Avrasiya əMƏkdaşliq fondu "MÜnaqiŞƏ MƏKTƏBİ"NƏ MÜraciƏt qəbulunu açiq elan ediR



Yüklə 20,77 Kb.
tarix14.01.2017
ölçüsü20,77 Kb.
#119


C.Cabbarlı küç.,44,

Caspian Plaza II, 11-ci mərtəbə

Bakı, Azərbaycan AZ1065

Tel: (99412) 437 2940

Faks: (99412) 437 2944

E-mail: info@epfound.az





AVRASİYA ƏMƏKDAŞLIQ FONDU "MÜNAQİŞƏ MƏKTƏBİ"NƏ

MÜRACİƏT QƏBULUNU AÇIQ ELAN EDİR

Avrasiya Əməkdaşlıq Fondu həyata keçirdiyi yeni layihə çərçivəsində gənclər üçün "Münaqişə Məktəbi"nə başlayır. "Münaqişə Məktəbi"nin məqsədi Azərbaycan gənclərinin münaqişə sahəsində bilik və bacarıqlarını artırmaq və beləliklə də, müxtəlif beynəlxalq platformalarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan müzakirələrdə uğurla iştirak edə biləcək yeni nəslin yaranmasına töhfə verməkdir.


"Münaqişə Məktəbi" müxtəlif mövzularda təlim seminarları və mühazirələrdən ibarət olacaqdır. Seminar və mühazirələr sülh, müharibə və sosial münaqişələrin sosiologiyası, toplu yaddaş, münaqişə nəzəriyyəsi, milli dövlət və dövlət sərhədi kimi nəzəri mövzularla yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə gedən rəsmi danışıqlar, münaqişənin həll olunmasında Azərbaycanın enerji resurslarından istifadə imkanları, qaçqın və məcburi köçkünlərin vəziyyəti, medianın rolu və təhlükəsizlik məsələləri, xalq diplomatiyası və sülhyaratma təşəbbüsləri kimi müxtəlif aktual mövzuları əhatə edir. "Münaqişə Məktəbi"ndə təlim seminarı aparmaq və mühazirə vermək üçün müstəqil ekspertlər, elm adamları və dövlət qurumlarının təmsilçiləri dəvət olunacaq.
"Münaqişə Məktəbi"ndə iştirak üçün 18-25 yaş arası tələbələr və yeni məzun olmuş gənclər müraciət edə bilər. Seçim müraciətçinin münaqişə sahəsinə olan marağı və təhsil göstəriciləri əsasında həyata keçiriləcəkdir. Seçim zamanı Siyasi Elmlər, Beynəlxalq Münasibətlər, Sosiologiya, Jurnalistika və yaxın ixtisas sahələrində təhsil alan və ya yeni bitirmiş gənclərə üstünlük veriləcəkdir.
"Münaqişə Məktəbi"ndə iştirak etmək üçün 20 Oktyabr 2014-cü il tarixinədək müraciət forması info@epfound.az e-mail ünvanına göndərilməlidir.

Avrasiya Əməkdaşlıq Fondunun (AƏF) missiyası insanlara sosial ədalət və iqtisadi inkişaf üçün faydalı olan proqramlar vasitəsilə dəyişiklik etməyə imkan yaratmaq, onlara öz icmalarını və öz həyatlarını yaxşılaşdırmaqda yardım etməkdir. Azərbaycanda qeydiyyatdan keçmiş Fond, Avrasiya Fondunun (AF) – keçmiş Sovet ölkələrində yaranan vətəndaş cəmiyyəti təşkilatlarına ilkin maliyyə dəstəyi göstərmək üçün 1992-ci ildə yaradılmış özəl idarəetmə sisteminə malik gəlirsiz təşkilat – varis institutudur. ABŞ Beynəlxalq İnkişaf Agentliyi, eləcə də digər ictimai və özəl donorlar tərəfindən dəstəklənən AF/AƏF, 1993-cü ildən bu günə qədər qrant və texniki yardım layihələri vasitəsilə Azərbaycana 20 milyon dollara yaxın vəsait ayırıb.





C.Cabbarlı küç.,44,

Caspian Plaza II, 11-ci mərtəbə

Bakı, Azərbaycan AZ1065

Tel: (99412) 437 2940

Faks: (99412) 437 2944

E-mail: info@epfound.az





"MÜNAQİŞƏ MƏKTƏBİ" ÜÇÜN MÜRACİƏT FORMASI


Ad:

Soyad:

Doğum tarixi:

Doğum yeri:

Mobil:

E-mail:

Yaşayış Ünvanı:



Ali Təhsil:

Dərəcə

İxtisas

Universitet

İl





































İştirak etdiyiniz təlim, yay məktəbi və konfranslar:


Münaqişə Məktəbində iştirak etməkdə marağınız nədir? (250 söz)

Münaqişə Məktəbindən nə kimi gözləntiləriniz var? (200 söz)

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hansı həll imkanlarının olduğunu hesab edirsiniz? (250 söz)

"Münaqişə Məktəbi"ndə iştirak etmək üçün 20 Oktyabr 2014-cü il tarixinədək müraciət forması info@epfound.az e-mail ünvanına göndərilməlidir.




Yüklə 20,77 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin