Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yenidən qurulması



Yüklə 69,48 Kb.
səhifə1/13
tarix05.01.2022
ölçüsü69,48 Kb.
#74659
  1   2   3   4   5   6   7   8   9   ...   13


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yenidən qurulması və əsaslı təmiri haqqında

MƏLUMAT

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı binası 1960-cı ildə tikilib istismara verilmişdir. Keçən 50 il müddətində teatr binası əsaslı təmir edilməmişdir.

Azərbaycan Respublikası Prezidentinin 1964 №-li 19 fevral 2007-ci il tarixli “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2009-cu il tarixli 228 №-li sərəncamlarına əsasən Dövlət Akademik Milli Dram Teatrı binasının müasir tələblər səviyyəsində tam yenidənqurulması işlərinə başlanılmışdır. Baş podratçı "Sa.NUR" MMC-dir.

Binanın təmir və yenidənqurma işləri 2010-cu il oktyabr ayında başa çatdırılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın iştirakı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təntənəli açılışı olmuşdur.

Teatr binasının 581 nəfərlik böyük zalı tam sökülərək yenidən bərpa edilmiş və zalın akustikasına xüsusi diqqət verilmişdir. Səhnə mexanikası, qurğu və avadanlıqları, eləcə də professional işıq, səs sistemləri Almaniya və Avstriya dövlətlərinin şirkətlərinə məxsus olaraq bu ölkələrin mütəxəssislərinin iştirakı ilə quraşdırılmışdır. Yeni 130 nəfərlik kiçik tamaşaçı zalı yaradılmışdır.

27 qrim otağı və 4 qrim sexi tam yeniləşdirilmiş, dekorasiya anbarı, dülgər, butafor (əlbəsə) və dərzi sexləri üçün yerləşgələr tikilmişdir. Bütün mühəndisi, xarici və daxili kommunikasiyalar (elektrik təchizatı, isitmə-soyutma, havalandırma, drenaj və s.) tam yenidən qurulmuşdur.

Yanğından mühafizə, internet şəbəkəsi, xəbərvermə və video müşahidə sistemləri quraşdırılmışdır.

Teatr müasir mebel və avadanlıqlarla təchiz edilmişdir.

Xidməti işçilər və əlillər üçün lift quraşdırılmışdır. Binanın fasadı yenidən bərpa edilmiş və ərazi tam abadlaşdırılmışdır. Ətrafda yaşıllıq salınmış və ağaclar əkilmişdir. Fasad və ərazinin işıqlandırılması tamamlanmışdır. İki ədəd fəvvarə və nasosxana yenidən qurulmuşdur.

Təmir və yenidənqurma zamanı Almaniya, Avstrya, Yaponiya, Türkiyə, İtaliya və digər ölkələrin material və avadanlıqlarından istifadə edilmişdir. Binanın memarlıq üslubu saxlanılmaqla yeni milli ornamentlərlə zənginləşdirilmişdir. Akademik Milli Dram Teatrı 2010-cu ilin oktyabr ayından fəaliyyətə başlamışdır.





Yüklə 69,48 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin