Azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 13,58 Kb.
tarix04.01.2022
ölçüsü13,58 Kb.
#54877

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ



Sərbəst iş №8

Ad:Nazpəri

Soyad:Səmədova

Fakültə:Beynəlxalq İqtisadiyyat Məktəbi

İxtisas:İqtisadiyyat

Kurs və Qrup:I kurs,Qrup 1061

Fənn:Azərbaycan dili və nitq mədəniyyəti

Rəhbər:Qəhrəmanova Çinarə

Sərbəst işin mövzusu:Nitqin mərhələləri




BAKI-2015


Nitqin inkişaf mərhələsi müxtəlif cür təsnif olunmuşdur.Müasir dövrdə istifadə edilən bölgü A.N.Leontyevin mərhələləridir.O,nitqin yaranmasını 4 mərhələyə ayırmışdır.
1.Hazırlıq mərhələsi- bu uşaq anadan olandan 1 yaşına qədər olan dövrü əhatə edir.
2.Bu dövr 1-3 yaşa qədər dövrü əhatə edir.Məktəbəqədər yaş dövründən qabaqkı mərhələdir.
3. Məktəbəqədər- 7 yaşa qədər
4.Məktəb dövrü 7-17 yaşa qədərki dövr
Qısaca da olsa bu mərhələlər haqqında məlumat verək:
1-ci mərhələ - hazırlıq mərhələsidir ki,bu dövrdə uşağın anadan olmasından sonra onda səs reaksiyaları qışqırıq,ağlama meydana gəlir.Düzdür bu səslər danışıq səslərindən fərqli olsalar da , nitq aparatının nəfəs, səs və artikulyasiya hissələrinin müxtəlif və incə hərəkətlərinin inkişafına kömək edir.2-ci həftədən sonra uşağın səslərə,danışana reaksiya verdiyi,ağlamağı kəsmək,qulaq asmaq,səs gələn tərəfə başını çevirmək müşahidə edilir.Tezliklə körpə intonasiyanı fərqləndirməyə başlayır,mehriban səsə sakitləşir,oynayır,kəskin səslə ağlayır.2 ayında qığıldama ,3 ayında hecalarla səslənmə (ta-ta,ba-ba,ma-ma) ,5 ayında uşaq səsləri eşidir və ətrafdakıların artikulyasiyasına uyğun yamsılamağa çalışır.Beləliklə tədricən uşaq yamsılamaqla səsli nitqin bütün elementlərinə fonem, ton, ritm və intonasiyaya sahib olur.7-9 ayında uşaq böyüklərin ardınca müxtəlif və çoxlu səs birləşmələrini yamsılaya bilir.10-11 aylarında sözlərə reaksiya yaranır.Bu zaman uşağın nitq mühitinin onun nitqinin formalaşmasına çox böyük təsiri vardır.1 yaşında artıq ilk sözlər deyilməyə başlayır.
2-ci mərhələ - məktəqədər yaşdan əvvəlki dövrdü.Uşaqda ilk sözlərin meydana gəlməsi ilə hazırlıq mərhələsi bitmiş olur və onda fəal nitqin yaranması başlayır,səsləri qarışdırır,yerlərini dəyişik salır,buraxır və ya tələffüzünü təhrif edir.Uşağın ilk sözləri ümumi məna xarakteri daşıyır.Belə ki, eyni sözlə ya da söz birləşməsi ilə həm əşyanı,həm istəyini,həm də hisslərini adlandıra bilər.Məsələn; ata sözü həm atanın gəlməsini,həm atanı istəməsini,həm də incəlikliyini bildirə bilər.Bu yaşda uşağın lüğətində çoxlu söz olur.Məsələn 1 yaş 6 ayında 10 -15 ,2 yaşın sonunda 300 söz, 3 yaşında 1000-ə qədər söz ola bilər.3 yaşın əvvəlində uşaqda nitqin qrammatik quruluşu formalaşmağa başlayır.
3-cü mərhələ - məktəbəqədər yaş dövrü.Bu yaş dövründə uşaqların çox hissəsində düzgün olmayan səs tələffüzü müşahidə edilir.(s-z, ş-j, f-v,r-l və s. ) Bu dövrdə fonematik qavrama inkişaf edir,öz tələffüzünə nəzarət edib imkan daxilində onu düzəltmək vərdişləri inkişaf edir,lüğət tərkibi çox böyük sürətlə inkişaf edir.4-6 yaşında aktiv lüğət ehtiyatı 3000-4000 sözə çatır.Sözlərin mənası dəqiqləşir və zənginləşir.4 yaşda uşaq sadə və mürəkkəb cümlələrdən istifadə edə bilər.5 yaşında nitqin ən ağır- monoloji nitq formalaşır.
4-cü mərhələ- məktəb dövrüdür.Bu mərhələdə uşaqların nitq inkişafının xüsusiyyətləri digər mərhələlərdən fərqlənir.Məktəb dövrdə nitq şüurlu sürətdə ona yiyələnmə ilə qrammatik qanunların mənimsəməsi ilə xarakterizə olunur.Bu dövrdə yazılı nitq aparıcı rol oynayır.Bu mərhələlər arasında ciddi sərhədlər yoxdur.
Uşağın nitqinin vaxtında səlist sərbəst olması üçün müəyyən şərtlər vacibdir:
1.psixi və somatik cəhətdən sağlam olmalıdır
2.normal əqli imkanlara malik olmalıdır
3.normal eşitmə və görməyə malik olmalıdır
4.kifayət qədər psixi fəallığı olmalıdır
Uşağın normal nitq inkişafı ona imkan verir ki, yeni anlayışları həmişə qavrasın,ətraf aləm haqqında təsəvvür və bilik ehtiyatlarını zənginləşdirsin.
Yüklə 13,58 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin