Ayətullah Fazil Lənkərani


QURANDA TƏKVİNİ VƏ TƏŞRİİ İRADƏ



Yüklə 0,8 Mb.
səhifə21/30
tarix14.06.2018
ölçüsü0,8 Mb.
#53648
1   ...   17   18   19   20   21   22   23   24   ...   30

QURANDA TƏKVİNİ VƏ TƏŞRİİ İRADƏ


Quran ayələrində hər iki iradə: təkvini və təşrii iradə ilə rastlaşmaq olar. İxtisara riayət edilsin deyə, burada bir neçə ayəni qeyd edirik:

اِنَّ اللهَ يُدْخِلُ الَّذِينَ أمَنُوا وَ عَمِلُوا الصّاَلِحاَتِ جَنّاَتٍ تَجْرِي مِنْ تَحْتِهَا الاَنْهاَرُ اِنَّ اللهَ يَفْعَلُ ماَ يُرِيدُ



"Həqiqətən Allah, Ona iman شətirib saleh, ləyaqətli iş görənləri ağaclarının altından böyük bulaqlar axan cənnətə daxil edəcəkdir. Həqiqətən Allah nəyi iradə etsə, onu da edir."

Bu ayədəki "yuridu" kəlməsindən məqsəd təkvini ira-dədir. ("Yuridu"nun məsdəri iradədir-müt.) Ayə göstə-rir ki, Allah-Təlanın iradəsində təxəllüfə əsla yol verilməzdir və o iradə labüd olaraq həyata keçməlidir.

اِنَّماَ اَمْرُهُ اِذاَ اَراَدَ شَيْئًا اَنْ يَقُولَ لَهُ كُنْ فَيَكُونُ

"Allah bir şeyi iradə etsə, ona "ol!" deyər, o da dərhal vücuda gələr."

Bu ayədən məlum olur ki, təkvini iradədə Allah iradə edən kimi dərhal varlıq meydana gəlir.

"Hud" və "Büruc" surələrində də gələn iki ayədə sübut edilir ki, "yuridu" kəlməsi təkvini iradəyə aiddir və Allah-Taalanın təkvini iradəsi ilə istəyi dərhal vücuda gəlir.

فَعّأَلٌ لِماَ يُرِيدُ Allah-Taala iradə etdiyini həyata keçirir.

Qeyd edilən ayələr Allah-Taalanın təkvini iradəsini sübut edir, belə ki, istənilən, iradə olunan şey Onun iradəsindən yayına bilməz.

İndi isə insanın təkvini iradəsini göstərən ayələrdən bir neçəsini xatırladırıq. Belə ki, bu iradənin həyata keçməməsi mümkündür:

يُرِيدُونَ لِيُطْفِؤُوا نُورَ اللهِ بِاَفْواَهِهِمْ وَ اللهُ مُتِمُّ نُورِهِ وَ لَوْ كَرِهَ الْكاَفِرُونَ

"Kafirlərdən bir dəstəsi Allahın nurunu öz iftiraçı sözləri ilə söndürməyi iradə edirlər. Amma onlar istək və iradələrini həyata keçirə bilməyəcəklər. Kafirlərin xoşu gəlməsə də, Allah Taala Öz nurunu genişləndirəcəkdir."

يُرِيدُونَ اَنْ يَخْرُجُوا مِنَ النّاَرِ وَ ماَ هُمْ بِخاَرِجِينَ مِنْهاَ وَ لَهُمْ عَذاَبٌ مُقِيمٌ



"Kafirlər odun içindən çıxmağı iradə edirlər, amma öz istəklərinə çata bilmirlər. Onlar üçün sabit əzab vardır."

Bu ayələrdən aydın olur ki, insanların iradəsinin həyata keçməsi həmişə mümkün olmur, həmçinin insanların iradəsi Allah-Taalanın əzəli iradəsinin qarşısında müqayisəolunmaz dərəcədə aciz və zəifdir. Əgər Allah insanların istədiyi şeyin əksini iradə etsə, Onun istəyi xalqın istəyinin həyata keçməsinin qarşısını alacaq.

Bu ayələr Qurani-Kərimdə həm Allah üçün, həm də in-sanlar üçün təkvini iradə olduğunu göstərir və sübut edir ki, Allahın təkvini iradəsinin həyata keçməməsi mümkün deyil. (Onun istək və iradəsi mütləq həyata keç-məlidir.)

İndi isə Quranda təşrii iradəni sübut edən ayələr-dən bir neçəsini qeyd edirik:

يا اَيُّهَا الَّذِينَ أمَنُوا اِذاَ قُمْتُمْ اِلَي الصَّلوَةِ فَاغْسِلُوا وُجُوهَكُمْ وَاَيْدِيَكُمْ اِلَي الْمَراَفِقِ وَامْسَحُوا بِرُؤُوسِكُمْ وَ اَرْجُلَكُمْ اِلَي الْكَعْبَيْنِ وَ اِنْ كُنْتُمْ جُنُبًا فَاطَّهَّرُوا وَ اِنْ كُنْتُمْ مَرْضيَ اَوْ عَليَ سَفَرٍ اَوْ جاَءَ اَحَدٌ مِنْكُمْ مِنَ الْغاَئِطِ اَو لاَمَسْتُمُ النِّساَءَ فَلَمْ تَجِدُوا ماَءً فَتَيَمَّمُوا صَعِيدًا طَيِّبًا فَامْسَحُوا بِوُجُوهِكُمْ وَ اَيْدِيكُمْ مِنْهُ ماَ يُرِيدُ اللهُ لِيَجْعَلَ عَلَيْكُمْ مِنْ حَرَجٍ وَ لكِنْ يُرِيدُ لِيُطَهِّرَكُمْ وَ لِيُتِمَّ نِعْمَتَهُ عَلَيْكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ

"Ey iman شətirənlər! Namaz qılmaq istədiyiniz zaman əvvəl üzünüzü, sonra qollarınızı dirsəyinizə qədər yuyun, başınızın bir hissəsinə və ayaqlarınıza topuğa qədər məsh çəkin. Amma əgər cünub (cənabətli) olsanız bədənizin hamısını su ilə paklayın (qüsl verin)! Əgər xəstələnsəniz, yaxud bir yerə səfər etsəniz, yaxud kiçik hədəsə mübtəla olsanız, yaxud arvadlarınızla cinsi əlaqədə olsanız və su tapa bilməsəniz təmiz torpaqla üzünüzə və əllərinizə məsh (təyəmmüm) edin. Allah sizin çətinliyə düşməyinizi istəmir (iradə etmir). Əksinə, Allah istəyir ki, sizi paklaşdırıb Öz nemətini kamilləşdirsin, bəlkə şükür edənlərdən olasınız."

Şübhəsiz bu ayədəki "يُرِيدُ لِيُطَهِّرَكُمَْ cümləsindəki ira-də təşrii iradədir, yəni Allah-Taala bu hökmləri və qanunları qoymaqla insanların paklığını iradə edir, istəyir. Burada iradə dəstəmazın, qüslün və təyəmmümün hökmlərini qanun halına salmaqdan, qanuniləşdirməkdən ibarətdir, məqsəd də insanları çirkinliklərdən (hədəs-lərdən) paklaşdırmaqdır. Aydındır ki, camaatın bir qismi həmin hökmləri icra edir, bəziləri isə onlara etinasız yanaşır. Əgər bu ayədəki iradə təkvini olsay-dı, heç kəs o hökmlərdən boyun qaçıra bilməzdi.

Bundan əlavə qeyd olundu ki, təşrii iradə başqası-nın işi ilə əlaqələndirilir, özü də başqasının iradə və ixtiyarı ilədir. Bu ayədə də Allah-Taalanın iradəsi insanların işləri ilə əlaqələndirilir. Mənası budur ki, möminlər öz ixtiyarları ilə dəstəmaz alır, qüsül və təyəmmüm edirlər.

Deməli, "يُرِيدُ لِيُطَهِّرَكُمَْ cümləsindəki iradə sözü təkvini deyil, təşriidir. "Bəqərə" surəsinin 185-ci ayəsin-də bu cümləni görmək olar:

فَمَنْ شَهِدَ مِنْكُمُ الشَّهْرَ فَلْيَصُمْهُ وَ مَنْ كاَنَ مَرِيضًا اَوْ عَليَ سَفَرٍ فَعِدَّةٌ مِنْ اَيّاَمٍ اُخَرَ يُرِيدُ اللهُ بِكُمُ الْيُسرَ وَ لاَ يُرِيدُ بِكُمُ الْعُسْرَ

"Ramazan ayında hər kim evdə olsa (səfərdə olmasa), oruc tutsun. Əgər bir adam bu ayda xəstə olsa və ya səfərə getsə, başqa günlərdə oruc tutsun. Allah-Taalanın iradəsi budur ki, siz çətinlikdə yox, rahatlıqda olasınız."

Bu ayədən də məlum olur ki, bu iradə, təşrii ira-dədir. Oruc şəriət hökmü şəklinə salınandan sonra, həmçinin müxtəlif vəziyyətləri, yəni səfərdə olub-olmamağı, xəstə olub-olmamağı nəzərə almaqla məqsəd müəyyən olur. Məqsəd Allah-Taalanın müsəlmanları çə-tinliyə salması, onların hamısına yalnız Ramazan ayında oruc tutmağı vacib etməsi deyil, onların rahatlıqda, asayişdə olmasıdır. Deməli, ayədəki iradə hökm vermək və qanun çıxarmaqla əlaqədardır. Bu da yalnız təşrii iradədir.

İradənin qismləri məlum olduqdan sonra "Təthir" ayəsindəki iradənin hansı qismdən olmasını araş-dırırıq.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin