Azərbaycan dili və ədəbiyyat dərslərində İkt-dən istifadə



Yüklə 192,81 Kb.
səhifə1/2
tarix14.01.2017
ölçüsü192,81 Kb.
#291
  1   2

Azərbaycan dili və ədəbiyyat dərslərində İKT-dən istifadə



Qloballaşan, daim irəliyə - yeniliyə doğru can atan dünyamızı bu gün ən müasir informasiya və kommunikasiya texnologiyaları - İnternet, elektron poçt və qlobal rabitə imkanları olmadan təsəvvür belə etmək mümkün deyil. Yeni minillikdə bəşər sivilizasiyasını düşündürən ən aktual və təxirəsalınmaz məsələ - telekommunikasiya və informasiya texnologiyaları sahəsində “inqilabi” dəyişikliklər yolu ilə əlçatmaz zirvələri fəth etmək, dövlətlər və xalqlararası zaman və məkan fərqlərini aradan qaldırmaqdır.

İKT cəmiyyətin inkişafına müsbət təsir etmək imkanlarına malik olan mühüm bir vasitədir. O, dövlət orqanları, vətəndaş cəmiyyəti institutları, iqtisadi-biznes və sosial sektorlarla yanaşı həm də elm, təhsil, mədəniyyət sahələri və insanların gündəlik həyatına öz təsirini göstərir. Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr İKT-nin tətbiqi nəticəsində böyük nailiyyətlər əldə etmişlər və beləliklə də dünya mədəniyyətinin gələcəyinə aparan yolun İKT-nin cəmiyyətdə geniş tətbiqindən keçdiyi artıq heç kimdə şübhə doğurmur. Dünya təcrübəsi açıq-aydın göstərir ki, İKT-nin geniş tətbiqi ölkənin ümumi sosial-iqtisadi inkişafına təkan verir və o, yoxsulluğun azaldılması üçün təsirli vasitələrə malikdir. Buna görə də inkişafı gücləndirmək məqsədilə ölkə potensialından istifadə etmək üçün hər bir ölkənin öz milli İKT strategiyasının işlənib hazırlanması həlledici əhəmiyyət daşıyır. Bu da Azərbaycan kimi sosialiqtisadi dəyişikliklər dövrünü yaşayan və dünya birliyinə tam inteqrasiyaya can atan ölkələr üçün xüsusilə vacibdir. İnformasiya cəmiyyətinə keçid, qloballaşma və dünya birliyinə inteqrasiya Azərbaycanın da üzv olduğu Birləşmiş Millətlər Təşkilatı və Avropa Şurası kimi təşkilatların əsas öncəlik verdiyi məsələlərdəndir. İnformasiya cəmiyyətinə keçid üçün müvafiq mühitin yaradılması Azərbaycan Hökumətinin siyasi kursunun tərkib hissəsidir və Milli İKT Strategiyasının işlənməsi bu istiqamətdə atılmış ilk addım kimi mühüm əhəmiyyətə malikdir. İnformasiya axınlarının gücləndirilməsi məsələsi özündə bir çox elmi, texniki, texnoloji, iqtisadi, sosioloji və siyasi tərəfləri cəmləşdirən mürəkkəb bir prosesdir. Bu prosesin uğurla həyata keçirilməsi üçün fəaliyyətlərin əlaqələndirilməsi və tənzimlənməsində tələb olunan ehtiyatlardan (məsələn, insan, texniki, proqram, maliyyə, idarəetmə və siyasi resurslar) düzgün istifadə edilməsi və realist hədəf və öncəliklərin müəyyənləşdirilməsi təməl əhəmiyyət kəsb edir. Azərbaycanda İKTnin inkişafı və istifadəsi üçün ümummilli strategiyanın hazırlanması və qəbul edilməsi də məhz bu səbəbdən zəruri idi. Strategiyaya tam əhatəli prinsip və öncəliklər, realist zaman çərçivəsinə əsaslanan xüsusi fəaliyyət məqsədləri daxil olmalı və o, Azərbaycan Respublikası hökumətinin “İnformasiya, informasiyanın yayılması və təhlükəsizliyi” haqqında qanunu ilə müəyyən edilmiş informasiya siyasəti ilə üst-üstə düşən nəticələr nəzərdə tutmalıdır. İKT infrastrukturunun inkişaf prosesinin hökumət tərəfindən idarə olunması da öz həllini gözləyən məsələlərdəndir. Dünya sivilizasiyasının müxtəlif dövrlərində elmin müəyyən sahəsi daha çox inkişaf etmişdir. Bu da çox güman ki, müəyyən tarixi zərurətlə bağlıdır. Tarixdə aqrar, aqrar-sənaye və sənaye cəmiyyətləri məlumdur. Bu cəmiyyətlərin hər birinə müəyyən inkişaf səviyyəsi, informasiyanın təminatı səviyyəsi və sinfi tərkibləri xasdır. Bir qədər əvvəllər sivilizasiyanın ən yüksək zirvəsi sənayeləşmiş cəmiyyət sayılırdı. Müəyyən tarixi mərhələlərdə cəmiyyətin inkişafı üçün hər hansı bir elmin də inkişafına ehtiyac duyulur. Bu baxımdan informatika elminin təşəkkül tapması və inkişafı da tarixi bir zərurət idi. Keçən əsrin əvvəllərində dünyanın bir sıra inkişaf etmiş ölkələrində sənayenin sürətli inkişafı, informasiyalaşdırma vasitələrinin və xidmətlərinin genişlənməsi, informasiyalaşdırma məhsullarının sənaye malı kimi meydana çıxması sosial inkişafa gətirib çıxarmış və idarəetmədə yeni keyfiyyətlər tələbini qarşıya qoymuşdur. Bu isə öz növbəsində yeni yanaşmalar və yeni texnologiyaların tətbiqini tələb edirdi. İstehsalın idarə olunmasının avtomatlaşdırılması müasir şəraitdə ən vacib istiqamətlərdən biridir. Hal-hazırda bizi əhatə edən aləmdə təsərrüfatın elə bir sahəsi yoxdur ki, orada informasiya texnologiyalarının (İT) tətbiqindən istifadə olunmasın. Biz informasiyalaşdırılmış cəmiyyətdə, informasiya aləmində yaşayırıq. İnformasiyalaşdırma - insan sivilizasiyasının ümumi qaçılmaz inkişaf mərhələsidir. Məhz buna görə də informasiyalaşdırma elə bir vasitədir ki, bunun köməyi nəticəsində cəmiyyət özünü kifayət qədər tez və adekvat dərk edir, bu vasitə ilə müasir şəraitdə lazım olan əsas məsələlər həllini tam və effektiv tapa bilir. İnformasiya - başqa sözlə faktiki verilənlər haqqında biliklərin toplusu və onlar arasındakı asılılığı təyin edir və sonda isə cəmiyyətdə tam strateji resurslara çevrilir. İnformasiyalaşdırma prosesləri təbiətdə və cəmiyyətdə həmişə çox mühüm rol oynamış və özünəməxsus ierarxik sistem yaratmışdır. İnsana məxsus xüsusiyyətlər - nitq, təsəvvür, istehsal, elm və incəsənət, idrak və dərketmə, yadda saxlama, informasiyanın işlənib hazırlanması və ötürülməsi çoxobrazlı və mürəkkəb proseslərdir. Yazının yaranması və yayılması, kitab çapı, dövri mətbuat, teleqraf, telefon, fotoqrafiya, sonralar radio, televiziya və kompyuter texnikası bu yolda ən mühüm amillərdən sayıla bilər. Kompyuter texnikasının və verilənlərin ötürülməsi vasitələrinin inkişafı sürətinə və miqyasına görə fenomenal sayıla bilər və bu proseslərin həyata keçirilməsində yeni informasiya texnologiyalarının tətbiqi cəmiyyətin bütün fəaliyyət sahələrində öz bəhrəsini verməkdədir. İnformasiya və kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən vacib amillərdən birinə çevrilmişdir. İnformasiya xidmətləri sferası cəmiyyətin həyatına elə daxil olmuşdur ki, artıq o maddi istehsal sahəsini ikinci plana salmışdır. İnformasiyalaşdırma proseslərinin tələbləri maddi aləmdə elə dəyişikliklərə gətirib çıxarmışdır ki, informasiya inqilabının başlandığını cəsarətlə deyə bilərik ki, bunun da nəticəsi informasiyalaşdırılmış cəmiyyətin yaranmasıdır. Müasir cəmiyyətin inkişaf səviyyəsi onun informasiya infrastrukturunun inkişaf dərəcəsi ilə təyin olunur. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə demək olar ki, insan fəaliyyətinin bütün sahələrini əhatə edən güclü informasiya infrastrukturu sürətlə inkişaf etməkdə davam edir və formalaşır. Dünyada bu elmə heç vaxt indiki qədər maraq oyanmamışdır, lakin bu elmin müxtəlif ölkələr üzrə yayılması ayrı-ayrı zamanlara təsadüf edir. Qərbdə və Yaponiyada təhsilin informasiyalaşdırılması işi 40 il əvvəl başlamış, son illərdə isə ümummilli proqramlar işlənib hazırlanmış və dövlət bu proqramlara uyğun külli miqdarda vəsait ayırmışdır. İnformasiyalaşdırma nəzəri analizetmə obyekti çərçivəsindən çıxıb ölkənin elmi, iqtisadi, siyasi və hərbi üstünlüyünü göstərən, daxili və xarici strategiyasının mühüm istiqamətlərini təyin edən bir sahəyə çevrilmişdir. Ümumiyyətlə, XX əsrin son on illiyindən başlayaraq İKT cəmiyyətin inkişafına təsir edən ən vacib amillərdən birinə çevrilmişdir. Onların təsir dairəsi dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm, təhsil, mədəniyyəti və bütövlükdə insanların həyat tərzini əhatə etmişdir. Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr İKT tətbiqinin verdiyi üstünlüklərdən istifadə edirlər. Bu baxımdan respublikamız özünün potensial imkanlarından səmərəli istifadə etməlidir. Hazırda respublikanın İKT sənayesi nisbətən gəncdir və texnologiya həvəskarı olan sahibkarlar tərəfindən inkişaf etdirilir. Malaziya, Sinqapur, BƏƏ və digər ölkələrdən idxal edilmiş hissələrdən kompyuter və digər sistemləri quraşdıran xeyli sayda kiçik quraşdırıcı müəssisələr fəaliyyət göstərir. Bu gün İKT sektorunda regional liderliyi ölkəyə idxal olunan və ixrac edilən müəyyən məhsulların çoxluğu deyil, milli innovasiya sistemi müəyyənləşdirir. Yəni İKT sektorunda uğurların əldə olunması üçün əsas bazanı universitetlər, müəssisələr, tədqiqat mərkəzləri, texnoloji infrastruktur və digər elmi və texnoloji mərkəzlər təşkil edir. Lakin bu qurumların sadəcə varlığı kifayət eləmir, qurumlar arasındakı effektli əlaqələr və müştərək öyrənmə şəraitinin yaradılması da öz növbəsində zəruridir. İnkişaf etməkdə olan ölkələr arasında xüsusilə, Braziliya, Cənubi Koreya və Finlandiyanın təcrübələri nəzərə alınarsa, söylədiklərimiz daha yaxşı başa düşülə bilər.Son illər Azərbaycan Respublikası ilə bir sıra xarici ölkələr arasında bir neçə beynəlxalq sazişləri imzalanmışdır. Latviyada İKT-nin inkişafı və informasiya cəmiyyətinin formalaşdırılması istiqamətində işlər 1994-cü ildən başlanmış, 1997-ci ildən isə daha da sürətləndirilmişdir. Bu sahədə xüsusi proqramlar qəbul olunmuş, İKT-nin təhsildə tətbiqi həmin proqramlarda özünə xüsusi yer almışdır. Öncə hər təhsil müəssisəsinə 3 dəst kompyuter verilməklə təhsilin idarə edilməsi informatlaşdırılmış, məktəb rəhbərlərinin kağızla işləməsi aradan qaldırılmışdır. Sonra kompyuter texnikasının şagirdlərə öyrədilməsi hədəf götürülmüş, tədris ocaqlarının İKT ilə təchizinə başlanmışdır. İnformatika Latviyada 6-cı sinifdən öyrədilir. Hər birində orta hesabla 30 şagirdin oxuduğu siniflər 2 dəst kompyuterlə təchiz olunmuşdur.

Azəbaycanda İKT sferasının inkişafında Litva Respublikasının təcrübələrindən də istifadə olunur.

Dünya ölkələrini təhsil sistemində İKT-nin tətbiq səviyyəsini dioqramam əsasən də müəyyən etmək olar.

Artıq bütün məktəblərdə kompyuter sinifləri var.Ölkədə 2007-2013-cü illəri əhatə edən keyfiyyətli təhsil üçün “İnformatika və kommunikasiya texnologiyası Proqramı” işlənib hazırlanmışdır. Proqram hazırlanarkən şagirdlərin, tələbələrin və valideynlərin rəyi öyrənilmiş, onların nə istədikləri müəyyənləşdirilmişdir. Bu Proqramın ən mühüm vəzifəsi bütün əhalidə İKT-dən istifadə vərdişləri yaratmaqdır. Proqram bir neçə istiqamətdə layihələri özündə ehtiva edir. Onlardan birincisi "Məktəb-informatika layihə"sidir. Bu layihə İKT-dən tədris prosesində daha geniş istifadəni nəzərdə tutur. Artıq bir sıra fənlər üzrə elektron tədris vəsaitləri hazırlanmışdır. Proqramın ikinci bir layihəsi "Müəllimlərin təhsili" adlanır. Layihə təkcə məktəb rəhbərləri, informatika müəllimlərini deyil, bütün müəllimlərin öyrədilməsini nəzərdə tutur. Proqramın bir layihəsi də əhaliyə, valideynlərə İKT-dən istifadənin öyrədilməsini əhatə edir. Multimedia laboratoriyaları yaratmaq, kitabxanalarda elektron oxu zallarının təşkili, bütün kitabxanaların internetə qoşulması, əhali təbəqələrinin internet vasitəsi ilə məsafədən təhsilə cəlb olunması və s. də görüləcək işlərdəndir. Son illər telekommunikasiya liderlik uğrunda mübarizə aparılan sahəyə çevrilmişdir.



İKT-dən xüsusi fənlərə dəstək məqsədilə istifadə qavramaya müsbət təsir göstərə bilər. Lakin qeyd edilməlidir ki, beynəlxalq səviyyədə keçirilən sorğunun nəticələrinə görə, Avropa Birliyi ölkələri üzrə müəllimlərin təxminən yarısı məsələn riyaziyyat və ya xarici dil dərslərində tələbələri İKT-dən istifadəyə sövq etməmişlər. Daha bir vacib məsələ məktəblərdə İKT avadanlıqlarının yerləşməsidir. Bir sıra ölkələrdə kompyuterlər sinif otaqlarında şagirdlərin ümumi istifadəsində deyil, xüsusi kompyuter laboratoriyalarında qoyulmuşdur ki, onlardan orada yalnız müəllimlərin nəzarəti altında və xüsusi saatlarda istifadə edilə bilər. Hazırda respublikamızda bütün sahələrdə mütəxəssislərin informasiya və kommunikasiya texnologiyaları (İKT) ilə işləmək və onlardan düzgün istifadə etmək bacarığına çox böyük önəm verilir. İKT biliyinə mükəmməl yiyələnməyin ən yaxşı yolu isə elə orta məktəbdən başlayır. Qeyd etmək lazımdır ki, ümumilikdə təhsil sisteminin İKT əsasında təkmilləşdirilməsi informasiya cəmiyyətinin əsas xüsusiyyətlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 avqust 2004-cü il tarixində təsdiq etdiyi "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007- ci illər)" ölkəmizdə bu prosesə start verdi. Bundan sonra 10 iyun 2008-ci il tarixində ölkə başçısı tərəfindən qəbul edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" isə İKT-dən istifadə etməklə ölkəmizdə beynəlxalq standartlara uyğun keyfiyyətcə yeni təhsil modelinin qurulmasını, vahid elektron təhsil məkanının yaradılmasını və təhsil sisteminin dünya təhsil məkanına inteqrasiya etdirilməsini əsas məqsəd kimi qarşıya qoyub. Artıq təhsil sisteminin informasiyalaşdırılması ilə əlaqədar əsas hədəflər müəyyənləşdirilmiş, nəzərdə tutulan tədbirlərin xeyli hissəsi həyata keçirilmişdir. Əlamətdar hadisələrdən biri odur ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi 2010-cu ili ölkəmizdə "Təhsildə İKT ili" elan etmiş və bu kampaniya çərçivəsində konfranslar, seminarlar, müxtəlif stimullaşdırıcı və həvəsləndirici aksiyalar, müsabiqələr həyata keçirilmişdir. Təqdirəlayiq haldır ki, bu işlərdə müxtəlif fondlar, şirkətlər, firmalar da yaxından iştirak etmişlərlər. Məktəblərin İKT avadanlığı, o cümlədən kompyuter, noutbuk, interaktiv lövhələr ilə təchizatı isə hazırda uğurla davam etdirilir. Dünya təcrübəsi göstərir ki, İKT-dən istifadə etməklə qurulan müasir təhsil modeli məktəbin pedaqoji heyəti qarşısında da yeni tələblər və vəzifələr qoyur. Müəllimlərin tək öz seçdikləri fundamental biliklər, pedaqogika və psixologiya sahəsində deyil, həm də informasiya sahəsində yenidən təlim alması olduqca aktuallaşır. Artıq yeni nəslin müəllimlərindən konkret öyrətdikləri fənnin struktur məzmununa və məqsədinə uyğun, uşaqların individual xüsusiyyətlərini nəzərə alan, şagirdlərin harmonik inkişafını mümkün edən texnologiyaları seçib tədrisdə tətbiq etmək tələb olunur. Tədrisdə yeni texnologiyalardan müvəffəqiyyətlə istifadə edən müəllimlərin sözlərinə görə, İKT vasitələri öz geniş imkanları ilə təhsil prosesini xeyli sadələşdirir, onu dinamik və çevik edir.

"Müəllim - şagird - dərslik" tədris modelinə kompyuterin də əlavə edilməsi tədris prosesini individual proqram üzrə təşkil etməyə, uşağın dərsə marağını və istəyini stimullaşdırmağa imkan verir. Kompyuterlə aparılan dərslər uşaqlar üçün çox cəlbedici və yaddaqalan olur. Multimedia vasitələri, avtomatlaşdırılmış öyrədici sistemlər, kompyuter tədris proqramları, animasiya qrafikası, rəngarəng illüstrasiyalar uşaqların idrak aktivliyinə müsbət təsir göstərir və yekun etibarilə şagirdlərin olimpiadalarda, müxtəlif intellektual yarışmalarda göstərdikləri nəticələrin keyfiyyəti xeyli artır.



Tədris prosesində interaktiv lövhədən istifadə edilməsi dərsin əsas prinsiplərindən birini, onun əyaniliyini təmin edir. Elektron lövhənin sensorlu, yəni hissiyyatlı səthinə xüsusi qələmlə və ya barmaqla yavaşca toxunmaqla onun üzərində kompyuterdə mümkün olan bütün əməliyyatları interaktiv rejimdə aparmaq olar. "Ağıllı" lövhə, həmçinin kompyuterə qoşulan mikroskop, skaner, pəqəmli fotoaparat, videokamera və s. qurğulardan alınan təsvirləri də proyektor vasitəsilə qəbul edə bilir ki, bu da məktəblərdə virtual laboratoriyaların təşkilində mühüm əhəmiyyətə malikdir. Şagirdlər istənilən kimyəvi reaksiyanın, fiziki, bioloji, coğrafi proseslərin izahını və videogörüntülərini, müxtəlif cihazların, qurğuların, texniki vasitələrin işləmə prinsiplərini "möcüzəli" ekranda izləyə bilərlər. Bu isə şagirdlərin nəzəri-metodoloji biliklərini, praktiki bacarıq və təcrübələrini inteqrasiya etməklə tədrisi xeyli canlandırır, uşaqlarda yaradıcı yanaşma, düşünmə, təşəbbüskarlıq, tədris materialını dərindən dərk etmə qabiliyyətini daha da artırır. "Ağıllı" lövhənin bir üstün cəhətini də xüsusi qeyd etmək lazımdır ki, onun üzərində aparılan bütün əməliyyatları, dərsin gedişini, hazırlanmış şablonları, modelləri kompyuterin daimi yaddaşında saxlamaq və dəfələrlə istifadə etmək olar. Belə imkanlar müxtəlif səbəbdən dərsləri buraxan şagirdlər və ya təlimdən geri qalan uşaqlar üçün xüsusi əhəmiyyətə malikdir. Belə ki, şagird iştirak edə bilmədiyi dərsin elektron variantı ilə sonradan tanış ola bilər və ya təlimdən geri qalanlar həmin materialı tam qavrayana kimi təkrar-təkrar kompyuterdə izləyə bilərlər. İKT-nin imkanlarından tədrisdə uğurla istifadə edən müəllimlər qeyd edirlər ki, interaktiv rejimdə keçilən dərslərdə şagirdlərin mərkəzi fiqur olması təmin edilir. Müəllim, əsasən, şagirdin konsultantı, onun fərasətini və orijinal bacarığını qiymətləndirən, şagirdi aktivliyə, müstəqilliyə, təşəbbüskarlığa həvəsləndirən rolunda çıxış edir. Elektron tədrisdə uşaqların hamısı lövhəyə çıxıb müəllimin bütün tapşırıqlarını yerinə yetirməkdə həvəsli olurlar. İnteraktiv rejimdə keçilən dərslər bütün uşaqların, o cümlədən passiv, utancaq, müəyyən fiziki və ya psixoloji qüsuru olan şagirdlərin dərs prosesinə aktiv qoşulmasına şərait yaradır. 1-4-cü sinif şagirdlərinin güclü əyani, bədii, canlı təfəkkürə malik olduğunu nəzərə alsaq, onlar üçün keçilən dərslərdə uşaqların görmə, eşitmə duyğularını, emosiya və təsəvvürlərini cəlb edən metodların istifadə edilməsi olduqca əhəmiyyətə malikdir. Dərslərin məhz interaktiv rejimdə deyilməsi bu işdə çox faydalı olur. İnformatikanın əsaslarının ibtidai siniflərdə təlimi artıq 3 və 4-cü siniflərdə şagirdlərə mətn redaktorlarında elementar işləri görmək, İnternet şəbəkəsində axtarışlar aparmaq, Power Point proqramında sadə prezentasiyalar yaratmaq imkanı verir. Bunlardan əlavə, müəllimlər İKT-nin köməyi ilə bir dərs prosesində müxtəlif hazırlıqlı şagirdlərə fərqli yanaşma və adaptasiyalı öyrətmə sistemini tətbiq etməklə qavrama qabiliyyətlərinə uyğun tapşırıqlar verə bilər. Uşaqların sinifdə statusuna uyğun onları qruplara ayırmaqla kompyuterdə optimal iş rejimi də qurmaq olar. Müəyyən fənlər üzrə məsələlərin, tədqiqat xarakterli çalışmaların həllində belə qruplaşdırma xüsusi effekt verir. Kompyuter qarşısında təhsil alan şagird materialın verilmə və mənimsəmə sürətini özünə rahat formada müəyyənləşdirə bilər. Öz sürət rejimində uşağın işləməsi yaxşı nəticə verir, onun özünə inamı artır, bu isə təlimə əlverişli psixoloji atmosfer verir. Müəllimin verdiyi suala sinifdəki şagirdlərin hamısı kompyuter vasitəsilə eyni zamanda cavab verməklə dərs prosesində aktiv iştirak edir, müəllimlər isə dərs boyu uşaqların aktivliyini istədikləri kimi qoruyub saxlaya bilirlər. İnformasiya cəmiyyətinə istiqamətlənmiş yol bəşəriyyətin gələcəyinə gedən yol kimi dəyərləndirilir. Digər sahələrdə olduğu kimi, İKT sahəsində də regionda liderlik edən Azərbaycan bu yolla uğurla irəliləyir. Artıq alimlərin proqnozuna görə, informasiya cəmiyyətinin tam formalaşdığı mərhələdə insanların əsas əmək predmeti informasiya, əmək alətləri isə İKT olacaq. Ona görə də bu gün respublikamızda təhsilin bütün pillələrində İKT-nin tətbiq və istifadə edilməsi, eyni zamanda İKT-nin özünün tədris olunması, uşaqlarda müstəqil şəkildə informasiya toplamaq, analiz etmək, ötürmək qabiliyyətinin formalaşdırılması balalarımızın gələcəkdə informasiya cəmiyyətinin qiymətli üzvlərinə çevrilməsində mühüm rol oynaya bilər. Biliklərə əsaslanmış iqtisadiyyatın təşəkkül tapdığı şəraitdə informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biridir. Tam əminliklə demək olar ki, bu gün qloballaşan dünyada ölkələrin rəqabət qabiliyyəti ilk növbədə onların İKT-dən səmərəli istifadəsi ilə müəyyənləşməklə formalaşır. İKT-nin təhsildə tətbiqi və inteqrasiyası Azərbaycan vətəndaşlarının müasir biliklərə və bacarıqlara malik olan yeni nəslinin formalaşmasına birbaşa təsir edən yüksək mahiyyətli məsələdir. Son illər təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi və təhsildə İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması ölkəmizdə prioritet istiqamətlərdən biri olmuşdur. Bu dövrdə təhsil sistemində İKT-nin tətbiqi sahəsində müxtəlif layihələr və tədbirlər hazırlanıb həyata keçirilmişdir ki, bu da ölkənin təhsil sahəsində aparılan islahatların çox vacib mərhələlərdən biri olmaqla təhsil ocaqlarında İKT infrastrukturunun qurulmasına yönəlmişdir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 avqust tarixli 355 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)” xüsusi əhəmiyyətə malik olmuşdur.

Hazırda təhsil portalının informasiya resursları formalaşmaqdadır, bəzi təhsil müəssisələrinin saytları yaradılmış və aktiv halda saxlanılır. Təhsilin idarə olunmasının məlumat sistemlərinin yaradılması, informasiya və kommunikasiya texnologiyalarının ümumtəhsil məktəblərində tətbiqi və ümumtəhsil məktəbləri üçün informasiya və kommunikasiya texnologiyaları sahəsində ixtisaslı pedaqoji, həmçinin köməkçi heyət (laborant) kadrlarının hazırlanması üzrə işlərə başlanılmışdır. Bütün bunlarla bərabər, ölkənin təhsil sistemində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin hazırkı səviyyəsi istər dinamik inkişaf edən iqtisadiyyatımızın mövcud imkanları, istərsə də dünya təhsil 21məkanına inteqrasiya baxımından qənaətbəxş hesab edilə bilməz. Ölkədə təhsil ocaqlarının kompyuter avadanlığı ilə təminatındakı irəliləyişlərə rəğmən, bütövlükdə təhsil sisteminin informasiya infrastrukturunun səviyyəsi günün tələblərindən uzaqdır. Müasir təhsil texnologiyalarının genişmiqyaslı tətbiqi, ilk növbədə, təhsil müəssisələrinin kompyuter avadanlığı ilə təminatının köklü şəkildə yaxşılaşdırılmasını nəzərdə tutulsa.yaxşı olar.. Şagird (tələbə) / kompyuter nisbətinin bütövlükdə ölkə üzrə, xüsusilə də bölgələrdə və kənd yerlərində optimallaşdırılması qarşıda duran ən vacib problemlər sırasındadır. Lakin bu gün ölkənin təhsil sisteminin bütün pillələrində kompyuterlərə çıxış imkanlarının genişləndirilməsi zərurəti ilə yanaşı, İKT avadanlığının daha səmərəli istifadə olunmasının, o cümlədən texniki nəzarət və dəstək sisteminin təkmilləşdirilməsinin aktuallığı qabarıq şəkildə hiss olunur. Xüsusən də rayon səviyyəsində texniki nəzarət və dəstək sisteminin mövcud olmaması, yaxud günün tələbləri səviyyəsində qurulmaması artıq quraşdırılmış kompyuter avadanlığından, rəqəmsal təhsil resurslarından tam səmərəli şəkildə bəhrələnmək imkanlarını məhdudlaşdırır. Araşdırmalar göstərir ki, respublikada təhsil prosesində rəqəmsal texnologiyaların geniş istifadəsinə maneçilik törədən əsas amillərdən biri rəqəmsal şəbəkə infrastrukturunun zəif inkişaf etməsi, təhsil ocaqlarının ölkədaxili intranet şəbəkəsi ilə yetərli səviyyədə əhatə olunmaması və yüksək sürətli internet əlaqəsi ilə təmin olunmamasıdır. Təhsil müəssisələrinin böyük əksərinin veb-səhifələri yaradılmamış, müəssisədaxili rəqəmsal şəbəkələri, həmçinin, vahid ölkədaxili təhsil portalı formalaşdırılmamışdır. Bununla yanaşı, multimedia xarakterli dərsliklərin və digər tədris vasitələrinin işlənilməsi, yayılması və təhsil prosesində tətbiq olunması ləngiməkdədir. Son dövrdə bu sahədə bir sıra tədbirlər həyata keçirilmiş, elektron tədris sistemlərinin formalaşdırılması istiqamətində əməli addımlar atılmışdır. Lakin İKT tətbiqi üzrə elmi-metodiki bazanın təkmilləşdirilməsi, ümummilli səviyyədə vahid elektron təhsil məkanının təşəkkül tapması günün əsas tələbi olaraq qalır. Azərbaycan Respublikasında təhsil sisteminin islahatları ilə bağlı ən aktual məsələlərdən biri İKT tətbiq etməklə təhsilin idarə olunmasının təkmilləşdirilməsidir. Bu sırada təhsildə İKT-nin tətbiqi sahəsində yerli özünüidarə və dövlət orqanlarının fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi, təhsil sahəsində effektiv idarəetmə üçün zəruri olan və bu sahənin vəziyyətini xarakterizə edən elektron məlumat bazası sistemi hazırlanıb tamamlanması xüsusi diqqət tələb edir. Həmçinin, ölkənin təhsil sisteminin yüksək İKT bilik və bacarıqlarına malik pedaqoji və inzibati kadrlarla təminatının müasir standartlar səviyyəsinə çatdırılması təxirəsalınmaz məsələ kimi qarşıda durur. “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) qeyd olunan məsələlərin səmərəli və kompleks şəkildə həllinə yönəlmişdir. Dövlət Proqramı Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 17 fevral tarixli 1146 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə milli strategiya (2003-2012-ci illər)" əsasında hazırlanmışdır. Dövlət Proqramının əsas məqsədi təhsilin bütün pillələrində müasir informasiya və kommunikasiya texnologiyalarının səmərəli tətbiqi və istifadəsi ilə vahid ümummilli təhsil mühitinin formalaşdırılması və bu zəmində əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi, habelə ölkənin təhsil sisteminin dünya təhsil məkanına inteqrasıya olunması üçün şərait yaradılmasıdır.

Müəllim dərs formasını seçərkən şagirdlərin marağını nəzərə almalıdır. Bu gün məktəbdənkənar mühitdə mövcud informasiya vasitələrindən fəal istifadə edən şagird dərsdə onlar üçün maraqlı olanları görmək istəyir. Bunun üçün müəllimin İT-dən istifadə etmək bacarığı yüksək olmalıdır. Həm də bu texniki təminatı lazımı materiallarla zənginləşdirməyi bacarmalıdır.

Bu gün aparılan sorğular nəticəsində müəllimlərin İKT-dən dərslərində istifadə səviyyəsini müəyyən edərkən məlum olur ki, şəhərdə və rayon mərkəzlərində yaşayan müəllimlər kənddə yaşayan müəllimlərdən istifadə səviyyəsinə görə fərq

lənir.Bu səviyyəni belə təsvir etmək olar.



1.Şəhər müəllimləri

77%

2.Rayon mərkəzində yaşayan müəllimlər

75%

3.Kənd müəllimləri

71%

Buradan da göründüyü kimi kənd müəllimlərinin istifadə səviyyəsi rayon mərkəzlərində və şəhərlərdə yaşayan müəllimlərdən az istifadə edirlər .

Buna səbəb isə həmin müəllimlərin dərs dediyi məktəblərdə İKT-nin və internetin təminat səviyyəsinin aşağı olması,bəzi müəllimlərin ,ümumiyyətlə, İKT-dən istifadə etməyi bacarmamasıdır.İtifadəni təmin etmək, bu problemləri həll etmək üçün müəllimlərin cəlb olundugu İKT-dən istifadə təlimlərinin sayını artırmaq, multimediya vasitələrindən istifadə üçün vəsaitlərin hazırlanmasını sürətləndirmək lazımdır.

Fəal təlimdən istifadə etməklə dərslərin yeni təlimə uyğun qurulması müəllim və şagird fəaliyyətinin səmərəsini artırır. Nəticədə şagirdlərdə müstəqil düşünmə bacarığı, başqalarının fikrinə hörmətlə yanaşma, məntiqi təfəkkürün inkişafı, çeviklik, hadisələri təhlil etmə, müqayisə aparma, nəticə çıxartmaq, keçmiş mövzu ilə yeni mövzunun əlaqələndirilməsi, ədəbi faktlari ardıcıllıq izləmək, dövrlər üzrə müqayisə, tədqiqat aparmaq, mövzunun yeri və rolunun nədən ibarət olunduğunu mənimsəmək kimi bacarıqlar formalaşır.

Müəllim mövzuya uyğun resursları seçməlidir ki, bu resursların da rəngarəngliyi dərsin maraqlı keçməsinə, qarşıya qoyulan məqsədə nail olmağa imkan yaradacaqdır. Belə dərslərdə həmçinin digər texniki təminatların olması dərsin səmərəliliyini artırır. Müəllim dərsə yaradıcı yanaşmalıdır, məzmun standartlarına əsasən dərsin məqsədini müəyyənləşdirməlidir. Bu zaman öyrədici, inkişafetdirici, tətbiqedici funksiyalar nəzərə alınmalıdır. Müasir dərs demokratik prinsiplərə söykənməli, bütün hallarda məqsədin düzgün müəyyən olunması və məzmunun, formanın ona uyğun seçilməsi vacibdir. Pedaqoji prosesdə müəllimin rolu dəyişir, o, daha çox bələdçi ( fasilitator) rolunu oynayır, fəal-interaktiv təlimə üstünlük verir, əyani vəsaitlərdən geniş istifadə etməyə çalışır, dərslərini daha maraqlı qurur. Bu səbəbdən də şagirdlərin təlimə marağı artır, təlim materialları daha yaxşı mənimsənilir, məktəbin səmərəli idarə edilməsi asanlaşır, nəticədə təhsilin keyfiyyəti yüksəlir. Şagirdlərin irəliləyişləri, əldə etdiyi nailiyyətləri müəllimlərin fəaliyyətinin keyfiyyət göstəricisi kimi qiymətləndirilir.

Tədqiqatçılıq müasir təhsil sistemində işləyən müəllimlərin aparıcı xüsusiyyəti hesab edilir. İnformasiyaların sürətlə artdığı bir zamanda onu ardıcıl olaraq izləmək, ümumiləşdirərək öz işinin gedişatına gətirmək indiki müəllimlər üçün əsas keyfiyyət kimi dəyərləndirilir. Axtarışlar aparmaq, fəaliyyətini tədqiqatçılıq prinsipləri üzərində qurmaqda hər müəllimin özünəməxsus potensial imkanı, iş təcrübəsi vardır. Onların öyrənilməsi, digər müəllimlər tərəfindən tətbiq olunması, pedaqoji innovasiyaların ümumiləşdirilərək geniş yayılması baxımından əhəmiyyət daşıyır. İnteraktiv termini “qarşılıqlı fəaliyyətə əsaslanan” deməkdir. Lakin qarşılıqlı fəaliyyət istənilən tədris metodunun istifadəsi zamanı az və ya çox dərəcədə mövcud olur.



Ana dili və ədəbiyyatın öyrənilməsində interaktivlik dedikdə, sadəcə obyektlərin qarşılıqlı təsir prosesi deyil, şagirdlərin tədqiqat xarakteri daşıyan xüsusi təşkil olunmuş idrak fəaliyyəti başa düşülməlidir. İnteraktiv metodlara ədəbiyyatin tədrisinin elə metodları aid edilir ki, onlar şagirdlərin dərslik materialı (mənbələr, sənədlər, xəritələr, illüstrasiyalar, tədqiqatçıların ziddiyətli fikirləri,səs yazılari,video materiallari) ilə, eləcə də ətraf aləmin reallıqları və təzahürləri ilə (rollu oyunların, müxtəlif hüquqi və münaqişəli vəziyyətlərin müzakirəsinin, layihələrin tərtibinin, müsahibələr aparılmasının və s. köməyi ilə) sərbəst iş prosesini təmsil edir, nəticədə onlara əsasən şagirdlərdə yeni biliklər yaranır.Hazır proqramlardan istifadə,MS Office proqramları(Word, Power Point, Microsoft Publisher) ilə, elektron dərsliklə ,Internet resursları ilə işləmək onlarda dərsə marağı daha da artirmağa,yaradıcılığa doğru həvəslə addımlamağa səbəb olur.Beləliklə, interaktiv təlim metodları-müəllimin iştirakı ilə şagirdlərin müxtəlif informasiya mənbələri və ya bir-biri ilə qarşılıqlı fəaliyyət prosesində yeni biliklər əldə etməyə imkan verən təlim üsullarının və dərs formalarının məcmusudur. Bu qayda ilə qazanılan biliklər şagirdlərin yaddaşında uzun müddət qalır və onlar tərəfindən hər hansı bir təcrübə kimi istifadə olunur.Hələ qədim Çində məşhur filosof Konfusi demişdir: ”Qulaq asıram unuduram, görürəm-yadda saxlayıram, özüm edirəm-anlayıram (dərk edirəm)”. Eyni zamanda, pedaqoji və sosial tədqiqatlara əsasən ənənəvi dərs-mühazirələrin passiv dinlənilməsi ona gətirib çıxarır ki, tez bir zamanda unudulur. Mütəxəssislər hesablamışlar ki, əla mühazirədən sonra diqqətli dinləyici üç saatdan sonra materialın 70%-ni, üç gündən sonra 10% -ni bərpa edə bilir. Təlimdə yadda saxlamanın müəyyən qanunauyğunluqları var- şagird oxuduğunun 10%-ni, eşitdiyinin 20%-ni, ğördüyünün 30%-ni, ğördüyü və eşitdiyinin 50%-ni, özü dediyinin 80%-ni, öz fəaliyyəti prosesində öyrəndiklərinin 90%-ni yadda saxlayır.

Azərbaycan dili və ədəbiyyatin tədrisində interaktiv metodlarının tətbiqi müəllimin peşəkarlıq səviyyəsinə yeni və kifayət qədər yüksək tələblər qoyur. Müəllimlər dərs formasını seçərkən şagirdlərin marağını nəzərə almalı, İKT-dən istifadə etmək bacarıqları yüksək səviyyədə olmaları üçün texniki təminatı lazımı materiallarla zənginləşdirməli,dərsə yaradıcı yanaşmalı, məzmun standartlarına əsasən dərsin məqsədini müəyyənləşdirməli,şagirdlərin biliyi tədqiqat yolu ilə əldə etmələri üçün interaktiv təlim prosesi qurmalıdırlar O, elmdə təsdiqlənmiş ideyaları, həm də bu və ya digər məsələ üzrə elmi idrak metodologiyası, onun metodları, problemin həllinin ümumiləşdirilmiş üsulları haqqında dərin məlumata malik olmaqla bərabər, müəllim şagird qarşısında problemi ustalıqla qoymağı, onun idrak və tədqiqat fəaliyyətinə rəhbərlik etməyi bacarmalıdır. Müəllim məktəblinin daxili aləmini görməyi, şagirdlərinin qarşılaşdığı vəziyyətin problemliliyini dərindən hiss etməyi, təlim prosesində təşkilatçı, əlaqələndirici və tərəfdaş funksiyalarını yerinə yetirməyi, həll yollarını axtararkən uşaqların buraxdıqları səhvlərə qarşı dözümlü olmağı bacarmalıdır.

Hazır multimediya vasitələrindən ,elektron vəsaitlərdən -zənqin illüstrasiya, cədvəllər, müəllimlərin mikrofonla hazırladıqları imla mətnlərə-audio imlalara əsaslanan müxtəlif qrammatik tapşırıqlar,animasiya, videofraqmentlərdən istifadə etmək olar. İnternet şəbəkələrindən istifadə edərək humanitar fənnlərin tədrisini genişləndirmək və rəngarəng etmək olar. İnternetdən məqsədyönlü istifadə ilə şagirdlər üçün maraqlı məlumatlar, şəkillər, sxemlər, fotoşəkillər, audio-video fraqmentlər təqdim etmək olar.

Azərbaycan dili və ədəbiyyat müəllimləri dərs hazırlayarkən üzləşdikləri problemlər şagirdlərin dərsliklə,bədii mətnlərlə bərabər,elmi ,elmi-kütləvi mətnlər üzrə tapşırıqların hazırlanmsaında dah çox yaranır.

Orfoqrafik və orfoepik normalar,ədəbi dil normaları, lüğəti zənginləşdirmək üzrə bacarıqları formalaşdırmaq ,bədii zövq formalaşdırmaq,dilimizi və ədəbiyyatımızı sevdirmək bu fənnin tədrisində qarşıda duran əsas vəzifə və tələblərdəndir.Bu vəzifə və tələbləri yerinə yetirmək üçün müəllimlər İKT müəllimlər üçün çox ugurlu vasitədir.Müəllimlərin İKT –nin malik olduğu üstün keyfiyyətlərdən dərsin hər bir mərhələsində istifadə etmək imkanı var.



  1. Yeni Mövzunun Öyrənilməsi:

  • İnternet vasitəs ilə lazım olan mövzunun axtarışa verilməsi;

  • Mövzu plan konspektin tutulması;

  • Mətnin analizi və sxem və cədvəllərin hazırlanması;

  • Mətnlər üzrə sualların hazırlanması;

  • Müəllim tərəfindən qoyulan suallara cavabların axtarılması;

  • Mövzu üzrə videofraqmentlərin tapılması, baxılması və müzakirə edilməsi;

  • Mövzu üzrə təqdimatlara baxılması və müzakirə edilməsi;

  • Statistik məlumatların tapılması və analiz edilməsi.

  1. Biliyin yoxlanılması

  • Özünü yoxlama testlərindən istifadə etmək.(www.e-test.edu.az,www.shagird.az)






  1. Layihələr üzərində işləmə

Şagirdlər layihələr üzərində işləyərkən, onların qarşısına internetdən olduqca maraqlı və geniş çeşidli resurslar çıxır. Onlar aşağıda göstərilən informasiyalardan istifadə edə bilərlər:

  • Virtual kitabxanalar,

  • Virtual muzeylər,

  • Müxtəli tədris yönümlü informasiyalar,

  • Ensklopediya və məlumat kitabçaları

  • İnternetdən istifadə edərək, güclü şagirdlər xüsusi bir hesabatlar, təqdimatlar hazırlaya bilərlər. (www.e-resurs.edu.az)Zəif şagirdlər onların səviyyələrinə uyğun daha rahat məlumatlar əldə edə bilər və əldə etdikləri məluamtlara daha asan suallar hazırlaya bilərlər.

  • İnternetdən əldə edərək, müxtəlif səviyyəli testləri həll edə bilərlər.(www.shagird.az)

  • Dərsliklərdən online istifadə ( www.e-derslik.edu.az )

İnternet resurslarından sinif şəraitində istifadə edərkən, başqa bir şəkildə də təşkil edilə bilər:

  • Frontal(şəbəkə də mövcud olan layihələr vasitəsi ilə virtual səyahətlər)

  • Fərdi (tədrs yönümlü resursların axtarılması, yığılması və analizi)

  • Qrup (birgə şəkildə tədris yönümlü layihələrin hazırlanması)

İnternet resurslarından tədris prosesində istifadə edərkən, Müəllim dərsə əsasən 3 istiqamətdən yanaşmalıdır:

  • Tədris yönümlü: Şagirdlərin tədris materiallarını öyrənərkən, onların bu materialları düzgün şəkildə dərk etməyinə və qavramağına nail olmaq;

  • İnkişaf yönümlü: Şagirdlərin düşüncə tərzində müzakirə, analiz, müqayisə etmə və yaradıcı yanaşma biliklərini formalaşdırmaq və inkişaf etdirmək;

  • Tərbiyəedici yönümlü: Şagirdlərin dünyəvi düşüncə tərzlərini inkişaf etdirmək

  • Öyrənilən mövzunun möhkəmləndirilməsi mərhələsində İKT- dən

  • istifadənin imkanları çox cəhətlidir. Şagirdlər və müəllimlər təqdimatlar zamanı Power Point

proqramından istifadə edə bilərlər. Kompyuter vasitəsi ilə şagirdlərin biliklərinin yoxlanılmasında oyun formasından və test variantlarından istifadə etmək olar. Təqdimatların tərkibində illüstrasiyalar, faktiki materiallar, cədvəllər, sxemlər, qrafiklər, praktiki tapşırıqlar, testlər, problemli suallar ola bilər. Belə təqdimatlar müəllimin vaxtına qənaət edir və şagirdlərin məqsədinə çatmağa kömək edir. Humanitar elmlərin tədrisində İKT – dən istifadə dərsin səmərəliliyini və uşaqların motivasiyasını artırır, başqa fənlərlə inteqrasiyasını asanlaşdırır, yaradıcı bacarıqlarını inkişaf etdirir. İKT imkanlarından istifadə zamanı müəllim və şagird əməkdaşlığı üçün əhəmiyyətli, yararlı informasiyalar VEB 2.0 alətlərindən istifadə ilə yaradıcı məhsul hazırlamaqla şagrdlərin qarşısında əyləncəli bir dünyaya səyahət uçun əla fürsət yaradır,onlarda əsl ustalıq bacarıqlarının olduğuna inam hissi formalaşdırır. Ətrafindakıların əldə etdiyi bacarıqları görən ən zəif şagirdlər belə bu texnologiyalardan istifadə etməklə,bu cazibədar aləmin səyahətçisi olmaqla,bu səyahətdən ozünəməxsus yaradıcılıq işlərini əldə etməklə həm sevinc,həm də indiyə qədər hiss edə bilmədikləri inam hissini yaratmaqla texnoloji bilik və bacarıqlar (multimedia təqdimatları yaratmaq, veb 2.0 alətlərindən effektiv istifadə etmək və s.) formalaşdırır:


• Müasir qiymətləndirmə mexanizmlərindən və əlavə resurslardan sərbəst istifadə etmək

• Şagirdi daha da fəal öyrənmə prosesinə cəlb etmək

• Müstəqil şəkildə kompüter texnologiyalarından istifadə edərək layihə planı hazırlamaq

• Şagirdlərdə 21-ci əsr vərdişləri, yüksək səviyyəli məntiqi təfəkkürü inkişaf etdirmək -komandada işləmək, ünsiyyət və əməkdaşlıq, informasiya toplamaq və ondan düzgün, səmərəli istifadə etmək, analitik düşünmə və problemi tez həll etmək

• Təlim və tədris prosesinə daha yaradıcı yanaşmaq

Yeni pedaqoji və İKT texnologiyalarından istifadə müəllim-şagird münasibətlərinə müsbət təsir edir, münasibətlərin genişlənməsinə və şagirdlərin sərbəst çalışmalarına şərait yaradır. İKT dən istifadə tədris vaxtına qənaət etməyə imkan yaradir.Müəllimlərin tədris prosesində yeni metod, üsul və fəaliyyət növlərindən istifadəyə görə şəhər məktəb müəllimlərinin göstəriciləri rayon və kənd məktəb müəllimlərinin göstəricilərindən əsasən yüksəkdir.Pedaqoji texnologiya yalnız təhsilin elementi kimi deyil, həmçinin onun məqsədi, məzmunu, prosesi və nəticəsi kimi xidmət göstərir. Pedaqoji prosesə sistemli, elmi və ardıcıl tətbiq edildikdə o, təhsilin ayrılmaz bir hissəsinə çevrilir. İKT texnologiyaları innovativ tədris və öyrənmə imkanlarının təmin edilməsi üçün müəllimlərə böyük imkanlar yaradır, onlar səmərəli məktəb idarəçiliyinin təşkil edilməsində əhəmiyyətli rol oynayır. Yeni pedaqoji və İKT texnologiyalarından istifadə müəllim-şagird münasibətlərinə müsbət təsir edir, münasibətlərin genişlənməsinə və şagirdlərin sərbəst çalışmalarına şərait yaradır. Müasir təlim texnologiyaların köməkliyi ilə təlimin həm təhsilləndirici, həm inkişafetdirici, həm də tərbiyələndirici funksiyaları özünü daha qabarıq şəkildə göstərir.



İnternet-layihələrinin tipləri


  1. Beynəlxalq mübadilə

  2. İnformasiya görüşləri və aksiyaları

  3. Problemin həlli istiqamətində əməkdaşlıq

Layihə tipləri haqqında geniş məlumatlar:

Beynəlxalq mübadilə.

  1. Dostlarla online şəkildə yazışmalar

  2. Elektron məsləhətlər və ekspert şəklində çıxış etmək



İnformasiya görüşləri və aksiyaları

1. Layihənin iştirakçıları arasında məlumatların bölüşdürülməsi

2. Elektron yayımlar(elanlar,nəşrlər).

3. Məlumat bazasının yaradılması.

4. Birgə tədqiqatlar.

Problemin həlli istiqamətində əməkdaşlıq

1. İnformasiya axtarışı.

2. Birgə layihələrin yazılması.

3. Məktəblərin birgə internet resursları yarışması.

4. Təqdqiqat nəticəsində analizlərin aparılması zamanı meydana çıxan nəticələrin bir yerə toplanması və onların birgə fikir mübadiləsi aparılması nəticəsində problemlərin həlli yollarının tapılması.

İnternet-layihələr yaratmaq üçün, lazım olan əsas tövsiyələr: 1. Layihəni nə vaxt başlamaq lazımdır? Bu layihə nə qədər davam etməlidir?

2. Bu layihəni işləmək üçün mənim kifayyət qədər vaxtım varmı?

3. Bu layihədə işləmək üçün lazım olan alətlər varmı?

4. Şagirdlər bu layihədə iştirak etməyə kifayyət qədər hazırdırlarmı?

İnternet layihələrin hazırlanması üçün əsas vacib 7 addımlar:

1. Öz pedaqoji məqsədləriniz haqqında düşünmək və Siz bu layihələr vasitəsi ilə şagirdlərə nələr öyrətmək istəyirsiniz?

2. İştirak etmək istədiyiniz layihənin tipini müəyyənləşdirməlisiniz:



  • Beynəlxalq mübadilə

  • İnformasiya görüşləri və aksiyaları

  • Problemin həlli istiqamətində əməkdaşlıq

3. Layihənin mövzusunu müəyyənləşdirmək.

4. Hazırlamaq istədiyiniz layihənin planını tutmaq- bütün xırda detallarına kimi nəzərə almaqla.

5.Layihənin başlanması və qurtarması tarixlərini layihədə iştirak üçün, ərizənin son verilmə tarixlərinə kimi müəyyənləşdirmək.

6. Layihənin adının seçilməsinə xüsusi fikir vermək. Bu olduqca vacibdir.

7. Layihə hazır olduqdan sonra onu bütün layihə iştirakçıları ilə bölüşün. Qoy onlar da sizin sevincinizə şərik olsunlar.

Beləliklə İKT-nin istifadəsi şagirdlərdə aşaıdakı gözlənilən bacarıqlar formalaşdırır:

• Müasir qiymətləndirmə mexanizmlərindən və əlavə resurslardan sərbəst istifadə edir.

• Şagirdi daha da fəal öyrənmə prosesinə cəlb edir.

• Müstəqil şəkildə kompüter texnologiyalarından istifadə edərək layihə planı hazırlayır.

