Azərbaycan döVLƏt pedaqoji universiteti Müəllim: Gülnar Muxtarzadə Fənn: Azərbaycan dili və nitq mədəniyyəti



Yüklə 1,85 Mb.
səhifə9/27
tarix14.01.2022
ölçüsü1,85 Mb.
#113789
1   ...   5   6   7   8   9   10   11   12   ...   27
Nitqin formaları, növləri, tipləri və tərzi

Monoloji nitq. Monoloq sözü mənşəcə latın dilinə məxsusdur, mono – bir, loqos – nitq, nəzəriyyə, elm sözləri mənasındadır, “bir şəxsin nitqi” deməkdir. Nəzm və nəsr əsərlərində müəllifin danışığı təhkiyə formasında, söylədiyi nitq isə monoloq formasındadır. Monoloq səhnə əsərlərində surətlərdən birinin, çox vaxt baş qəhrəmanın dilindən verilir, onun öz-özünə, tək danışığı və ya kimə, kimlərəsə, aktyorun tamaşaçılara xitabən söylədiyi qismən uzun müddətli nitq monoloq adlanır. Bu nitq növü mühazirə, məruzə, çıxış, və s. şəkillərində təzahür tapır. 

Monoloji nitqin növləri:

Monoloji nitqin natiqlik üslubunda ən çox yayılmış növləri çıxış, mühazirə məruzədir

Çıxış məişət üslubunun ən geniş yayılmış növüdür. Məsul şəxs qarşısında başqalarının monoloji nitqi çıxış adlanır. Rəsmi və ictimai tədbirlərdə (iclaslarda, yığıncaqlarda, müşavirələrdə, nümayişlərdə, konfranslarda və s. yerlərdə) edilən məruzə ətrafında dinləyicilərin öz fikrini, münasibətini bildirməsidir. Ali məktəb rəhbərliyinin səlahiyyətli nümayəndələrinin (rektor, prorektor, tədris hissə müdiri, dekan, dekan müavini, kafedra müdiri və b.), orta və peşə məktəblərinin, lisey və kolleclərin, idarə, müəssisə və təşkilatların başçılarının sinifdə, auditoriyada, iclas zalında, kabinetdə ümumiyə xitabən danışması, toy məclisində masabəyi və qonaqların təbrik üçün söz deməsi, mərasimlərdə, mitinqlərdə, bir tikilinin, qurğunun açılışında, hər hansı bir görüşdə deyilən qısa, yığcam, bəzi hallarda geniş fikirlər toplusu çıxışdır


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə