Aşiq əŞRƏf qəNİ Buludlar ağlayır (şeirlər və poemalar) Bakı 2013



Yüklə 439,08 Kb.
səhifə1/56
tarix04.01.2022
ölçüsü439,08 Kb.
#54385
  1   2   3   4   5   6   7   8   9   ...   56


AŞIQ ƏŞRƏF QƏNİ

Buludlar ağlayır

(şeirlər və poemalar)



Bakı - 2013

Kitab AMEA Folklor İnstitutunun Elmi Şurası­nın qərarı ilə çap olunur.
Redaktor: Ramiz Kərəm

şair-tədqiqatçı
Tərtib edən və nəşrə

hazırlayan: Elxan Məmmədli

filologiya üzrə fəlsəfə doktoru

Aşıq Əşrəf Qəni. Buludlar ağlayır (şeirlər və poemalar)

Bakı, “Nurlan”, 2013, 104 səh.

Kitaba daxil olan şeirlər Aşıq Əşrəf Xındı Məmmədoğ­lunun yara­dıcılı­ğından seçilmiş nümunə­lər­dir. Müəllifin sağlı­ğında görə bilmədiyi ilk kitabına aşıq şeirinin əksər janrlarını əhatə edən şeirləri, müasir üslubda yaratdığı poeziya nümunə­ləri və iki poeması daxil edilmişdir.




qrifli nəşr

© «Nurlan», 2013


Redaktordan
Aşıq Əşrəf Qəninin şeirləri ilə məni folklor­şünas alim Elxan Məmmədli tanış etdi. Bu poetik nü­mu­nələrlə tanışlığım “Ağlama Göyçəm, ağlama” şeiri ilə başladı. Elxan müəllim xeyirxahlıq, qədirşü­naslıq əlaməti kimi nəşrə hazırladığı növbəti kitabın ma­terial­larından elə ilk səhifədəki şeiri oxudu. Şeirdəki səmimiy­yət, kövrəklik bizi duyğulandırdı. Daha bir neçə şeir oxundu. Həmin ovqat, həmin çalar digər nü­munələrdə də hiss olunurdu. Axırda Elxan müəllim mənə müəllifin nəşr olunacaq kitabına redaktor olma­ğımı təklif etdi. Həvəslə razılaşdım. Və oxuduğum bu şeirlər haqqında bir neçə kəlmə söz deməyi də özümə mənəvi borc bildim.

Aşıq Əşrəf Qəninin şeirləri insan dərdindən da­nışan şeirlərdi. Burda sevgi də var, həsrət də, ümid də var nisgil də, qürur da var, nifrət də. Bu şeirlər vətən­­daşlıq hisslərinin, qürbət acılarının və haqsızlığa eti­ra­zın üzvi sintezindən ibarət­dir. Əşrəf üçün Vətən bütövlükdə Vətəndir, parçalansa belə, bölünsə belə:



Yüklə 439,08 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin