Allahverdiyev Aqil



Yüklə 22,63 Kb.
tarix17.02.2022
ölçüsü22,63 Kb.
#114500

Allahverdiyev Aqil

Maliyyə

Qrup 678

Azərbaycan IX – XIV əsrlərdə

Ərəb xilafətinə daxil olan ölkələri bürüyən azadlıq hərəkatları, yerlərdə əyalət hakimlərinin güclənməsi IX əsdə xilafəti zəiflətdi. Onun ucqarlarında xırda feodal dövlətləri - əmirliklər yaranmağa başladı. Belə bir şəraitdə Azərbaycan torpaqların-da bir-birinin ardınca Şirvanşahlar, Sacilər, Salarilər, Şəddadilər və Rəvvadiər döv-ləti yarandı. Yeni yaranmış dövlətlərdən heç biri uzunmüddətli sabitlik yarada bil-mədiyindən IX – XI əsrlər Azərbaycan tarixində feodal dağınıqlığı və ara mühari-bələri dövrü kimi səciyyələnir.

Ərəb xilafətinin dağılması gedişində yaranan dövlətlərdən birincisi Şirvanşahlar dövləti(861-1538) idi. Şirvan Azərbaycanın şimal-şərqində bir vilayət olub, Dər-bənddən Kür çayına qədər Xəzər sahillərindəki əraziləri əhatə edirdi. Mərkəzi Şir-van şəhəri idi. Bu əraziləri ərəb mənşəli Məzyədilər sülaləsi idarə edirdi. Məzyədi-lərin nümayəndəsi Yezid ibn Məzyəd, xəlifə Harun ər-Rəşidin hakimiyyəti dövrün-də(786-809) Cənubi Qafqaz hakimi idi. Məzyədilər əvvəl Aranda paytaxtı Bərdə olan yarımmüstəqil feodal dövləti - əmirlik yaratmışdılar. 859-cu ildə Məhəmməd ibn Yezid Gəncəni bərpa etdirib, iqamətgahını buraya köçürmüşdu. IX əsrin sonla-rında Aranın çox hissəsi o cümlədən Bərdə Sacilərin əlinə keçdiyindən Məzyədilər Şirvana köçdülər. 861-ci ildə Məzyədilər sülaləsinin nümayəndəsi Heysam ibn Xalid Şirvanın müstəqilliyini elan etdi və Şirvanşah titulu daşımağa başladı. 917- ci ildə Lahicanşahlıq Şirvanşahlara birləşdirildi. 918-ci ildə Şirvanşah Əbu Tahir dövlətin paytaxtını Şirvandan Şamaxıya köçürdü. Şirvanşahlar X əsrdə Qəbələni (981-982), Bərdəni(982), Şabranı(983) və ərəb mənşəli Haşimilər tərəfindən idarə edilən “Dəmir qapı” Dərbəndi(988) ələ keçirdilər. Dərbənddən sonra Xursan və Tabasaran Şirvanşahlar dövlətinə birləşdirildi. Şəki və Sənariyyə də Şirvanşahlar-dan asılı vəziyyətə düşmüşdü. Şirvanşahlar dövlətinin yaranması Azərbaycan əra-zisində dövlətçiliyin dirçəlməsinə, şimaldan Azərbaycan torpaqlarına olan hücum-ların dəf edildəsinə şərait yaratdığına görə mütərəqqi hadisə idi.

Sacilər dövlətinin əsasını Afşin ləqəbi daşıyan, əslən Mərkəzi Asiyanın Usruşa-na vilayətinin qədim türk nəsillərindən olan Sacilər(889-942) qoymuşdur. Məşhur sərkərdə Afşin Heydər ibn Kavus bu nəsildən idi. Xilafət Bizansla sərhədləri möhkəmləndirmək üçün Mərkəzi Asiyadan Azərbaycana və Şərqi Anadoluya yeni-yeni türk tayfaları köçürürdü. Sacilər sülaləsinin banisi Əbu Sac Divdad xilafət or-dusunda xidmət edən məşhur türk sərkərdələrindən biri idi. Dövlətə xidmətlərinə görə Azərbaycanın idarəsi Sacilərə həvalə edilmişdi. Onlar xilafətin xəzinəsinə 120 min dinar xərac ödəyidilər. IX əsrin sonlarında Əbu Sac Divdadın oğlu Məhəmmə-din adından pul kəsilməsinə başlandı. Məhəmmədin qardaşı Yusif 912-ci ildən xilafətə xərac göndərməkdən tamamilə imtina etdi və Şirvanşahları özündən asılı vəziyyətə saldı. Beləliklə, Sacilər dövləti X əsrin əvvəlində cənubda Zəncandan şi-malda Dərbədə qədər, şərqdə Xəzərdən qərbdə Ani və Dəbil şəhərlərinə qədər olan əraziləri əhatə edirdi. Sacilər dövlətinin paytaxtı əvvəl Marağa, sonra Ərdəbil şəhə-ri idi. IX əsrin 80-cı illərindən X əsrin 40-cı illərinədək bütün Azərbaycan torpaq-

- 2 -

larının vahid dövlətin tərkibində olması ölkə miqyasında iqtisadi, mədəni əlaqələ-rin inkişafına və Azərbaycan türk xalqının formalaşmasına müsbət təsir göstərdi.



Deyləm(Gilan) hakimi Mərzban ibn Məhəmməd 942-ci ildə Azərbaycan feodal qrupları arasındakı çəkişmələrdən istifadə edərək sonuncu Saci hökmdarı Deysəmi taxtdan salıb, Salarilər dövlətinin(942-981) əsasını qoydu. Dövlətin paytaxtı Ərdə-bil şəhəri oldu. Salarilər Şirvanşahları özündən asılı vəziyyətə salmışdılar. Ən qüdrətli dövrlərində Salarilər dövlətinin sərhədləri şimalda Dərbənddən cənubda Dəclə və Fərat çaylarının yuxarı axarına qədər uzanırdı. Salarilər ölkənin iqtisadi və mədəni inkişafına, ticarət əlaqələrinin genişlənməsinə diqqət yetirirdilər. Mərzban ibn Məhəmmədin ölümündən sonra onun oğlanları və qardaşı Vəhsudan arasındakı çəkişmələr dövlətin süqutunu sürətləndirdi.

Təbriz, Marağa və Əhər hakimi Əbülhica 981-ci ildə sonuncu Salari hökmdarı İbrahimi taxtdan salıb, Rəvvadilər dövlətinin əsasını qoydu. Bu sülalənin banisi ər-Rəvvad xəlifə Əlinin hakimiyyəti dövründə Bəsrə və Kufədən Azərbaycana köçü-rülən Əzdilər nəslindən idi. VIII əsrin sonunda Rəvvadilər Azərbaycanın cənubun-da yarımmüstəqil əmirlik yaratmışdılar. Rəvvadilər Azərbaycanın cənub torpaqla-rını öz hakimiyyətləri altında birləşdirdilər. Sonra Muğan hakimliyini də asılı və-ziyyətə saldılar. 1028-ci ildə Sultan Mahmud Qəznəvi tərəfindən sıxışdırılan 2000 oğuz ailəsi Rəvvadi hökmdarı Vəhsudanın(1020-1059) icazəsilə Azərbaycan ərazi-sində məskən saldı. Rəvvadilər dövlətinin paytaxtı Ərdəbildən Təbrizə köçürüldü. Təbriz Şərq ölkələrini Aralıq və Qara dəniz sahilləri ilə, həmçinin Dərbənd keçidi vasitəsilə Volqaboyu və Şərqi Avropa ilə birləşdirən ticarət yollarının qovşağında yerləşirdi. Rəvvadilər dövləti 1054-cü ildə Səlquqların vassallığını qəbul etdi.

Salarlər dövlətinin zəifləməsindən istifadə edən Məhəmməd ibn Şəddad 951-ci ildə Dəbil əmirliyini yaratdı. Şəddadilər 971-ci ildə isə Gəncəni tutaraq müstəqil Şəddadilər dövlətinin əsasını qoymuşlar. Gəncə yeni dövlətin paytaxtı oldu. Fəzl ibn Məhəmmədin hakimiyyəti dövründə Şəddadilər dövlətinin qüdrəti artdı. O, 1027-ci ildə hərbi məqsədlə Araz çayı üzərində Xudafərin körpusunu saldırdı. Fəzl ibn Məhəmməd Rəvvadilərlə və Tiflis müsəlman əmiri Əbülfəzl Cəfərlə dostluq münasibətləri saxlayırdı. O, Şirvanşahlarla qohumluq əlaqələrinə malik idi. Şədda-dilər oğuzlarla birlikdə 1037-ci ildə Dəbili Bizans-erməni, 1038-ci ildə Tiflisi Bi-zans-gürcü qüvvələrinin hücumlarından qorudular. Şəddadilər dövləti Əbüləsvar Şavurun hakimiyyəti dövründə(1049-1067) daha da gücləndi. Bu zaman gürcü çarı IV Baqrat Tiflisi tutmağa çalışırdı. Bu məqsədlə o, 1062-ci ildə alanklarla ittifaq bağlayıb onları Azərbaycana hücuma təhrik etdi. Şavur müdafiə məqsədilə Gəncə-nin ətrafında hasar və xəndəklər çəkdirdi. 1063-cü ildə şəhərə qala qapıları düzəlt-dirdi. Gəncənin məşhur qala qapılarının ustası İbrahim Osmanoğlu idi. Səl-cuqların yürüşləri dövründə Şəddadilər onlardan asılı vəziyyətə düşdü.

IX əsrin sonu – X əsrin əvvəllərində şərq slavyanlarının Azərbaycana qarətçi yürüşləri başlandı. Ərəb mənbələrində slavyanlar, adətən, ruslar adlandırılırlar. 909-cu ildə slavyanlar yürüş edərək Xəzər dənizindəki Abaskun adasın tutdular. 910-cu ildə Sarı adasında talanlar törətdilər. Bu hücum Gilanşahın və Şirvanşahın qüvvələri tərəfindən dəf edildi. 914-cü ildə Slavyanların Xəzər sahillərinə daha dəhşətli yürüşü baş verdi. Onlar xəzərlərin torpağından keçdikləri üçün ələ keçirə-

- 3 -

cəkləri qənimətin yarısını xəzər xaqanına verməyi vəd etmişdilər. Slavyanlar vədlərinə əməl etdi. Lakin xaqanlığın müsəlman – türk əhalisi din qardaşlarını əsir aparan ruslarla döyüşə girib onlara divan tutdu. Bundan sonra 30 il slavyanların Xəzər sahillərinə yürüşü olmadı. 944-cü ildə Kiyev knayzı İqorun drujinaları və muzdlu dəstələri “Arranın anası” adlandırılan Bərdəni ələ keçirib, Azərbaycanda möhkəmlənmək üçün yüni yürüşə başladılar. Bu zaman Bərdə Salarilərin tərkibin-də idi. Slavyanlar şəhəri ələ keçirib onu amansız şəkildə qarət etdilər. Salari hökm-darı Mərzban ibn Məhəmməd 30 min nəfərlik qüvvə ilə Bərdəni mühasirəyə alsa da, Mosul hakiminin Xoy və Salmas şəhərlərini ələ keçirməsi xəbərini aldığında geri qayıtmağa məcbur oldu. Əhalinin mübarizə əzmini qıra bilməyən, vaxt uzan-dıqca daha çox itki verən və yoluxucu xəstəlikdən qırılmağa başlayan slavyanlar Bərdəni tərk etdilər. Bərdə şəhəri bu faciədən sonra özünə gələ bilmədi. Şəddadilə-rin Gəncəni paytaxt seçməsi Bərdənin süqutunu daha da sürətləndirdi. 1032-ci 1033-cü illərdə ruslar alanlar və sərirlərlə birlikdə Şamaxını talan etdilər. Lakin on-lar geri qayıdarkən Dərbənd hakimi Mənsur tərəfindən məğlub etdilər. Bütün ölkə ərazisini əhatə edən uzunmüddətli vahid dövlətin olmaması, feodal dağınıqlığı və siyasi hərc-mərclik, dənizdə hərbi donanma yaradılmaması slavyanların basqın-larının qarşısını almağa mane olurdu.



XI əsrin ortalarında Mırkızi Asiyadan Aralıq dənizinə, Dərbənd keçidindən İran körfəzinə qədər geniş bir ərazidə Böyük Səlcuq imperatorluğu yarandı. XI əsrdə Qəznəvilər tərəfindən sıxışdırılan səlcuqlar qərbə doğru hərəkət etməli oldular. Onları əsas hədəfi Bizans idi. Xorasanı ələ keçirən səlcuqlar 1038-ci ildə paytaxtı Nişapur olan ilk Səlcuq dövlətini yaratdılar. I Toğrul(1038-1063)sultan elan edildi. Səlcuqlar uğurlu hərbi əməliyyatlar edərək Xarəzmi, İranı, Azərbaycanı və İraqı ələ keçirərək böyük bir imperatorluq yaratdılar. 1055-ci ildə Bağdada daxil olan Toğrulu Abbasilər xəlifəsi “Şərqin və Qərbin hökmdarı” elan etdi. 1054-cü ildə Rəvvadi hökmdarı Vəhsudan Müqavimətin əbəs olduğunu görərək səlcuqlara tabe oldu. Xoy və Salmas şəhərlərində əhalinin səlcuqlara qarşı müqaviməti isə heç bir nəticə vermədi. Şəddadi hökmdarı Əbüləsvar Şavur da səlcuqlara tabe oldu. 1066-cı ildə Şirvanşahlar da tabe edildi. Bu, Azərbaycanın bütünlüklə Səlcuq dövlətinin tərkibinə qatılması demək idi.

Azərbaycan qədimdən türklərin, o cümlədən oğuzların vətəni olmuşdur. Türk tayfalarının 3-cü axını – səlcucların gəlişi ilə Azərbaycan xalqı Cənubi Qafqazda başlıca etnik və siyasi amilə çevrildi. Onların Cənubi Qafqaza axınları Bizansın bu bölgədə möhkəmlənmək cəhdlərinin qarşısını aldı.

Səlcuq sultanları tutduqları torpaqları hərbi-siyasi dayaq yaratmaq məqsədilə böyük iqtalar şəklində Səlcuq əmirləri arasında bölüşdürdülər. Səlcuqlar dövründə meydana gələn yeni torpaq mülkiyyət forması uc torpaqları idi. Uc torpaq imperi-yanın ucqarlarını – sərhədlərini qoruyan sərkərdələrə paylanmış torpaqlara deyilir-di. Əhali xərac, cizyə, üşr, zəkat, nal bahası və başqa vergilər ödəyirdi.

Səlcuq dövləti XI əsrin sonunda tənəzzülə başladı. Sonuncu Səlcuq hökmdarı Sultan Səncərin hakimiyyəti dövründə(1118-1157) imperiya faktik olaraq parça-landı. Yeni dövlətlərə Səlcuq şəhzadələrinin tərbiyəçiləri olan atabəylər başçılıq edirdi.

- 4 -

Şirvanşah I Fəriburz səlcuqlara tabe olsa da, I Məlikşahın hakimiyyətinin sonu-na yaxın Şirvanşahlar yenidən qüvvətlənməyə başladılar. Bu zaman səlcuqlara qar-şı mübarizədə gürcülər Şirvan dövləti ilə yaxınlaşmağa çalışırdılar. Gürcü çarı IV David bu məqsədlə qızı Tamarı III Məniçöhrə ərə vermişdi. Bununla gürcü çarı hən də Azərbaycanın qərb torpaqlarını ələ keçirmək istəyirdi. Şirvanşah I Afridu-nun səlcuqlar əlehinə onunla ittifaqa girməsini bəhanə edən IV David 1117 və 1120-ci illərdə Şirvana qarətçi yürüşlər etdi. 1122-ci ildə IV David Tiflis müsəl-man əmirliyini ləğv etdi. IV David 1123-1124-cü illərdəki yürüşləri zamanı Şir-vanda Gülüstan, Buğurd qalalarını və Şamaxını ələ keçirdi. 1125-ci ildə IV David-in ölümündən sonra gürcülər Şirvanı tərk etdilər.



1160-cı ildə III Mənuçöhrün ölümündən sonra Tamar Şirvanı Gürcüstana birləşdirməyə cəhd etdi. Lakin Aatabəy Şəmsəddin Eldənizin köməyi ilə I Axsitan (1160-1196) hakimiyyəti ələ keçidi və Tamar Gürcüstana qaçdı. I Axsitan Atabəy-lərlə və gürcülərlə dostluq əlaqəsi saxlayırdı. O, səlcuqlarla da dostluq münasibət-lərini bərpa etdi. I Axsitan 1173-cü ildə Gürcüstanda III Georgiyə qarşı baş vermiş qiyamı yatırmaqda ona kömək etdi. I Axsitan Dırbənd hakimliyini Şirvanşahlardan Asılı vəziyyətə saldı. 1192-ci ildə Şamaxıda zəlzələ baş verdi və dövlətin paytaxtı Bakıya köçürüldü. Axsitanın Eldənizlərlə dostluq, Gürcüstanla mehriban qonşuluq siyasəti dövlətin təhlükəsizliyini təmin etdi və ölkənin iqtisadi və mədəni inkişafına şərait yaratdı.

Böyük Səlcuq imperiyasının parçalanması dövründə İraq Səlcuq sultanlığı ya-randı. O, İraqı, İranı, Kür çayından cənubdakı Azərbaycan torpaqlarını və Cənubi Qafqazın bir hissəsini əhatə edirdi. Sultanlığın ərazisində yeni yaranan dövlətlər-dən biri də Atabəylər dövləti oldu. Şəmsəddin Eldəniz 1136-cı ildə Aran hakimi təyin edilərək Bərdəyə göndərildi. O, müstəqil Azərbaycan Atabəylər dövlətinin (1136-1225) əsasını qoydu. O, Arandan başqa, bütün Cənubi Azərbaycanı və Naxçıvanı da müstəqil idarə etmətə başladı. Dövlətin paytaxtı əvvəllər Naxçıvan oldu. Şəmsəddin 1160-cı ildə Səlcuq sarayında “Böyük Atabəy” titulu alıb oğulluğu Arslan şahın sultan elan edilməsinə nail oldu. Böyük oğlu Məhəmməd Cahan Pəhləvanı sultanın hacibi, kiçik oğlu Qızıl Arslanı isə sultan qoşunlarının ali baş komandanı təyin etdirdi. Beləliklə, İraq Səlcuq sultanlığı Eldənizlərin hakimiyyəti altına düşdü. Şirvanşahlar dövləti Atabəylər dövlətindən asılılığı qəbul etməli oldu.

Atabəylər dövlətinin yaranması Azərbaycanda sənətkarlıq, ticarət və mədəniy-yətin inkişafına səbəb oldu. Eldənizlər dövləti Məhəmməd Cahan Pəhləvanın haki-miyyəti dövründə (1175-1186) daha da qüvvətləndi ondan sonra hakimiyyətə gələn Qızıl Arslan (1186-1191) Sultan III Toğrulun Səlcuq əmirlərindən ibarət olan qüv-vələrini 1190-cı il Həmədan vuruşmasında məğlubiyyətə uğratdı. Mərkəzi haki-miyyəti qüvvətlənməsindən narazı qalan iri feodallar 1191-ci ildə sui-qəsd təşkil edib onu öldürdülər. Hakimiyyətə Əbu Bəkr (1191-1210) gəldi. Əbu Bəkrin hakimiyyəti dövründə ölkədə vəziyyət pisləşdi. Ondan sonra hakimiyyətə gələn Özbəyin dövründə (1210-1225) Atabəylər dövləti daha da zəiflədi.

IX – XII əsrlərdə Azərbaycan mədəniyyətində elm və maarif yüksək səviyyəyə


- 5 -

çatdı. XI – XII əsrlərdə ədəbiyyatda güclü oyanış baş verdi. Aşıq (ozan) sənəti geniş yayıldı. Əbül-Üla-Gəncəvi, Fələki Şirvani, Qətran Təbrizi, Məshəti Gəncəvi, Nizami Gəncəvi və başqaları bu dövrün məşhur şairləri idi. İntibah dövrünün ən mühüm nailiyyəti Azərbaycan Türk dilinin bütün ölkə ərazisində vahid ünsiyyət vasitəsinə çevrilməsi idi.Gümbəzli məscid, Əlincə qalası, Xudafərin körpüsü, Gən-cə qala qapıları IX – XI əsrin memarlıq abidələridir. Bakıdakı Qız qalası XII əsrə aid olan abidələrdəndir.

XIII əsrin əvvəllərində, Mərkəzi Asiyada Çingiz xanın başçılığı ilə Monqol dövləti yarandı. Monqol yürüşü ərəfəsində Azərbaycanda zəifləmiş Eldənizlər və Şirvanşahlar dövləti mövcud idi. Xorasan və İraqi-Əcəmi qarət edən monqol qoşu-nu Cəbə və Subutayın başçılığı ilə 1220-ci ildə Azərbaycana ilk yürüş etdi. Həmin il Zəncan, Ərdəbil və Sərabı tutan monqollar Təbrizdən xərac alıb qışlamaq üçün Muğana getdilər. Onların I yürüşü kəşfiyyat xarakteri daşısa da, Azərbaycanın icti-mai-iqtisadi, siyasi və mədəni həyatına ağır zərbə vurdu.

1225-ci ildə Xarəzmşah Cəlaləddin Azərbaycana yürüş etdi. Cəlaləddin təbrizə yürüş etdikdə Atabəy Özbək Gəncəyə, oradan da Əlincə qalasına qaçdı. Özbəyin ölümü ilə 1225-ci ildə Eldənizlər dövləti süqut etdi.

1231-ci ildə monqollar Azərbaycana II dəfə yürüş etdilər. Cəlaləddinin Azər-baycanda ağalığına son qoyuldu. 1235-ci ildə onlar Gəncəni mühasirəyə alıb qala divarlarını dağıtdılar. Şəhəri ələ keçirib əhaliyə divan tutdular. Şəmkiri, Tovuzu və Bakını tutan monqollar 1239-cu ildə Dərbəndi də ələ keçirib Azərbaycanın işğalını başa çatdırdılar. 1256-cı ildə Hülakü xanın başçılığı ilə monqolların Azərbaycana III yürüşü başlandı. 1258-ci ildə Bağdadı ələ keçirən Hülakü xan Abbasilər xilafə-tini süquta uğratdı. Yeni işğal edilmiş ərazilərdə V monqol ulusu – Hülakülər(El-xanilər) dövləti(1258-1357) yarandı. Azərbaycan yeni dövlətin mərkəzinə çevrildi. Digər monqol dövləti Qızıl Ordu Azərbaycana yürüş etməyə başladı. 1295-ci ildə Qazan xan Qarabağda padşah elan olundu. O, islam dinini qəbul etdi. Qazan xan məhkəmə,vergi, torpaq və rabitə islahatları keçirdi. Onun islahatları nə-ticəsində dövlətin tənəzzülü bir qədər ləngidi və mərkəzi hakimiyyət müvəqqəti ol-sa da qüvvətləndi. 1357-ci ildə Qızıl Orda xanı Canı bəyin yürüşü nəticəsində Hülakülər dövlətinə son qoyuldu. 1358-1359-cu illərdə Cəlari Şeyx Üveysin yürüşləri nəticə-sində Azərbaycan 1340-cı ildə yaradılmış Cəlairilər dövlətinin tərkibinə qatıldı.

1385-ci ilin sonlarında Qızıl Orda xanı Toxtamış Dərbənddən Şirvana, oradan Təbrizə gəlib çıxdı. Marağa, Mərənd və Naxçıvanı da ələ keçirərək talan etdi. 1386-cı ildə Azərbaycan Əmir Teymurun I yürüşünə məruz qaldı. Təbriz tutuldu, Əlincə qalası mühasirəyə alındı. 1387-1392-ci illərdə Azərbaycana yürüşü zamanı Təbrizi ələ keçirdi, Əlincə qalasını yenə də ala bilmədi. 1399-cu ildə Teymur Əlincə qalasını tutdu.



Şəki XIII – XIV əsrlərdə Şirvanşahların tərkibində idi. XIV əsrin 30-cu ilərində Hülaülər dövləti zəiflədikdə Şəkidə hakimiyyətə yerli Oyrat tayfası gəldi, beləliklə müstəqil Şəki hakimliyi yarandı.
Yüklə 22,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin