Јавна Установа



Yüklə 23,51 Kb.
tarix27.06.2018
ölçüsü23,51 Kb.
#55037


Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Tenderdə iştirak etmək üçün dəvət



Samur-Yalama Milli Parkında kompleks Ziyarətçi Mərkəzinin və İnzibati Binanın tikintisinin satın alması üzrə açıq tender
Samur-Yalama Milli Parkının Yaradılması” (SYMP) layihəsi çərçivəsində

Frankfurt-Mayn KfW İnkişaf Bankı (“KfW”) tərəfindən maliyyələşdirilir.

BMZ-N° 2003 65 437
Bu tender meşə və bataqlıq ekosistemlərinin müdafiəsini təmin etmək, eləcə də regionda kənd yerlərinin və turizmin davamlı inkişafına nail olmaq məqsədilə Azərbaycan Respublikasının Nazirliyi ilə Frankfurt Maynın KfW İnkişaf Bankı (“KfW”) arasında imzalanmış Maliyyələşdirmə haqqında Müqaviləyə və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Frankfurt Maynın KfW İnkişaf Bankı (“KfW”) arasında imzalanmış Müstəqil Sazişə əsasən elan edilmişdir.
Bu tender İnkişaf etməkdə olan ölkələrlə Maliyyə Əməkdaşlığı çərçivəsində Təchizat və İş müqavilələrinin satın alınması üzrə KfW Təlimatının və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına uyğun olaraq keçiriləcəkdir. Hər hansı şübhələr və ya ziddiyyətlər yarandığı halda, KfW Təlimatının və Müstəqil Sazişin müddəalarına üstünlük veriləcək.
İddiaçılar tikinti işlərinin həyata keçirilməsi üzrə ixtisaslaşmış və müvafiq səlahiyyətləri olan, tender sənədlərində müəyyən edilmiş tələblərə cavab verən hər hansı hüquqi şəxs və ya hüquqi şəxslərin birliyi (hər hansı konsorsium da daxil olmaqla) ola bilər. Peşəkar fəaliyyət göstərmək iqtidarında olduğunu sübut etmək üçün İddiaçı digər məsələlərlə yanaşı, özünün tikinti, tikinti-inşaat və ya dizayn fəaliyyətləri üçün qeydiyyatdan keçmiş olduğunu və müvafiq lisenziyaya malik olduğunu sübut edən sənəd təqdim etməlidir.
Tender sənədlərinin əldə edilməsi üçün, İddiaçılar tenderdə iştirak etmək üçün yazılı sorğu təqdim etməli (bax: əlavə olunmuş Qoşma A), sonra isə Azərbaycan dilində olan tender sənədlərini elektron poçt vasitəsilə əldə etməlidirlər: u.tahmazly@gmail.com.
Maraqlı iddiaçılar tenderdə iştirak etmək üçün digər sənədlərlə yanaşı, aşağıdakı sənədləri təqdim etməlidir:

  1. Tender Sənədlərində qeyd olunduğu kimi, İddiaçının təcrübəli olduğunu və tələblərə cavab verdiyini təsdiqləyən hüquqi sənədlər;

  2. Tender təklifinin Formaları (texniki və maliyyə təklifi üçün). Tender təklifinin göndərildikdən sonra ən azı 120 bank günü ərzində qüvvədə qalmalı olduğuna dair Bəyannamə;

  3. 10.000 Avro həcmində bank təminatı (Tender təklifinin bank təminatı) (tender təklifi göndərildikdən sonra ən azı 148 bank günü ərzində qüvvədə olmalıdır).

İddiaçılar tenderdə konsorsium təşkil etməklə iştirak etmək niyyətindədirsə, konsorsiumun təşkili haqqında müqavilə, eləcə də həmin konsorsiuma üzv olan bütün şirkətlərin əvvəldə qeyd edilmiş bütün zəruri sənədləri (məlumatları) təqdim edilməlidir.

Hər bir iddiaçı yalnız bir tender təklifi təqdim etməlidir (lakin, “əsli” və “surəti” olmaqla 2 nüsxədə). Texniki və maliyyə təklifləri iki ayrı bağlı və möhürlənmiş zərfdə təqdim edilməli və digər bir bağlı və möhürlənmiş zərfə yerləşdirilməlidir. İddiaçının təkliflərinin “Əsli” ilə “Surəti” arasında uyğunsuzluq olduqda, “Əsli”nə üstünlük veriləcəkdir.

Azərbaycan Respublikasından olan iddiaçıların təqdim edəcəyi bütün sənədlər Azərbaycan və yaxud İngilis dillərində tərtib olunmalıdır. Sənədlər Azərbaycan dilində təqdim olunduqda, qiymətləndirmə komissiyası aydınlaşdırmaq üçün sənədlərin müəyyən hissələrinin tərcüməsini tələb edə bilər.


İşlərin həyata keçirilməsi üçün gözlənilən vaxt satınalma müqaviləsi imzalandıqdan sonra 7 (yeddi) ay kimi nəzərdə tutulur.

Təkliflərin qiymətləndirilməsi üçün aşağıdakı meyarlardan istifadə olunur:



1. Texniki təklif və peşəkar bacarıqlar

1.1. Tikinti işləri üçün istifadə olunan metodologiya və tərkib;

1.2. Oxşar tikinti işlərinin icrası ilə əlaqədar təcrübə;

1.3. Resurslar: şəxsi və subpodratçı resursları;

1.4. Son tarixləri göstərilməklə təfsilatlı iş planı;

1.5. Əsas ekspertlər\işçilərin peşəkar təcrübəsi;

1.6. Təklifin tamlığı;

2. Maliyyə təklifi (Qiymət).
İddiaçılar öz tender təkliflərini Tender Sənədlərində göstərilən müddəalara uyğun olaraq hazırlamalı və tam təkliflərini 2018-ci ilin may ayının 14-ü saat 17:00-dək, “Poçt Qutusu 30 (Ü.Hacıbəyov küçəsi 36, Mərkəzi Poçt, Bakı AZ1000)” ünvanına və ya birbaşa bu ünvana təqdim etməlidirlər: B.Ağayev küçəsi 100 A, AZ1073, Bakı şəhəri (Ekologiya və Təbii Sərvətlər Nazirliyi).
Elan olunmuş vaxtdan gec təqdim edilən təkliflərə rədd ediləcək və zərflər açılmadan geri qaytarılacaqdır.
Tenderdə iştirak etmək üçün dəvətdə göstərilən şərtlərə əsasən rəsmən tender sənədlərini tələb etməyən iddiaçılar prosedurdan kənarlaşdırılacaqdır.
Tender təklifləri 2018-ci ilin may ayının 15-i saat 15:00-da Satınalma müqaviləsini imzalayacaq qurumun - “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı şəhəri, B. Ağayev küçəsi, 100 A” ünvanında açılacaq.
Zərflər iddiaçıların səlahiyyətli nümayəndələrinin iştirakı ilə onların təqdim olunma ardıcıllığı əsasında açılacaqdır.
Maliyyə zərfləri texniki qiymətləndirmənin yekunlaşmasına qədər qapalı qalacaq. Qiymətləndirmə Komissiyası iddiaçılara maliyyə zərflərinin açılış tarixini yazılı şəkildə bildirəcəkdir.
Tender Komissiyası

Tenderdə iştirak etmək üçün yazılı müraciət
Tarix:
Tenderin adı: Samur-Yalama Milli Parkında Ziyarətçi Mərkəzinin və İnzibati Bina Kompleksinin tikintisi
Sifarişçi təşkilatın adı: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Biz – aşağıda imza edən şəxslər Samur-Yalama Milli Parkında Kompleks Ziyarətçi Mərkəzinin və İnzibati Bina Kompleksinin tikintisi ilə əlaqədar olaraq satınalma müqaviləsinin imzalanması üçün 2018-ci ilin 30 mart tarixində nəşr edilmiş “Samur-Yalama Milli Parkının Yaradılması” (SYMP) layihəsi çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tender elanı ilə bağlı sizə yazaraq bildirmək istəyirik ki, açıq tender prosedurunda iştirak etmək istəyirik və sizdən xahiş edirik ki, aşağıda göstərilən elektron poçt ünvanımıza müvafiq Tender Sənədlərini mümkün qədər tez bir müddətdə göndərəsiniz: _______________________(ünvanı qeyd edin).

Tarix və yer Səlahiyyətli şəxs

_____________________ ______________________

(imza və möhür)




Samur-Yalama Milli Parkında Ziyarətçi Mərkəzi və İnzibati Bina Tender Sənədləri

Yüklə 23,51 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin