Alqi-satqi müqaviləSİ №20 Hazırkı Alqı-satqı müqaviləsi bundan sonra “Müqavilə



Yüklə 35,86 Kb.
səhifə1/7
tarix22.08.2023
ölçüsü35,86 Kb.
#128730
  1   2   3   4   5   6   7
OnlineSatishMuqavilesi


ALQI-SATQI MÜQAVILƏSİ № _______
_______ _________________ 20____
Hazırkı Alqı-satqı müqaviləsi (bundan sonra “Müqavilə”) aşağıdakı tərəflər arasında bağlanmışdır:
TƏRƏFLƏR
(1) SATICI:__ Veysəloğlu MMC Baş direktoru Məmmədqulu Süleymanlı Nəzmi oğlu _________

[ SATICININ ADI, İMZALAYAN ŞƏXSİN ADI,SOYAD ATA ADI VƏ SƏLAHİYYƏTİ .]


Azərbaycan Respublikasında qeydiyyata alınmışdır, dövlət qeydiyyat nömrəsi (VÖEN): 0700159551 (bundan sonra “Satıcı”) və
(2) ALICI: __________________________________________________________________________________________________________
“[Alıcın adı]”, [təşkilati-hüquqi forması] “[İMZALAYAN ŞƏXS]”, [Tərəf fiziki şəxs (fərdi sahibkar) olduqda onun soyadı, adı və ata adı qeyd edilir.]
Azərbaycan Respublikasında qeydiyyata alınmışdır, dövlət qeydiyyat nömrəsi (VÖEN): _____________________________ (bundan sonra “Alıcı”)
  1. Anlayışlar və Şərhlər


1.1 Bu Müqavilədə aşağıdakı şərhlər tətbiq olunur:

  1. Müqavilədə Alıcı və Satıcı bundan sonra birlikdə “Tərəflər”, hər biri ayrılıqda isə “Tərəf” adlandırıla bilərlər.

  2. Bu Müqavilədə hər hansı əlavələrə və ya maddələrə istinad, bu Müqavilənin əlavələrinə (olduğu halda) və maddələrinə istinaddır. Müqavilənin Əlavələri Müqavilənin ayrılmaz tərkib hissəsidirlər.

  3. Müqavilədə “üçüncü şəxs” dedikdə Müqavilənin Tərəfi olmayan hər hansı digər şəxs nəzərdə tutulur, (iv) Müqavilədə “gün” dedikdə, digər məna xüsusilə qeyd edilməmişdirsə, təqvim günü nəzərdə tutulur.

(v) Müqavilədə “Online Sifariş” dedikdə Alıcı tərəfindən ______vesas.az_______ saytı vasitəsi ilə Sifarişçinin təqdim etdiyi malların sifariş
edilməsi nəzərdə tutulur.
  1. Müqavilənin Predmeti


2.1 Bu Müqaviləni imzalamaqla Tərəflər aşağıdakılar barədə razılığa gəlirlər:

  1. Alıcı Satıcının təqdim etdiyi müxtəlif çeşiddə və adda məhsulları (bundan sonra “Mallar”) vaxtaşırı Satıcıdan sifariş edəcək,

  2. Satıcı Malları Alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə miqdarda və assortimenttə Alıcıya təhvil verəcək, və

  3. Alıcı sifarişə uyğun çatdırılmış malları təhvil alacaq və malların dəyərini Satıcıya Müqavilədə (Müqavilənin müvafiq Əlavələri də daxil olmalqa) göstərilən qaydada ödəyəcəkdir.

    1. Alıcı təsdiq edir ki, bu Müqaviləyə əsasən Malları Satıcıdan təhvil alan, o cümlədən bu hərəkətlərin yerinə yetirilməsini təsdiq edən hər hansı sənədləri tərtib edən və/və ya imzalayan, Alıcıya məxsus eynləşdirmə kodu vasitəsi ilə (bundan sonra eyniləşdirmə kodu) Online Sifariş verilməsini həyata keçirən hər hansı şəxs Alıcının nümayəndəsi və Alıcının adından çıxış etməyə səlahiyyətli şəxs hesab olunur. Satıcı bu cür şəxslərin Alıcının adından çıxış etməsinə səlahiyyətli olduğuna dair hər hansı sənəd tələb edə bilər və Alıcı bu cür sənədləri təqdim etməlidir, ancaq Satıcının bu cür sənədlər tələb etmək öhdəliyi yoxdur. Satıcı Malları və sənədləri çatdıran (müşahidə edən), təhvil verən və alan şəxsin etibarnamə üzrə buna və ilkin uçot sənədlərinə, o cümlədən qaimələrə və aktlara imza etməyə səlahiyyətli olduğuna təminat verir.

    2. Bu müqavilənin məqsədləri üçün müştəri dedikdə Alıcıya məxsus və ya digər formada Alıcının idarəçiliyində olan internet səhifəsi vasitəsi ilə (bundan sonra “Alıcının Saytı”) və ya digər pərakəndə və ya topdan satış məntəqələrində mal və xidmətlər əldə edən hər hansı şəxs deməkdir (bu ifadə Satıcının Alıcıdan bu Müqaviləyə uyğun olaraq xidmətlər əldə etməsi hallarında Satıcını ehtiva etmir).


  1. Yüklə 35,86 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin