Azərbaycan diLLƏR



Yüklə 34,06 Kb.
tarix10.01.2022
ölçüsü34,06 Kb.
#109002

AZƏRBAYCAN DİLLƏR

UNİVERTSİTETİ


Azərbaycan dili fənnindən

fərdi iş:
ONOMOLOGİYA
Hazırladı:Sadıqzadə Arzu

Qrup:225b

2013

MÜNDƏRİCAT:



  • Giriş

  • Onomastika ve Onomologiya anlayışları

  • Onomastikanın leksik təsnifi

  • Toponimlər

  • Azərbaycan toponimləri

  • Toponim qrupları

  • Toponimlərin növləri

  • Azərbaycan toponimlərinin arealı

  • “Dəli Kür ” əsərinin təhlili

  • Ağsu toponimləri

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYATLAR:





  1. Ə.Dəmirçizadə

  2. A.Qurbanov

  3. Ə.Abdullayev

Onomastika anlayışı

Adlar,onların əlamət və xüsusiyyətlərinin tədqiqi müasir Azərbaycan dilçiliyində diqqəti ən çox cəlb edən vacib elmi-tədqiqat sahələrindəndir.Dildəki hər bir xüsusi ad –onomastik vahid ictimai-tarixi inkişafın məhsuludur.Xüsusi adlar keçmişin izlərini özündə mühafizə edib müasir zamana kimi gətirən real faktlardır,tarixin canlı şahidləridir.Dilçiliyin üfuqlərini genişləndirmək ,onun inkişafını hərtərəfli təmin etmək üçün onomastik tədqiqatın əhəmiyyəti hazırda olduqca böyükdür.

Dildə mövcud olan xüsusi adların cəmi onomastikanı təşkil edir.Deməli,onomastika hər hansı bir dildəki xüsusi adların məcmusudur.Məsələn,Azərbaycan dilinin onomastikasi,özbək dilinin onomastikası,türkmən dilinin onomastikası və s.

Onomastika dar və geniş mənalarda işlənilə bilir.Geniş mənada məsələn ,qitələrin onomastikası –Avropanın onomastikası,Amerikanın onomastikasi ,Asiyanın onomastikası; ölkələrin onomastikası - Çinin onomastikasi,Hindistanın onomatikası;müəyyən ölkə sahəsinin onomastikası-Qafqazın onomastikası,Kırımın onomastikası,Sibirin onomastikası və s.Geniş mənada nəzərdə tutulan onomastik sistem makroonomastika adlanır.

Onomastika sözü dar mənada bu və ya digər rayonda və ya kənddə xüsusi adların cəmi kimi təsəvvür olunur.Daha dar mənada bir yazıçının onomastikası-Mehdi Hüseynin əsərlərinin onomastikası,yaxud da bir əsərin –“Abşeron” romanının onomastikası kimi işlənilir.Bu həcmdə götürülən onomastik sistemə mikroonomastik da demək olar.

Onomastikya daxil olan hər bir vahid dilin lüğət tərkibinin üzvüdür.Bu üzvlər də başqa vahidlər kimi mənsub olduğu dilin ümumi qanunauyğunluqlarına tabedir və öz qidasını həmin dildən alır.Onomastik vahidlər özünəməxsus spesifik cəhətlərə malikdir.Bunların hər biri sosial işarədir.Ona görədə bəzi mühüm məsələlərin açılmasında bunların xüsusi rolu vardır.Ümumiyyətlə,onomastik vahidlərin tədqiqi bir neçə cəhətdən əhəmiyyətlidir : a)dilin lüğət tərkibinin bütövlüklə xarakteristikasını vermək üçün onomastik vahidlərin tədqiqi son dərəcədə vacibdir ;b)onomastik vahidlərin çoxunda indi olmayan forma və anlayışların izi qala bildiyinə görə bunların tədqiqi dilçiliyin ən mürəkkəb və mühüm sahələri hesab edilən dil tarixi,dialektologiya və üslubiyyat üçün zəruri faktlar verə bilir ; c)onomastik materialın öyrənilməsi dilçiliklə yanaşı tarix,etnoqrafiya,sosiologiya və coğrafiya elmlərinin bir sıra problemlərinin açılmasına kömək edir ;ç)onomastik vahidləri düzgün bilmək və yazmaq insanın ümumi mədəniyyətinə təsir edən vasitələrdəndir.Bütün bunlarla yanaşı, Azərbaycan dilçiliyində həll olunmamış onomastika məsələləri hələ də vardır.Məlumdur ki,hər bir elmdə terminoloji qarışıqlıq elmin ləng inkişaf etməsnə səbəb olur.Dilçilikdə onomastika iki mənada (onomastik vahidlərin cəmi və elm şöbəsi) işlənlilir.Onomastik vahidlər nəzəriyyəsinin yaradılması təxirəsalınmaz vəzifədir.Bunun üçün onomastik mənbələri (qədim abidələri,salnamələri,tarixi sənədləri,arxiv materiallarını,ekspedisiya materiallarını ...) diqqətlə araşdırmaq,hər bir ünsürü linqvistik təhlilə cəlb edib elmi nəticələrin ümumiləşməsinə nail olmaq lazımmdır.

Nəhayət,onomalogiyanın tədqiqat obyekti bu istiqamətlərə yönəldilməlidir:



  • dilimizin leksikasındakı xüsusi sözlərin müxtəlif cəhətlərini araşdırmaq;

  • xüsusi sözlərin mənşəyini,areallığını,dil mənsubunu müəyyənləşdirmək;

  • xüsusi sözlərin struktur cəhətlərini,yaranma yollarını,semantikasını,dildəki üslubi çalarlarını və s. öyrənmək.

Onomastik Leksikanın Təsnifi

Dilin lüğət tərkibində onomastik leksikanınn xüsusi mövqeyi olduğu kimi,buraya daxil olan vahidlər müxtəlif cəhətlərinə görə ayrı-ayrı sistem və ya yarımsistem təşkil edir.Lakin deməliyik ki,indiyə qədər dilçilik elmində bu vahidlərin ümumməqbul hesab edilən təsnifi verilməmişdir.İstər Azərbaycan dilçiliyində,istərsə də xarici ölkə elmində onomastik vahidlərin təsnifində çox müxtəliflik vardır.Belə ki,bəzi alimlər onomastika dedikdə,ancaq canlı varlıqların adlarının cəmini başa düşmürlər.Rus onomoloqu V.K.Çiçakov yazır: “Canlı varlıqların xüsusi adlarını öyrənən elmə onomastika deyilir”.Bu qeyri-elmi fikrə əsaslanılsa,onomastik vahidlər tam əhatə oluna bilməz.Türkoloji dilçilikdə də bəzən toponimika onomastikaya aid edilməyib onunla bərabərhüquqlu şöbə kimi göstərilir.

Ümumiyyətlə,ümumi dilçilikdə onomastik tərkib haqqında istiqamət verici dəqiq konsepsiya olmadığı kimi,türkoloji dilçilikdə də onomastik vahidlərin konkret təsnifinə təsadüf edilmir.

Dilin başqa vahidlərində olduğu kimi ,onomastik leksikanın da təsnifində müəyyən prinsiplərə əsaslanmaq lazımdır.Onomastik vahidlər təsnif edilərkən ,başlıca olaraq,məna və məzmun nəzərə alınmalıdır.Belə ki,eyni xarakterə malik və eyni səciyyəli mənanı bildirən onomastik vahidlər xüsusi cərgədə və müəyyən başlıq altında qruplaşdırılır.Deyilən cəhətlər nəzərə alınaraq dilimizdəki xüsusi sözləri-onomastik vahidləri bu qruplara bölmək olur:

1.Antroponimlər 5.Zoonimlər

2.Etnonimlər 6.Kosmonimlər

3.Toponimlər 7.Ktematonimlər

4.Hidronimlər

Bu qruplar arasında antroponim və toponimlər kəmiyyətcə daha geniş yer tutur.
Azərbaycan toponimləri

Azərbaycan dilinin lüğət tərkibində diqqəti cəlb edən laylardan birini toponimlər təşkil edir.Bu qrup dil vahidləri müxtəlif əlamətlərə malikdir.Burada son zamanlar yaranmış müasir adlarla bərabər qədimdə meydana çıxmış adlar da mövcuddur.Qədim toponimlər müasir toponimlərdən fərqli olaraq sadə və lakonik deyildir.Onların əksəriyyəti bütöv cümlələrdən ibarət olmuşdur.İlkin toponimlərin əlamətini özündə saxlayan At-ölən,Canışbatan,Qayadinməz və s. toponimlər bu qəbildəndir.Toponimlərə ölkə(İngiltərə...),respublika(Gürcüstan...),rayon (Ağsu...), şəhər (Gəncə...),qəsəbə(Qonaqkənd...),prospekt(İnşaatçılar prospekti...),küçə(Vaqif küçəsi..),kənd(Quşçu...),məhəlləsi (Bocallar məhəlləsi...),dağ(Savalan,Qoşqar),tdüzənlikərə(Göy təpə...),dərə(Sulu dərə...),düzənlik (Mil düzü...),körpü(Ağ körpü...),çala(Pambıq çalası...),qışlaq(Bədirxan qışlağı...),yaylaq(Cantəpə yaylağı...) və s.adları daxildir.

Toponimlərin dil faktı kimi özünəməxsus diqqəti cəlb edən cəhətləri mövcuddur.Bunların yaranması,inkişsf xüsusiyyətlərinin açılması ,aydınlaşdırılması dilçiliyin vacib məsələlərindəndir.
Toponimlərin qrupları

Azərbaycan toponimləri dilimizin leksikasında mövcud olan müxtəlif söz qrupları əsasında yaranmışdır.Həmin toponimlərin genetik və etnolinqvistik təhlili göstərir ki,müxtəlif dövrlərdə coğrafi obyektlərin adlandırılmasında meyllər olmuşdur.Belə ki,yaşayış məskənləri və başqa yer adları müəyyən dövrdə ancaq hər hansı bir şəxsin adını daşımışdır.Başqa bir dövrdə bu adlandırma tayfa və qəbilələrin adı əsasında formalaşmışdır.Beləliklə, yer adları şəxs,tayfa,qəbilə,heyvan ,bitki ,səma cisimləri,su obyektlərinin və s. adını daşımaqla meydana çıxmışdır.Bu cəhətə görə Azərbaycan toponimlərinin bu qrupları vardır.


1.Antrotoponimlər

Azərbaycan toponimləri sisteminin müəyyən sahəsini şəxs adı,soyad,ləqəb,titul əsasında meydana çıxmış yer adları təşkil edir.Belə adlar dilçilikdə antrotoponim adlanır.Buna misal olaraq Əhmədabad sözünü göstərə bilərik.Əhmədabad sözü kənd adıdır.Bu ad Sabirabad rayonunda yerləşir.Həmin toponim şəxs adı olan “Əhməd ” və “abad ” termininin birləşməsindən əmələ gəlmışdir.Azərbaycan antrotoponimləri tərkibcə üç yerə bölünür:



  1. Yalnız şəxs adlarından ibarət antroponimlər

  2. Şəxs adlarından və sözdüzəldici şəkilçilərdən ibarət adlar

  3. Şəxs adlarından və yaşayış məntəqəsinin tipini bildirən sözlərdən(abad,qala,dizə,kənd,qışlaq və s.), yerin coğrafi mövqeyini bildirən sözlərdən (dağ,dərə, yal,təpə və s.),yaxud su obyekti bildirən sözlərdən (su, çay,göl və s.) ibarət adlar təşkil edir.

2.Etnotoponimlər

Tayfa,qəbilə adları əsasında yaranmış toponimlər onomastik sistemdə etnotoponim adlanır.Azərbaycan toponimik sisteminin ən mürəkkəb və qaranlıq sahəsi etnotoponimlərdir.Xalqımızın qədim tarixi ilə bağlı olan bu toponimlərin mənşəyi barədə hələlik çox az söz deyilmişdir.İndiyədək Azərbaycan etnotoponimlərinin tam mənzərəsini əks etdirən nə xüsusi elmi əsər,monoqrafiya,nə də lüğət hazırlanmışdır.Muğan,Muğanlı,Sıxlı,Corat,Alpout, Quşçu,Boyat,Təklə və s. Etnotoponimlər bu qəbildəndir. B.Ə.Budaqov və Ə.İ.Əliyev müasir Bayandurlu,Saler (Şəmkir),Dondarlım(Qubadlı,Tovuz),Qaraçıq (Naxçıvan), Qaragünə (Əli Bayramlı),Kəpənək (Zaqatala),Kəpənəkçi (Bolnisi,Marneuli) kənd adlarının “Kitabi-Dədə Qorqud” dastanındakı Salur Qazan,Dəli Dondar, Qaraçuqun, Qaragünə adlarını əks etdirdiyini ehtimal edirlər.

3.Hidrotoponimlər

Hidroterminlər əsasında yaranan toponimlər hidrotoponim adlanır.Məsələn, Bolsulu (Beyləqan), Qaşqaçay (Qax), Qoşabulaq (Gədəbəy),Qusarçay (Qusar),İlisu (Qax),Çaylı (Qazax,Şamaxı,Xanlar,Şəmkir), Sulutəpə (Bakı,Cəlilabad) və s. Kənd adlarının leksik tərkibini araşdırdıqda məlum olur ki,ancaq “su” mənasını bildirən leksik vahidlər əsasında yaranmışdır.
4.Zootoponimlər

Heyvan,quş,balıq,həşərat və s.canlıların əsasında düzələn toponimlər zootopimlər adlanır.Tarixən xalqımızın iqtisadi həyatının bir hissəsini heyvandarlıq təşkil etmişdir.Bununla əlaqədar olaraq bir sıra yaşayış məskənləri,yer adları əmələ gəlmişdir.Məsələn, Qazbölük (Balakən), Atbulaq (Salyan),İnəkboğan (Gədəbəy),Qoçdərə (Tovuz),Soxulcan (Yardımlı),Ördəkli (Zəngilan) və s.

Zootoponimlər Azərbaycan toponimik sistemində azlıq təşkil edir.
5.Fitotoponimlər

Bitki adları əsasında düzələn yer adları fitotoponimlər adlanır.Azərbaycan dilinə məxsus toponimlərin bir qrupunu fitotoponimlər təşkil edir.Məsələn,Almalıq (Kəlbəcər), Almalıtala (Tovuz),Çovdar (Daşkəsən,Kəlbəcər),Biçənək (Şahbuz),Pambıqkənd (Salyan ),Laləzər (Şamaxı),Meşəli (Xaçmaz) və s. Fitotoponimlər bitki faunası əsasında yaranır.Başqa sözlə desək,coğrafi yer ən çox malik olduğu bitki növünün adı ilə adlanır.Fitotoponimlərdə mövcud olan -lı(-li,-lu,-lü) şəkilçisi bir növ çoxluq təşkil edir.Məsələn, Çinarlı,Badamlı,Almalı,Armudlu və s.


6.İctimai-siyasi xarakterli

toponimlər

Azərbaycan keçmiş Sovet hakimiyyətinin qurulması ilə əlaqədar yaranmış toponimlər ictimai-siyasi xarakterli toponimlər adlanır.Məsələn,Beynəlmiləl (Dəvəçi rayonunda kənd), 1 May (İmişli rayonunda şəhər tipli qəsəbə), 28 May (Yevlax rayonunda şəhər tipli qəsəbə),İyirminci (Lerik rayonunda kənd),Yeniyol,Yenigün (Naxçıvan,Qazax) və s. Bu toponimlər özündə yeni quruluşu əks etdirir.

7.Memuar-xatirə

toponimləri

Azərbaycan toponimləri içərisində tarixi şəxsiyyətlər, görkəmli yazıçı,şair,ictimai-siyasi xadimlərin adını daşıyan yer adları memuar-xatirə toponimlər adlanır.Məsələn,görkəmli partiya və dövlət xadimləri Mirbəşir Qasımov,Əli Bayramov,N.Nərimanovun adını Nərimankənd (Şamaxı),Əli Bayramlı, klassik ədəbiyyatın görkəmli nümayəndələri N.Gəncəvi,M.Füzuli,İ.Nəsimi , M.Ə.Sabir ,C.Cabbarlı və başqalarının adını daşıyan Nizami kəndi (Goranboy,Şəmkir), Füzuli (rayon),Nəsimikənd (Saatlı),Fətəlikənd (Cəlilabad) və s. toponimləri bu qəbildəndir.


8.Kosmotoponimlər

Səma cisimlərinin adı əsasında düzələn toponimlər kosmotoponimlər adlanır.Ümumiyyətlə türkdilli xalqların toponimikasında bu, xarakterik hal kimi özünü göstərir. Deməliyik ki,kosmonimlər antroponimlərə və etnonimlərə də təsir edir.Azərbaycan toponimlərində günəş və şəfəq sözləri ilə bağlı bu toponimlər vardır.Məsələn, Günəş, Günəşli (Dəvəçi,Beyləqan,Xaçmaz),Şəfəq,Şəfəqli (Beyləqan ,Yardımlı),Qızıl Şəfəq və s.


9.Təsviri toponimlər

Hər hansı yaşayış məntəqəsinin yerinin ,obyektinin müəyyən əlamətlə,təbii sərvətə əsasən adlandırılması yolu ilə yaranan yer adları təsviri toponimlər adlanır. Azərbaycan toponimlərinin müəyyən hissəsini bu toponimlər təşkil edir.Məsələn, Altıağa (Abşeron), Alagöz (Tovuz), Biçənək (Şahbuz), Qaladərəsi (Şamaxı),Bağçalı (Quba),Ballıqaya (Qubadlı),Qaratəpə (Bərdə), Qaratorpaq (Şəki) və s. Təsviri toponimlər Azərbaycan toponimik sistemində kəmiyyətcə antroponim və etnonimlərdən sonra üçüncü yeri tutur.


Toponimlərin növləri

Toponimlər müxtəlif quruluşa malik coğrafi obyekt adlarını –dərə,təpə,düz,kənd,şəhər,məhəllə,küçə,meydan, sahə,rayon,respublika,dövlət,yol və s. adlarını bildirir. Toponimlərin 5 növü var:



  1. Oykonimlər

  2. Urbanonimlər

  3. Xoronimlər

  4. Oronimlər

  5. Dromonimlər

Oykonimlər:Oykonimlər müəyyən əraziyə məxsus yaşayış məntəqələrinin (kənd,qəsəbə,şəhər) adlarını bildirən toponimlərin bir növüdür.Azərbaycan toponimlərinin 4500-dən çoxunu oykonimlər təşkil edir.Oykanimlər adlarını daşıdıqları ərazinin böyüklüyü, kiçikliyinə görə iki qrupa bölünür:kosmonimlər,astionimlər

a)Komonim hər hansı kənd yaşayış məntəqəsinin adını bildirir.4500-dən çox Azərbaycan oykonimindən cəmi 60-ı astionimdir.Azərbaycan rayonlarında çoxlu bu tipli komonimlər mövcuddur. Məsələn, Biləcəri, Buzovna, Binəqədi,Hövsan, Bülbülə (Bakı)Boradigah (Masallı),Qəhrəmanlı (Beyləqan),Qonaqkənd (Quba), Qovlar (Tovuz) və s.

b)Astionim hər hansı şəhər yaşayış məntəqəsinin adını bildirir.Azərbaycanda 49 astionim vardır.Bunların bir qismi əvvəlcə şəhər tipli qəsəbənin adını daşıdığına görə komonim ,sonradan həmin ad şəhərə verildiyi üçün astionim olmuşdur.Məsələn,Ağsu,Balakən,Bərdə,Naftalan, Sumqayıt,Yexlax və s.

Astionimlərin bir qrupu isə əvvəlcədən müstəqil astionim kimi formalaşmışdır.Məsələn, Bakı,Gəncə, Göyçay,Şamaxı,Astara,Qazax,Şuşa və s.
Urbanonimlər:urbanonim şəhər daxilindəki prospekt , döngə,küçə,meydan,bazar,qala,bina və s. adlarını bildirir. Adlarını daşıdıqları obyektin növünə görə urbanonimlər iki qrupa bölünür: aqronimlər,qodonimlər

a)Aqronim şəhərdəki meydan,sahə,bazar,xüsusi,bina, park, bağ adlarını bildirir,Məsələn,Bakı şəhərində Azadlıq meydanı,Füzuli meydanı ,Gənclər meydanı,Azneft meydanı Dərnəgül,8-ci mikrorayon ,Bayıl,Təzəbazar və s.

b) Qodonim şəhərdəki prospekt ,küçə,döngə,keçid,yol, körpü,bulvar və s. adlarını bildirir.Məsələn,Bakı şəhərində Nərimanov prospekti,Azadlıq prospekti,Moskva prospekti, Nizami küçəsi, Dənizkənarı bulvar və s.
Xoronimlər:xoronim müəyyən inzibati ərazi bölgüsünə malik rayon,vilayət,respublika,ölkə adını bildirir. Azərbaycan Respublikasında bir respublikanın (Azərbaycan Respublikası),bir muxtar respublikanın (Naxçıvan MR),bir muxtar vilayətin (Dağlıq Qarabağ Muxtar Vilayəti),61 kənd, 10 şəhər rayonunun adını bildirən xoronim vardır.Bu xoronimlərin içərisində mənşəcə qədim olan (məsələn, Azərbaycan, Naxçıvan, Quba və s.), nisbətən sonralar əmələ gələni(məsələn,Qazax, Tovuz,Ağsu və s.),son zamanlarda yarananı (məsələn, Tərtər,Füzuli,Əzizbəyov və s.) vardır.
Oronimlər:oronim torpağın üst qatında relyef quruluşuna görə bir-birindən fərqlənən yerlərin adını bildirir.Buraya,əsasən,dağ,dərə,təpə,yoxuş,meşə,qobu,sahə, örüş,otlaq və s.yer adları da:xildir.Məsələn, Şahdağ,Muğan düzü ,Göytəpə ,Avey dağı,Xannı dərəsi,Ana yol,Bazı qobusu,Böyük kənd,Sabit bağı,Kəndarası,Kiçik kənd, Bulduq meşəsi və s. İndiyədəkAzərbaycan oronim sistemi bütövlükdə tədqiq olunmamışdır.
Doronimlər: doronim hava, su, yerüstü və yeraltı nəqliyyat yollarının adını bildirir.Məsələn,Bakı – Krasnovodsk, Bakı-Həştərxan (dəniz yolu), Bakı-Moskva, Bakı-Ağdam,Bakı-Vladivostok, Bakı-Dərbənd (dəmir yol xətti) və s. Azərbaycan dilində doronimlərin bir çoxunun yazılışı və tələffüz forması hələ tam formalaşmamışdır.
Azərbaycan toponimlərinin

arealı


Azərbaycan dilinə aid toponimlər yalnız Azərbaycan Respublikası ərazisi ilə məhdudlaşmır.Xalqımızın tarixi inkişafı ilə bağlı minlərcə toponim yaranmış və dünyanın ümumi və xüsusi xəritələrindəözünə yer tapmışdır.Qədim tarixi,iqtisadi,siyasi və mədəni əlaqələrlə bağlı olaraq yaranmış bu toponimlər Ermənistan,Gürcüstan və Dağıstanda daha geniş yayılmışdır.Bundan başqa ,Iran ərazisində Azərbaycan dilinə məxsus külli miqdarda yer adları mövcuddur.Ona görə də bu dil vahidlərinin öyrənilməsini təkcə Azərbaycan ərazisi ilə məhdudlaşdırmaq olmaz.
Gürcüstanda Azərbaycan

Toponimləri

Xalqımızın qardaş gürcü xalqı ilə iqtisadi,siyasi və mədəni əlaqələrinin çox qədim tarixi vardır.Bu tarix eramızdan əvvəl başlayır.Strabon və Plutarxın əsərlərində Azərbaycan ,erməni və gürcü xalqlarının tarixən yaxınlığı,dostluğu və qardaşlığı ,habelə vahid düşmənə qarşı birgə vuruşmalarına dair çoxlu məllumatlara rast gəlinir.Bir sıra mənbələrdə də Azərbaycan və gürcü xalqlarının hərtərəfli əlaqəsi öz əksini tapmışdır.Bu əlaqələr hər iki xalqın dilində özünü göstərir.Gürcü tarixçisi N.N.Şengeliya özünün “Səlcuqlar və Gürcüstan XI əsrdə ” adlı əsərində məsələlərdə ətraflı bəhs edir.Bu məsələlərin əsas məğzi ondan ibarətdir ki,göstərilən yüzilliklərdə Gürcüstan ərazisində türkdilli tayfaların məskən salması nəticəsində həmin ərazidə Azərbaycan dili geniş yayılmış, hətta onun müxtəlif şivələri əmələ gəlmişdir.Gürcü mənbələrində qeyd edilir ki,XI-XIII əsrlərdə Şərqi Gürcüstan “Didi Türkoba”(yəni Böyük türk obası),həmin ərazidəki 129 km uzunluğundaakı kanal isə Arxiuli (yəni Ulu arx) adlanırdı.Gürcüstan ərazisində onlarca Azərbaycan toponimi vardır.Başkeçid-Dmanisi rayonundakı Saatlı,Dəllər,Qarabulaq,Dəlidağ,Yırğançay və s.,Bolnisi rayonundakı Muğanlı,Kolayır,Saraclı, Kəpənəkçi və s. toponimlər bu ərazidə xalqımızın qədim tarixini özündə əks etdirir.Hazırda Gürcüstanda ən çox azərbaycanlı Borçalı,Qarayazı və Başkeçid ərazisində yaşayır.

“Dəli kür” əsərindəki toponimlərin

tənifi

Məlum olduğu kimi, adlar hər bir xalqın tarixini, milli adət-ənənələrini, düşüncə tərzini əks etdirir. Müxtəlif dövrlər bir-birini əvəz etdikcə onomastik vahidlərin tarixi müqayisəli aspektdə tədqiq olunması da vacib amilə çevrilir. Hər hansı bədii əsərdə onomastik vahidləri müəyyənləşdirərkən sözün etimoloji, semasioloji, morfoloji, leksik, fonetik cəhətləri ilə bərabər, həm də onun sintaktik rolu nəzərə alınır. Ümumiyyətlə, hər hansı bədii əsərdə onomastik vahidin öyrənilməsi müxtəlif dövrlərdə xalqın yaşayış tərzi,adət-ənənəsi,dini mənsubluğu,milli təəfəkkürü,müxtəlif xalqlarla dostluğu,xalqların iqtisadi və siyasi həyatı haqqında geniş təsəvvür yaradır.



«Dəli Kür» romanı müxtəlif yer, bölgə, vilayət adları ilə zəngindir. Tədqiqatçı da toponimlər adlanan bu onomastik vahidləri mənşəyinə, həm də quruluşuna görə müxtəlif qruplara ayırır: a) türk mənşəli toponimlər: Göytəpə, Gəncə, Şəki və s.; b) rus və Avropa mənşəli toponimlər: Peterburq, Orenburq, Moskva və s. Əsərdəki toponimlər quruluşuna görə belə təqdim olunur: a) sadə quruluşlu toponimlər: Şəki, Gəncə, Şamaxı; b) düzəltmə quruluşlu toponimlər: Köçəri; c) mürəkkəb quruluşlu toponimlər: Göytəpə, Çayqovuşan, Çuxuryurd; ç) söz birləşməsi formasında olan toponimlər: Acı dərə, Qız qalası.Əsərdə xoronimlərə misal olaraq Novruz bayramını göstərmək olar. Məlum olduğu kimi, toponimlər poetiklik yaradan vasitələr kimi də çıxış edir.

Ağsu rayonunun kəndləri



Ağsu adı toponim kimi sonralar yaransa da,hal-hazırda həmin rayonun kifayət qədər kəndi mövcuddur.Misal olaraq bu kəndərin adını çəkə bilərik: Abasxanli, Axundlu, Ağabəyli, Kəndoba, Keçdiməz, Qiyaslı, Qəşəd,Qasımbəyli, Bəyimli,Bico,Ləngəbiz,Rəhimli, Sarvan, Sanqalan, Yenikənd, Növcü, Gəgəli, Padar, Padarçol, Pirhəsənli, Cəlayir, Daşdəmirbəyli və s.

"Bico" sözünün etimologiyası ile bağlı ən son araşdırmalar (davam edir):
----------------------------------
Bəzi mənbələrdə "Bicoy", "Bica" kimi göstərilir. Çar Rusiyası və Sovet imperiyasının bəzi dönəmlərində kəndin adı "Bicov" kimi işlənmişdir.
Kəndin adının etimologiyası ilə bağlı indiyə qədər irəli sürülən versiyalardan hər hansı birinin üzərində qəti dayanmaq düzgün olmasa da, aşağıdakılardan bir-biri ilə əlaqəli olan birinci iki versiya daha etibarlı mənbələrə və izah üsullarına əsaslanır:
Kəndin adı ilə bağlı bir versiya bu adın türklərin oğuz qrupuna aid edilən peçeneqlərin bir qolu olmuş "peçoylar"ın adından götürülməsidir.[1] 17-ci əsrdə yaşamış məşhur türk səyyahı Evliya Çələbi "Səyahətnamə"sində əcəmcəni fəsih (kamil) bilən, farca oxumağı bacaran peçoy adlı oğuz soyu barədə geniş məlumat verir. Əcəm elinin Azərbaycan olması tarixçilərin ixtilaf etmədiyi faktdır. 11-12-ci əsrlərin tanınmış memarı Əbubəkr Əcəmi Naxçıvaninin "Əcəmi" ləqəbi, 16-17-ci əsrlərdə yaşayıb-yaratmış şairə Gülşadın "Bizdən salam olsun Əcəm elinə" qoşması və sairi sübut kimi misal gətirmək olar. Tarixdən məlumdur ki, Evliya Çələbi peçoylara 1662-ci ildə Macarıstanda rast gəlmişdir. Bu versiya ilə bağlı daha bir elmi əsas türk dillərində "p" və "b" səslərinin çox hallarda bir-birini əvəzləməsidir. Bu cür əvəzləmə orta əsrlərdə bəzi hallarda "p" səsini ifadə edən hərfin mövcud olmadığı ərəb əlifbasında "p" səsinin "ب" ("bə") hərfi ilə yazılmasından irəli gəlmişdir. Məlumdur ki, VIII əsrdən etibarən əksər türk xalqları yazılı ədəbiyyatda ərəb əlifbasından istifadə etmişlər. (Ərəb dilində "p" səsi ilə başlayan müasir xarici adlar belə ərəbcə "ب" hərfi ilə yazılır və "b" səsi ilə ifadə edilir., məsələn Paris "باريس" yazılır, "Bəris" deyilir, Pakistan da həmçinin.) "Peçoy" sözündəki "ç" səsinin ərəb əlifbasında bəzən "c" səsini ifadə edən "ج" hərfi ilə, "e" səsinin isə əsasən "i" səsini ifadə edən "ي" hərfi ilə yazılması da bu sözün yazı dilində "bicoy"a çevrilməsini şərtləndirmiş və sonradan səslənmədə də indiki "Bico" sözünün toponimini formalaşdırmışdır. Habelə özlərini indi də "hunqar" adlandıran macarlardan xeyli uzaqda, elə Azərbaycanın Ağsu rayonunda, Bico kəndindən təxminən 20 km qərbdə Hinqar (Hunqar) adlı kəndin olması "Bico" sözünün etimologiyasının peçoylarla bağlılığı versiyasını bir daha gücləndirir.
Yüklə 34,06 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin