Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə1/78
tarix11.11.2023
ölçüsü3,06 Mb.
#131759
  1   2   3   4   5   6   7   8   9   ...   78
Sofiya m



Azərbaycan dilində
işgüzar və akademik kommunikasiya 
 


Giriş 
“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənni iki istiqaməti 
əhatə edir. Bu fənnin tədrisi zamanı tələbələr Azərbaycan dilində aydın, səlis 
danışmaq, savadlı yazmaq, ədəbi dil normalarına əməl etmək bacarıqlarına 
yiyələnməklə bərabər, işgüzar və akademik mühitdə necə davranmalı, nələrə önəm 
verməli, işgüzar və akademik sənədləri hansı yolla hazırlamalı kimi mühüm 
əhəmiyyət kəsb edən bilikləri də mənimsəmək imkanı əldə edəcəklər. 
Cəmiyyətdə tutduğunuz mövqedən, hansı peşənin sahibi olmağınızdan asılı 
olmayaraq bu fənnin tədrisində öyrəndikləriniz bütün proffesional həyatınızda, hətta 
bəzi şəxsi münasibətlərinizin qurulmasında sizə yardımçı olacaq. 
Təəssüflər olsun ki, müasir gənclərimizin ən zəif cəhətlərindən biri özlərini ifadə 
edə bilməmək, hətta bildikləri mövzu ətrafında belə aydın mülahizələr irəli 
sürməkdə çətinlik çəkmək və savadlı yazmaq vərdişlərinin zəif formalaşmasıdır. 
Özünü təqdim etmək, fikir və ideyalarını qarşı tərəflə bölüşmək, bilik və 
təcrübələrini ötürmək üçün nitq qurmaq bacarığı gərəkdir. İstər şifahi, istərsə də 
yazılı nitqə verilən bütün linqvistik, estetik, psixoloji tələbləri bilmədən, yetərincə 
söz bazasına malik olmadan, idrak və ifadə bacarıqlarınızı təkmilləşdirmədən gözəl, 
aydın, məntiqli danışmaq qeyri-mümkündür. Xüsusən də dünyada bütün 
istiqamətlər üzrə inkişaf dinamikasının artdığı, rəqabətin gücləndiyi müasir dövrdə 
istənilən sahə üzrə peşəkar mütəxəssis olmaq, fərqlənmək, uğurlu karyera qurmaq 
üçün bir çox yeni tələblər mövcuddur ki, bunların önündə keyfiyyətli ünsiyyət 
qurmaq bacarığı gəlir.
“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin əsas məqsədi 
bu və digər bilik və bacarıqları tələbələrə aşılamaq, onların gələcəkdə ana dilinin 
zəngin dil materialından istifadə edərək uğurlu karyera qurmalarına yardımçı 
olmaqdır. 


 Mövzu 1. 

Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin