Azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 24,56 Kb.
səhifə1/4
tarix24.05.2022
ölçüsü24,56 Kb.
#116159
  1   2   3   4
islam hesabat


AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ
Fakültə: “İqtisadiyyat və menecment”
Kafedra: “Sənayenin iqtisadiyyatı”
İstehsalat təcrübəsi haqqında hesabat

İxtisas: 050409 — Biznesin idarə edilməsi


Qrup: 723.18
Kurs: IV
Təcrübə yeri: Dövlət Statistika Komitəsi
Təcrübə müddəti: 16.02.2022 — 24.05.2022
Tələbə: Zeynalov İslam İsaxan
Təcrübə rəhbərləri: Səməndərov M.M., Məmmədova R.E.
Kafedranın müdiri: professor A.Ə.Ələkbərov


BAKI — 2022
Mündəricat
Giriş...........................................................................................................................3
FƏSİL 1. DÖVLƏT STATİSTİKA KOMİTƏSİ

1.1 Müəssisənin fəaliyyəti: məqsədi və göstərdiyi xidmətlər....................................4


1.2 Müəssisənin strukturu və layihələri...................................................................10
FƏSİL 2. TƏCRÜBƏ FƏALİYYƏTİ
2.1 Öhdəliklər və yerinə yetirilən işlər....................................................................12
NƏTİCƏ..................................................................................................................12
İstifadə olunmuş ədəbiyyat siyahısı.........................................................................12


Giriş
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti: 2015-ci ilin sentyabr ayında dövlət başçısı İlham Əliyevin sərəncamı ilə ali məktəb Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırıldı, onun qarşısında yalnız neft sahəsi üçün deyil, bütövlükdə yerli sənaye sahələri üçün ixtisaslı kadrlar hazırlamaq vəzifəsi qoyuldu. Bundan əlavə, yeni tədris ilindən etibarən ADNSU-nun nəzdində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yaradılan Azərbaycan-Fransız Universiteti (UFAZ) fəaliyyət göstərməyə başlayıb. Tədrisin ingilis dilində aparılacağı, məzunlarına ADNSU diplomu ilə yanaşı Fransanın və dünyanın ən nüfuzlu universitetlərindən biri olan Strasburq Universitetinin diplomunu qazanmaq imkanı da təqdim edən UFAZ-a bu il 143 tələbə qəbul olub, bu isə ümumilikdə yeni tədris ilində universitetimizin divarları arxasında 2400-dən artıq gəncin texniki və mühəndis ixtisaslarına yiyələnib ölkə iqtisadiyyatı üçün yüksək ixtisaslı kadrlar kimi yetişəcəyi deməkdir.
“Sənayenin iqtisadiyyatı, təşkili və idarə edilməsi” kafedrası 1920-ci ildə yaradılmışdır. Kafedranın ilk müdiri, dosent N.Dubrovski, 1954-1981-ci illərdə isə kafedranın müdiri, professor A.M.Əlibəyova olmuşdur.
Kafedra 1987-ci ildən “Maşınqayırma sənayesinin iqtisadiyyatı və menecment” adı altında fəaliyyət göstərmişdir.
Kafedraya 1987-1999-cu illərdə AMEA-nın müxbir üzvü, professor Akif Musayev, 2000-2012-ci illərdə professor Müşviq Atakişiyev, 2012-2016-cı ilin fevral ayına qədər professor Qəzənfər Süleymanov rəhbərlik etmişlər. 04.02.2016-cı il tarixindən “Sənaye iqtisadiyyatı və menecment” kafedrası yaradılmışdır və həmin vaxtdan 2021-ci ilin may ayına qədər kafedraya professor Qənimət Səfərov rəhbərlik etmişdir.
2021- ci ilin iyul ayında “Sənaye iqtisadiyyatı və menecment” kafedrasının adı dəyişilib “Sənayenin iqtisadiyyatı” kafedrası adlandırılıb. Bu vaxtdan kafedraya professor Arif Ələkbərov rəhbərlik edir.
Hal-hazırda kafedrada 26 əməkdaş, onlardan professor-2 nəfər, dosent-9 nəfər, baş müəllim-1 nəfər, müəllim-1 nəfər, assistent, i.ü.f.d.-4 nəfər, assistent-3 nəfər, laborant-6 nəfər çalışır.
Kafedrada “Biznesin idarə edilməsi” , “İqtisadiyyat” və “Beynəlxalq ticarət və logistika” ixtisasları üzrə mütəxəssis hazırlanır.
“Biznesin idarə edilməsi” – beynəlxalq və ölkə daxilində biznesin qurulması, inkişafı, investisiyanın iqtisadi qiymətləndirilməsi, beynəlxalq hüquq, biznes-prosesdə təhlil və bunun üçün ekonometrik üsullardan istifadə, menecment, marketinq, iqtisadi tənzimlənmə kimi yaxın fənlərdən istifadə etməklə bazarın seqmentləşdirilməsində iştirak etməyi öyrənir
“Biznesin idarə edilməsi” ixtisası üzrə hazırlanan mütəxəssislərin qazanılan kompentensiyası:
• beynəlxalq və ölkə daxilində biznesin qurulması, inkişafı;
• investisiyanın iqtisadi qiymətləndirilməsi;
• biznes- prosesində təhlil və bunun üçün ekonometrik üsullardan istifadə;
• menecment, marketinq, iqtisadi tənzimlənmə kimi yaxın fənlərdən istifadə etməklə bazarın seqmentləşdirilməsində iştirak etmək.
Mən, Zeynalov İslam Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İqtisadiyyat və menecment fakültəsinin “Sənaye iqtisadiyyatı və menecment” kafedrasının “Biznesin idarə olunması” ixtisası üzrə 4-cü kursda, 723.18 qrupda təhsil alıram. “Sənaye iqtisadiyyatı və menecment” kafedrası tərəfindən tərəfindən 16 fevral 2022-ci il tarixindən 24 may 2022 tarixinə qədər Salyan rayon Statistika idarəsində istehsalat təcrübəsinə göndərilmişəm və təcrübədə iştirak etmişəm.



Yüklə 24,56 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin