AtiAHİ Respublika Komitəsinin Rəyasət Heyətinin «30» dekabr 2010-cu IL «12» saylı iclasında təsdiq edilmişdir



Yüklə 159,54 Kb.
tarix31.05.2020
ölçüsü159,54 Kb.





ATİAHİ Respublika Komitəsinin Rəyasət Heyətinin «30» dekabr 2010-cu il «12» saylı iclasında təsdiq edilmişdir.
Sədr _______________ S. S. Mehbalıyev


AZƏRBAYCAN TƏHSİL İŞÇİLƏRİ AZAD HƏMKARLAR

İTTİFAQI RESPUBLİKA KOMİTƏSİNİN

2011-Cİ İLİN I YARIMİLLİYİ ÜÇÜN

İ Ş P L A N I

B A K I - 2 0 1 0





RƏYASƏT HEYƏTİNDƏ MÜZAKİRƏ EDİLƏCƏK MƏSƏLƏLƏR
I R Ü B
I i c l a s


  1. 2010-cu ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılmasının vəziyyəti barədə

Ümumi şöbə


  1. Əlaçı və həmkarlar ittifaqı təşkilatının fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdünün verilməsi barədə

Əmək haqqı və sosial müdafiə şöbəsi


  1. 2010-cu ilin yekununa görə ittifaq üzvlərinin sanatoriya-kurort və istirahət evlərinə yollayışlarla təmin edilməsi sahəsində görülmüş işlər barədə

Maliyyə şöbəsi

  1. Cari məsələlər:


II i c l a s



  1. Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərinin peşə təhsili müəssisələrində işçilərlə əmək müqaviləsinin bağlanmasında, o cümlədən işçilərin əmək fəaliyyəti haqqında sənədlərin tərtibində qanunvericiliyə əməl edilməsinə həmkarlar komitələrinin nəzarəti barədə


Təşkilat şöbəsi, Hüquqşünas
2. ATİAHİ Respublika Komitəsinin 2010-cu ilə dair ümumi illik statistik hesabatının təsdiqi barədə

Təşkilat şöbəsi


  1. 2011-ci ilin II rübü üçün sanatoriya-kurort yollayışlarının bölgüsünün təsdiqi barədə

Maliyyə şöbəsi


  1. Azərbaycan Dillər Universiteti, Mədəniyyət və İncəsənət Universiteti, Sumqayıt Dövlət Universitetində, Mingəçevir Politexnik İnstitutu və Azərbaycan Milli Konservatoriyasında həmkarlar komitələri və rektorluğun təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması üzrə gördükləri işlər barədə

Baş texniki əmək müfəttişi


  1. Bakı Şəhər Baş Təhsil İdarəsi ilə birlikdə Bakı şəhərinin ümumtəhsil məktəblərinin müəllimləri arasında şahmat, voleybol, mini-futbol və stolüstü tennis yarışlarının keçirilməsi barədə

Mədəni-kütləvi və idman işləri şöbəsi


  1. Cari məsələlər:


I I R Ü B

I i c l a s

1. Ali məktəblərin tələbə həmkarlar ittifaqı komitələrinin fəaliyyəti barədə



Təşkilat şöbəsi, hüquqşünas, maliyyə şöbəsi


  1. Ali məktəb tələbələrinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş respublika bədii yaradıcılıq festivalının keçirilməsi barədə

Mədəni-kütləvi və idman işləri şöbəsi.


  1. 2010-cu ilin yekunlarına görə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin büdcəsinin yerinə yetirilməsi haqqında

Maliyyə şöbəsi

  1. Cari məsələlər:


II i c l a s


  1. 2010-cu ildə ilk təşkilatlarda keçirilmiş hesabat-seçki yığıncaqlarında söylənmiş irad, təklif və tövsiyələrin yerinə yetirilməsi sahəsində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rayon, şəhər komitələrin gördükləri işlərin vəziyyəti barədə

Təşkilat şöbəsi


  1. Təhsil müəssisələrində əmək qanunvericiliyinə, o cümlədən kollektiv və əmək müqavilələrinin şərtlərinə işəgötürən tərəfindən əməl edilməsinə Göygöl, Gədəbəy rayon komitələrinin nəzarəti barədə

Hüquqşünas


  1. Təhsil müəssisələrində əməyin mühafizəsi işinin təşkili, işçilərin icbari tibbi müayinədən keçməsi və təhlükəsiz əmək şəraitinin təmin olunmasına Ağdaş, Zərdab rayon komitələrinin nəzarəti barədə

Baş texniki əmək müfəttişi



  1. Təhsil müəssisələrində işəgötürən tərəfindən iş və istirahət vaxtı rejiminə, habelə məzuniyyətlərin verilməsində qüvvədə olan qanunvericiliyə əməl edilməsinə Qəbələ, Qazax rayon komitələrinin nəzarətləri barədə

Hüquqşünas


  1. Sumqayıt, Abşeron, Xəzər, Nəsimi şəhər və rayon komitələrinin sağlamlığın mühafizəsi sahəsində gördüyü işlər və sosial müavinətlərin düzgün hesablanması və vaxtında verilməsinə nəzarətin təşkili barədə

Maliyyə şöbəsi

  1. Cari məsələlər:


ÜMUMİ TƏDBİRLƏR




Ümumi tədbirlər

İcra

vaxtı

İ c r a ç ı



Müvafiq şöbələrin iş planına uyğun olaraq ATİAHİ Res­pub­­lika Komitəsinin 2011-ci ilin I yarısı üçün iş planını tər­­tib etmək və Rəyasət Heyətinin müzakirəsinə təqdim etmək;

Yanvar

Təşkilat şöbəsi




2010-cu ilin yekunlarına görə üzv təş­ki­lat­lar­dan həmkarlar ittifaqı büdcəsinin icrasına dair ma­liyyə hesabatlarının toplanmasını təmin etmək;

Yanvar

Maliyyə şöbəsi




İllik maliyyə hesabatlarının tərtib edilməsində üzv təşkilatlara köməklik göstərmək;

Yanvar

Maliyyə şöbəsi




2010-cu ilin yekunlarına görə tərtib edilmiş hesabatları vergi müfəttişliyinə və DSMF-yə təqdim etmək;

Yanvar

Maliyyə şöbəsi




İl ərzində AHİK tərəfindən Respublika Komitəsinə ayrılmış vəsaitin istifadəsinə dair maliyyə hesabatını AHİK-ə təqdim etmək;

Yanvar



Maliyyə şöbəsi



2010-cu il ərzində həmkarlar ittifaqı komitələrindən sanatoriya-kurort yollayış­la­rı­nın verilməsi barədə hesabatları toplayıb Respublika Komitəsinin yekun hesabatını AHİK-in maliyyə şöbəsinə təqdim etmək;

Yanvar



Maliyyə şöbəsi



Təhsil müəssisələrində əmək qanunvericiliyinə işə­götürən tərəfindən əməl edilməsinə Su­ra­xa­nı və Nəsimi rayon həmkarlar ittifaqı ko­mi­tə­lərinin nəzarət funksiyalarının həyata keçirilməsini araşdırmaq;

Yanvar


Hüquqşünas



2010-cu ilin yekunlarına aid texniki əmək mü­fət­tişinin hesabatını Azərbaycan Həm­kar­lar İttifaqları Konfederasiyasına təqdim etmək;

Yanvar

Baş texniki əmək müfəttişi



AHİK-in 25.11.2009-cu il 6b32 saylı qərarı ilə «Sağlam və təhlükəsiz əmək şəraitinin yara­dıl­ma­sı üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı» devizi ilə keçirilən müsabiqənin yekun sənədlərini AHİK-ə təqdim etmək;

Yanvar

Fevral

Baş texniki əmək müfəttişi



Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Azərbaycan Təhsil İşçiləri Azad Həm­kar­lar İttifaqı Respublika Komitəsi arasında bağ­­lan­mış Sazişin və ilk təşkilatlarda bağ­lan­mış kol­lek­tiv müqavilələrin sosialyönümlü şərt­lərinin ye­ri­nə yetirilməsinə nəzarət etmək və bu sahədə ilk təşkilatlara əməli köməklik göstərmək;

Yanvar

İyun

Əmək haqqı və sosial müdafiə şöbəsi



Təhsil müəssisələrində işəgötürənlə işçilər arasında əmək münasibətlərini tənzimləyən müəssisədaxili intizam qaydalarının tətbiqi və onların müddəaların yerinə yetirilməsi sahəsində ilk təşkilatlara köməklik göstərmək;

Yanvar

İyun

Əmək haqqı və sosial müdafiə şöbəsi



Təhsil müəssisələrində fəaliyyət göstərən həm­kar­lar ittifaqı təşkilatlarında işçilərin əmək və so­sial hüquqlarının müdafiəsi sahəsində əməli kö­­mək­lik göstərmək, metodiki və informasiya sə­­nəd­ləri ilə təmin etmək, qarşıda duran və­zi­fə­lərin yerinə yetirilməsini istiqamətləndirmək.

Yanvar

İyun

Əmək haqqı və sosial müdafiə şöbəsi



Rüblük maliyyə hesabatlarını Dövlət Vergi müfəttişliyinə və DSMF-yə təqdim etmək;

Yanvar, Aprel, İyul, Oktyabr

Maliyyə şöbəsi




2010-cu ilin yekunlarına aid üzv təşkilatlardan daxil olmuş ümumi illik məlumatları təhlil etmək və yekun hesabatı AHİK-in təşkilat-işləri və məlumat şöbəsinə təqdim etmək;

Fevral

Təşkilat şöbəsi




Bakı Dövlət Rabitə və Nəqliyyat kollecində və Bülbül adına orta ixtisas musiqi məktəbində iş­çilərin əmək hüquqlarının, o cümlədən əmək haq­larının və digər əlavə ödəmələrin düzgün müəy­­yən­ləş­di­ril­məsi, hesablanması və vaxtın­da verilməsi sahəsində həmkarlar ittifaqı ko­mi­tələrinin işi ilə tanış olmaq və köməklik göstərmək;

Fevral

Əmək haqqı və sosial müdafiə şöbəsi



Kollektiv Saziş və müqavilələrin şərtlərinə uyğun Bakı şəhəri təhsil işçilərinin əmək haqqı və digər ödəmələrinin düzgün müəy­yənləşdirilməsi və vaxtında verilməsi sahəsində həmkarlar it­tifaqı komitələrinin nəzarətinin səmərəli təşkilinə köməklik göstərmək;

Mart


Əmək haqqı və sosial müdafiə şöbəsi



İlk həmkarlar ittifaqı üzvləri, habelə həmkarlar ittifaqı fəalları üçün əmək və digər hüquqlara dair müxtəlif mövzularda mühazirələrin keçirilməsini təşkil etmək;

Mart

Hüquqşünas



2010-cu ilin yekunlarına görə Respublika Ko­mi­təsi və üzv təşkilatlar tərəfindən həmkarlar ittifaqı büdcəsinin yerinə yetirilməsinə dair hesabatları AHİK-ə təqdim etmək;

Mart


Maliyyə şöbəsi



Ümumdünya Əməyin Mühafizəsi günü (28 aprel) münasibətilə zonalar üzrə seminar müşavirələr keçirmək;

Mart

Aprel

Baş texniki əmək müfəttişi



Ali məktəb tələbələrinin bədii-yaradıcılıq festivalını keçirmək;

Mart Aprel, May

Mədəni-kütləvi və idman işləri şöbəsi



Azərbaycan Respublikasının Silahlı Qüvvələ­ri­nin əsgər və zabitlərinə mədəni-hamilik qayğısı göstərilməsi məqsədi ilə Beyləqan-Füzuli bölgələrində yerləşən «N» saylı hərbi hissənin əsgər və zabitləri ilə görüş keçirmək;

Mart,Aprel

May

Mədəni-kütləvi və idman işləri şöbəsi



Respublikanın ümumtəhsil məktəblərinin müəl­lim­ləri arasında müxtəlif idman növləri üzrə yarışlar keçirmək;

Mart

Aprel

May

Mədəni-kütləvi və idman işləri şöbəsi



Ali təhsil müəssisələri, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası ilə birlikdə «Həmkarlar ittifaqı üzvünün motivasiyası və onun inkişafının üstün istiqamətləri» mövzusunda elmi-praktik konfrans keçirmək;


Aprel

Təşkilat şöbəsi




2011-ci ilin I rübünün yekunlarına görə sanatoriya-kurort yollayışlarının verilməsi barədə hesabatı hazırlayıb AHİK-in maliyyə şöbəsinə təqdim etmək;

Aprel

Maliyyə şöbəsi




2012-ci ilin I yarısında keçiriləcək növbəti hesabat-seçki kompaniyası ilə əlaqədar üzv təşkilatlarda seminarlar, dəyirmi masalar, treninqlər keçirmək;

Aprel

Dekabr

Təşkilat şöbəsi




Azərbaycan Memarlıq və İnşaat Univer­si­te­tin­də və Bakı Musiqi Akademiyasında bağlanmış kol­­lektiv müqavilələrin şərtlərinə uyğun iş­çi­lə­rin əmək, sosial və digər hüquqlarının mü­da­fiə­si­n­də həmkarlar ittifaqı komitələrinin işi ilə ta­nış olmaq və komitə üzvlərinə əməli köməklik göstərmək.

Aprel

Əmək haqqı və sosial müdafiə şöbəsi



«Təhsil işçilərinin əmək və sosial hüquqlarının mü­dafiəsində, işəgötürənlə işgüzar müna­si­bət­lə­rin və sosial dialoqun yaradıl­ma­sın­da həmkarlar it­tifaqı təşkilatlarının vəzifəsi» mövzusunda Azər­baycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Bakı və Sumqayıt təşkilatları üçün seminar keçirmək;

May

Əmək haqqı və sosial müdafiə şöbəsi



Uşaq istirahət düşərgələrinin smetasının tərtibində həmkarlar ittifaqı komitələrinə köməklik göstərmək;

May

Maliyyə şöbəsi



Müəssisədaxili intizam qaydalarına uyğun Şabran və Siyəzən rayonlarının ümumtəhsil məktəblərində ixtisaslı kadrların işə qəbulu, müəllimlərin ixtisaslarına uyğun dərslə təminatı və dərs bölgüsü zamanı tədris yükünün tənzimlənməsinə rayon həmkarlar ittifaqı komitələrinin nəzarətini araşdırmaq;

İyun

Əmək haqqı və sosial müdafiə şöbəsi



Uşaq istirahət düşərgələrinin maliyyələş­di­ril­mə­sini təmin etmək;

İyun

Maliyyə şöbəsi



ATİAHİ Respublika Komitəsinin IX Məclisinin qə­rar­la­rı­nın üzv təşkilatlara çatdırılması və icrasına nəzarət etmək;

Müntəzəm

Təşkilat şöbəsi



İttifaqın fəaliyyəti ilə əlaqədar təşkilati və mə­lu­mat işlərinin aparıl­masına dair üzv təş­ki­lat­la­ra vaxtaşırı metodiki tövsiyələr vermək;

Müntəzəm


Təşkilat şöbəsi



ATİAHİ Respublika Komitəsinin Məclis və Rəyasət Heyəti iclaslarının hazırlanması, keçirilməsi və sənəd­ləş­di­ril­məsini təmin etmək;

İş planına uyğun

Təşkilat şöbəsi



ATİAHİ-nin fəaliyyətindəki yenilikləri komitənin veb səhifəsində, «Təhsil işçisi», qəzetində, eyni zamanda «Ülfət», «Azərbaycan müəllimi», habelə Respublikanın digər qə­zetlərində və beynəlxalq həmkarlar ittifaqları təşkilatlarının mətbu orqanlarında dərc edilməsini təmin etmək;

Vaxtaşırı

Təşkilat şöbəsi



İlk həmkarlar ittifaqı təşkilatlarının fəaliy­yə­ti­nin düzgün istiqamətləndirilməsi, ittifaqdaxili intizamın möh­kəm­lən­di­ril­məsi məqsədilə ilk təşkilatlara əməli yardım göstərmək;

Müntəzəm

Təşkilat şöbəsi



Yeni yaradılmış dövlət və özəl təhsil müəs­si­sə­lə­rində həmkarlar ittifaqı təşkilatlarının təsis edilməsi və ərazi, prinsipinə uyğun olaraq şəhər, rayon və rayon hüquqlu həmkarlar ittifaqı komitələrinin xidmətinə qəbul edilməsi ilə əlaqədar metodiki köməklik göstərmək;

Vaxtaşırı

Təşkilat şöbəsi



Üzv təşkilatlara seçilmiş yeni sədrləri, sədr müavinlərini, ko­missiya sədrlərini, habelə təlimatçı və mütəxəssisləri ATİAHİ Respublika Komitəsinin və Azərbaycan Əmək və So­sial Münasibətlər Akademiyasının təşkil etdiyi kurslara cəlb etmək;

Təsdiq olun­muş cədvələ əsasən

Təşkilat şöbəsi



Ali və orta ixtisas təhsili məktəblərinə qəbul edilmiş gənc­lə­rin ittifaqın sıralarına cəlb edilməsinə diqqəti artırmaq və bu istiqamətdə üzv təşkilatlara əməli köməklik göstərmək;

Mütəmadi

Təşkilat şöbəsi



Üzv təşkilatlarda kargüzarlıq işlərinin təlimata uyğun aparılmasına nəzarət etmək;

Müntəzəm


Təşkilat şöbəsi



Təşkilati işlərlə əlaqədar şöbəyə daxil olan sənədlərin araşdırılması və vaxtında tədbir görülməsini təmin etmək;




Təşkilat şöbəsi



Yeni təyin edilmiş mühasiblərin ixtisaslarının artırılmasını təmin etmək məqsədilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında kurslara cəlb etmək.

I yarım il

Maliyyə şöbəsi



Üzv təşkilatlar tərəfindən Respublika Komi­tə­si­nə üzvlük haqqı və digər kö­çü­r­mə­lə­rin vaxtında həyata keçirilməsinə nəzarət etmək;

Müntəzəm

Maliyyə şöbəsi



AHİK və beynəlxalq təşkilatlar qarşısında öhdəliklərə əməl etmək;

Müntəzəm

Maliyyə şöbəsi



Üzv təşkilatların maliyyə-təsərrüfat fəaliyyətinin təhlilini aparmaq;

Müntəzəm

Maliyyə şöbəsi



ATİAHİ Respublika Komitəsi və Təhsil Nazirliyi arasında bağlanmış Kollektiv Sazişin sağlamlığın mühafizəsinə aid şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək;

Müntəzəm

Maliyyə şöbəsi



Üzv təşkilatlarda əmək qabiliyyətinin müvəq­qə­ti itirilməsinə görə müavinətlərin düzgün hesab­lan­ması və verilməsinə nəzarət etmək;

Müntəzəm

Maliyyə şöbəsi



«Məcburi Dövlət Sosial-sığorta ödəmələrinin hesablanması və ödənilməsi haqqında Əsas­na­mə»nin sahə həmkarlar ittifaqı komitələri tərəfindən yerinə yetirilməsinə nəzarət etmək;

Müntəzəm

Maliyyə şöbəsi



Maliyyə şöbəsinə daxil olan ərizə və şikayətlərə vaxtında baxılmasını təmin etmək;

Müntəzəm

Maliyyə şöbəsi



Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rayon (şəhər) və ilk təşkilatlarına sosial müdafiə sahəsində əməli köməklik göstərmək, təşkilatın fəalları üçün təlimatı seminarlar keçirmək, imkan daxilində normativ hüquqi sənədlərlə təmin etmək;

Müntəzəm

Əmək haqqı və sosial müdafiə şöbəsi



Təşkilat üzvlərini qəbul etmək, daxil olmuş ərizə, şikayət və sorğuları vaxtında araş­dı­r­maq, müraciət edənlərə hüquqi yardım göstərmək;

Müntəzəm

Əmək haqqı və sosial müdafiə şöbəsi



İlk həmkarlar ittifaqları komitə üzvlərinə əmək və sosial qanunvericiliklə əlaqədar sor­ğu­lar və ya metodik göstərişlər hazırlamaq, on­lara yazılı və şifahi məsləhətlər, izahatlar vermək

Müntəzəm

Hüquqşünas



Həmkarlar ittifaq üzvlərinin ərizə, şikayət və müraciətlərinə baxmaq, onlara müəyyən edilmiş müddət ərzində yazılı və şifahi cavablar vermək;

Müntəzəm

Hüquqşünas



Təhsil müəssisələrində çalışan işçilərin, əmək, sosial, iqtisadi və digər hüquqlarının müdafiəsini təmin etmək;

Müntəzəm

Hüquqşünas



Təhsil müəssisələrində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl edilməsi üzrə araşdırmalar aparmaq, onların iş təcrübəsini öyrənmək (ayrıca qrafik üzrə);

Yarım il ərzində

Baş texniki əmək müfəttişi



Təhsil müəssisələrində əməyin mühafizəsi, təhlükəsizlik tex­ni­kası qayda və qanunlarına əməl edilməsi, təhlükəsiz əmək şəraitinin təmin edilməsi ilə əlaqədar seminarlar keçirmək;

Müntəzəm

Baş texniki əmək müfəttişi



Təhsil müəssisələrinin həmkarlar ittifaqı ko­mi­tələrinin nəzdindəki əməyin mühafizəsi ko­mis­siyalarına, əməyin mühafizəsi üzrə ictimai müvəkkillərinə əməli köməklik göstərmək;

Müntəzəm

Baş texniki əmək müfəttişi



«İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması» Qaydalarına işəgötürənlərin riayət etməsinə nəzarət etmək;

Müntəzəm

Baş texniki əmək müfəttişi



Texniki əmək müfəttişliyi tərəfindən verilən təq­di­matların vaxtında yerinə yetirilməsinə nəzarət etmək;

Müntəzəm

Baş texniki əmək müfəttişi



İstehsalatda baş vermiş bədbəxt hadisə materiallarını analiz etmək və müvafiq təkliflər hazırlamaq;

Müntəzəm

Baş texniki əmək müfəttişi



Orta ümumtəhsil məktəblərində iaşə xid­mə­ti­nin mövcud vəziyyəti ilə tanış olmağı, ilk həm­ka­rlar ittifaqı komitələrinin bu sahəyə nə­za­rə­ti­ni gücləndirilmək məqsədilə tədbirlər görmək;

Müntəzəm

Mədəni-kütləvi və idman işləri şöbəsi



«Gənclik» tələbə idman cəmiyyəti Respublika Şurası ilə birgə ali məktəb tələbələrinin universiadasının keçirilməsində iştirak etmək;

Yarım il ərzində

Mədəni-kütləvi və idman işləri şöbəsi



Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinə daxil olan ərizə və şikayətlərin icrasına nəzarət etmək;

Müntəzəm

Ümumi şöbə



Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinə qəbula gəlmiş ittifaq üzvlərinin qeydiyyatını aparmaq, onların rəhbər işçilər və müvafiq şöbələr tərəfindən qəbulunu təmin etmək;

Müntəzəm

Ümumi şöbə



Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində keçirilən yığıncaqlarda iştirak edəcək nümayəndələrin dəvət olunmasını və qeydiyyatının aparılmasını təmin etmək;

Müntəzəm

Ümumi şöbə



Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsindən göndərilən sənədlərin, o cümlədən qərarların, tövsiyələrin və digər metodiki sənədlərin üzv təşkilatlara vaxtında çatdırılması və icra müddətinə nəzarət etmək;

Müntəzəm

Ümumi şöbə



Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İt­ti­faqı Respublika Komitəsinə daxil olan sə­nəd­lərin qeydiyyatını aparmaq, təyinatı üzrə şö­bə­lərə çatdırmaq və onların icrasına nəzarət etmək;

Müntəzəm

Ümumi şöbə



Kargüzarlıq işlərinin təlimata uyğun aparılmasında üzv təşkilatlara əməli köməklik göstərmək.

Müntəzəm

Ümumi şöbə



Üzv təşkilatların fəaliyyətinin kütləvi və elektron informasiya vasitələri ilə təbliğinin vəziyyətini analiz etmək;

Müntəzəm

Təşkilat şöbəsi



Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının saytının təkmilləşdirilməsi ilə əlaqədar təkliflər vermək;

Müntəzəm

Təşkilat şöbəsi



Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında keçirilən daimi kurslarda üzv təşkilatların fəallarını maraqlandıran mövzuların müzakirəsinin təşkili üçün təkliflər vermək;

Müntəzəm

Təşkilat şöbəsi



Xarici ölkələrin təhsil işçilərini birləşdirən həmkarlar ittifaqı komitələri ilə ikitərəfli əməkdaşlıq çərçivəsində nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini təşkil etmək, təcrübə mübadiləsi aparmaq.

Müntəzəm

Təşkilat şöbəsi

Kataloq: upload
upload -> Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti adau-nun 80 illik yubileyinə həsr edilir adau-nun elmi ƏSƏRLƏRİ g əNCƏ 2009, №3
upload -> Mühaziry riyazi mYntiqin elementlYri
upload -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ
upload -> AZƏrbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU
upload -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
upload -> Mövzu Fənnin məqsədi və vəzifələri
upload -> Marketinq fənni üzrə İŞÇİ TƏDRİs proqrami
upload -> Asm-nin iqtisadiyyatı və idarə edilməsi
upload -> Təqdimatların hazırlanması (Powerpoint, Word, Excel)

Yüklə 159,54 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə