Amerika Hüquqşünaslar Assosiasiyası Qanunun Aliliyi Təşəbbüsü



Yüklə 52,96 Kb.
tarix09.07.2018
ölçüsü52,96 Kb.
#56154

Amerika Hüquqşünaslar Assosiasiyası Qanunun Aliliyi Təşəbbüsü

Elan tarixi: Cümə günü, 14 Oktyabr 2011-ci il



Mövzu: Amerika Hüquqşünaslar Assosiasiyası Qanunun Aliliyi Təşəbbüsünün (ABA ROLİ) İnsan Alveri ilə Mübarizəyə dair Maarifləndirmə və Müdafiə Təşəbbüsünə dəstək üçün kiçik qrantlar imkanı:

Ərizələrin qəbulu üçün son tarix: cümə günü 28 Oktyabr 2011-ci il saat 17:00-dək

Hörmətli Xanımlar və Cənablar,

Amerika Hüquqşünaslar Assosiasiyası Qanunun Aliliyi Təşəbbüsü (ABA ROLİ) İnsan Alveri ilə Mübarizəyə dair Marifləndirmə və Müdafiə Təşəbbüsünü dəstəkləmək üçün subqrant müqavilələrı üçün ərizələrin qəbulunu elan edir. Azərbaycan cəmiyyətinin ən ehtiyaclı üzvlərini insan alveri ilə bağlı maarifləndirmək, insan alveri qurbanlarını birbaşa hüquqi təmsilçilik vasitəsi ilə ədalət mühakiməsinə çıxış imkanı ilə təmin etmək və insan alveri ilə bağlı işlərə daha yaxşı baxılması məqsədi ilə Azərbaycan hakimlərini, prokurorlarını və insan alveri qurbanlarının müdafiəçisi kimi xidmət göstərən vəkilləri maarifləndirmək məqsədi ilə ABA ROLİ 2010-cu ilin Oktyabr ayından etibarən Azərbaycanda İnsan Alveri ilə Mübarizəyə dair Marifləndirmə və Müdafiə Təşəbbüsünü həyata keçirir.

Bu kiçik qrantlar imkanı ilə (bax: səhifə 3), ABA ROLİ öz proqramının “İnsan alveri ilə bağlı məsələlərlə əlaqədar təhsil vasitələrinə və hüquqi xidmətlərə kənd yerlərindəki vətəndaşların çıxışını artırmaq” məqsədinin dörd (4) komponenti vasitəsi ilə 21 noyabr 2011-ci il tarixdən 31 iyul 2012-ci il tarixinə qədər proqramın təsirini yaxşılaşdırmağa kömək etmək üçün bacarıqlı QHT tərəfdaşları axtarır:



  1. 1-ci komponent: Qurbanların təxirəsalınmaz və daha uzun müddətli ehtiyaclarını qarşılayan tam xidmətlərin göstərilməsini təmin etmək üçün sığınacaqlarla, insan alveri ilə mübarizə sahəsində fəaliyyət göstərən yerli QHT-lərlə və İnsan Alverinə Qarşı Mübarizə İdarəsi ilə əlaqələndirmə səylərini gücləndirmək.

  2. 2-ci komponent: İnsan Alverinə Qarşı Mübarizə İdarəsi, insan alveri ilə mübarizə sahəsində fəaliyyət göstərən yerli QHT-lər və sığınacaqlar vasitəsi ilə mümkün olan xidmətlər barədə insan alveri qurbanlarının məlumatlığını artırmaq.

  3. 3-cü komponent: İnsan alverinin potensial və faktiki qurbanlarını və onların ailə üzvlərini insan alveri ilə bağlı məsələlər barədə hüquqi məsləhətlər və təmsilçiliklə təmin etmək.

  4. 4-cü komponent: Tədris və məlumatlandırma vasitəsi kimi istifadə etmək üçün Qurbanların hekayələri haqqında Sənədli Film hazırlamaq.

Xahiş olunur ki, ərizəçilər həmin dörd (4) komponentdən yerinə yetirmək imkanları olan sayda komponentlər üzrə müraciət etsinlər. Ərizəçilər göstərilən komponentdə (komponentlərdə) uğur qazanmaq üçün necə fəaliyyət göstərəcəklərini təsvir etməli və komponentin (komponentlərin) təsirinə nail olmaq və onu maksimum səviyyəyə çatdırmaq məqsədi güdən əlavə yaradıcı səylər təklif etməlidirlər.

Əvvələr ABA ROLİ-dən heç vaxt maliyyə vəsaiti almamış və qrant verilməsi üçün müraciəti baxılmaqda olan ərizəçilər onların maliyyə məsuliyyətini müəyyən etmək və maliyyə nəzarətlərinin uyğunluğuna əmin olmaq məqsədilə qrantın verilməsindən öncə ilkin sorğulara cavab verəcəklər.Qrantlar uğurlu namizədə (namizədlərə) təqribən doqquz (9) ay müddətində yəni 21 noyabr 2011-ci il tarixdən 31 iyul 2012-ci il tarixinə qədər veriləcək. ABA ROLİ təqdim edilmiş ərizələrdən hər hansı birini maliyyələşdirmək və ya heç birini maliyyələşdirməmək hüququnu özündə saxlayır. Qrant müqavilələri ABA ROLİ proqramına ən yaxşı qiymət təklif edən məsuliyyətli ərizəçilərə veriləcək. Bu kiçik qrantar imkanının elan olunması nə ABA ROLİ adından heç bir öhdəlik təşkil etmir, nə də ərizələrin hazırlanması və təqdim olunması ilə əlaqədar olan xərclərin ödənilməsi üçün ABA ROLİ üzərində heç bir məsuliyyət yaratmır. Ərizələr elekton formada aşağıdakı şəxslərə təqdim olunmalıdır: Robert Steere, ABA ROLİ-nin Azərbaycan üzrə Ölkə Direktoru, robert.steere@aba-az.org; Michelle Brady, michelle.brady@aba-az.org ; və Kristi Kontak, ABA ROLİ-nin Azərbaycandakı İnsan Alveri ilə Mübarizə Proqramının Meneceri, Kristi.Kontak@americanbar.org. Ərizələrin alınması iki (2) iş günü ərzində email vasitəsilə təsdiq olunacaq. Əgər siz elektron formada təqdim etdiyiniz ərizənin alınması barədə email vasitəsi ilə bildiriş almaq istəmirsinizsə, Kristi Kontaka bu barədə email göndərməyiniz xahiş olunur. Təklifin hər bir səhifəsi nömrələnməlidir. Böyük qrafik fayllardan istifadə etməkdən çəkinməyiniz xahiş edilir. Əlavə edilən fayllar Microsoft Word, Excel və ya PDF formatda olmalıdırlar. Ərizəçilər ərizələrinin texniki hissələrini (Microsoft Word formatında) və büdcə hissələrini (açıq Microsoft Excel formatında) ayrı-ayrılıqda ərizə emailinə əlavə etməlidirlər. Büdcələr təsdiq olunmuş ABA ROLİ Excel formatında (nümunə əlavə olunur) olmalıdır və hesablamalarda istifadə olunmuş bütün formulaları göstərməlidir. Maliyyə vəsaiti ən dəyərli ərizələri təqdim edən ərizəçilərə ayrılacaq.

Ərizələr cümə günü, 28 oktyabr 2011-ci il tarixinədək təqdim olunmalıdır. Gec təqdim olunmuş ərizələrə qrant verilməsi ücün baxılmayacaq. Ərizələr kiçik qrantlar imkanının şərtlərinə və tələblərinə birbaşa cavab verməlidir. Teleqraf və ya faksla göndərilən ərizələrə icazə verilmir və onlar qəbul edilməyəcək.

Hörmətlə,

Robert Steere

ABA ROLİ-nin Azərbaycan üzrə Ölkə Direktoru

ABA ROLİ-nin Azərbaycanda İnsan Alveri ilə Mübarizəyə dair Maarifləndirmə və Müdafiə Təşəbbüsünə dəstək üçün kiçik qrantlar imkanı


  1. Problemin xülasəsi

ABŞ Dövlət Departamentinin İnsan Alveri ilə Mübarizə və Monitorinq Ofisinin (“G/TİP”) 2011-ci il üzrə İnsan Alverinə dair Hesabatına əsasən, Azərbaycanın minimum beynəlxalq standartlara cavab vermək üçün etdiyi səylərə baxmayaraq, bu standarlara tam cavab verə bilmədiyinə görə, ölkə 2-ci Dərəcə Müşahidə Siyahısındadır. Azərbaycan cinsi və əmək istismarı məqsədilə həyata keçirilən insan alveri üçün mənşə ölkədir. Belə ki, insan alveri ilə məşğul olanlar Azərbaycanlı oğlanları və kişiləri Rusiya və Moldovada məcburi surətdə əməklərini istismar etmək üçün hədəfə alırlar. Azərbaycanlı qadınlar və uşaqlar isə həm qonşu ölkələrdə, həm də ölkə daxilində məcburi fahişəlik və dilənçilik etmək üçün insan alverçiləri tərəfindən hədəf götürülürlər. Azərbaycan Şərqi Avropadan və Mərkəzi Asiyadan olan qadınların məcburi fahişəlik etmək üçün BƏƏ, Rusiya, Türkiyə və İrana daşınması üçün bir tranzit ölkəsidir. Azərbaycan həm də burada məcburi tikinti işləri görən Türkiyə, Əfqanıstan və Çindən olan kişilər üçün təyinat ölkəsidir. Habelə çinli qadınlar Azərbaycanda xırda küçə ticarətçiləri kimi məcburi əmək istismarına məruz qalırlar. Hesabatda o da qeyd olunur ki, hökümətin insan alveri ilə mübarizə üzrə 2-ci fəaliyyət planının 2009-cu ilin əvvəllərində qəbul etməsinə baxmayaraq, qurbanların müəyyənləşdirilməsi və onların yardıma çıxışı məhdud səviyyədə qalır, əhəmiyyətli sayda məcburi əmək istismarı qurbanlarını müəyyənləşdirmək və onlara yardım göstərmək üçün edilən səylər lazımi səviyyədə deyildir və cinayətdə iştirakçı olan məmurların istintaqa cəlb olunması, onların ittiham olunması, məhkum olunması və cəzalandırılması sahələrində irəliləyiş etməyə ehtiyac vardır. Bundan əlavə, dünyada çox hallarda olduğu kimi, Azərbaycanda da insan alverinə məruz qalmağa ən çox həssas olan insanların təhsilə, ədalət mühakiməsinə və müdafiəyə çıxışları qeyri-proporsional surətdə məhduddur və onlar əsas etibarı ilə kasıb sosial-iqtisadi təbəqələrə aiddirlər.

Yuxarıda istinad edildiyi kimi, Azərbaycan hökuməti insan alveri probleminin qarşısını almaq məqsədi ilə fəaliyyət planı hazırlamışdır. Digər demokratiya və idarəçilik məsələlərindən fərqli olaraq, hökumət insan alveri ilə bağlı siyasi iradə nümayiş etdirmiş və həmin planı həyata keçirmək üçün ictimai məlumatlandırma kampaniyası da daxil olmaqla bəzi konkret addımlar atmışdır. Buna baxmayaraq, hüquqi xidmətlərə çıxış xüsusən də ucqar bölgələrdə məhduddur və qanunların həyata keçirilməsi və icrası zəif olaraq qalır. Sonuncu qismən hakimlərin, prokurorların və hüquq mühafizə orqanlarının insan alveri ilə bağlı səriştəsizliyi və məlumatsızlığı səbəbindəndir. İnsan Alverinə dair Məruzədə qeyd olunduğu kimi, alver qurbanlarına dəstək xidmətlərinin kəmiyyətinin və keyfiyyətinin yaxşılaşdırılmasına ehtiyac duyulur. Hökumətin fəaliyyət planına “”qurbanların milli göndəriş mexanizmi”-nin layihəsi daxil edilsə də, bu hələ həyata keçirilməyib. İnsan alveri qurbanları üçün yaradılmış qaynar xətt fakitiki olaraq Bakıdan kənarda məlum deyildir. Beləliklə, insan alveri qurbanlarını qorumaq və insane alverçilərinin cinayət təqibini dəstəkləmək üçün daha əhatəli yanaşma çox mühümdür.



  1. Proqramın məqsədi



  1. İnsan alveri ilə bağlı məsələlərlə əlaqədar təhsil vasitələrinə və hüquqi xidmətlərə kənd yerlərindəki vətəndaşların çıxışını artırmaq

ABA ROLİ-nin proqram məqsədlərindən biri insan alveri ilə bağlı məsələlərlə əlaqədar təhsil vasitələrinə və hüquqi xidmətlərə kənd yerlərindəki vətəndaşların çıxışını artırmaqdan ibarətdir. ABA ROLİ tədris və maarifləndirmə materiallarının səmərəliliyini artırmağa, insan alveri ilə bağlı məsələlərdə insan alveri qurbanlarına və onların ailə üzvlərinə hüquqi məsləhətlər verməyə və onları məhkəmədə təmsil etməyə, insan alveri ilə mübarizəyə dair məlumatlandırıcı xarakterli sənədli filmin istehsalı və yayılmasına nəzarət etməyə xüsusi olaraq çalışır. Siz aşağıdakı 3-cü Komponentdə oxuyacağınız kimi, ABA ROLİ-nin program hədəfi insan alveri qurbanlarını və onların ailə üzvlərinı insan alveri məsələləri ilə əlaqədar yetmis beş (75) hüquqi məsləhətlə təmin etməkdir. Çox az sayda adam hüquqi məsləhət axtardığına görə, bu hədəfə çatmaq ABA ROLİ-nin insan alveri ilə mübarizə proqramının keçən ilki fəaliyyəti üçün bir çağırış olub. Hüquqi yardım inasn alveri qurbanına və ya onların ailəsinə verilən təskinliyin mühüm bir komponenti olsa da, hüquqi yardım az hallarda istənilmişdir. Buna səbəb o ola bilər ki, insan alveri qurbanı düşdüyü vəziyyətdən çıxmağa çalışarkən onun fikrində hər şeydən öndə sığınacaq, qida və tibbi yardım kimi daha təxirəsalınmaz ehtiyacları durur.

Beləliklə, ABA ROLİ insan alveri ilə bağlı məsələlərlə əlaqədar təhsil vasitələrinə və hüquqi xidmətlərə kənd yerlərindəki vətəndaşların çıxışını artırmağa xidmət edən təşəbbüslər üçün ərizələrin qəbulunu elan edir. Bu təşəbbüslər dörd (4) xüsusi təşəbbüsə bölünür: 1) Qurbanların təxirəsalınmaz və daha uzun müddətli ehtiyaclarını qarşılayan tam xidmətlərin göstərilməsini təmin etmək üçün siğınacaqlarla, insan alveri ilə mübarizə sahəsində fəaliyyət göstərən yerli QHT-lərlə və İnsan Alverinə Qarşı Mübarizə İdarəsi ilə əlaqələndirmə səylərini gücləndirmək; 2) İnsan Alveri ilə Mübarizə İdarəsi, insan alveri ilə mübarizə sahəsində fəaliyyət göstərən yerli QHT-lər və sığınacaqlar vasitəsi ilə mümkün olan xidmətlər barədə insan alveri qurbanlarının məlumatlılıqlarını artırmaq; 3) İnsan alverinin potensial və faktiki qurbanlarını və onların ailə üzvlərini insan alveri ilə bağlı məsələlər barədə hüquqi məsləhətlər və təmsilçiliklə təmin etmək; 4) Tədris və məlumatlandırma vasitəsi kimi istifadə etmək üçün Qurbanların Hekayələri haqqında Sənədli Film hazırlamaq;



  1. 1-ci komponent: Qurbanların təxirəsalınmaz və daha uzun müddətli ehtiyaclarını qarşılayan tam xidmətlərin göstərilməsini təmin etmək üçün siğınacaqlarla, insan alveri ilə mübarizə sahəsində fəaliyyət göstərən yerli QHT-lərlə və İnsan Alverinə Qarşı Mübarizə İdarəsi ilə əlaqələndirmə səylərini gücləndirmək (Ayrılacaq maksimum vəsait: $15,000.00 (On beş min ABŞ dolları))

ABA ROLİ insan alveri qurbanlarının təxirəsalınmaz ehtiyaclarını, habelə onların hüquqi məsləhət və təmsiliçiliyə olan daha uzun müddətli ehtiyacını ödəmək məqsədilə qurbanlar üçün nəzərdə tutulan dövlət və QHT resurslarından ibarət kiçik amma güclü birliyə birlikdə daha yaxşı işləmələrinə intensiv əlaqələndirmə səyləri vasitəsilə kömək edəcək bir QHT axtarır. ABA ROLİ-nin istinad etdiyi dövlət və QHT resurslarına dövlətin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi, sığınacaq, qaynar xətt, Qadın və Uşaq Probleməri üzrə Dövlət Komitəsi, Təmiz Dünya təşkilatı, Azərbaycan Miqrasiya Mərkəzi, Beynəlxalq Miqrasiya Təşkilatı aiddir, lakin həmin resurslar bunlarla məhdudlaşmır.

Uğurlu namizəd aşağıdakılara nail olmaq üçün əhatəli səyləri necə həyata keçirəcəklərinı təsvir edəcək:

  1. Məcburi əmək və cinsi istismar qurbanlarına göstərilən xidmətlərin çeşidi və miqyası (xüsusilə də Bakıda və ərizəçinin Azərbaycanda insan alveri ilə vəziyyəti anlamasına uyğun olaraq müəyyən etdiyi Azərbaycanın digər yerlərində);

  2. Xidmətlərdəki boşluqları və təkmilləşdirmə fürsətlərini müəyyənləşdirmək və əldə etdiyiniz nəticələr barədə qısa hesabat yazaraq ABA ROLİ-yə və potensial surətdə Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə təqdim etmək;

  1. Zəhmət olmazsa, nəzərə alın ki, 1-ci və 2-ci bənddəki tədbirlər qrantın alınmasından iki-üç (2-3) həftədən gec olmayaraq həyata keçirilməlidir.

  1. Məcburi cinsi və əmək istismarı qurbanlarının təxirəsalınmaz və daha uzun müddətli ehtiyaclarını ödəmək üçün mövcud olan xidmətləri müəyyən etmək məqsədilə insan alveri ilə mübarizə sahəsində xidmət göstərən qurumlarla əlaqələndirmə səylərini gücləndirmək və qurbanların həmin xidmətlər haqqında daha yaxşı məlumatlandırılmasını təmin etmək istiqamətində işləmək;

  1. Izahedici xarakterli nümunələrə həmin qurumların nümayəndələri ilə gündəlik və ya həftəlik olaraq görüşlər təşkil etmək və ya onlarla ünsiyyət qurmaq və qurbanların onların ehtiyaclarını ödəyəcək QHT-lərə, sığınacaqlara və ya xidmətlərə göndərilməsini təmin etmək daxildir; və/və ya eyni məqsədlə həmin qurumların nümayəndələri üçün ayda iki dəfə olmaqla əlaqələndirmə iclasları keçirtmək;

  1. Aşağıdakı komponentlər üzrə qrant alanların hər biri ilə əlaqələndirməni təşkil etmək və digər formada həmin komponentlərin hər birini dəstəkləmək;

  2. Təcrübə və səriştəsinə əsasən ərizəçi tərəfindən müəyyənləşdirilmiş əlavə yaradıcı səylərlə komponent üzrə proqamın təsirini maksimum səviyyəyə çatdırmaq;



  1. 2-ci komponent: İnsan Alverinə Qarşı Mübarizə İdarəsi, insan alveri ilə mübarizə sahəsində fəaliyyət göstərən yerli QHT-lər və sığınacaqlar vasitəsi ilə mümkün olan xidmətlər barədə insan alveri qurbanlarının məlumatlılıqlarını artırmaq (Ayrılacaq maksimum vəsait: $15,000.00 (On beş min ABŞ dolları))

Keçən il ABA ROLİ ictimaiyyətin öz əmək və insan hüquqları barədə məlumatlılığını artırmaq məqsədilə insan alveri ilə mübarizəyə dair beynəlxalq maarifləndirici vəsaitlər yaratmış və Azərbaycan dilində nəşr etdirmişdir ki, insanlar məcburi əmək və ya cinsi istismar vəziyyətinə düşmək təhlükəsinin olub-olmamasını özləri müəyyən edə və belə xarakterli vəziyyətlərdən çıxmağa kömək edəcək hansı vasitələrin olması barədə öyrənə bilsinlər. Yuxarıda qeyd edildiyi kimi, 2011-ci il üzrə İnsan Alverinə dair Hesabat məcburi əmək istismarı məqsədilə Azərbaycana gətirilən şəxslərin əsasən üç (3) ölkə– Türkiyə, Çin və Əfqanıstan vətəndaşları olduqlarını müəyyən etmişdir. Həmin əcnəbi insan alveri qurbanlarının köməyinə daha yaxşı çatmaq və təxirəsalınmaz və daha uzun müddətli ehtiyaclarını ödəmək üçün mövcud vasitələr və hüquqları barədə onları məlumatlandırmaq məqsədilə, ABA ROLİ insan alveri ilə mübarizə sahəsində ictimai maarifləndirməni artirmaq üçün QHT tərəfdaşı axtarır. Bunda da məqsəd işaxtaranlar arasında insan alverinə məruz qalmanın qarşısıni almaq, alver qurbanlarını öz hüquqları (Azərbaycan və beynəlxalq qanunlarına əsasən) barədə və İnsan Alverinə Qarşı Mübarizə İdarəsi, insan alveri ilə mübarizə sahəsində fəaliyyət göstərən yerli QHT-lər və sığınacaqlar vasitəsi ilə mümkün olan xidmətlər barədə məlumatlandırmaqdan ibarətdir.

Uğurlu namizəd aşağıdakıları etməlidir:

  1. Ictimaiyyətin məlumatlılığını yaxşılaşdırmaq üçün insan hüquqları barədə materiallar hazırlamaq bacarığını nümayiş etdirmək;

  2. İnsan alveri qurbanlarına tətbiq edilən immiqrasiya qanunu haqqında bilik nümayiş etdirmək;

  3. İnsan alveri qurbanlarının Azərbaycan qanunvericiliyində və beynəlxalq hüquqda nəzərdə tutulan əmək və insan hüquqları barədə və İnsan Alverinə Qarşı Mübarizə İdarəsi, insan alveri ilə mübarizə sahəsində fəaliyyət göstərən yerli QHT-lər və sığınacaqlar vasitəsi ilə mümkün olan resurslar haqqında bilik nümayiş etdirmək;

  4. Cəmisi üç yüz (300) ədəd olmaqla dörd (4) dildən (Azərbaycan, Türk, Mandarin və Paştun) hər birində ən azı yetmiş beş (75) ədəd böyük ölçülü məlumatlandırıcı plakat yaratmaq barədə təklif vermək;

  5. Həmin plakatların həm məcburi əmək və həm də cinsi istismar məqsədilə həyata keçirilən insan alveri qurbanlarına yönəlməsini təmin etmək;

  6. Plakatların insan alverinə məruz qalma potensialı olan şəxslərə mümkün olan ən yaxşı görünməsinə nail olmaq üçün onların strateji surətdə yerləşdirilməsini təmin etmək;

  1. Məsələn, tikinti və nəqliyyat mərkəzlərinin, əxlaqsızlıq yuvalarının yaxınlığında, insan alveri qurbanlarına və iş axtaran şəxslərə görünən və ərizəçi tərəfindən müəyyənləşdirilən digər yerlərin yaxınlığında (məsələn, işədüzəltmə bürolarının yaxınlığında).

  1. Təcrübə və səriştəsinə əsasən ərizəçi tərəfindən müəyyənləşdirilmiş əlavə yaradıcı səylərlə komponent üzrə proqamın təsirini maksimum səviyyəyə necə catdıracaqlarını təsvir etmək.



  1. 3-cü komponent: İnsan alverinin potensial və faktiki qurbanlarını və onların ailə üzvlərini insan alveri ilə bağlı məsələlər barədə hüquqi məsləhətlər və təmsilçiliklə təmin etmək (Ayrılacaq maksimum vəsait: $15,000.00 (On beş min ABŞ dolları))

Yuxarıda göstərildiyi kimi, ABA ROLİ-nin proqram üzrə hədəfi insan alverinin potensial və faktiki qurbanlarını və onların ailə üzvlərini insan alveri ilə bağlı məsələlər barədə ən azı yetmiş (75) hüquqi məsləhətlə təmin etməkdən ibarətdir. ABA ROLİ məcburi cinsi və əmək istismarı məqsədi güdən insan alveri ilə mübarizə sahəsində və immiqrasiya qanununa dair ekspertiza biliklərinə malik olan, hüquqi yardıma ehtiyacı olanları müəyyən edə və sonra onları şəxsi hüquqi məsləhətlər və məhkəmə təmsilçiliyi ilə habelə ABA ROLİ-nin Hüquqi Məsləhət Qaynar Xətti vasitəsilə hüquqi məsləhətlərlə təmin edə bilən bir QHT tərəfdaşı axtarır (mahiyyət etibarı ilə mobil telefonlar insan alverinin potensial və faktiki qurbanlarının hüquqi məsləhətlərə çıxışını daha da əlçatan etmək üçün ayrılmışdır).

Uğurlu namizəd aşağıdakıları etməlidir:

  1. İnsan Alverinə Qarşı Mübarizə İdarəsi, insan alveri ilə mübarizə sahəsində fəaliyyət göstərən yerli QHT-lər və sığınacaqlarla sıx əlaqəli surətdə hüquqi məsləhətə ehtiyacı olanları müəyyən etmək bacarığı nümayiş etdirmək;

  2. Cinsi və əmək istismarı məqsədilə həyata keçirilən insan alveri ilə mübarizədə tətbiq edilən qanun və immiqrasiya qanunu barədə bilik nümayiş etdirmək;

  3. Layihədə işləyəcək hüquqşünasları bioqrafiyalar və tərcümeyi-hallarla təmin etmək;

  4. Layihəyə ən azı bir qadın hüquqşünas təyin etmək (mədəniyyət həssaslıqlarını nəzərə alaraq, qadın qurbanlarla və ailə üzvləri ilə işləmək üçün qadın hüquqşünaslara üstünlük verilir);

  5. İnsan alverinin xarici dillərdə danışan potensial və faktiki qurbanlarına dil/tərcümə xidmətlərini necə göstərəcəklərini izah etmək;

  6. Təcrübə və səriştəsinə əsasən ərizəçi tərəfindən müəyyənləşdirilmiş əlavə yaradıcı səylərlə komponent üzrə proqamın təsirini maksimum səviyyəyə necə catdıracaqlarını təsvir etmək.



  1. 4-cü komponent: Tədris və məlumatlandırma vasitəsi kimi istifadə etmək üçün Qurbanların Hekayələri haqqında Sənədli Film hazırlamaq (Ayrılacaq maksimum vəsait: $10,000.00 (On min ABŞ dolları))

ABA ROLİ-nin Azərbaycanda insan alverinın qarşısını almaq səylərini ictimai maarifləndirmə vasitəsilə irəli aparmaq üçün, ABA ROLİ Azərbaycan daxilində və xaricdə insan alverinə məruz qalan Azərbaycanlılar və Azərbaycanda insan alverinə məruz qalan xarici vətəndaşlar da daxil olmaqla müxtəlif insan alveri vəziyyətlərinin (yəni, məcburi əmək, məcburi dilənçilik, məcburi cinsi istismar) qurbanları olmuş şəxslərin real həyat əhvalatlarını əks etdirən qısametrajlı sənədli film istehsal etmək üçün bir QHT tərəfdaş axtarır. Sənədli film məcburi əmək və cinsi istismar məqsədilə həyata keçirilən insan alveri qurbanlarının onların acınacaqlı vəziyyətləri və düşdükləri vəziyyətdən necə çıxa bildikləri barədə sövqedici ifadələrini göstərəcək. Sənədli filmin təqribən otuz (30) dəqiqəlik olması və bir necə insan alveri qurbanının əhvalatlarını əks etdirməsi tövsiyyə olunur. İdeal halda, sənədli film hər birinin uzunluğu beş (5) dəqiqə olmaqla altı (6) əhvalatdan ibarət olmalıdır. Xahiş olunur ki, qurbanların kimliklərini qorumaq üçün onların üzləri göstərilməsin və səsləri dəyişdirilsin.

Uğurlu namizəd aşağıdakıları etməlidir:

  1. Ən azı otuz (30) dəqiqəlik sənədli filmlər istehsal etmək bacarığı nümayiş etdirmək;

  2. Məcburi əmək və cinsi istismar məqsədilə həyata keçirilən insan alverinə qarşı mübarizə məsələləri haqqında biliklər nümayiş etdirmək;

  3. Müxtəlif insan alveri vəziyyətlərinə qurban olmuş şəxslərin sövqedici, məlumatlandırıcı və xəbərdarlıq xarakterli əhvalatlarını təqdim edən otuz (30) dəqiqəlik bir sənədli filmin hazırlanmasını təklif etmək;

  4. İki yüz (200) ədəd DVD hazırlanması və bütün Azərbaycan ərazisində paylanılması üçün lazım olan maliyyə vəsaitlərini təklif büdcəsinə daxil etmək;

  5. İnsan hüquqları sahəsində fəaliyyət göstərən QHT icmasına və ictimaiyyətə sənədli filmin premyerasını təqdim etmək üçün keçiriləcək tədbirin təşkilinə lazım olan vəsaitləri təklif büdcəsinə daxil etmək;

  6. İnsan hüquqları sahəsində fəaliyyət göstərən ən azı on (10) Azərbaycan QHT-sinin sənədli film haqqında məlumatlar yayması və filmdən bəhs edəm ictimai maarifləndirmə tədbirləri keçirtməsi üçün lazım olan vəsaitləri təklif büdcəsinə daxil etmək;

  7. Təcrübə və səriştəsinə əsasən ərizəçi tərəfindən müəyyənləşdirilmiş əlavə yaradıcı səylərlə komponent üzrə proqamın təsirini maksimum səviyyəyə necə çatdıracaqlarını təsvir etmək.

Yüklə 52,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin