Azərbaycan döVLƏT İQTİsad universiteti “İQTİsadçI” elektron qəzet layiHƏSİ unec 2016 elektron qəzetiN İŞ priNSİPİ



Yüklə 10,68 Kb.
tarix17.11.2018
ölçüsü10,68 Kb.
#83400

unec-logo-ag

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

İQTİSADÇI”



ELEKTRON QƏZET

LAYİHƏSİ

UNEC 2016

ELEKTRON QƏZETİN İŞ PRİNSİPİ

Elektron qəzetin saytı sadə şablon üzərində hazırlanır və xüsusi özəllikləri demək olar ki, yoxdur.

Təbliğatda ən mühüm məsələ xarici dildə yayımın təmini və keyfiyyətidir. Belə ki, universitet haqqında fikirləri formalaşdıracaq, dünya səviyyəsində rəy yaradacaq UNEC elektron qəzeti həm Azərbaycan, həm ingilis dilində qüsursuz tərtib edilməlidir. Tərcümə işinin təşkilini təcrübəli şəxslərə həvalə edilməsi tövsiyyə edilir.

İŞİN YERİNƏ YETİRİLMƏSİ

Universitetin elektron qəzetində çalışan müxbirlər tədris binaları üzrə tədbirlərdən informasiya toplayır, foto işini təşkil edir və xəbər formasını mərkəzə ötürür. Baş redaktor daxil olan informasiyaları emal edərək, qəzet üçün uyğunluğunu təsdiq və ya inkar edir. Təsdiq alan informasiyalar elektron qəzetdə yerləşdirilir və aylıq buraxılışa hazır hala gətirilir.



Hər ay üzrə elektron qəzetin yekun variantının tamamlanma prosesi yayımlanma günündən 3-5 gün öncədən bitirilir və baxış keçirilməsi üçün Marketinq və Kommunikasiya Departamentinə təqdim edilir.

ELEKTON QƏZETİN TƏBLİĞATI

  • Elektron qəzetin aylıq buraxılışının fayl həcmi normadan artıq olmamaq şərtilə (<25 MB) PDF formatında hazırlanır.

  • Elektron qəzetin son buraxılışı öncədən toplanmış email bazaya göndərilir.

  • Email baza aşağıdakı istiqamətləri əhatə edir:

  • Dövlət müəssisələri:

Nazirlik, komissiya, palata, təşkilat, ictimai birliklər



  • Elektron qəzet həmçinin rüblük büllüten formasında yayımlanır.

  • Büllütenlər informasiya çoxluğu səbəbilə PDF deyil, HTML formasında hazırlanır və xəbərlərə keçid linkləri tərtib edilir.

Nümunə: ADA Quarterly Newsletter
http://createsend.com/t/i-271ED4DAAC93782E
Yüklə 10,68 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin