Antropologiyaya giriş



Yüklə 69,72 Kb.
tarix02.01.2022
ölçüsü69,72 Kb.
#10841
növüMühazirə

Tarix və arxeologiya departamentinin müdiri: Roza Arazova

Təsdiq edirəm:______________


Ümumi məlumat

Fakültə, Fənnin adı, kodu və kreditlərin sayı

Təhsil fakültəsi, Köməkçi Tarixi fənlər, HİST107 ,3 kredit

Departament

Tarix və Arxeologiya departamenti

Proqram (bakalavr, magistr)

Bakalavr

Tədris semestri

Payız 2015

Fənni tədris edən müəllim (lər)

Orxan Zamanov

E-mail:

ordukaqan@gmail.com

Telefon:

(012) 421-79-16 (departament)

Mühazirə otağı/Cədvəl

II gün, saat 13:40-15:00, 15:10-16:30

Məsləhət saatları

Tələbələrlə razılaşdırılan vaxtda

Prerekvizitlər




Tədris dili

Azərbaycan dili

Fənnin növü

(məcburi, seçmə)

Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

Əsas:

  1. Mühazirə mətnləri

  2. Pirquliyeva Q.Numizmatikanın əsasları. Bakı. 2009

  3. Piriyev V. Azərbaycanın sarixi-siyasi coğrafiyası. Bakı. 2006.

  4. Arazova R. və Dostiyev T. Köməkçi tarixi fənlər. Bakı. 2001.

  5. Əhmədov T. Azərbaycan toponimiyasının əsasları. Bakı. 1997.


Əlavə:

  1. Мешадиханум Неймат. Корпус эпиграфических памятников Азербайджана. Том 1-4. Баку. 1997-2014

  2. Məşədixanım Nemətova. əsrlərin daş yaddaşı. Bakı, 1987.

  3. Раджабли А. Нумизматика Азербайджана. Баку. 1997

  4. Yusifov Y. Kərimov S. Toponimikanın əsasları. Bakı 1987.

  5. Azərbaycan tarixi. Elmi-nəzəri və praktik problemləri. I hissə. Bakı. 2004.

  6. Qəmərşah Cavadov. Azərbaycanda əkinçilik və xalq metrologiyası. Bakı,1984.




Kursun veb saytı

www.arxeoloq.az, www.antropogenez.ru

Tədris metodları

Mühazirə

Tədris metodları
Tədris prosesində aşağıdakılar nəzərdə tutulur:


  • Mühazirələr

  • Mövzu ətrafında müzakirələr (məşğələ).

  • Xəritələrdən, kompüterdən, video və digər əyani vəsaitlərdən istifadə.

  • Bəzi mövzularla bağlı dərslərə digər mütəxəssislərin dəvət edilməsi.

  • Muzeylərə tədrisin əyaniliyi ilə bağlı ekskursiya.

  • Müvafiq elmlər ilə bağlı seçmə mövzular üzrə tanınmış mütəxəssislər dəvət olunaraq dərsdən kənar məşğələlər.



Qrup müzakirəsi

Praktiki tapşırıqlar

Praktiki məsələnin təhlili

Digər

Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Aralıq imtahanı

Noyabr

(sentyabr və oktyabr aylarında keçirilən dərslər əsasında imtahan verilir).



35 bal


Praktiki məsələ

Yoxdur




Fəallıq

Dərslərdə, diskussiyalarda, və seminarlarda iştirak etmək, ev tapşırıqlarının yüksək səviyyədə və məsuliyyətlə yerinə yetirmək.


8 bal


Yoxlama

Kurs boyu iki yoxlama yazı keçirilməsi nəzərdə tutulur. Birinci yazı aralıq imtahanı öncəsi, ikincisi yekun imtahan qabağı. Hər yoxlama işi 3 bal ilə qiymətləndirilir.




6 bal

Kurs işi (Layihə)

Yoxdur




Prezentasiya/Qrup müzakirə/Fərdi iş

Kurs ərzində iki təqdimat (prezentasiya) xarakterli fərdi iş olacaq. Hər biri 3 bal ilə qiymətləndirilir.

6 bal

Final imtahanı

Yanvar

(noyabr və dekabr aylarında keçirilən mövzular əsasında final imtahan verilir).



45 bal

Digər

Yoxdur




Yekun





100 bal

Kursun təsviri




Kursun məqsədləri

“Köməkçi tarixi fənləri” Azərbaycan Respublikasının ali tarix təhsili sistemində tədris olunan zəruri fənlərdəndir. Fənnin tədrisini zəruri edən əsas amillər – insanlıq tarixinin və onun maddi-mədəni irsinin öyrənilməsinə yeni fənlərarası baxışın tətbiqi və elmi texniki tərəqqi dövrünün tələblərinə uyğun yeni üsul və metodların müxtəlif tarix elmlərinə sirayət etməsilə bəşəriyyətin tarixi inkişafının qanunauyğunluqlarını tətbiqi üçün müasir elmi tədqiqatın üstün cəhətlərinin öyrədilməsi, müasir cəmiyyətin və sivilizasiyanın yaranmasının, inkişafının səbəblərinin araşdırılmasında fərqli elm və fənlərin qarşılıqlı rolunun üzə çıxarılmasıdır.

“Köməkçi tarix fənnləri” kursunun başlıca məqsədi - tələbələrdə İnsan və onun ümumi maddi-mədəni irsi haqqında, onun tədqiqi, tərəqqi mərhələləri və öyrənilmə tarixi haqqında elmi-nəzəri biliklərin formalaşdırmaqdır.




Tədrisin (öyrənmənin) nəticələri

Fənnin tədrisinin nəticəsi:
Fənnin ümumi tədrisi prosesində tələbələrdə:


  • Bəşəriyyətin və onun maddi-mədəniyyətinin özünəməxsusluğu araşdırılacaqdır;

  • İnsan sivilizasiyanın mənşəyi elmi əsasda öyrəniləcəkdir;

  • İnsan cəmiyyətinin və mədəniyyətinin yaranması, tarixi inkişaf xüsusiyyətləri öyrəniləcək;

  • İnsanlığın yaranışından müasir dövrə kimi mövcud tarixinin ən önəmli hadisələri haqqında tam təsəvvür formalaşacaqdır.



Qaydalar (Tədris siyasəti və davranış)

QAYDALAR
Davamiyyət

Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbə müəyyən üzürlü səbəblərdən (xəstəlik, ailə vəziyyəti və s.) dərslərdə iştirak edə bilmirsə, o zaman bu haqda fakültə dekanlığına məlumat təqdim etməlidir. Fənn üzrə ümumi dərs saatlarının 20 faizindən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır.



Dərsə gecikmələr və ya digər dərs pozuntuları

Dərsə gecikən tələbə auditoriyaya buraxılmır. O, yalnız növbəti dərsdə iştirak edə bilər.



Yoxlama işi

Yoxlama işində iştirak etməyən tələbə qeyri-müvəffəq qiymət alır. Əgər tələbə üzürlü səbəbdən yoxlama işində iştirak edə bilməmiş və bu haqda dekanlığa məlumat vermişsə, o zaman həmin tələbə yoxlama işini növbəti həftə yaza bilər.



İmtahanlar

Tələbələrin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.

Aralıq və yekun imtahanının mövzuları tələbələrə imtahandan əvvəl verilir. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmır.

Fənni bitirmək qaydası

Universitetin qaydalarına uyğun olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60 və daha çox hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.



İmtahan qaydalarının pozuntuları

Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişinin pozulması, imtahanda istifadəsinə yol verilməyən əlavə vəsaitlərdən (kitab, konspekt-dəftər, mövzunun yazıldığı vərəq, telefon, diktofon, mikrodinləyici qurğu və s.) istifadə edilməsi və köçürmə qadağandır. Bu qaydaya əməl etməyən tələbə imtahan zalından çıxarılır, onun imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiymətlə imtahandan kənarlaşdırılır.


Tələbənin davranış qaydaları

Dərs zamanı dərs prosesini pozmaq və qeyri-etik hərəkətlər etmək, yersiz və icazəsiz müzakirələr aparmaq, mobil telefondan, dinləyici qurğu və radiodan istifadə etmək, həmin dərsə aid olmayan digər fəaliyyətlə (kitab oxumaq, yazmaq, şəkil çəkmək və s.) məşğul olmaq qadağandır.





Cədvəl (dəyişdirilə bilər)

Həftə

Tarix

(planlaşdırılmış)

Fənnin mövzuları

Dərslik/Tapşırıqlar



4

15.09.2015



Mövzu 1. Köməkçi tarixi fənləri haqqında ümumi məlumat.

Mövzu 2. Elm, elmin mahiyyəti, humanitar elmlərin tərifi, predmeti, tədqiqat obyekti və vəzifələri.






4

22.09.2015



Mövzu 3. Xronologiya elmi və tarix elmlərində onun yeri.

Mövzu 4. Davamı






4

29.09.2015



Mövzu 5. Paleoqrafiya elmi və onun tarixi.

Mövzu 6. Məşğələ mövzusu: Xronologiya.






4

06.10.2015

İçərişəhər qoruğuna səfər


Mövzu 7. Ümumi Paleoqrafiya.

Mövzu 8. Epiqrafika (Miniatür kitab muzeyinə səfər və Bayıl daşlarına baxış)






4

13.10.2015

Mütəxəssis ilə görüş


Mövzu 9. Heraldika.

Mövzu 10. Emblemistika.






4

20.10.2015



Mövzu 11. Sfraqistika.

Mövzu 12. Məşğələ mövzusu: Paleoqrafiya.






4

27.10.2015




Mövzu 13. Toponimika elmi

Mövzu 14. (yoxlama)






4

03.11.2015



Mövzu 15. Aralıq imtahanı (1-13-cü mövzular)

Mövzu 16. Təqdimatın təhvil verilməsi (Esse)






4

10.11.2015




Mövzu 17. Numizmatika elmi

Mövzu 18. Davamı






4

17.11.2015

Mütəxəssis ilə görüş


Mövzu 19. Numizmatika muzeyinə səfər

Mövzu 20. Davamı






4

24.11.2015



Mövzu 21. Azərbaycan numizmatikası

Mövzu 22. Məşğələ mövzusu: Tarixi mənbələr və qaynaqlar.






4

01.12.2015




Mövzu 23. Metrologiya

Mövzu 24. Davamı






4

08.12.2015




Mövzu 25. Tarixi metrologiya

Mövzu 26. Məşğələ mövzusu: Azərbaycan numizmatikası






4

15.12.2015




Mövzu 27. Tarixi coğrafiya

Mövzu 28. Davamı






4

22.12.2015



Mövzu 29. Təqdimatın təhvil verilməsi (Esse)

Mövzu 30. (yoxlama)










FİNAL imtahanı




Yüklə 69,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin