Azərbaycan Arxeologiyası 2000



Yüklə 42,91 Kb.
tarix01.08.2020
ölçüsü42,91 Kb.

73

Azərbaycan Arxeologiyası 2000

Azerbaijan Archeology Vol.: 2 Num.: 3-4


LlLlDlQO ORTA ƏSR YAŞAYIŞ YERl HAQQINDA

Samir Kərimo v (Lənkəran Dövlət Universiteti)

Azərbaycanın arxeoloji abidələrlə zəngin olan rayonlanndan biri ucqar dağ rayonu Lerikdir. Buzeyr mağarasında apanlan arxeoloji tədqiqatlar burada hələ 60-80 min il əvvəl ibtidai insanların yaşaması faktını üzə çıxartdı. Arxeoloji cəhətdən Lerikin orta əsrlər kənd tipli yaşayış yerləri tədqiq olunmayıb. Rayonun qədim tarixə malik olan kəndlərindən biri də Çayrud kəndidir. Kənd rayon mərkəzindən 17 km cənub-şərqdə, Peştəsər dağlarınm ətəyində yerləşir. Burada aşağıdakı orta əsr yaşayış yerlərinin möv-cudluğunu söyləmək olar: Lilidiqo (Dumanlı kənd yeri), Çolhoni (Çalabulaqı), Kanadi (Köhnə kənd) və s. Bu məqalədə yalnız Lilidiqo orta əsr kənd tipli yaşayış yeri haqqında məlumat veriləcəkdir. Abide Çayrud kəndindən 1, 5 km cənub-qərbdə Hıryəsə (dumanlı zirvə) dağının ətəyində, Çayrudla Rvarud kəndləri arasında yerləşir. Həmin ərazidən Rvarud kəndinin sakinləri təsərrüfat məqsədi ilə torpaq daşıyırdılar. Ona görə də buradakı mədəni təbəqə yatımı bəzi yerlərdə qismən dağıdılmışdır. Nəticədə mədəni təbəqə kəsiyində çoxlu saxsı qab qırıqlan, sümük məmulatı və təndir yerləri izlənilir. Xüsusilə çaya yaxm olan ərazidə mədəni təbəqəni 1,5 m qalınlıqda aydın müşahidə et-mək olur. Abidənin mikrorelyefı nisbətən yaxşı mühafızə olunmuşdur, ərazisinin sət-hində yaşayış evlərinin bünövrələrinə və təsərrüfat tikililərinin qalıqlarına rast gəlinir.

Abidənin ərazisindən tapılmış yerüstü materiallar əsasən saxsı qab qalıqlarından ibarətdir.

Şirsiz saxsı məmulat bardaq, sərnic, dopu və nimçə qırıqları ilə təmsil olunmuşdur. Onlar yaxşı yoğrulmuş qırmızı gildən dulus çarxmda hazırlanmışdır. Nimçə və sərnic çərtmə naxışlarla bəzədilmiş, bardağın üzərinə anqob çəkilmişdir.

Yerüstü tapıntılar arasmda şirli boşqab qırığı daha çox maraq doğurur. Yaşıl şirli qab qırmızı gildən dulus çarxında hazırlanmışdır. Şirin altında boya ilə epiqrafik naxış, biri-birinin içərisində olan «nan» hərfləri təsvir edilmişdir. XI-XIII əsrlərə aid oxşar şirli qablar Şabran və Sərkərtəpə abidələrinin arxeoloji qazıntılarından məlumdur (1). Qabın oturacağında möhür vardır. Möhür beş dilimlidir. Belə möhürlü qablara daha çox Beyləqan şəhər yerində təsadüf olunmuşdur (2).

Yerüstü arxeoloji materialların müqayisəli təhlili Lilidiqo yaşayış yerini VIII-XV əsrlərə aid etməyə əsas verir.

Ədəbiyyat

  1. Достиев T.M. Средневековые археологические памятники Северо-Восточного Азербайджана. Баку, 1999, рис.17, 4

  2. Əhmədov Q.M. Orta əsr Beyləqan şəhəri. Bakı, 1979, şək. 49-50


Yüklə 42,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə