət olan ticarət kərvanını
Allah (c.c.) nun yolunda sədəqə verən səhabə kimdir?
Cavab: Abdurrahman ibn Auf
Sual 30: Allah Rəsulu Əbu Bəkr hu ilə birlikdə hicrət etmək üçün mağarada
gizləndikləri zaman onlara 3 gün boyunca yemək gətirən çoban kimdir?
Cavab: Amr ibn Fuheyra
Sual 31: Əslən iranlı olan hər növ çətinlik çəkmiş bir səhabə,məcusi bir ailənin uşağı olan,
Bu dinin yanlış olduğunu hiss etdikdə xiristiyanlığı qəbul edib bir rahibin yanında ona illərcə
xidmət edən və sonunda bu dinində yanlış olduğunu duyan,Muhəmməd `in İslamla göndərildiyini eşidəndə İslamı qəbul etmək üçün Məkkəyə getmək istərkən yol yoldaşları tərəfindən Mədinəli bir yahudiyə kölədir deyə satılan, Allah Rəsulunun Mədinəyə hicrət etdiyini duyunca həyacandan xurma ağacından yıxılan,sağaldığı an Allah Rəsulu `in yanına gedib islamı qəbul edən,Xəndək döyüşündən öncə istişarə edildikdə xəndək qazma fikrini verən və məsləhəti qəbul olunan səhabə kimdir?
Cavab: Salman əl-Farisi
Sual 32: Ənsardan olub kiçik yaşlarında Qur`anı əzbərləyən,Allah Rəsulu `mə vəhy
katibliyi edən,Onun `in əmri ilə də Suryani və İbrani dilini öyrənən,Allah Rəsulu `in məktublarını yazan və ona tərcüməçilik edən, Əbu Bəkr nun xəlifəlik zamanında Qur`ani Kərimi “Mushaf” şəkilində toplamaq üçün təyin olunan dəstəyə başçılıq edən bu səhabə kimdir?
Cavab: Zeyd ibn Sabit
Sual 33: İslam tarixində oxçuların əmiri kimi tanınan səhabə kimdir?
Cavab: Abdullah ibn Cubeyr
Sual 34: Yaşı hələ iyirmini keçməmiş,içərilərində böyük səhabələrin olmağına baxmayaraq Allah
Rəsulu `in Bizanaslılara qarşı yürüdəcəyi qoşuna başçı kimi təyin etdiyi komutan səhabə kimdir?
Cavab: Usamə ibn Zeyd
Sual 35: Uhud döyüşündə öz bədəni qanlar içində olduğu halda,Allahın Elçisi `i
qorumaq üçün çarpışan qadın səhabə kimdir?
Cavab: Nəsibə, Ummu Umeyrə (r.ənhə.)
Sual 36: Döyüşə qatılmadıqları üçün haqlarında ayət enən üç səhabə vardır ki, onlarla nə Allah Rəsulu nə də səhabələr altımış gün ərzində nə danışmış,nə salam vermiş nədə salamlarını ailmışdır. Allaha (c.c.) sadiq qəlbdən tövbə edib peşmanlıqlarını bildirdiklərində Allah (c.c.) onları bağışlamış və tövbələrinin qəbul olunması haqda ayətlər endirmişdir.O üç səhabə kimdir?
Cavab: Kab ibn Malik, Murarə ibn Nebi, Xəlil ibn Umeyyə (r.ənhum.)
Sual 37: Bilal Həbəşi nu dinindən döndərmək üçün qızğın çöllərdə isti qumların üzərinə uzadıb üstünə daşlar qoyaraq əziyyət edən və bədr döyüşündə səhabələr tərəfindən öldürülən o zalım müşrük kimdir?
Cavab: Umeyyə ibn Xələf.
Sual 38: Anası Allahın Elçisi `mi qorumaq üçün silaha qurşanan,atası aqabə beyətində iştirak edən yetmiş nəfərdən biri olan,Nəciddə peyğəmbərlik iddia edən Museyləmətul Kəzzəbə (yalançi museyləmə) Allah Rəsulu `in məktubunu götürərək orada vücudu o kafirlər tərəfindən Parça-parça doğranaraq şəhid edilən səhabə kimdir?
Cavab: Həbib ibn Zeyd
Sual 39: Allah Rəsulu `in sirr olaraq münafiqlərin adını dediyi və Allaah Rəsulu `ın sir sahibi kimi tanınan səhabə kimdir?
Cavab: Huzeyfə
Sual 40: Mədinədə münafiqlərin başçısı olaraq tanınan şəxs kimdir?
Cavab: Abdullah ibn Ubey ibn Səlul.
Sual 41: Allah Rəsulu camaat olaraq iki səhabənin arxasında namaz qılmışdır bu səhabələr kimlərdir?
Cavab: Əbu Bəkr və Abdurrahman ibn Auf (r.ənhumə.)
Sual 42: Allah Rəsulu `ın bibisi,Allahın Aslanı Həmzə `nun bacısı,Allah Rəsulu `in köməkçisi Zubeyr ibn Avvamın anası olan,Uhud döyüşündə müsəlmanlara su daşıyan,Allah Rəsulu `ın döyüş meydanında tək qaldığını gördüyü zaman ona kömək etmək üçün yardımına qaçan,Qardaşı Həmzənin parçalanmış cəsədini gördüyü zaman “Vallahi səbr edəcəm bunlar Allah (c.c.) yolunda oldu” deyən xanım səhabə kimdir?
Cavab: Safiyyə binti Abdulmuttalib (r.ənhə)
Sual 43: Səhabələrin (r.ənhum.) içərisində ən gözəl simalılardan biri olan,bəzəndə Cəbrail (ə.s) ın Allah Elçisinin yanına gələrkən onun simasında gəldiyi səhabə kimdir?
Cvab: Dihyətul Kəlbi (Dihyə ibn Xəlifə).
Sual 44: Ömər nun Sad ibn əbu Vaqqasın əmirliyi altında 8 000-lik müsəlman bir qoşunla 60 000-lik kafir bir qoşunun üzərinə göndərdiyi və İran ordusunun başında isə Calinus və Rustumun olduğu sonunda da onları öldürərək qazanılan döyüşün adı nədir?
Cavab: Qadisiyyə savaşı.
Sual 45: Bizans ordusunun başçısı olaraq Xalid ibn Valid nun əmri altında olan İslam ordusuna qarşı vuruşmaq üçün gələn,Xalid ibn Valid hu ilə söhbət etdikdən sonra isə islamı qəbul edərək sıra dəyişdirən,həmin gün başçılıq etdiyi orduya qarşı savaşan,sadəcə bir saatlıq müsəlman olduğu müddətdə:Qüsl alıb,şəhadət gətirib,iki rükət namaz qılıb,və cihadı yerinə yetirən,adını belə dəyişdirməyə imkan tapmadan döyüş meydanında şəhid olan insan kimdir?
Cavab: Cerce (Corci)
Sual 46: Osman nun Xəlifə seçilməsində iştirak edən şura əhli kimlərdir?
Cavab: 1-Abdurrahman ibn Auf, 2-Zubeyr ibn Avvam, 3-Əli, 4-Osman, 5-Talha ibn Ubeydullah,
6-Sad ibn əbu Vaqqas, 7-İxtilaf olduğu anda isə Abdullah ibn Ömər (r.ənhum.)
Sual 47: Xədicə (r.ənhə.) nin qardaşı oğlu olan,İslamı yalnız Məkkənin fəthindən sonra qəbul
edən,İslama gec gəldiyi üçün çox peşmançılıq çəkən ona görədə üzun müddət daim ağlayan, Dərun Nədva adı ilə tanınan evini satraq keçmişin son çirkabından qurtarmaq istəyən,bütün varlığıyla İslama yönələn,bütün malını Allah (c.c.) yolunda xərcləyən bu səhabə kimdir?
Cavab: Həkim ibn Həzam
Sual 48: Əli nun oğlu Həsən ya üzərində mühafizəkar olması lazım olan səkkiz nəsihət etmişdir.Onlar hansılardır?
Cavab: 1-Zənginliklərin ən böyüyü ağıldır, 2-Kasıbların ən böyüyü axmaqlıqdır, 3-Vəhşiliyin ən böyüyü təkəbbürlükdür, 4-Məziyyətlərin ən böyüyü əxlaqdır, 5-Axmaqlarla yoldaşlıq etmə 6-Yalançılarla dost olma, 7-Xəsislərlə əlaqə qurma, 8-Dinə laqeyid olanlarl dost olma.
Sual 49: Bilal nu köləlikdən kim azad etdi?
Cavab: Əbu Bəkr
Sual 50: Müşrüklərin Səhabələrə (r.ənhum.) əziyyət etdikləri üçün hicrət etdikləri yerləri say?
Cavab: Həbəşistan, Mədinə.
Sual 51: Mədinəyə ilk hicrət edən səhabə kimdir?
Cavab: Əbu Sələmə ibn Əbdul Əsəd
Sual 52: Allah Rəsulu )`mi vəfatından sonra hansı səhabə yudu?
Cavab: Əli
Sual 53: Həbəşistana ilk hicrət edənlərin sayı neçədir?
Cavab: Həbəşistana ilk hicrət edənlərin sayı 16-dır.
Sual 54: Allahın Elçisi `ə peyğəmbərlik verilməmişdən öncə Əbu Bəkr hu ilə Ukaz bazarına getdikdə orada:Yaxın bir zamanda bir peğəmbərin gələcəyini deyən şəxs kimdir?
Cavab: Kus ibn Saidə.
Sual 55: Müsəlmanların İslamın beşinci Xəlifəsi dedikləri əməvi Xəlifə kimdir?
Cavab: Ömər ibn Abduləziz
Sual 56: Əbu Bəkr hu neçə il Xəlifəlik etdi?
Cavab: İki il, üç ay, səkkiz gün.
Sual 57: Məkkə fəth edildiyində Allahın Elçisi Kəbənin açarını kimə vermişdir?
Cavab: Osman ibn Talha
Sual 58: Bədr savaşında oğlu Abdurahmanı müşrüklərin içində gördükdə onunla döyüşmək istəyən,lakin Allah Rəsulu `in izin vermədiyi səhabə kimdir?
Cavab: Əbu Bəkr
Sual 59: Mədinədə müsəlmanlara ilk camaat namazını kim qıldırıb?
Cavab: Musab ibn Umeyr
Sual 60: Qüds hansı Xəlifə zamanında fəth edildi?
Cavab: Ömər ibn Xəttab
Sual 61: Uhud döyüşündə Allah Rəsulu `in zirehinin halqaları üzünə batdığında onu dişləriylə çıxartdığı zaman iki dişi sınan səhabə kimdir?
Cavab: Əbu Ubeydə ibn Cərrah
Sual 62: Allah Rəsulu in əmisi oğlu,hicrətdən üç il öncə Məkkədə anadan olan,Allah
Rəsulunun tərbiyəsində yetişən və duasını alan,Hicrətin 27-ci ilində Afrika fəthinə, 48-ci ilindədə Əbu Eyyub əl-Ənsari ilə İstanbulun üzərinə gedən qoşuna qatılan, Əli nun xilafəti zamanı Bəsrəyə vali kimi təyin edilən səhabə kimdir?
Cavab: Abdullah ibn Abbas (r.ənhumə.)
Sual 63: Allah Rəsulu `in Məkkədən Mədinəyə hicrətini müsəlmanların tarixi kimi qeyd edilməsini deyən səhabə kimdir?
Cavab: Ömər ibn Xəttab
Sual 64: Allah Rəsulu `dən “Genişliyi göylər və yerlər qədər olan Cənnət”sözünü duyunca bir anda ruhunda fırtınalar qopan, “Göylər və yerlər “deyərək onu xəyal etmək istəyən və həmin zamanda Uhud döyüşü onun gözündə səhralıqda bir toz dənəciyi kimi balacalaşan,Madam ki bu müjdəni Allah Rəsulu verdi o zaman ona tələsmək lazımdır deyən, Əlində bir neçə xurma olduğu halda ondan birini yedi və çox qəribə bir şey hiss etdi, yediyi xurmalar ona ləzzətsiz gəldi xurmaları yeməkdən dayandı əlindəki xurmalara baxaraq bunları yeməyə vaxtın varmı?deyə özündən soruşdu və bu ləzzətsiz xurmaları əlindən ataraq əbədi ləzzətlər diyarı və məkanını qazanmaq üçün döyüş meydanına atılan və döyüşürkən bunları:”Allaha təqva və saleh əməllə getmək,hər azğın tükənməyə məhkum,yaxşılıq və təqvadır yalnız həqiqət” söyləyərək vuruşan.Kimdir o əsl ləzzəti qazanmaq üçün fani ləzzəti anında tərk edərək vuruşan? Əyər bir gün yolunuz düşərsə Uhud şəhidlərinin yanından soruşun kimdir o xurmaları atan?
Cavab: Umeyr ibn əl-Humman
Sual 65: Allah Rəsulu haqqa dəvət üçün getdiyi Taifdən kədərli halda Məkkəyə gəldiyi zaman onu himayəsinə alan kimdir?
Cavab: Mutim ibn Adiy.
Sual 66: Hələ müsəlman olmamış Əbu Talhanın,evlənmək təklifi edərək almaq istədiyi və cavabında “Mənimlə evlənmək istəyirsə qoy mehrimi İslam etsin başqa bir şey istəmərəm “deyərək müsəlmanlığı ona təklif edən xanım səhabə kimdir?
Cavab: Rumeysa (r.ənhə.)
Sual 67: Məkkə müşrükləri tərəfindən əsir alınaraq vücudu doğranılan və bədənindən hər parçanı kəsərkən “Muhamməd`in sənin yerində olmasınını istərmiydin? deyə soruşulduqda o hər dəfə bu cavabı verirdi: “Vallahi Muhamməd `ə bir tikan batması müqabilində,ailəm və uşaqlarımla olmaq belə istəmərəm”deyən bu qorxmaz səhabə kimdir?
Cavab: Xubeyb ibn Adiyy
Sual 68: Müsəlman olanların 14-cüsü,öncə Həbəşistana sonrada Mədinəyə hicrət edən,Bədr savaşında iştirak edən,hicrətin ikinci ilində vəfat etdiyində Allah Rəsulu `ağlayaraq onu öpüb: “Ey Osman xoş sənin halına!İndi dövlət səadət sənin üçündür.Nə dünya sənə paltar geyindirdi nədə sən dünyaya qiymət verdin”dediyi və öldüyündə köhnəlmiş ehramında kəfənlənərək bastırılan səhabə kimdir?
Cavab: Osman ibn Maz`un
Sual 69: Bir gün bir topluluqda Allah Rəsulu `“Bu gün sizlərdən kim oruc olaraq sabahlayıb? Sizdən kim bir xəstəni ziyarət edib? Kim bir cənazənin ardınca gedib? Sizdən kim bu gün bir yoxsulu yedizdirib? Deyə soruşduqda səhabələrdən sadəcə bir nəfər “Mən ey Allahın Elçisi” deyə cavab verdi.Bu səhabə kimdir?
Cavab: Əbu Bəkr
Sual 70: Xədicə anamızdan sonra İslamı qəbul edən qadın kimdir?
Cavab: Abbas nun arvadı Ummu Fadl (r.ənhə.)
Sual 71: Tariq ibn Ziyad deyildikdə müsəlmanların ağlına ilk gələn nədir?
Cavab: Endolosun fəthi.(indiki İspanya)
Sual 72: Allah Rəsulu `in səni sevirəm dediyi səhabə kimdir?
Cavab: Muaz ibn Cəbəl
Sual 73: İslamın əleyhinə şer yazaraq fitnə törədən və səhabələr tərəfindən öldürülən şəxs kimdir?
Cavab: Kab ibn Əşrəf.
Sual 74: Xəndək savaşı günü Allah Rəsulu `in düşməni izləmək üçün onların içinə göndərdiyi səhabənin adı nədir?
Cavab: Hüzeyfə
Sual 75: “Səf etdiyim zaman mənə nəsihət etməsəniz sizdə bir xeyir yoxdur,məndə, mənə edilən nəsihəti gözəl qarşılamasam məndə xeyir yoxdur.Deyən səhabə kimdir?
Cavab: Ömər ibn Xəttab
Sual 76: “Ömrüm boyunca oruc tutsam,heç yatmadan gecələri ibadətdə keçirsəm,malımı parça-parça Allah (c.c.) yolunda sədəqə versəm və bu hal üzərində ölsəm,fəqət qəlbimdə Allaha itaət edənlərə qarşı bir sevgi,üsyan edənlərə qarşıda bir nifrət olmayınca bütün bu etdiklərimin faydası olmaz” deyən səhabə kimdir?
Cavab: Abdullah ibn Ömər (r.ənhumə.)
Sual 77: Osman nu Xəlifə elan edən səhabə kimdir?
Cavab: Abdurrahman ibn Auf
Sual 78: Qadisiyyə döyüşündə Fars imperiyasının döyüş başçısı olan Rustumun yanına gəlib ona: “Biz müsəlman ümməti olaraq istəyənləri qulluqdan qurtarıb yalnız Allaha (c.c.) qul etməyə,batil əqidələrdən və onların zülmündən qurtarıb,İslamın ədalətınə yönəltmək üçün göndərildik” deyən elçinin adı nədir?
Cavab: Rib`iy ibn Əmr
Sual 79: 8-10 yaşlarında əsir edilərək qul bzarında satılan,ilk səhabələrdən olanların yanında yer alan,uşaq yaşlarında atası,anası və qohumları ilə birlikdə evlərinə gedib yada Allah Rəsulu ilə qalma arasında seçim etmə halında olan və Allah Rəsulu `ilə qalmanı seçən,Allah Rəsulu Taifdə müşrüklər tərəfindən daşlandığı zaman,öz bədənini o daşlara sipər edərək öz təqva başçısını qorumağa çalışan,Qur`ani Kərimdə adı keçən yeğanə səhabə olan,”Allah Rəsulu `in sevimlisi”kimi tanınan,Bədr savaşından Mutə savaşına qədər bütün döyüşlərə qatılan və Mutə savaşında şəhid olan,səhabə kimdir?
Cavab: Zeyd ibn Haris
Sual 80: İslamı qəbul edən ilk müsəlmanlardandır.Əli nun qardaşı,həbəşistana hicrət edən səhabələrlə hicrət edən və orada Həbəş Kralı Nəcaşiyə müsəlmanların sözlərini çatdıran,məşhur olduğu adı öldürüldüyü şəkilə görə alan və Mutə savaşında iki əlləri kəsilərək şəhid edilən qorxmaz və igid səhabə kimdir?
Cavab: Cəfər Təyyar
Sual 81: Şərəfli İslam tariximiz neçə-neçə qəhramanlıqlara səhnə olub.İslamın ilk yayıldığı
zamanlarda səhabələr neçə-neçə bəlalar çəkdi,neçə-neçə haqsız əzablara məruz qaldı.
Budur o haqsız yerə işgəncələrə məruz qalanlardan biri,dinindən dönsün deyə onu döydülər,söydülər,istidə qızdırılmış dəmirlərə uzatdılar,amma onu bir göz qırpımı olsun belə dinindən döndərə bilmədilər. Cənnəti qazanmağın əsla asan olmadığını ümmətin sonunda gələn rahatlığı sevən o müsəlmanlar görsünlər deyə Onun beli üstə uzadıldığı o yanar odları Allah (c.c.) güllərə çevirmədi.O,səhabənin belinin sümükləri görünənə qədər odlarda yandırdılar.Yanıb sümükləri görünən belini Ömər ya göstərərək: ”Ey Ömər!nəydi İslamın ilk günlərində çəkdiyimiz əzablar” deyən səhabə kimdir?
Cavab: Habbab ibn Ərat
Sual 82: Xilafətin hakimlər tərəfindən təsbit edilməsinə qərar verilən Siffin hadisəsindən sonra “Hökm yalnız Allahındır “ayəsini dəlil göstərərək hakim tutma hadisəsini küfr sayanlara nə deyilir?
Cavab: Xarici. (Xavaric)
Allah bütün səhabələrdən razı olsun!
Allahın səlatı və salamı özündən sonra peyğəmbər olmayan Abdullah oğlu Muhammədə ailəsinə və səhabələrinə olsun...!
Dostları ilə paylaş: |