• Şagirdlərdə 21-ci əsr vərdişləri, yüksək səviyyəli məntiqi təfəkkürü inkişaf etdirir -komandada işləmək, ünsiyyət və əməkdaşlıq, informasiya toplamaq və ondan düzgün, səmərəli istifadə etmək, analitik düşünmə və problemi tez həll etmək bacarığını formalaşdırır.

• Təlim və tədris prosesinə daha yaradıcı yanaşır.

Müəllimlərin dərslərində istifadə edə biləcəkləri bəzi internet resursları haqqında

məlumat

c:\users\alya\desktop\dc presentation\youtube-logo.jpg


  • You Tube – sosial servis olub rəqəmsal video yazılışların müzakirəsi və baxışı üçün nəzərdə tutulur.

  • You Tube servisin imkanları -Serverə videokliplərini yükləyib, qeydlərini etmək və digər istifadəçilərlə fikir mübadiləsində olmaq.

  • Həmfikir qrupların video kliplərinə baxmaq

  • Məzmun maraqlarına uyğun olaraq istifadəçilər tapmaq, yaratmaq və birləşdirmək.

  • Video kliplərin və video kanalların yenilənməsi səhifəsini yaratmaq

  • Video klipləri You Tubedan oz saytına yönləndirmək,dərsin mövzusuna uyğun olaraq lazımi video klipləri tapmaq mümkündür.Video klipin hiperlinki www.Videosaver.ru saytının köməyi ilə kompyuterə yüklənir. Dərsdə resurs kimi istifadə olunur.Yükləmək üçün Sizə lazım olan linki seçirsiniz və həmin videoçarxın linkini videosaver.ru saytına daxil olaraq, linki ox göstərilən bölmənin üzərinə qoyursunuz.

  • Daha sonra yükləmək (Скачать) bölməsinin üzərinə vurursunuz və kompyuternizin C diskində Yüklənənlər( Downloads) qovluğunun içərisindən yükıənmiş videoçarxı götürüb istifadə edə bilərsiniz.



c:\documents and settings\rsuleymanov\desktop\images.jpg

Bu sosial xidmətdən istifadə etmək üçün, ilk növbədə www.sladeshare.net , saytına daxil olursan. Daxil olduqdan sonra, qeydiyyatdan keçirsən. Qeydiyyatdan keçmək üçün, ilk öncə sign up bölməsinin üzərinə vurmalısınız.





Sign up bölməsinin üzərinə vurduqdan sonra, açılan pəncərədə :

  • username bölməsində öz ləqəbinizi (misal üçün Azerbaycan21),

  • password bölməsində parolunuzu, (misal üçün, 1234567890)

  • email adress bölməsində isə (azerbaycan@gmail.com)

Yadda saxla: Hər bir bölməni dolduran zaman yazının altında yaşıl rəngli yazılar olmalıdır.Yoxsa əks təqdirdə Sizin qeydiyyatdan keçməyiniz alınmayacaq. Özünüzə ləqəb seçəndə onun qabağında hər hansı bir rəqəmin olmasına çalışmaq lazımdır.

Daha sonra Sizə çərçivənin içərisində verilmiş rəqəmi olduğu kimi onun yanında olan çərçivənin içərisində yazırsınız.

Bütün bu addımları etdikdən sonra, artıq Siz öz təqdimatınızı burada yerləşdirə bilərsiniz. Bunun üçün, upload bölməsinin üzərinə vurursunuz və istədiyiniz təqdimatı ora yükləyirsiniz.

Sizin qarşınızda bir pəncərə açılır Siz sizə lazım olan təqdimatın üzərinə vurduqdan sonra open( открыть ) bölməsinin üzərinə vurursunuz, Sizin tqədimatınız həmin an yüklənməyə başlayacaq.

Daha sonra Siz sol tərəfdə verilmiş kateqoriyaların içərisindən, Sizə lazım olan bölməni seçərək, üzərində vurursunuz və təqdimatınız yaddaşda saxlanmış olur.

Artiq təqdimatınız sladeshare saytında saxlanmış olur.

Şagirdlərin Veb 2.0 texnologiyalarına yiyələnməsi təhsil ictimaiyyətinə həm də milli-mənəvi baxımdan böyük önəm kəsb edir. Biz müharibə şəraitində yaşayırıq, torpaqlarımız işğal altındadır və bizim bir çox tarixi abidələrimiz var ki, mənfur qonşularımız tərəfindən mənimsədilmişdir. Düzdür, biz tariximizi bilirik, öyrənirik. Bəs onun qayğısına necə alırıq? Necə təbliğ edirik? Bu baxımdan şagirdlər yaratdıqları təqdimatları (http://www.slideshare.net), xəritələri, sənədləri internet istifadəçiləri ilə paylaşırlar. Cavab olaraq paylaşdığı insanlar öz rəylərini mətn vasitəsi ilə bildirirlər. Nəticədə bir qrup şagirdlər bu təqdimat, xəritə və ya sənəd ətrafında kiçik bir cəmiyyət yaradırlar. Veb 2.0 texnologiyaları dinamik və interaktivdir. İş prinsipi, naviqasiya çox rahat və dinamikdir. Bu servislərdə işləmək üçün sadəcə qeydiyyatdan keçmək lazımdır.

Hətta məktəb rəhbərliyi öz keçirdiyi pedaqoji şuraların nəticəsini də burada yerləşdirə bilər ki, digər məktəblər üçün nümunə ola bilər. Avropada, Amerikada, Rusiyada bundan tədris prosssində geniş şəkildə istifadə edirlər.

Müəllimlər öz hazırladıqları təqdimatları bu saytda yerləşdirə bilər.

Bunun bir maraqlı xüsusiyyəti də var. Misal üçün Siz hazırladığınız təqdimatları öz email adresinizə girmədən birbaşa buradan istənilən şəxsin emailinə göndərə bilərsiniz. Bunun üçün ilk öncə email bölməsinin üzərinə vurursunuz .Daha sonra sol tərəfdə açılan pəncərəyə göndərdiyin şəxsin email ünvanını və yazmaq istədiyiniz məktubu da məktub bölməsində yazaraq, send bölməsinin üzərinə basaraq, onun emailinə göndərmiş olursan. Göndərdikdən sonra həmin şəxsin emailində bu Sizin tərəfdən göndərildiyi aydın olur. Həmin şəxs bu təqdimata baxmaq istəyirsə, view presentation bölməsinin üzərinə basaraq, bu təqdimata baxa bilər.

Əgər burada xoşunuza gələn təqdimatı özünüz üçün yükləmək istəyirsinizsə, o zaman, Siz downlaud bölməsinin üzərinə basaraq yükləyə bilərsiniz.

Nümunə: http://www.slideshare.net/Aidlkbrova/edit_my_uploads

c:\documents and settings\rsuleymanov\desktop\slideboom_logo.jpg

Slideboom – Bu sayt təqdimatları saxlamaq üçün olduqca gözəl bir saytdır. Bunun həm pullu , həm də pulsuz versiyası vardır. Pullu versiyası ilə 195$-dır. Pullu versiyasında 500 təqdimat yerləşdirmək olar. Bundan istifadə etmək üçün ilk öncə bütün saytlarda olduğu kimi qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçmək üçün sign up bölməsinin üzərinə vururuq və açılan pəncərədə email,parol, təkrar parol, daha sonra pullu və yaxud pulsuz istifadəni seçirsiniz və aşağıda olan rəqəmləri çərçivənin içərisinə daxil edirsiniz və sonra register bölməsinin üzərinə vururusunuz və qeydiyyatdan keçmiş olursunuz.Əgər Siz bura öz təqdimatınızı yükləmək istəyirsinizsə, o zaman, upload bölməsinin üzərinə vuraraq, Sizin qarşınızda belə bir pəncərə açılır Siz sizə lazım olan təqdimatın üzərinə vurduqdan sonra open( открыть ) bölməsinin üzərinə vurursunuz , Sizin təqdimatınız həmin an yüklənməyə başlayacaq.

Təqdimatı yadda saxlamamışdan qabaq, Sizə lazım olan katerqoriyanı seçirsiniz. Seçdikdən sonra onun üzərinə vurursunuz və vurduqdan sonra təqdimatınız bir daha yüklənəcək tam yükləndiikdən sonra sumbit düyməsinin üzərinə basırsan və artıq təqdimatın tam yüklənmiş olur.



http://infotech.org.ua/userfiles/delicious-1.jpg

Delicios- Bu saytın böyük özəllikləri vardır. Delicios –bu xidmətin tərcüməsi dilimizə möhtəşəm, Bu saytın Rusiya versiyası bobrdobr.ru saytıdır. Bəs bu sayt bizə hansı imkanları verir?Bu xidmətin köməkliyindən istifadə edərək, bütün hazır materiallarınızı bu saytda yerləşdirə bilərsiniz. Bundan əlavə bu saytdan istifadə etmək üçün ilk öncə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçmək üçün: sign up düyməsinin üzərinə vururuq. Vurduqdan sonra qarşımızda belə bir pəncərə açılacaq. Açıldıqdan sonra qeydiyyatdan keçirsiniz. Keçdikdən sonra qarşınızda belə bir pəncərə açılır. Bundan sonra qarşınızda bir pəncərə açılacaq. Bu açılan pəncərədə şəxsi profiliniz olacaq. Bura istəsəniz öz şəklinizi yükləyə bilərsiniz. Əgər qarşınıza çıxan maraqlı bir saytın linkini burda saxlamaq istəyirsinizsə, o zaman, Siz Add link(link əlavə et) bölməsinin üzərinə vurursunuz və açılan pəncərəyə linki əlavə edirsiniz. Əlavə etdiyniz linkin əgər yalnız Siz görmək istəyirsinizsə, o zaman Mark as private bölməsini seçin. Yox əgər resursunuzun hamı tərəfindən görülməyini istəyirsinizsə o zaman pulish bölməsini seçin.

Əgər Siz yeni bir yazınızı burda yerləşdirmək istəyirsinizsə, o zaman, Grate Stacs bölməsinin üzərinə vurusunuz və belə bir pəncərə açılır. Açılmış pəncərənin içərisində biz mövzunun adını yazırıq(başlıq) Mövzunun adını yazdıqdan sonra, Grate bölməsinin üzərinə vururuq

və növbəti mərhələyə keçmiş oluruq.

Daha sonra belə bir pəncərə açılmış olur və bu pəncərənin içərisində Siz öz mətninizi yaza bilərsiniz. Mətni həm yaza, həm də copy past edə bilərsiniz. Mətni yazmaq və yaxud əlavə etmək üçün, ortada açılan pəncərəyə daxil etmək lazımdır. Daha sonra sol tərəfdə uncategorized (Kateqoriyalar bölməsindən) mətnimizin aid olduğu bölməni seçirik. Seçdikdən sonra, add save link daha sonra save o vew bölməsinin üzərinə vuraraq, mətni bu saytın yaddaşında saxlayırıq və daha sonra publish (paylaşmaq) bölməsinin üzərinə vurursunuz.

Hesab edək ki, mətni yazdınız və yaddaşda saxladınız daha sonra düşünürsünüz ki, bu Sizin istdiyiniz kimi deyil. Silmək istədiyiniz zaman, delete stacs bölməsinin üzərinə vurmalısınız.

Daha sonra bu yazının digər istifadəçilər tərəfindən görünməyini, onların da bundan istifadə etməyini istəyirsinizsə, o zaman Share Stack bölməsinin üzərinə vurursunuz və bunu hər bir istifadəçi görə biləcək.

Bir anlıq hesab edək ki, mətini oxuyanda baxdınız ki, ya səhv gedib və ya nəyi isə yazmağı unutmusunuz. Bəs o zaman nə etməlisiniz? Bu zaman Siz Edit stacs (yəni düzəliş etmək) bölməsinin üzərinə vuraraq, öz düzəlişlərinizi edə bilərsiniz. Düzəlişlərnizi etdikdən sonra eyni qaydada yaddaşda saxlayırsınız.

Pedaqoji imkanları:

Bu saytdan tədrisdə olduqca maraqlı bir formada istifadə etmək olar. Əgər Sizə hər hansı bir yazınızı , şəkli qorumaq və yaxud bu yazını digər xarici yerli həmkarlarınızla paylaşmaq istəyirsinizsə o zaman bu saytın köməkliyindən istifadə edərək, onu yerləşdirə bilirsən. Siz bütün resurslarınızı burda saxlaya bilərsiniz. Əgər Sizin qarşınıza maraqlı bir saytlar çıxıbsa ,o saytları Siz özünüz mövzular üzrə qruplaşdıraraq, onların linklərini burda saxlaya bilərsiniz. Dünya təhsil sistemində bundan çox aktiv şəkildə istifadə edirlər.



c:\users\lenovo\desktop\screen-shot-2015-10-08-at-2-24-39-pm.png

Siz online jurnal, gündəlik yarada və bu jurnaldan refleksiya vasitəsi kimi istifadə edə bilərsiniz. Tədris bölməsinin əvvəlində şagirdlərinizi bu saytda qeydiyyatdan keçirin. Hər dərsdən sonra şagirdlər bu jurnalı açıb , keçilən dərs haqqında öz fikirlərini, dərsdə diqqətlərini cəlb edən məqamları, mövzu ilə bağlı şəkilləri, sizin şagirdlərə verdiyiniz ev tapşırıqlarının cavablarını əlavə edə bilər. Tədris bölməsinin sonunda öz jurnallarını sizə göndərsinlər. Bu gündəlik (jurnal) şagirdlərin fəaliyyətini qiymətləndimək üçün vasitə ola bilməklə yanaşı  , həmdə şagirdlərin daha sonra istifadə edə biləcəyi vəsaitə çevrilə  bilər.

Sayta daxil olmaq üçün link:https://penzu.com/

Saytdan istifadə ilə bağlı video dərs : https://youtu.be/6NUOKEyHtQ4

Müəllimlərimiz,biz tez - tez dərslərimizdə  şagirdlərə tapşırıq verərkən saatdan istifadə etməli oluruq. Dərslərimizi daha maraqlı etmək üçün, aşağıdakı saytdan istifadə edərək elektron lövhələrdə, proyektorlar vasitəsi ilə divarlarda müxtəlif növ saatlardan istifadə edə bilərsiniz. Sayt sizə bir neçə  maraqlı saat növü təqdim edir.

Sayta daxil olmaq üçün link :http://www.online-stopwatch.com/

1.Siz aşağıdakı saytdan dərslərinizdə ideya xəritəsi hazırlamaq üçün istifadə edə bilərsiniz. İdeya xəritələri müəyyən mövzunu sizə təhlil etməyə imkan verən resurslardır. Bu saytın ideya xəritəsi yaratmaq üçün nəzərdə tutulmuş digər saytlardan əsas fərqi  şəkilləri, mətn sənədlərinizi və digər faylları ideya xəritəsinə əlavə edə bilmək imkanıdır.

Sayta daxil olmaq üçün link :http://www.spiderscribe.net

2.Aşağıdakı internet resursundan istifadə etməklə ideya xəritəsi hazırlaya bilərsiniz. Resursun üstünlüyü sadə və istifadəsi asan olmasıdır.

Aşağıdakı linkə daxil olun: https://www.text2mindmap.com

Outline your text hissəsindəki mətni silin və öz başlığınızı daxil edin və Enter düyməsini sıxın

Əsas obyektə budaq kimi əlavə etmək istədiyiniz obyekti Tab sıxdıqdan sonra yazın.

Draw Mind Map düyməsinə klikləyərək ideya xəritənizi hazırlayın

Download düyməsindən istifadə edib ideya xəritəsini kompüterinizə yükləyə, save düyməsi ilə yaddaşda saxlaya bilərsiniz.

Learningapps.org ilə “sözseçimi” tiplitapşırıq hazırlamaq

1.Hörmətli müəllimlər, sayt sizə müxtəlif növ interaktiv tapşırıqlar hazırlamağa imkan verir. Saytda hazırladığınız tapşırıqları elektron lövhədə, kompüterlərinizdə, İPad-lərdə istifadə edə bilərsiniz.

2. Learningapps.org iləideyaxəritəsi hazırlamaq

İdeya xəritələrindən müəyyən məlumatları, bədii əsərləri şagirdlərlə təhlil etmək üçün istifadə edə bilərsiniz.

Sayta daxil olmaq üçün link : http://learningapps.org/

Nümunə:

http://learningapps.org/display?v=paidnhsua01



http://learningapps.org/display?v=pfmwccwja01

http://learningapps.org/display?v=peob42hz501

http://learningapps.org/display?v=p8n2o7m7301

Aşağıdakı linklərdə hekayə, komiks hazırlamaq üçün resurs və bu resursdan istifadə ilə bağlı video dərslə tanış ola bilərsiniz.

Sayta daxil olmaq üçün link:http://www.comicmaster.org.uk

1.Aşağıdakı saytdan şagirdlər dərsdə müxtəlif şəkillər tapmaq üçün istifadə edə bilərlər. Saytda verilmiş şəkillər şagirdlərin yaş səviyyələrinə uyğundur

Sayta daxil olmaq üçün link: http://pics4learning.com/index.php?view=browse

2.Aşağıdakı saytdan şagirdlər dərsdə müxtəlif şəkillər tapmaq üçün istifadə edə bilərlər. Saytda verilmiş şəkillər şagirdlərin yaş səviyyələrinə uyğundur

Sayta daxil olmaq üçün link: http://pics4learning.com/index.php?view=browse


Yüklə 192,81 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin