Azerbaijan Archeology Vol



Yüklə 110,2 Kb.
tarix10.01.2022
ölçüsü110,2 Kb.
#107968

59

Azərbaycan Arxeologiyası 2005

Azerbaijan Archeology Vol.: 7 Num.: 1-4


AZƏRBAYCANINIBTİDAİDÖVR TARlXİNİN TƏDRlSlNDƏ ŞİFAHt ŞƏRH METODLARINDAN ISTlFADƏ Intiqam Cəbrayılov

(Azərbaycan Respublikasının Təhsil Problemləri Institutu)
Azərbaycan tarixinin tədrisində şifahi şərh metodlarınm özünəməxsus yeri və rolu vardır. Şifahi şərh metodları sırasmda isə bir qayda olaraq daha çox nağıletmədən bəhs olunur. Qeyd etmək lazımdır ki, nağıletmə hadisə və proseslər haqqmda süjet hekayətidir. Nağıletmə həm qısa, həm də geniş ola bilər. Qısa formada nağıletmə nümunəsini (buna qısa məlumat da demək mümkündür) Azərbaycan tarixindən «Qədim daş dövrü. Ilk insan məskən-ləri» mövzusu ilə əlaqədar aşağıdakı şəkildə təqdim edirik:

«Daş dövrü ibtidai icma cəmiyyətinin erkən mərhələsidir. Daş dövrünün ilkin mərhələsi qədim daş dövrü, yəni paleolit adlanır. Bu dövrə aid Azərbay-canda maddi-mədəniyyət nümunələri tapılmışdır. Azərbaycanda ilk insan məskənləri Qarabağ bölgəsindəki Azıx, Tağlar, Zar mağaraları, Qazax bölgə-sindəki Daş Salahlı, Damcılı mağaraları, Naxçıvan bölgəsindəki düşərgələr olmuşdur».

Nağıletmənin geniş formasmı iş təcrübəsi əsasmda aşağıdakı şəkildə (yuxanda qeyd etdiyimiz mövzu üzrə) təqdim edirik: «lbtidai icma cəmiyyəti bəşər cəmiyyətinin ilkin inkişaf dövrüdür. Bu dovr ilk insanların yaranması ilə başlamış, uzun bir inkişaf yolu keçmişdir. Alimlər ibtidai icma cəmiyyəti-nin Azərbaycanda 1,5 milyon ilə qədər davam etdiyini söyləyirlər. Ibtidai ic­ma cəmiyyətinin tarixi arxeoloji dövrləşməyə görə şərti olaraq üç dövrə bö-lünür: daş dövrü, tunc dövrü və dəmir dövrü.

Daş dövrü üç mərhələyə bölünür:

  1. Qədim daş dövrü (paleolit)

  2. Orta daş dövrü (mezolit)

  3. Yeni daş dövrü (neolit)

Azərbaycanın əlverişli təbii-coğfafi şəraiti bu ərazidə hələ ən qədim za-manlardan - erkən paleolitdən ibtidai insanların məskən salmasına imkan ver-mişdir.

Azərbaycanda ilk insan dəstələrinin 1,5 milyon il bündan əvvəl məskun-laşdığı barədə elmi faktlar, dəlillər vardır. Bizim ölkəmizdə, Azərbaycanda qədim insanlann yaşadıqları düşərgələrə Qarabağ, Qazax və Naxçıvan bölgə-lərində daha çox rast gəlinmişdir. Qarabağ bölgəsindəki Azıx, Tağlar, Zar mağaralarından çox qiymətli, faktiki materiallar tapılmışdır.

Məlum olduğu kimi, qədim daş dövrünün özünün də üç mərhələsi var-dır: alt paleolit, orta paleolit, üst paleolit.

Alt paleolit ilk insan tipinin təşəkkülündən başlamış 130-120 min il bun-dan əvvəlki dövrü əhatə edir. Bu dövr insanlarının yaşayışını öyrənmək üçün


Azərbaycan Arxeologiyası 2005

Azerbaijan Archeology Vol.: 7 Num.: 1-4


Qarabağda, Füzuli şəhəri yaxınlığında, Quruçay dərəsində yerləşən Azıx ma-ğarasında aparılmış tədqiqatların böyük əhəmiyyəti var.

1960-1986-cı illərdə arxeoloq M.M.Hüseynovun rəhbərliyi ilə Azıx ma-ğarasmda aparılmış qazıntılar nəticəsində 10 arxeoloji təbəqə varhğı müəy-yənləşdirilmiş, mədəni təbəqə yatımından ibtidai insanlann istifadə etdikləri 10 mindən artıq daş məmulat, külli miqdarda fauna qalıqları aşkarlanmışdır.

Azıx düşərgəsinin alt mədəni təbəqələri (VII-X təbəqələr) ibtidai insan-larm Quruçay vadisində 1,5 milyon il bundan əvvəl başlamış ta 700 000 il bundan əvvələ qədərki həyat tərzini əks etdirən maddi qalıqları özündə əks etdirir. Buradan tapılmış çay daşından kobud hazırlanmış alətlər bəsit əməliy-yatlar - kəsmə, yonma, doğrama, parçalama və s. əməliyyatlan yerinə yetir-məyə imkan verirdi: M.M.Hüseynovun təklifı ilə bu mədəniyyət «Quruçay mədəniyyəti» adını almışdır. Quruçay mədəniyyətinin daşıyıcıları ovçuluq və yığıcılıqla məşğul olmuşlar.

Ibtidai insanlar kiçik qraplar, dəstələr halında yaşayırdılar. Belə kiçik kollektivlər ibtidai insan dəstələri və ya ulu icma adlanır. Ulu icma şüurlu surətdə yox, kortəbii şəkildə, təbiət qarşısında aciz qalmamaqdan ötrü yaran-mışdı. Belə kollektivlər daimi deyildi.

Azıx mağarasında erkən aşel dövrünə aid V mədəni təbəqədə ocaq qalı-ğınm aşkarlanması sübut edir ki, insanlar oddan istifadə etməyi də öyrənmiş-dilər.

1968-ci ildə arxeoloq M.Hüseynov «Azıx» mağarasından V təbəqədə 350-400 min il bundan əvvələ aid qədim insanın alt çənə sümüyünü tapdı.

Alt paleolitdən sonrakı dövr orta paleolit - Mustye dövrü də adlanır. Orta paleolitdə neandertal insan tipi yaşamışdır. Axirət dünyasına inam da bu dövr-də yaranmışdır".

Nümunədən göründüyü kimi, nağıletmədə vahid süjet xətti var və bu da müəyyən sonluqla bitir. Nağıletmə bir qədər də genişləndirilmiş şəkildə veri-lə bilərdi. Lakin biz yalnız nağıletmənin mahiyyətini aydınlaşdırmaq üçün çox da geniş olmayan hekayə formasından istifadə etdik.

Nağıletmə zamanı müəllim təkcə dərslik materialı ilə kifayətlənmir. Şərhini, öz nağlını daha cazibədar, maraqlı etmək üçün o, tarixi sənədlərdən, monoqrafıyalardan, bədii ədəbiyyatdan, kütləvi informasiya vasitələrindən istifadə edir. Bu zaman müəllim öz şərhində, yeri gəldikcə bədii nağıletmə ünsürlərindən də faydalana bilər.

Məsələn, "Azərbaycanda ibtidai icma cəmiyyəti" mövzusunu keçərkən müəllim arxeoloq Cəfərqulu Rüstəmovun «Qobustan dünyası», Teymur Bün-yadovun «Mərd qalalar, sərt qayalar» kitabına müraciət edərək nağıletməni aşağıdakı şəkildə qurur: Qobustanı Azərbaycanda, eləcə də onun hüdudların-dan kənarda məşhurlaşdıran onun qədim qayaüstü təsvirləri və qədim Qobus-tan sakinlərinin məskənləri olmuş düşərgələrdən ibarət arxeoloji abidələrdir.


Azərbaycan Arxeologiyası 2005

Azerbaijan Archeology Vol.: 7 Num.: 1-4


Qobustan abidələri kompleksi uzunluğu 15-20 km, eni 2 km olan zolaqvari kiçik bir sahədə yerləşən Böyükdaş, Kiçikdaş və Cingirdağ ərazisindəki qa-yalar arasındadır. Arxeoloji tədqiqatlarla müəyyən olunmuşdur ki, Qobustan qayaları arasında orta daş dövrünün - mezolitin əvvəllərindən başlanan həyat min illər ərzində fasiləsiz davam etmişdir. Qobustan sakinlərinin çəkdikləri qayaüstü rəsmlər, onların həyat fəaliyyəti nəticəsində əmələ gəlmiş mədəni təbəqə yatımı tariximizin 10 min ildən artıq zaman kəsiyini öyrənmək üçün çox qiymətli maddi arxivdir.

Qobustandakı Kiçikdaş və Böyükdaş, Cingirdağ dağları əlverişli şəraiti və təbiəti ilə 12-15 min il bundan əvvəl insanların diqqətini cəlb etmiş, onlar burada məskən salıb yaşamış, ovçuluq, yığıcılıq və balıqçılıqla məşğul olmuş, qayalar üstündə rəsmlər həkk etmişlər. Qobustanda qayaüstü rəsmlərin yaranma tarixi üst paleolitdən mezolitə keçid mərhələsindən 12-15 min il əvvəldən başlayıb orta əsrlərə, daha dəqiq desək, islam dininin yayılmasma qədər davam etmişdir. Qobustanın qədim qayaüstü təsvirlər kolleksiyası Böyükdaş, Kiçikdaş, Cingirdağ, Yazılıtəpə, Şonqar və Şıxqaya dağları sa-həsində aşkar edilib qeydə almmış abidələrin ümumi sayı 6 mindən artıqdır. Buraya insan və heyvan təsvirləri, quş, balıq, ilan və kərtənkələ kimi sü-rünənlər, boz əqrəb kimi həşərat şəkilləri, qayıq, tor şəkilləri, işarə və damğalar, latın və ərəb əlifbası ilə həkk olunmuş kitabələr daxildir.

Qobustanda kəllə-kəlləyə gələn dağ keçilərinin təsviri, sürü halında on-ların əksi daha çoxluq təşkil edir. Bu yerlərdə əsrlər boyu ov heyvanlarımn ovlanması, maldarlıq mədəniyyətinin yaranması və inkişafına əsaslı zəmin yaratmışdır. Onlarla qaramalın ovlanma səhnələri, ayrı-ayrı təsvirləri fikrimi-zi təsdiq edir. Qoşqu və qida mənbəyi kimi tanınan bu heyvanları nəqliyyat vasitələri kimi ulularımız istifadə etmişlər. Qayanın birinin üzərində əlində oraq təsvir edilən bir nəfər biçinçi taxılçılığm bu yerlərdə varlığmı sübuta ye-tirir.

Qeyd edilən təsvirlər о dovrdə yaşayan qobustanlıların məişətini öyrən-məklə yanaşı, kənd təsərrüfatı alətlərinin də tarixinin araşdırılmasma işıq sa-çır. Yeni fıkirlər, maraqlı mülahizələr söyləməyə qol-qanad verir.

Xəzər balıqçılığmm tarixinin öyrənilməsində də Qobustanın öz yeri, öz sözü var. Vaxtilə qobustanlılar qarğı-qamışdan düzəltdikləri qayıqlarını Xə-zərin qoynunda süzdürmüş, balıq ovuna çıxmışlar. Əsrlər boyu Xəzər öz zən-gin və son dərəcə qiymətli balıq növü ilə şöhrətlənib. Qobustanlılar bu əvəz-siz təbii xəzinədən geniş istifadə edib, bahqçılığı özlərinin əsas peşələrindən birinə çeviriblər. Qobustanda, Böyükdaş adlı yerdə zəngin rəsmlərlə təsvir olunmuş və geniş bir səhnə yaratmış 29 nömrəli qayanı biz belə oxuyuruq:

Təsvirə əsaslanaraq söyləmək olar ki, qayıq dənizdən uğurlu səfərdən qayıdıb, bol balıq ovu edilib. Sahildəki adamlar bu münasibətlə şadlıq, sevinc içərisində qayığı qarşılayırlar. Rəqs edir, şadyanalıqla mərəkə düzəldirlər.


Azərbaycan Arxeologiyası 2005

Azerbaijan Archeology Vol.: 7 Num.: 1-4


Ovçuluq təsərrüfatını daha aydın təsəvvür etmək üçün daşlarda təsvii edilən qayıqlar da az rol oynamır. Qayıqlarda insanlar müxtəlif vəziyyətlərdəj təsvir edilib, görünür, bu zəhmət onların iş prosesilə six bağlı olmuşdur, Qa<| yıqlar təkcə ovçuluq deyil, həm də dənizçiliyin tarixi, su-nəqliyyat vasitələri-nin tarixini öyrənməyə şərait yaradır. Qayıqların qabaq hissəsində günəş rəs-ı minin təsviri fəza cisimlərinə, göy cisimlərinə inam və günəşə işıqlı bir qüv-; və kimi baxılması ilə əlaqədar olduğu aydmlaşır. Qayıqlarda günəşin təsvirij fəza cisimlərinin öyrənilməsi məsələsi, onun tarixi köklərinin araşdırılmasınai şərait yaradır. Qayıqların qamışdan düzəldilməsi fıkri dünyada geniş yayılıb. Əgər belədirsə, deməli, Qobustan qamışlıqları qayıqların hazırlanmasındai əsas material kimi işlənmişdir.

Əlbəttə, burada nağıletmə ilə yanaşı, izahat və təsvir ünsürlərinə də rasti gəldik. Ümumiyyətlə, şifahi şərh metodları bir-birindən fərqlənsə də, onlar arasında xüsusi cəhətlər olsa da, hər hansı bir məsələ barədə danışarkən on­lar bir-birilə qaynayıb-qarışır. Ona görə də müəyyən bir mövzunu keçərkən müəllimin yalnız bir şərh metoduna istinad etməsi və yaxud onun öz şərhini yalnız «nağıletmə» və «izahat» adlandırması düzgün deyil.

Hər hansı hadisə haqqında nağıletmə zamanı müəllimin bədiiliyə üstün yer verməsi və bütün şərhini bədii formada, bədii ifadələrlə qurması özünü doğrultmur. Çünki bu zaman tələbələrdə elmi faktlara ciddi münasibət yaran-mır. Təlimin tərbiyəvi əhəmiyyəti, hər şeydən əvvəl, şərh olunan tədris ma-terialının ideya məzmunundadır. Bu məzmunu açıb göstərmək üçün müəllim təkcə həyəcanlandırıcı səhnələr yaratmamalı, eyni zamanda aydın, dəqiq faktlarla material izah olunmalı, mahiyyət tələbələrə çatdırılmalıdır.

Tələbələr üçün böyük əhəmiyyət kəsb edən tarixi hadisələr elə şərh olunmalıdır ki, bu, onların tarixi biliyinin inkişafına, dərinləşməsinə, eyni za­manda tərbiyəsinə güclü təsir etsin. Məsələn,biz qədim qayaüsrü təsvirlər haqqında geniş danışmaq üçün Qobustan qayaüstü təsvirləri barədə hekayə-dən istifadə edə bilərik. Çünki Qobustan qayaüstü təsvirləri özünün əhatə dairəsinə gorə, bütün xüsusiyyətlərinə görə başqalarından fərqlənsə də, təs-virlər qədim dövrün ən möhtəşəm qayaüstü təsvirlərindən biridir. Bu barədə tələbələr məlumat əldə etməklə, demək olar ki, bütün qayaüstü təsvirlərin yaranma səbəbləri, mahiyyəti və tarixi nəticələri barədə ümumi təsəvvürə malik olurlar. Bununla da, tələbələr yeni bir tarixi hadisəni öyrənir, onlarda müəyyən dərəcədə idrak fəallığı yaranır, təhlil və ümumiləşdirmə aparmaq bacarığı formalaşır.

Nağıletmənin canlılığı konkretləşdirmənin müxtəlif vasitələri və üsulla-rmm köməyilə əldə edilir. Bu vasitə və üsulların tətbiqi adi bir tarixi məlu-matı nağıletməyə çevirir.

Konkretləşdirmənin vasitə və üsulları pedaqoji təmayüllü ali məktəblər-də tədris olunan Azərbaycan tarixi kursunun idraki və tərbiyəvi vəzifələrinin

həllində, məsələn, konkret tarixi təsəvvürlərin yaranmasına, təhsilləndirici və tərbiyəvi imkanlardan istifadəyə kömək göstərir.

Konkretləşdirmə yolu ilə biz şifahi şərhimizi daha inandırıcı edə, tarixi hadisənin xüsusiyyətini daha yaxşı açıb göstərə bilərik. Ümumiyyətlə, konk-retləşdirmə vasitələrinin köməyilə tarixi hadisələrin mahiyyətini, əhəmiyyə-tini və digər cəhətlərini aydınlaşdırmaq mümkündür. Məsələn, nəsli qəbilə icmasından danışarkən, bəzən onu konkret olaraq ana xaqanlığı (matriarxat) adlandırırıq. Yəni nəsli qəbilə quruluşu dövründə insanlar ana xətti ilə qo-humluq əsasında birləşmişdi. Qəbilənin həyatmda qadm mühüm rol oynayır-dı. Uşaqlarm qayğısma qalmaq, giləmeyvə və yabanı bitkilər toplamaq, odu qorayub saxlamaq, yemək hazırlamaq və s. qadınların işi idi. Buna görə də nəsli qəbilə icması ana-xaqanlığı (matriarxat) adlanır.

Konkretləşdirmə vasitələrini bir neçə yerə bölmək olar:

  1. tarixi hadisələrin baş verdiyi vaxtı səciyyələndirən cəhətlərin konkret-ləşdirilməsi;

  2. tarixi hadisələrin baş verdiyi yeri xarakterizə edən cəhətlərin konkretləş-dirilməsi;

  3. məişət materialından istifadə;

  4. rəqəm materiallarmdan istifadə;

  5. bədii ədəbiyyatdan istifadə;

  6. tarixi sənədlərdən, xatirə ədəbiyyatından istifadə;

  7. yerli (tarixi) materialdan istifadə.

Konkretləşdirmənin yollarım isə aşağıdakı şəkildə göstərə bilərik: 1) adamlann fəaliyyətini göstərmək yolu ilə nağıletmənin konkretləşdiril-məsi;

2)tipik epizodun, tipik tərcümeyi-halın, səciyyəvi cəhətin tətbiq olunması;

  1. şəxsləndirmə və səhnələşdirmə;

  2. vasitəsiz nitqin tətbiq olunması.

Vasitəsiz nitqin tətbiqilə əlaqədar belə bir nümunə göstərmək olar (T.Bünyadovun «Mərd qalalar, sərt qayalar» əsəri üzrə): 1981-ci ildə (yayda) dünya şöhrətli səyyah və alim, norveçli Tur Heyerdal Qobustanı gəzərkən de-mişdi: «Dünyada qaya təsvirlərində əksini tapan qayıqların yaşı 3500 ildən çpx deyil, bəs nə üçün sizinkilərin sorağı səkkiz minilliklərdən gəlir?».

T.Bünyadov və C.Rüstəmov deyirlər ki, biz ona qayaların dibində apar-dığımız arxeoloji qazıntılardan aşkar edilən təsvirləri göstərdik. Gözlərinə inanmadı. Sevincək əllərini qaldırdı və «Bax, indi mən təslim. Bu qaya təs-virləri dünya mədəniyyətinin beşiklərindən olan Beynəlnəhrdən də (Ikiçay-arası-l.C.) qədimdir ki. Görünür, Azərbaycan da belə qədim ocaqlardan biri olub. Bu yadigarlardan sonra şübhələnməyə dəyməz», - dedi.

Və yaxud, vasitəsiz nitqin tətbiqi ilə bağlı digər bir nümunəyə diqqət ye-tirək. Azərbaycan tarixindən «Ibtidai icma cəmiyyəti» mövzusunu keçərkən

müəllim, Qobustan barədə məlumat vermək üçün Səməd Vurğund sözlərindən faydalana bilər: «Uzərində tarixi qeyd, nəql və ya təsvir olan hə| bir qədim daş, vaxtı ilə canlı yaşayıb-yaradan insanın donmuş ürəyidir; o, insan tarixinin odu və alovu içərisindən keçərək gözəl torpağımızı щ tariximizi qoruyub saxlamış, əsrlər boyu elmin, mədəniyyətin və incəsənətiıl inkişafı üçün nəhəng və münbit zəmin yaratmışdır; elə bir zəmin ki, onuq üzərində biz hamımız doğulmuşuq, yaşayırıq və gələcək nəsillərin sifətinda həmin mədəniyyətin ən qabaqcıl ənənələrini yeni tarixi şəraitdə inkişafl etdirərək yaşayacağıq».

Əlbəttə, yuxarıda qeyd etdiyimiz metodik vasitələr və yollar heç də mütl ləqləşdirilə bilməz. Yəni bu yolların hər biri məqsədəuyğun şəkildə, müəlli-j min bu və ya digər vaxtda tətbiqi ilə həyata keçirilsə, səmərəli nəticələr veJ rər. Bundan başqa, həmin metodik vasitələr və yollar heç də son hədd kimi başa düşülməməlidir. Müəllimin öz işinə yaradıcı şəkildə yanaşması nəticə-! sində yeni vasitə və yolların axtarılıb tapılması mümkün və vacibdir. Məhzi Azərbaycan tarixinin tədrisinə bu cür yanaşma tərzilə təlim keyfıyyətini yük-səltmək, tələbələrin şəxsiyyətini formalaşdırmaq olar.
ƏDƏBIYYAT

  1. Azərbaycan tarixi.7 cilddə, 1-ci cild,Bakı: Elm, 1982.

  2. Bünyadov T.Mərd qalalar, sərt qayalar. Bakı: Azərnəşr,1986

  3. Hüseynov M. M. Uzaq daş dövrü.Bakı,1973

  4. Talıbov Y., Agayev Ə., Eminov A., İsayev İ. Pedaqogika . Bakı,2003

  5. Paşayev T. Tarixin tədrisi metodikasının müasir problemləri.BakıADPU-nun nəşri, 2005 .

  6. Rüstəmov C. Qobustan dünyası. Bakı, 1994.

7.Гусейнов М.М.Древний палеолит Азербайджана. Баку, 1985. 8. Джафарзаде И.М. Гобустан. Ьаку, 1973

Intigam Jabrailov
THE METHODS OF VERBAL INTERPRETATION IN TEACHING OF THE PRIMITIVE HISTORY OF AZERBAIJAN
SUMMARY
The author notes hat the methods of interview at the institutes of higher education increases the students' activity, that leds to the improvement of the quality of the education.

Yüklə 110,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin