Azərbaycan Arxcologiyası



Yüklə 144,4 Kb.
səhifə1/4
tarix10.01.2022
ölçüsü144,4 Kb.
#107951
  1   2   3   4

11

Azərbaycan Arxcologiyası 2006

Azerbaijan Archeology Vol.: 8 Num.: 1-4

I ÜMUMİTTİFAQ TÜRK0L0Jİ QURULTAYI - 80
I ÜMUMlTTlFAQ BAKI TÜRKOLOJİ QURULTAYI: GÜNDƏLİYİ VƏ TARTXİ ƏHƏMlYYƏTl
Yaradılışının ilk illərində ərazisindəki millətləri öz ətrafında birləş-dirmək üçün Sovet dövləti xeyli şirnikləndirici, əslində aldadıcı tədbirlər gördü. Bunlardan biri 26 fevral-6 mart 1926-da Bakıda keçirilən I Türkoloji qurultay oldu. Quraltayın 17 iclası oldu. 26 fevraldakı ilk iclasda komissi-yalar seçilir, təbriklər, teleqramlar dinlənilir, rəsmi-dövlət adamlan çıxış edirlər və 6 martdakı sonuncu iclasda qərar və qətnamələr qəbul olunur, çox söz deyilir. Qalan 15 iclasda türk xalqlarının tarixi, etnoqrafıyası, dili, ədəbiyyatı, sənəti, əlifbası ilə bağlı mükəmməl mə'ruzələr oxundu və geniş müzakirələr getdi. Qurultayda sovet ərazisindəki bütün türk məmlə-kətlərinin nümayəndələri ilə yanaşı, Türkiyə, Almaniya, Macanstandan və başqa dövlətlordən də görkəmli türkoloqlar gəlmişdilər.

Təbii ki, qurultayın alt məzmununda, dediyimiz kimi, sovet imperiya siyasəti dayanırdı. A.Lunaçarskinin yazdığına görə, Lenin Bakıda latın əlifbası kompaniyasımn başlandığını eşidəndə çox sevinibmiş. Əlbəttə, bu sevinc türk xalqlannın gələcək maariflənməsi xatirinə deyil, türk xalqlarım bir-birinə bağlayan və ondan da geniş mə'nada islam birliyini tə'min edən ən mühüm faktorlardan biri olan ərəb əlifbasını sıradan çıxarmaq arzusunun ifadəsi idi. Bəlkə də, Moskva bu qurultaya həmin əlifba çevrilişi üçün razılıq vermişdi.

Sovetlərin arxa planda nəzərdə nə tutmasından asılı olmayaraq, bu qu-rultayın türk xalqları üçün böyük tarixi əhəmiyyəti oldu. Əvvələn, Moskva, Leninqraddan gəlmiş rus şərqşünasları da daxil olmaqla bütün mə'ruzəçi və çıxışçüar türk xalqlannın elmi, mədəniyyəti və maarifi ilə bağlı ən zəruri məsələlərin dərin, kamil təhlilini verdilər və bu məsələlərin perspektivi üçün aydın yol göstərdilər. Məsolə burasındadır ki, qurultayda qoyulan problemlər, edilən tövsiyələr bu gün də öz tarixi dəyərini saxlayır, bu gün də həmin işlərin görülməsinə ehtiyac var. Moskva, Leninqrad alimləri B.Bartold, l.Borozdin, S.Oldenburq, A.Samoyloviç və başqaları heç bir siyasi moqsəd güdmədən səmimi danışdılar, türk xalqlarmın, türk mədəniy-yətlərinin dostları kimi çıxış etdilər. Yadımıza salaq ki, akademik A.Sa-moyloviç, 1937-ci il repressiyasımn amansız qətlinə mə'ruz qaldı.

Qurultayın ilk möruzələri türk xalqlarınm tarixinə həsr olunmuşdu: U.Bartold «Müasir vəziyyət və türk xalqları tarixinin tədqiqinin yaxın vəzi-

Azərbaycan Arxeologiyası 2006

Azerbaijan Archeology Vol.: 8 Num.: 1-4

fələri», I.Borozdin «Tatar mədəniyyəti sahəsindən ən yeni kəşflər», Q.Qu-baydullin «Türk-tatar xalqlarında tarixi ədəbiyyatın inkişafı», S.Rudenko «Türk tayfalarmın etnoqrafık tədqiqinin müasir vəziyyəti və ən yaxın vəzi-fələri», Y.Messaroş «Anadolu və Balkan türklərinin etnoqrafık tədqiqinin müasir vəziyyəti və ən yaxm vəzifələri», A.Müller «Türk xalqlarının təsviri sənəti haqqında» adları ilə mə'ruzələr etdilər.

Bu mə'ruzələrdə və onlara aid çıxışlarda dərin tədqiqatların, böyük monoqrafıyaların.tezisləri çatdırılırdı. Böyük şərqşünas V.Bartold türk xalq-ları tarixinin öyrənilməsində çin, ərəb, fars mənbələrindən hər birinin səciyyəsini verir, Orxon-Yenisey kitabələrinin oxunuşundan sonra türk tarixşünaslığında yeni mərhələ başlandığını söyləyir, dillə tarixi aydınlaş-dırmanın mexanizmini açır və bunu konkret dəlillərlə göstərir, məsələn, deyirdi: Orxon-Yenisey abidələri oxunana qədər V.Bartold kimi böyük tür-koloq «bu, türkün ola bilməz» deyirdi - dil faktı onu susdurdu; yaxud çuvaş dilinin öyrənilməsi tarixçiləri bu qənaətə gətirdi ki, çuvaşlar hunların Orta Asiyadan Avropaya ilk köçünün qalıqlarındandır. Yenicə aşkarlanmış M.Kaşğarlı «Divan»ına əsaslanaraq Bartold ürəklə e'lan edirdi ki, hələ fars ədəbiyyatının tə'sirə başlamasından çox-çox əvvəllərdə türkün zəngin yazılı ədəbiyyatı olmuşdur. Bartold böyük auditoriyamn qarşısında, xris-tianlarm və avropalıların iştirak etdiyi salonda islamın humanizmindən damşır, zaman-zaman buddistlərin, xristianların islamı qəbul etməsi hal-larının olmasını deyir və deyir ki, tarix bunun əksi prosesini göstərməyib. Və mö'təbər tarixə söykənərək göstərir ki, türk islamı zorsuz, silah işlədil-mədən qəbul edib və islamın yaydmasında bilavasitə iştirak edib.

Yadımıza salaq ki, Istanbulu alan Mehmet Fateh deyirdi: «Biz cahangirlik etmirik, islamın dairəsini genişləndiririk». Bu söz Bartoldun fıkri ilə üst-üstə düşürdü. Bartold ərəb, fars, türk dillərini müsəlman dünyasmın üç ədəbi dili kimi təqdim edir və türkcənin doğruçuluğunu ərəb natiqliyi, fars hazırcavablığı ilə müqayisə edirdi.

Maraqlıdır ki, qurultayda tarixçi mə'ruzəçilər, ilk növbədə, məhz rus şərqşünasları monqol yürüşünü, sonralar sovet tarixşünaslığında eşitdiyimiz kimi, vulqarizmlərlə səciyyələndirmirlər. Məsələn, Leninqrad tarixçisi I.Borozdin monqol yürüşü üçün «qüdrətli monqol dalğası», «böyük şərq mədəniyyətinin daşıyıcıları kimi rəğbətli ifadələr işlədirdi - deyirdi: «700 il bundan əvvəl Asiyanın dərinliklərindən Avropaya axıb gələn qüdrətli

О zamanlar «türk»ün rusca qarşılığı kimi «tatar» işlənməsi ən'ənəsi qalırdı - burada «tatar» sözü «türk» kimi almmalıdır - Т.Н.

Azorbaycan Arxeologiyası 2006

Azerbaijan Archeology Vol.: 8 Num.: 1-4


Yüklə 144,4 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin