Ayətullah Fazil Lənkərani



Yüklə 0,8 Mb.
səhifə3/30
tarix14.06.2018
ölçüsü0,8 Mb.
#53648
1   2   3   4   5   6   7   8   9   ...   30

İSLAMİ BİRLİK


Bildiyimiz kimi, bu gün bütün müsəlmanların ən mühüm vəzifələrindən biri "islami birlik" şüarı altında birləşmək üçün çalışmaqdır. Bu ilahi vəzifə hər bir yazıçının, natiqin, alimin və ümumiyyətlə hər bir müsəlmanın dini vəzifəsidir. Müsəlmanlar İslam düşmənlərinin qarşısında sıx birləşməli, müttəhid olmalıdırlar. Hər bir ayıq müsəlman bu məntiqi sözün hazırkı dünyada nə qədər düzgün olduğunu dərindən başa düşür və müsəlmanların arasında birliyi vacib və zəruri hesab edir.

Bu gün islamın kinli düşmənləri Quranı məhv etmək üçün var-qüvvəsi ilə gecə-gündüz çalışır, əlindən gələni əsirgəmir. Lakin müsəlmanların arasında birlik yaradılması o demək deyildir ki, Quranın danılmaz həqiqətlərini inkar edək, İslamın ali məziyyətlərini və onun qeydsiz-şərtsiz seçdiyi həqiqi rəhbərlərini inkar edək! Çünki bu növ kor-koranə birlik Quranın danılmaz həqiqətlərinə göz yummaq deməkdir.

Birlik və ittihadın mənası budur ki, Quranın, qorunmasına çalışdığı işləri davam etdirək, onun həyatbəxş sünnələrini, mütərəqqi qanunlarını dirçəldək bütün İslam alimləri yekdilliklə Quranın buyurduqlarını desinlər və həvayi-nəfsin istəklərinə tabe olmasınlar, təəssübü idraka qatmasınlar.

"Birliyin" həqiqi mənası Quranda olan bir sıra həqiqətlərə göz yumaraq onu ayaq altına salmaq deyildir. Məsələn, Həzrət Əlini ev dustağı edərək, Müaviyə kimi mənfur və yaramaz şəxsi müsəlmanların "dayısı" hesab etmək, Quranın hökmü ilə hər növ eybdən, günahdan, batini və zahiri çirkinliklərdən pak və məsum olan, Allah tərəfindən Onun yer üzündəki nümayəndələri, dini işlərin qəyyumu, bütün ümmətin və müsəlmanların ixtiyar sahibi təyin edilən şəxsləri nəzərə almayıb "birlik xatirinə hələlik bu ayələrdə bəyan edilən pak və məsum şəxsləri kənara qoyaq" demək və bunun müqabilində də ləyaqətsiz, şəxsiyyətsiz insanları (həmin məqsədlə) böyük bir şəxsiyyətə çevirib eyblərini gizlətmək, layiq olmadıqları gözəl sifətlərlə vəsf etmək və s. kimi işlər Quranın ümdə məramlarının bir qismini nəzərə almamaq deməkdir. Qurani-Kərimin əsas mətləblərini kənara qoymaq olarmı?! Məgər "bu gündən etibarən müsəlmanların birliyi naminə Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in sair peyğəmbərlərdən üstün, yaxud onların sonuncusu olmasını inkar etmək lazımdır!" deyə iddia etmək olarmı?! Məgər birlik xatirinə "fəzzələllahul-mucahidinə" ayəsini inkar edərək cihada getməyənləri mücahidlərdən üstün və ya onlarla eyni bir məqamda olmalarını iddia edə bilərikmi?!!

Məgər "zikr əhlini" kənara qoyub, cahilləri və nadanları İslamın rəhbəri bilmək və

قُلْ هَلْ يَسْتَوِي الَّذِينَ يَعْلَمُونَ وَ الَّذِينَ لاَ يَعْلَمُونَ

ayəsini unutmaq mümkün olan işdir?!

Bu cür fikirlər cəhalətlə yanaşı olan fikir olub, fəzilətləri tapdalamaq və Quranın yüksək hədəflərinin, ali məramlarının bir qismini sarsıtmaq deməkdir.

İnsaniyyətin düşməni olan cəlladların, İslamın təhlükəli düşmənlərinin, müsəlmanların qanını zəli kimi soranların və İslamın həyatını ciddi şəkildə təhdid edən yadellilərin qarşısında "islami birlik" vacibdir. Müsəlmanların arasında ünsiyyət və qarşılıqlı anlaşma, vəhdət və birlik yaratmaq, çox da əhəmiyyət kəsb etməyən bəzi ixtilaflarda güzəştə getmək, hamılıqla Allahın sarsılmaz ipi olan Qurani Məcidə sarılmaq və hər növ təfriqəçilikdən uzaq olmaq səhih bir fikirdir. Amma bu fikir təkcə şiələrə aid edilməməlidir bizim din qardaşlarımız olan sünnü alimləri də özlərinin yersiz və cəhalət üzündən olan təəssüblərindən əl çəkməlidirlər. Mühibbuddin Xətibi və Əhməd Əmin kimi təəssübkeş "alimlər" haqq və pak olan şiə məzhəbinə yağdırdıqları iftiralardan, təhriflərdən və töhmətlərdən əl çəkməlidirlər.

QURAN VƏ YƏHUDİ ALİMLƏRİ


Quranın yəhudi alimləri haqqında ürək kövrəldən naləsi bəzi İslam alimlərinə aid edilməməlidir:

اَفَتَطْمَعُونَ اَنْ يُؤْمِنُوا لَكُمْ وَ قَدْ كاَنَ فَرِيقٌ مِنْهُمْ يَسْمَعُونَ كَلاَمَ اللهِ ثُمَّ يُحَرِّفُونَهُ مِنْ بَعْدِ ماَعَقَلُوهُ وَهُمْ يَعْلَمُونَ



"(Ey müsəlmanlar!) Yoxsa istəyirsiniz ki, onlar (yəhudilər) sizə iman gətirsinlər?! Halbuki onlardan bəziləri Allah kəlamını eşidib dərk etdikdən sonra bilə-bilə onu təhrif edirlər."15

Bu şərif ayədən məlum olur ki, yəhudi alimləri Allah kəlamını eşidir, onun haqq olmasını dərk edir, amma bilərəkdən haqqı təhrif edib, həqiqətləri tərsinə qələmə verirlər. Bəzi İslam alimləri gərək yəhudi alimləri kimi olmasınlar, həqiqəti danmasınlar. Əgər qərəzçilik və təəssübkeşlik kənara qoyulmasa, həqiqətlər tərsinə cilvələndirilməsə "birlik" fikrində olmaq xam xəyaldan, puç arzudan başqa bir şey olmayacaqdır. Buna görə də yuxarıdakı ayənin məfhumu bütün müsəlmanlara xatırladılmalıdır.


BİRLİKDƏN ÜMİDSİZLİK


Yuxarıdakı ayə müsəlmanları qəflət yuxusundan oyadır, onlara müraciətlə deyir ki, sizin yəhudi alimləri və sair yəhudilərin iman gətirməsi ilə əlaqədar bu cür şiddətli arzularınızın heç bir faydası yoxdur. Onlardan ümidinizi kəsin: onların sözü sizinlə heç vaxt müvafiq olmayacaqdır. Çünki, yəhudi alimləri və onların rəhbərləri Qurandakı həqiqətləri dərk edib, şəhadət verdikdən sonra sizin gözünüzün qabağında inkar edirlər. Bu ayə yəhudilər kimi bəzi millətlərin düz yola gəlməsinin, müsəlmanların onlarla rabitə saxlanmasının qeyri-mümkün olmasının səbəbini onların rəhbərlərinin nadanlıqla yanaşı olan rəftar və əməl tərzində axtarmağın zəruri olduğunu anladır. Bu birlik islami birliyin əldən verilməsi ilə nəticələnə bilər. Çünki o millətlərin rəhbərləri həqiqəti tərsinə cilvələndirmiş, arzu və ümidləri məyusluğa çevirmişlər. Görəsən, bu ayə həvayinəfsə tabe olan bəzi alimlərin yersiz və puç təəssübləri nəticəsində İslam firqələri arasında birlik məsələsinin xam xəyal olduğunu bəyan etmirmi?!

Quranın təsdiq etdiyi Allah bəndələrinin haqqını tapdalayan bu təəssüblərlə yanaşı, müsəlmanların İslam düşmənləri qarşısında vahid və sıx bir cərgədə birləşməsi necə mümkün ola bilər?!

Yuxarıdakı ayədən belə nəticə almaq olar ki, müsəlmanların birliyinin ilkin şərti yersiz təəssübləri kənara qoymaq, sağlam idrak əsasında hökm etmək üçün əqlə istinad etməkdir. Biz puç və yersiz təəssüblərlə qarışan nəfsani istəklərə uymamalı, rəyasət və məqam fikrində olmamalı, Quranı düzgün şəkildə dərk etmək fikrində olmalıyıq. Amma təəssüflə, bəzi İslam alimlərinin təlqin etdiyi qeyri-normal təfəkkürlərdən bir neçəsini burada qeyd etmək məcburiyyətindəyik (halbuki onların yüzlərlə nümunəsi vardır).

Ümidvarıq ki, bu alimlər İslamın müqəddəslərinə mürgüləyən gözlərlə baxıb ona zərbə vurmasınlar, müsəlmanların birləşməsi üçün şərait hazırlasınar.



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin