Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ


Kuba XX əsrin 70-90-cı illərində



Yüklə 2,15 Mb.
səhifə18/32
tarix14.01.2017
ölçüsü2,15 Mb.
#297
1   ...   14   15   16   17   18   19   20   21   ...   32

Kuba XX əsrin 70-90-cı illərində. Ölkənin imkanlarını nəzərə almadan 70-ci illərdə səna­yeləşdirmə kursuna başlanıldı. Mərkəzləşdirilmiş iqtisadiyya­tın qeyri-səmərəliliyi onun hərbiləşdirilməsinə yönəldiliən müstəsna tədbirlərlə daha da dərinləşdirildi. Bu, ABŞ tərəfindən təhlükənin aradan qalxmaması ilə izah edilirdi.

80-ci illərin ortalarından etibarən SSRİ və Şərqi Avropa ölkələrində başlanmış dəyişikliklər Kuba rəhbərliyi tərəfindən mənfi qarşılandı. Kommunist partiyasının rəhbər rolunun möh­kəmləndirilməsi haqqında çıxış edərkən F.Kastro «Sosi­a­lizm və ya ölüm!» şüarını elan etdi. O bildirdi ki, sosializmdən imtina edilməsi labüd surətdə Kubanı ABŞ-dan asılı vəziyyətə salar.

Kubanın keçirdiyi ağır iqtisadi vəziyyət 80-ci illərin sonunda – 90-cı illərin əvvəllərində SSRİ-dən (sonra isə Rusi­yadan) alınan ərzaq məhsulunun ixtisar olunması ilə mürək­kəb­ləşdi. Çünki zəruri ərzaq məhsullarının 70%-ə qədəri Ku­baya buradan gəlirdi.

Kuba həm də valyuta gəlirindən məhrum oldu. Belə ki, o, Sovet İttifaqından aldığı neftin bir hissəsini yenidən xaricə göndərirdi. 1985-ci ilə qədər mövcud olan azad kəndli bazar­ları bağlandı.

Partiya, dövlət və hökumət başçısı, silahlı qüvvələrin baş komandanı F.Kastro 2008-ci ilin fevralın 19-da dövlət başçısı vəzifəsindən həmişəlik istefa verdi. Hazırda da o, kubalıların xatirəsi də inqilabın lideri, milli müs­təqillik uğrunda imperializmə qarşı mərd mübariz olaraq qalır. 2009-cu ilin fevralında o, vəfat etdi.
MEKSİKA

Meksika İkinci Dünya müharibəsindən sonrakı ilk illərdə (1945-1950-ci illər). Müharibə dövründə Meksika antihitler koalisiyasının tərəfində iştirak edirdi. Onun iqtisa­diyyatının xarakterik xüsusiyyəti bu dövrdə dövlət bölməsinin genişlənməsi və möhkəmlənməsi idi. Neft, metal emalı artdı. Dəniz ticarəti inkişaf etdi, dəmir və şosse yolları çəkilişi, dəniz limanlarının tikilməsi sürətləndi. Zəhmətkeşlər içərisində öz nüfuzunu saxlamaq üçün Meksikanın hakim dairələri «permanent inqilab» ideyasından geniş istifadə edirdilər. Bu ideyanın reallaşması nəticəsində ölkədə sosial ədalət bərpa edilməli idi. Faşizmin darmadağın edilməsi ölkədə demokratik hərəkatın yüksəlməsinə səbəb oldu. Meksika in­qi­lab partiyasında sağlar və sollar arasında mübarizə kəs­kinləşdi. 1946-cı ildə sağlar İnstitut inqilab partiyasını (İİP) təşkil etdilər. Onun məqsədi Meksiykaya məxsus konstitusiyalı sosializm qurmaq idi. Pariyanın sol qanadının lideri, Avila Kamaço hökuməti dövründə daxili işlər naziri olmuş Migel Alema 1946-cı ilin iyununda prezident seçildi (1946-1952). O, ABŞ meylli siyasət yeritməyə başladı. ABŞ kapitalının ökəyə müdaxiləsi gücləndi. 1947-ci ildə Aqrar kodeksinə əlavələr olundu. İri torpaq sahiblərinin hüquqları genişləndirildi.

Müharibədən sonrakı ilk illərdə Meksikanın iqtisadi vəziyyəti pis­ləş­di. Zəhmətkeşlərin həyat səviyyəsi aşağı düşdü. Kənd təsərrüfatı fəhləsi şəhər fəhləsinin 25%-i miqda­rında əmək haqqı alırdı. 1946-cı ildən başlayan tətillər ancaq 1956-cı ildə dayandırıldı. Fəhlə hərəkatının zəifləməsinin səbəbi sağ rəhbər dairələrin sosial demoqoqiyası və həmkarlar hərəkatının parçalanması idi. 1947-ci ilin martında reformistlər Meksika zəhmətkeşlər Konfederasiyası üzərində nəzarəti həyata keçirməyə başladılar. 1947-ci ilin dekabrında o iki yerə parçalandı. Onların tərkibində 500 min adam var idi.

1949-cu ildə Meksikada sülh uğrunda birinci kontinental konqres, 1951-ci ildə isə sülh tərəfdarlarının milli konqresi keçirildi.

Meksika XX əsrin 50-60-cı illərində. 1952-ci ilin prezident seçkilərində İnstitut inqilab partiyasından namizəd irəli sürülmüş Ruis Kartines (daxili işlər naziri idi) qalib gəldi. Ona dünyada demokratik hərəkatın artmasını və Meksika xalqının antiimperialist əhval-ruhiyyəsini nəzərə almaq lazım gəldi. Korrupsiya əleyhinə tədbirlər görüldü. Qadınlar kişilərlə bərabər hüquq aldılar.

Meksika bir qədər müstəqil xarici siyasət yeritməyə başladı. Meksika ABŞ-la hərbi yardım haqqında pakt bağlamaqdan imtina etdi. Uranın alınması və digər strateji materialların üzərində ABŞ inhisarlarının müstəsna hüququ ilə razılaşmadı. Onun su ərazisindən ABŞ-ın balıqçı gəmiləri qovuldu. ABŞ Meksika qoşununu Koreyaya göndərməyi bacarmadı. Meksika hökuməti 1953-cü ildə Koreya məsələsinin sülh yolu ilə həll edilməsi haqqında sovet təklifini müdafiə etdi. Meksika Qvatemalada Arbenesin hökumətinin ABŞ tərəfindən devrilməsinə qarşı çıxış etdi.

50-cı illərin sonunda Meksika iqtisadiyyatında enmə əmələ gəldi. Zəhmətkeşlər qiymətlərin armtasına qarşı mübarizəni gücləndirdilər. Mübarizənin gedişində müstəqil həmkarlar ititfaqı yarandı.

50-ci illərdə Meksikanın kənd təsərrüfatının inkişafı sürətləndi. 1940-cı illə müqayisədə 1960-cı ildə kənd təsərrüfatı məhsulları istehsalının həcmi 3 dəfə artdı. Meksika özünü ətlə, taxılla və digər ərzaq məhsulları ilə təmin etdi. Kənddə kapitalist münasibətləri inkişaf etməyə başladı. Lakin ölkədə 2,5 milyon kəndli torpaqsız idi. Fəhlə sinfinin sayı 6,5 milyona çatdı. Kənd təsərrüfatında 3 milyona yaxın fəhlə var idi.

Meksikada bu dövrdə maliyyə-sənaye və aqrar oliqarxiyası gücləndi. Bu dövrdə Meksikada 24 milyarder vardı. Bununla birlikdə Meksikanın xarici kapitaldan, ilk növbədə ABŞ-dan asılılığı qalmaqda idi. 60-cı illərdə ölkənin ABŞ-a borcu 4,8 mlrd. dollar idi. Xarici ticarətdə böyük kəsir var idi.

1958-ci ildə İnstitut inqilab partiyasının namizədi Lopes Mateos prezident seçildi. Onun hökuməti bir sıra islahatlar keçirdi, dövlət bölməsi genişləndirildi. 1961-ci ildə 80%-i ABŞ inhi­sarlarına aid olan elektro-energetika sənayesi milliləş­dirildi. Metallurgiya kompaniyasının səhmləri ABŞ-dan alındı. Kino sənayesi milliləşdirdi. Dağ-mədən sənayesində xarici inhisar­ların hüquqları məhdudlaşdırıldı. Kredit, qiymətlərin nizama salınması sahəsində tədbirlər görüldü.

Hökumət aqrar islahatda da dərinə gedərək 16 milyon hektar torpağı kəndlilərə satdı. Boş torpaqların icarəyə götürülməsi haqqında qanun ləğv edildi. Qolçomaq təsərrüfatı inkişaf etməyə başladı.

Konstitusiyaya bir neçə əlavə edildi. «Zəhmətkeşlərin müəssisəsinin gəlirinin bölünməsində iştirakı», «Minimum əmək haqqı», «Qadın əməyinin kişilərlə bərabər ödənilməsi», «Yeniyetmələrin əməyinin məhdudlaşdırılması» haqqında qanunlar qəbul edildi.

Xarici siyasətdə Mateos müstəqil antiimperialist xətt götürdü. Sosialist ölkələri ilə əlaqələr genişləndirildi. 1964-cü ildə ABŞ-ın təzyiqi ilə təkcə Meksikadan başqa, bütün Latın Amerikası ölkələri Kuba ilə diplomatik əlaqələri kəsdilər. Mateos Latın Amerikasını nüvəsiz zona etmək təklifi ilə çıxış etdi.

1961-ci ildə demokratik qüvvələr «Milli azadlıq uğrunda hərəkat» təşkilatını yaratdılar. 1963-cü ilin yanvarında bir milyon adamı birləşdirən Müstəqil kəndli mərkəzi meydana gəldi. 1964-cü ildə Meksika qadınlarının milli ittifaqı, 1966-da Demokratik tələbələr milli mərkəzi təşkil edildi. Müstəqil prezident seçmək məqsədi ilə 1963-cü ildə Xalq Seçki cəbhəsi təşkil edildi. O kəndli lider Ramona Dansosa Palotinonu irəli sürdü. Lakin sol qüvvələrdə birlik yox idi. Sosialist partiyası İİ P-ni müdafiə etdi.

1964-cü ildə keçirilən seçkilərdə İİ P-nin namizədi daxili işlər naziri Dias Ordas prezident seçildi. O, əvvəlkilərin siyasətini davam etdirdi. Milli kapitalı artırmaq üçün tədbirlər görüldü. 1965-ci ilin yanvarında kortesdə belə bir qanun qəbul edildi ki, ölkənin maliyyə-kredit əməliyyatlarında xaricilərin iştirakı qadağan edilsin. Kənd təsərrüfatına kredit buraxıldı. Fəhlə hərəkətinə qarşı Ordas hökuməti sərt tədbirlər gördü. 60-cı illərin sonunda Meksikada sosial vəziyyət pisləşdi. 1968-ci ilin payızında tələbələrin çıxışları başladı. Lakin bütün çıxışlar yatırıldı.

Meksikanın təşəbbüsü ilə 1968-cü ildə Latın Amerikası sərbəst ticarət assosiasiyası təşkil edildi. Meksika 1965-ci ildə ABŞ-ın Dominikan Respublikasına müdaxiləsini pislədi və Amerika dövlətlərinin birgə silahlı qüvvələrinin yaranmasına qarşı çıxış etdi.



Meksika XX əsrin 70-ci illərində. Ölkənin siyasi həyatında yenə də əsas rol İİ P-yə məxsus idi. 1970-ci ilin iyunun 5-də parlament və prezident seçkiləri keçirildi. Luis Eçeverriya prezident seçildi. O da islahatları davam etdirdi. 70-ci illərin birinci yarısında Meksika iqtisadiyyatının inkişafı surətləndi. 1970-ci illə müqayisədə 1975-ci ildə sənaye məhsulu istehsalı 6% artdı. 1970-ci ilin aprelində «Əmək haqqı haqqında», 1973-cü ildə «Sosial təminat haqqında» qanun qəbul edildi. 1970-ci ildə verilən dekretə görə qara metallurgiya, sement, aliminium sənayesi sahəsində xarici kapital 49%-dən çox olmamalı idi.

1965-ci ildən 1970-ci ilə qədər 373,6 min kəndli 23 milyon ha torpaq aldı.Aqrar islahat haqqında qanuna əsasən 1972-ci ildən kənd təsərrüfatının sənayeləşdirilməsi və intensivləşdirilməsi başlandı. Meksika hökuməti proqramlaşdırılmış iqtisadiyyat xətti həyata keçirməyə başladı. 1974-cü ilin dekabrında Milli İnkişaf İnstitutu təşkil edildi. 1974-cü ilin yanvarında əmək haqqı 22% artırıldı, qiymətlər üzərində nəzarət qoyuldu. Bu perezidentin nüfuzunu artırdı.

Bununla bərabər inflyasiya da artdı. 70-ci illərin əvvəllərində ölkədə 4 milyon işsiz var idi. 70-ci illərin ortalarında Meksika da dünyada başlanan iqitsadi böhranının təsiri altına düşdü. Sənaye istehsalı azaldı. Kənd təsərrüfatı məhsulları 3,5 % aşağı düşdü.

1976-cı ildə keçiriləcək prezident seçkiləri ərəfəsində müxtəlif sosial qrupların fəallığı artdı. Ölkənin siyasi həyatına 1974-cü ildə yaradılmış Meksika zəhmətkeşlər partiyası, 1975-ci ildə təşkil edilmiş Zəhmətkeşlərin sosialist partiyası daxil oldu.

1975-ci ilin əvvəllərində Meksika Çin ilə dip­lomatik əlaqələri yaratdı.

1976-cı ilin iyulun 4-də keçirilən prezident seçkilərində İİR-nin namizədi Xose Lopes Portilyo prezident seçildi. Bu vaxt ölkədə iqitsadi inkişaf tempi zəifləmişdi, inflyasiya, işsizlik artmışdı. 1976-cı ilin sentyabrından bütün malların qiyməti 25% artdı. Eyni zamanda ölkədə milliləşmə, «meksikalaşma» prosesi getdi.

1977-ci ilin dekabrında parlament seçki islahatı haqqında qanunu bəyəndi. Demokratik hüquqlar artdı. 1978-ci ilin oktyabrında Meksika Konsitusiyasına «Layiqli və sosial əhəmiyyətli əmək hüququ haqqında» maddə əlavə edildi.

1975-ci ildə 250 min həmkarlar ititfaqı üzvü Müstəqil həmkarlar birliyi təşkil etdilər.

Sosialist və inkişaf etməkdə olan ölkələrlə münasibətlər yaxşılaşdı. 1979-cu ildə o, Nikaraqua demokratik hökumətini tanıdı.

Meksika XX əsrin 80-90-cı illərində. 80-ci illərin əvvəllərində iqitsadi vəziyyət pisləşdi. Sənaye istehsalı 10% aşağı düşdü. 1982-ci ildə 1,5 min toxuculuq, 4,4 min ayaqqabı müəssisəsi bağlandı. Ancaq neft sənayesində yüksəliş oldu. Əgər 1981-ci ildə Meksikanın 32,1 milyard dollar xarici borcu var idisə, 1985-ci ildə 100 milyard dollar oldu. Xüsusilə 1985-ci ildə olan zəlzələdən Mexiko çox zərər çəkdi.

1980-ci ildə Lopes Portilyo 1980-1982-ci illər üçün plan irəli sürdü. Planda əhalinin məşğulluğunun artırılması xüsusilə nəzərdə tutulurdu. Maarif və səhiyyyənin inkişafana fikir verilməyə başladı.

1981-ci ildə MKP və sol partiyalar birləşib Meksika vahid sosialist partiyasını təşkil etdilər.

1982-ci ilin iyulundakı prezident seçkiərində yenə İİP-nin namizədi qələbə çaldı. M.Urtado prezident seçildi. Ölkənin düşdüyü çətin vəziyyətdən çıxarmaq birinci dərəcəli vəzifə idi.

1984-1985-ci illərdə ölkədə maliyyə-valyuta çətinlikləri artdı. Neftin qiymətinin aşağı düşməsi Meksika üçün böyük çətinlik törətdi. «Sərt qənaət» siyasəti yeridilməyə başlandı. Xaricdən mal gətiriməsi 61,4% azaldıldı. Ölkə böhrandan 1985-ci ildə yaxa qurtardı 1988-1994-cü illərdə iqitsadi inkişafda ciddi nailiyyətlər əldə etdi. Bu illərdə ölkənin prezidenti Karlos Salinas de Qartori idi.

1994-cü ilin prezident seçkilərində İİP-dən E.Sedilyo qələbə çaldı. 1994-cü ilin sonunda ölkənin maliyyə vəziyyəti kəskin surətdə pisləşdi. Milli valyuta devalvasiya edildi. İqtisadi böh­randan çıxmaq üçün fövqəladə tədbirlər proqramı hazırlandı. Beynəlxalq maliyyə təşkilatları Meksikaya yardım etdilər. 1997-ci ildə ölkə iqitsadi böhrandan qurtardı və yenidən iqitsadi artım başlandı.

90-cı illərdə də prezident idarəsi siyasi sistemin sabitliyinə nəzarət edirdi. Konstitusiyaya görə dövlət başçısına praktiki olaraq qeyri-məhdud səlahiyyətlər və öz varisini irəli sürmək hüququ verilmişdi. Meksikada deyilir ki, «prezident» hər şeyə qadirdir.

Meksika xarici siyasətdə Reyqan xəttindən imtina etdi. 1980-ci ildə Şimali Koreya ilə diplomatik əlaqə yaratdı. Meksika ADR-lə bir sıra müqavilələr bağladı. 90-cı illərdə Meksikanın xarici siyasətinin əsas prinsipləri müstəqillik və başqalarının işinə qarışmamaq idi. 90-cı illərdə ABŞ və Kanada ilə də çoxsahəli münasibətlər inkişaf etdi. 1994-cü ildə onların arasında azad ticarət zonası yaradıldı.

Meksika hazırda dünyada baş verən qloballaşma prosesində yaxından iştirak edir.
BRAZİLİYA

Braziliya İkinci dünya müharibəsindən sonrakı ilk illərdə (1945-1950-ci illər). 1939-1941-ci illərdə Braziliya öz bitərəfliyini elan etdi. Lakin sonra antifaşist koalisiyaya girdi. Müharibə milli sənayenin inkişafına təkan verdi. Avropa ilə əlaqələr pozuldu. Bu dövrdə ölkədə 10 min sənaye müəssisəsi tikildi. Volta-Redonda tikilən metallurgiya kombinatı 1946-cı ildən başlayraq hər il 1 milyon ton polad verməyə başladı.

Braziliyada milli burjuaziyanın mövqeyi gücləndi. Bununla yanaşı, ABŞ kapitalının ölkəyə nüfuzu da artdı. 1945-ci ildə Braziliyanın xarici ticarət dövriyyəsinin 50%-i ABŞ-ın payına düşürdü. Bu pay 1938-ci ildə isə cəmi 29% təşkil edirdi.

Müharibə qurtardıqdan sonra Barqas hökuməti əhalinin demokratik, antiimperialist əhval-ruhiyyəsini nəzərə almaq məcburiyyətində qaldı. 1945-ci ilin aprelində Braziliya SSRi ilə diplomatik əlaqələr yaratdı. 1945-ci ilin aprelin 18-də siyasi məhsublar üçün amnistiya elan edildi. Prestes həbsdən azad edildi. 1945-ci ilin mayında seçki hüququ haqqında qanun verildi. 1945-ci ilin mayın 28-də siyasi partiyaların fəaliyyə­tinə icazə verildi. Seçki yaşı 18 yaş müəyyən edildi. Seçkilər ümumi, bərabər, gizli olmalı idi.

Cənubun mülkədarları, tacirləri, bankirləri Sosial-demokrat partiyasının yaratdılar. Onlar faşistpərəst general E.Dutranı prezidentliyə namizəd göstərdilər. Latifundistlər, iri burjuaziya və ziyalıların bir hissəsi Milli-demokratik ititfaqda birləşdilər. Onlar general Qomesin namizədliyini irəli sürdülər. Milli-trabalist (fəhlə) partiyası (Varqas yaratmışdı) Dutranın namizədliyini müdafiə edirdi. Bütün bu partiyalar və katolik kilsəsi antikommunist əhval-ruhiyyədə idi. Yerli və xarici mühafizəkarların təhriki ilə hərbçi yuxarı dairələr başda müdafiə naziri general Monteyro olmaqla 1945-ci ilin oktya­brın­da paytaxtı öz nəzarəti altına götürdülər. Varqas öz səla­hiy­yətlərindən əl çəkməyə məcbur oldu. Braziliyanın müvəq­qəti prezidenti Ali Məhkəmənin sədri Linyares elan edildi. Belə bir şəraitdə 1945-ci ilin dekabrında keçirilən prezident seçkilərində Dutra qalib gəldi. Dutra hökuməti ABŞ-la bağlı olan maliyyə oliqarxi­yasının nümayəndələrindən təşkil edildi. 1946-cı ilin sentyabrında yeni Konstitusiya layihəsi bəyənildi. Konstitusiyada demokratik hüquqlar təs­bit edildi. 14 yaşa qədər uşaqların əməyi qadağan edildi. Dövlət təbii sərvətləri milliləşdirmək, iri mülkiyyəti müsadirə etmək, xarici kampaniyalar üzərində nəzarət qoymaq hüququ aldı. Bununla belə, Konstitusiya iri burjuaziya və mülkədar­ların hakimiyyətini gücləndirdi.

1946-cı ildə beşiillik plan təsdiq edildi və onun bir his­səsi yerinə yetirildi. ABŞ üçün qapılar açıldı. Onun dövründə ABŞ-ın Braziliyaya kapital qoyuluşu 1946-cı ildəki 323 milyon dollardan 1951-ci ildə 803 milyon dollara çatdı.

1947-ci il mayında BKP (Braziliya Kommunist par­ti­yası) Braziliya zəhmətkeşləri konfederasiyası, 1949-cu ilin mayında isə sülh tərəfdarlarının fəaliyyəti qadağan edildi.

Xarici siyasətdə Braziliya ABŞ-ı müdafiə edirdi. 1947-ci ilin sentyabrında ABŞ-la «Qərb yarım kürəsinin birgə mü­dafiəsi haqqında» pakt imzalandı. Sovet İttifaqı ilə diplomatik əlaqələr kəsildi.

Bununla belə, 1949-cu ilin sentyabrında Dut­ra­nın iri neft kampaniyalarını xarici investorlara icarəyə vermək tək­lifini parlament qəbul etmədi.



Braziliya XX əsrin 50-60-cı illərində. 1950-ci il pre­zident seçkiləri kəskin mübarizə şəraitində keçdi. Jetulio Varqas antimperialist proqramla çıxış etdiyi üçün qələbə qazandı və prezident seçildi. O, hökumətə müxtəlif partiyaların nümayəndələrini cəlb etdi. Daxili və xarici siyasətində daxili milli, həmçinin daxili və xarici mühafizəkar qüvvələri nəzərə almalı oldu.

50-ci illərdə Braziliyada avtmobil, neft, sement, qara metallurgiya istehsalı artdı. Braziliya aqrar-sənaye ölkəsinə çevrildi.

1951-ci ilin dekabrında Varqas ABŞ-la neftə aid qarşılıqlı səhmdar cəmiyyət yaratmaq təklifi ilə konqresdə çıxış etdi. 1953-cü ilin oktyabrın 3-də konqres onun bu təklifi təsdiq etdi. «Petrobraz» səhmdar cəmiyyəti yaradıldı. Burada neftin 51% döv­lətə, 49%-ı isə Braziiliya xüsusi kompaniyalarına və ayrı-ayrı sa­hibkarlara məxsus idi. Xarici kapital neft sənayesinə buraxıl­madı. O, dövlət inhisarına keçirildi. Bu mütərəqqi qüvvələrin böyük qələbəsi demək idi.

1954-cü ilin aprelində konqresə dövlət elektroenergiya kompaniyası olan «Elektrobraz» səhmdar cəmiyyətinin təşkili haqqında qanun layihəsi təqdim edildi.

Varqasın hakimiyyəti dövründə ölkədə iqitsadi çətinlik­lər artdı. Üç il quraqlıq kəndlərdə minlərlə adamın acından ölməsinə səbəb oldu. Eyni zamanda 70 min latifundiyaçı bütün torpaq sahələrinin 62,33%-ni ələ keçirdi. Kəndli müha­ribələri baş verdi. Hökumət aqrar islahat keçirməyi planlaş­dırmağa məcbur oldu.

Xarici siyasətlə ABŞ-la əlaqələr möhkəmləndirildi. 1952-ci ildə ABŞ-la hərbi yardım haqqında saziş bağlandı. 1954-cü ildə Braziliya ABŞ-ın Qvetamalaya qarşı təcavüzünü bəyəndi. Koreyaya qarşı müharibəyə xalq etiraz etdi. «Milli azadlıq» komitəsinin konfransı 1954-cü ilin aprelində milli azadlıq xartiyasını qəbul etdi.

Belə mürəkkəb şəraitdə Varqas siyasi təcridçilik mövqe­yində durdu. İrticaçı hərbi dairələr ABŞ-ın köməyi ilə başda vitse-prezident Filyo olmaqla qəsd hazırladılar. 1954-cü ilin avqustun 23-də Varqas qəsdçilərdən onun istefasını tələb edən ultimatum aldı və istefaya getməyə məcbur oldu. Yeni höku­mətə Filyo və qəsdçilər daxil oldular. Lakin onlar nefti xarici kompaniyalara verməyi bacarmadılar.

1955-ci ilin oktyabrında keçirilən prezident seçkilərində sosial-demokratların lideri Kubiçek qalib gəldi. Kubiçek hökuməti mühasirə vəziyyətini ləğv etdi. Ölkənin sənayeləş­dirilməsi xəttini götürdü. Lakin bu xəttin reallaşması ancaq ABŞ-dan maliyyə köməyi almaqla mümkün oldu. 60-cı illərdə orta illik sənaye məhsulu istehsalı artdı. Neft çıxarılması 1960-cı ildə 29 milyon 380 min barel oldu. 1950-ci ildə isə cəmi 340 min barel neft çıxarılmışdı. Mərkəzləşmə və təmərküzləşmə getdi. 1% müəssisələr istehsal edilən məhsulun 46,4%-ni verirdi. Kənd təsərrüfatı geridə qalırdı.

1960-cı ilin aprelin 21-də paytaxt Rio-de–Janeyrodan Braziliyaya köçürüldü.

Kubiçek hökuməti müstəqil xarici siyasət yeritməyi bacarmadı. O, ABŞ-la qeyri-bərabər müqavilələri ləğv etsə də, Fernandu-di Naronda adasını hərbi baza adı altında ona satmağa məcbur oldu.

1960-cı ilin oktyabrında keçirilən prezident seçkilərində Milli-demokratik ititfaqın nümayəndələrindən biri, San-Paul ştatının qubernatoru Janio Kuadros qələbə çaldı. O, milli iqitsadiyyatı inkişaf etdirmək xətti götürdü. Xarici istiqrazların ödənilməsi üzərində möhlət qoydu.

Xarici siyasətdə o, müstəqil xətt götürdü, SSRİ ilə ticarət əlaqələrini genişləndirdi. Kubaya qarşı təcavüzü müdafiə etmədi. Bu ABŞ və daxili oliqarxiyanı təmin etmədiyi üçün 1961-ci ilin avqustun 25-də hərbi nazir Deniz və digər irticaçı generallar Kuadrosu istefaya getməyə məcbur etdilər. Buna cavab olaraq vətənpərvər qüvvələr «Milli azadlıq cəbhəsi» təşkil etdilər.

Yeni Prezident Qulart (1961-1964-cü illər) suverenlik xəttini götürdü. Mütərəqqi islahatlar keçirdi. 1961-ci ilin noybarında o, SSRİ ilə diplomatik əlaqələri bərpa etdi. Amerika dövlətləri təşkilatının 1962-ci ildəki konfransında Braziliya Kubanı müdafiə etdi. Fernandu-di Narondanın satılması dayandırıldı. Sağ qüvvələr sakit dayanmasa da, 1963-cü ildə keçirilən refe­rendumda Qulart qələbə qazandı. Prezidentin səlahiyyətlərini məhdudlaşdırmaq haqqında maddə konstitusiyaya əlavə edil­mədi. Bütün bunlar Qularta daha çox sosial-iqtisadi tədbirlər görməyə imkan verdi. O, 1962-ci ilin yanvarında Riu-Qrandi-du-Sulda aqrar islahat keçirilməsi haqqında dekret imzaladı. maliyyə və təhsil sahəsində də islahat keçirildi. 1963-cü ilin dekabrında neft ixracı üzərində dövlət inhisarı qoymaq haqqında dekret verildi. 1964-cü ildə xarici kampaniyaların gəliri 10% həcmində məhdudlaşdırıldı. 500 ha-dan artıq torpağın milliləşdirilməsi haqqında dekret verildi.

Qulartı «ölkəni Moskvaya tabe etməkdə» təqsirləndirdilər. 1964-cü il martın 1-də irticaçı hərbi dairələr Minas-Jerays ştatında antihökumət qiyamı təşkil etdilər. Onları San-Paul və Quanbara ştatının qubernatorları müdafiə etdilər. Qulart qətiyyətsizlik göstərərək ölkəni tərk etdi. Aprelin 2-də hakimiyyət qiyamçıların əlinə keçdi. Aprelin 11-də prezident marşal Kostelo Branko seçildi, 1967-ci ildə isə onu marşal Kosta əvəz etdi. 1965-ci ilin oktyabrın 25-də qəbul edilən İnstitut aktına əsasən pre­zident fövqaladə səlahiyyətlər aldı. O, mühasirə vəziy­yə­tini elan edə, konqresi buraxa bilərdi. 1969-cu ildə prezident general Medisi oldu. Demokratik qüvvələrə qarşı mübarizə başlandı.

1966-cı ildə hökumətin icazəsi ilə iki partiya – Milli Yeniləşmə İttifaqı (APENA) və Braziliya demokratik hərəkat partiyaları yarandı.

1967-ci ildə yeni Konstitusiya qəbul edildi, ölkədə avtoritar rejim gücləndi.

Xarici siyasətdə yenidən Amerika meylli xətt götürüldü. 1964-cü ildə Braziliya Kuba ilə münasibətləri pozdu. Braziliya hərbi hissələrini Dominikan respublikasına göndərdi. Ölkəyə yenidən ABŞ kapitalı axmağa başladı. Gəlirin xaricə ötürülməsinin məhdudlaşdırılması haqqında qanun ləğv edildi. Xaricilər torpaq almaq, qazıntı aparmaq hüququ aldılar. Ölkəyə nəinki ABŞ, hətta AFR, Yaponiya, Fransa, İngiltərə kapitalı da müdaxilə etdi. Bunun əsasında XX əsrin 60-cı illərində ölkədə iqtisadi yüksəliş başladı. Sənaye məhsulu istehsalının artımı 1963-cü illə müqayisədə 1967-ci ildə 3,8%-ə 1968-ci ildə 9%-ə qalxdı. 1968-1970-ci illərdə isə o 12,5% yüksəldi. Kənd təsərrüfatı da yüksək templə inkişaf etməyə başladı. Ölkənin iqtisadi vəziyyətinin xeyli dərəcədə yaxşılaşması qənd, qəhvə, pambıq istehsalının artması ilə də bağlı idi.

Braziliyada «İqitsadi möcüzə» daxili və xarici kapitalistlərə böyük zənginilk gətirdi. Zəhmətkeşlərin isə vəziyyəti ağır idi. 1965-1968-ci illərdə real əmək haqqı 40% aşağı düşdü.



Braziliya XX əsrin 70-ci illərində. Braziliyada 70-ci illərdə iqtisadi rəqabət gücləndi. Sənaye məhsulu istehsalı 1970-ci ildə 10%, 1974-cü ildə 15% artdı. Ölkəyə kapital axını davam edirdi. Braziliyanın topdansatış milli sərvəti 1975-ci ildə 60 mlrd dollar idi. Yüksəliş 1974-cü ilə qədər davam etdi.

«Açıq qapılar» siyasəti yeridilirdi. Bütün bunlar isə Braziliyanı «Xarici kapital üçün cənnətə» döndərdi. Xarici investisiya 1969-cu ildə 1,4 mlrd-dan 1978-ci ildə 13,7 mlrd. dollara çatdı. Eyni zamanda Braziliya iri həcmdə istiqraz və kredit əldə etdi. Bu da onun borclarını 1964-cü ildəki 2,8 mlrd dollardan 1979-cu ildə 47 mlrd dollara çatdırdı. Son nəticədə bu ölkənin maliyyə qəzasına yuvarlandırdı.

1974-cü ildə Braziliyada iqtisadiyyatın inkişafı zəiflə­məyə başladı. Milli valyutanın kursu aşağı düşdü. 1975-ci ildə dövlət büdcəsində kəsir yarandı, inflyasiya və qiymətlər artdı. Xüsusilə ərzaq məhsulları istehsalı azaldı. Vəziyyəti düzəlt­mək üçün hökumət idxalı məhdudlaşdırmağa məcbur oldu. Bu­nunla belə, xarici kapital üçün qapılar daha çox açıldı. Xa­rici inhisarlar neft sahələrinə, tropik meşə massivlərinə sərən­cam verməyə başladılar.

70-ci illərdə Braziliyada demokratik qüvvələrin müqa­viməti gücləndi. 1971-ci ilin marında Respublika demokratik partiyası yaradıldı. Müxalifət irticaçı qanunların ləğv edil­məsini tələb edirdi.

1974-cü il yanvarın 15-də keçirilən prezident seçkilə­rində APENA partiyası qələbə qazandı. Ernest Qeyzel pre­zident seçildi. Yeni prezident Braziliya iqtisadiyyatını intensiv inkişaf etdirmək xəttini götürdü. 1975-1979-cu illəri əhatə edən iqitsadi inkişaf planı qəbul edildi. Lakin bu plan müvəffəqiyyət qazanmadı.

70-ci illərin sonunda yenidən narazılıq gücləndi. 1978-ci ilin iyununda Demokratiyanı bərpa etmək uğrunda Milli cəbhə təşkil edildi. Bu hökuməti manevr etməyə məcbur etdi. 1978-ci ilin sentyabrında konstitusiyadan 5 saylı antidemokratik İnstitut aktı ləğv edildi. 1978-ci ildə yeni prezident APENA partiyasından istefada olan general Fiqeyredu seçildi. Parlamentdə də çoxluğu APENA partiyası qazandı.

Sola doğru keçid baş verdi. 1979-cu ilin aprelində minimum əmək haqqının 44-45% artırılması haqqında dekret imzalandı. 1979-cu ilin sentyabrında siyasi amnistiya haqqında qanun verildi. 1977-ci ildə ABŞ-la bağlanmış hərbi saziş ləğv edildi. Siyasi və icitmai qüvvələrin qruplaşması başladı. APENA ilə MDP buraxıldı. 1979-cu ilin mayında Tələbə milli ititfaqı, dekabrında Braziliya trabalist partiyası təşkil edildi (bu partiya APENA ilə, MDP-nin üzvlərindən təşkil edilmişdi).


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin