AZƏrbaycan fəLSƏFƏ VƏ sosial-siyasi elmlər assosiASİyasi (afse a) FƏLSƏFƏ və sosial-siyasi elmlər elmi-nəzəri jurnal



Yüklə 1,83 Mb.
səhifə12/14
tarix20.01.2017
ölçüsü1,83 Mb.
#767
1   ...   6   7   8   9   10   11   12   13   14

Mənəvi varislik, bütövə qatılma

Mənəvi yetimlik
Qərbdə

- insanın (fərdin) şəxssizləşməsi, cəmiyyətin şəxsləşməsi. Cəmiyyətin (onun ayrı-ayrı sahələrinin) proqramlaşdırılması, müəyyən ideyaların geniş miqyasda həyata keçməsi, təcəssümü. Yeni gələn nəslin «hazır cəmiy­yət­də», əvvəlki nəsli nümayəndələrinin hansı isə ideyalarının (ictimailəşmiş, bö­yük ictimai miqyasda təcəssüm tapmış ideyaların) əsasında formalaşmış, pro­qramalaşmış, ictimai mühitdə yaşaması və ictimai gerçəkliyi olduğu ki­mi, obyektiv hal kimi, standart kimi qəbul etməsi – onlarda cəmiyyətə (və döv­lətə) yaradıcı münasibəti (bütövlükdə cəmiyyəti, mövcud quruluşu, hə­yat tərzini və s. öz şəxsi ideya prizmasından keçirmək…) korşaldır, sıradan çıxarır… Fərd öz aktivliyini, (ideya enerjisini, …) ya dar peşə sahələrinə yö­nəl­dir, elmdə sınayır, … həyatda isə icraçı olur…Aktivlik, enerji özü­nü­rea­li­zasiya böyük ideya (fəlsəfi düşüncə) miqyasında, formasnda deyil, daha çox fiziki hçyatın, hisslərin azad realizasiyasında göstərir…

Cəmiyyətin (hüququn, inzibati normaların) fərdlərə verdiyi meydan çər­çivəsində insanda öz istəklərini (hissi səviyyədə, heyvani səviyyədə) mak­simum reallaşdırmağa çalışır, hər bir kəs öz həyatını ancaq öz ürə­yin­dən, öz duyğularından, şəxsi istəyindən asılı olaraq qurmağa çalışır, baş­qa­la­rının (valideyndər, böyüklər, …) onlara təsiri minimuma endirilir. … Əx­la­qi, dini məhdudiyyətlər, adət-ənənə… aradan götürülür, insanlar bir-bir­lə­ri­nin qarşısında tam açıq olrular… Proses «Açıq cəmiyyətdən» «açıq fərd­lərə» doğru gedir.

İnsanlar işdə cəmiyyətin hissəsi kimi) və işdən kənarda (müstəqil sub­yekt kimi – Qərb individualizmi – hissi individualizm … ideya yoxluğu…, özü­nü cəmiyyətin – hansı kənar, daha böyük ideyanın öhdəsinə buraxmaq, ona qatılmaq…) … İşdən kənarda isə öz fərdi həyatını öz daxili istəklərinə (bu istəklər isə duyğu səviyyəsində olduğunlan ayrı effekt yaradır) uyğun qur­maq… Cəmiyyət də insanların bu fərdi istəklərini (hansı həyatını) təmin et­mək üçün xüsusi qurumlar yaradır, gənclərin dəstə şəklində, sürü şəklində ya­şaması, kollektiv münasibətlərdə olması, özləriin tam sərbəst hiss etməsi (bu sərbəstlik qanunla qorunur, heç kim, hətta valideyn də buna «təcavüz» edə bilməz, müəllimlə tələbə, rəislə xidmətçi və s. ictimai yerlərdə tam bə­ra­bər, azad münasibətdə olur) üçün yeni ictimai xidmət növləri yaradılır (bö­yük şoular, diskotekalar, bar həyatı, gecə klubları və s.)… Bu şəxsi həyatın təh­lükəsizliyini təmin edilməsi, sivil qaydada həyata keçməsi, icti­mai­ləş­mə­si üçün cəmiyyətin strukturunda (və hətta hüquq sistemdə, qaydalarda və s. is­lahatlar aparılır…) ….

İnsan özünün ilk azadlıq dövrünə, sürü halında yaşadığı dövrə qayıdır, sadəcə sivilizasiya qatarında…

Cəmiyyət
Keçid dövrü (və T.Parsonun «aralıq» cəmiyyət ideyası)

Əsas nədir?

Sosializm quruluş modeli kimi, Kapitalizm siniflər, dövlət forması, siyasi rejim, …)

Bəzən ən böyük amil unudulur!



  1. İnsanlar özü (onlar dəyişmir və ya çox gec dəyişir)

  2. Cəmiyyətin texnoloji inkişaf səviyyəsi (ikinci təbiət)


Həyat tərzi və kumulyativlik
Plan, planlı iş, planlı həyat.

Böyük müddətli, gündəlik planlar (ejenedelğnik, ejednevnik – bizim üçün istifadə etmək vərdişi…) və planın tutulması nəyə əsaslanır?)

Kiçik adamlara verilən özünütəsdiq imkanları (sosialist təfəkkürü: dəfərlərin bərabər bölüşdürülməsi). Böyük planın, milli ideologiyanın, sivilizasiyanın (ümumbəşəri strateji inkişafın) iştirakçısı olan proseslər və şəxslərlə yanaşı, harada isə özü üçün oyundankənar vəziyyətdə «fəaliyyət göstərən, əslində oynayan və ya …

İnsan həyatı - ömür

İnsan – şəxsiyyət öz mahiyyət müəyyənliyi daxilində də heç də həmişə eyni cür təzahür etmir… Mühitlə (dünya ilə) onun arasında hansı əlaqələrin yaranmasından asılı olaraq həmin konkret mahiyyətin bu və ya digər rakursu, elementi maddi həyat faktına çevrilir, …

İnsan yaşaya biləcəyi həyatlar çoxluğu (imkanlar dünyası - …) içərisindən ancaq müəyyən bir qismin (onun qismətinə düşən?) həqiqətən yaşayır – yəni maddiləşdirir, reallaşdırır… Qalan həyat istiqamətləri, qalan qabiliyyətlər reallaşmamış qalır, yaşanmır.

Sual: insana yalnız yaşadığı həyata görə qiymət verilməlidir, yoxsa yaşaya biləcəyi – potensial həyat baxımındanmı?

İnsan maddi dünyada hansı həyatı yaşayır, fikir – duyğu dünyasında hansı həyatı yaşayır?



İnsan hansı hadisələrə cəlb olunur? (mühitin aktivliyi). İnsan özü hansı hadisə istiqamətlərini seçir, mühitdə iz açır (insanın aktivliyi).

Hər halda reallıq bundan ibarətdir ki, insan mümkün olan həyat istiqamətləri içərisindən konkret zaman daxilində ancaq birini yaşada bilir (çox vaxt fikir də hadisənin dalınca sürəklənir)…

Baxmayaraq ki, maddi dünyada insanın yaşadığı hadisələr (mahiyyətin konkret təzahürləri) zaman ardıcıllığı ilə düzülür (və ola bilsin ki, bu hadisələr kompleks halda – bütün insanların yaşantılarının cəmi haqqında nə isə ümumi bir səbəbiyyət ümumi bir ahənglə birləşir, lakin bir insan həyatı daxilində bu müxtəlif hadisələr birbaşa səbəbiyyət əlaqələrinə malik olmur… Ona görə insanın ömrü əslində yekun zamandan deyml, faşantı zamanlarının yanaşı (ardıcıl yox, yanaşı) toplusundan ibarət olur, yəni söhbət cəmdən yox, çoxluqdan gedir.

Nəticədə ömür müxtəlif hadisə zəncirlərindən (səəbiyyət zəncirləri…) ibarət olur. daha doğrusu, bu zəncir qırıqlarından bir toplu, çoxluq yaranır.

Zəncir qırıqları birləşib vahid həyat zənciri əmələ gətirirmi? Yox… Həyata – ömürə vahid zəncir (səbəbiyyət zənciri…) kimi baxmaq olmaz. Həyat – çoxluqdur.

İnsan hər bir zaman intervalında ancaq bir zəncir istiqamətində yaşaya bilir. Bir hadisədən (səbəbiyyət zəncirindən, həyat rakursundan) başqasına kesid çox vaxt diskret olur. Bu bir hadisədən – yaşantıdan ayrılıb başqa hadisə – yaşantıya keçirik… (və bunlar tamam müxtəlif, əlaqəsiz ola bilər). Elə bil bir tezlikdən (radiodakı kimi müxtəlif dalğalar) başqasına keçiririk.


Ömür yolundan səhifələr
- Kim, nəçi olmaq istəyirsən?

- Alim.


Hətta bəziləri məni tənə ilə «alim» deyə çağırırdılar.

- Ən böyük kəşfin? Nəyi kəşf etmək istəyirsən?

- Beyinlərin kənardan idarə olunması.

***


Belə bir qlobal demonrafik problem var:

Qərbdə yerli əhali hesabına əhali artımı azalır və ya yoxdur və ya azalma gedir. Lakin yüksək dərəcədə təşkilatlanma gedir.


***

İdeya və hadisənin zamanca sürüşməsi! (ideyanın zamanca hadisəyə uyğunlaşmasıdır, yoxsa…)

İnsan fəaliyyətində zaman adekvatlığı.

İdeyanın təsirinə düşmüş insan. Hər bir insan indi kimdir? İndi hansı ideyanın təsiri altındadırsa (indihansı əhvalın, hissiyyatın, istəyin təsiri altındadırsa) …

Bir ideya öz inkişafının (necə ki, maddi şeyin, hadisənin öyrənilməsi onun müxtəlif struktur səviyyələrinə həyata keçirilə bilər, eləcə də ideyanın açılışı, strukturunun müxtəlif səviyyələrdə açılması, reallaşması, aktivləşməsi mümkündür) müxtəlif səviyyələrində …

Hətta eyni ideyanın müxtəlif səviyyələrdəki təzahürlərininin qarşıdurması mümkündür!


***

II Dünya müharibəsindən sonra bəşəriyyət elə bil ki, özünüdərk mərhələsinə qədəm qoydu: BMT yarandı, ATƏT,Beynəlxalq Hüquq və s. «İki dünya sisteminin dinc yolla..», qüvvələrin balansı,

İndi qütbün biri yoxdur.

Təkhakimiyyətlik vardır, qloballaşma gedir. ABŞ-ın, Qərbin (Avropanın) üzərinə böyük bir tarixi məsuliyyət düşür, bəşəriyyətin taleyi və tərəqqisi naminə…



Əmlaka hazır varis olmaq
Birdən birə ələ düşən böyük imkanlar, hansı məqsəd üçün, hansı böyük plan üzrə, hansı böyük əzm və iradə sayəsində qəpik-qəpik yığılmış əmlak – yeni sahibin, varisin əlinə düşür, o, həmin plandan, əzmdən, iradədən – ideyadan xəbərsizdir…

Onda nələr baş verir…

Yenidən ilkin dəyərlərə, Tanrıya, müqəddəs duyğulara doğru.

İnkarı inkar!



Ziddiyyət
Ziddiyyətlərin ən başlıca səbəblərindən biri eyni bir fenomenin müxtəlif inkişaf səviyyəli daxili hissələri arasında baş verir.

Yəni ictimai vahidlər heç də yeknəsəq, bircins sistem olmayıb daxildə fərqi olan – xüsusi inkişaf səviyyəsinə görə müxtəlif olan (elə bil ki, tarixin, zamanın oxuduğu məqamdan eyni zaman müstəvisinə gətirilərkən ortaya çıxan ziddiyyət) tərəflər arasında ziddiyyət…



Millətimin imzası
Hər bir dil – dördüncü kitabdır.

Əbu Turxan
Sabir: «Yox millətimin imzası imzalar içində».

Fəlsəfə dünyasına girdikcə, onu vərəq-vərəq açdıqca bu dünyanın ye­ni-yeni hikmətlərini mənimsəməklə bərabər… (gizli bir duyğuyla – doğ­ma­lıq axtarışı) millətimin imzasını da axtardım. Hərdən mənə elə gəldi ki, nə­ha­yət ki, tapdım, lakin mən yaxınlaşdıqca, o məndən qaçdı. Bəzən dil doğ­ma oldu, fikir yad oldu. Bəzən doğma ola biləcək bir fikir də tərcümədə yad­laşdı, uzaqlaşdı. Araya yad nəfəs girdi.

Gərək ya mən dil səddini keçərək və başqa dillərin qoynunda gizlənən də­yərləri özümünküləşdirərək, doğmalıq görüntüsü yaratmalıydım. Ya da mən özüm özgələşərək o böyük fəlsəfələri içində saxlayan yabançı dil dər­ya­sına qatılmalıydım.

Mənim öz dilimdə mənə doğma olan fikirlərin doğuluşunu, yük­sə­li­şini, səmalarını fəth etməsini izləmək səadətindən məhrum idim.

Nəhayət, günlərin bir günü fikir ənginliyinin səmasında bir səs mənə doğ­ma gəldi. O mənim dilimdə danışırdı. O mənim kimi düşünürdü. O mə­nim kimi düşünürdü. Omu mənim qəlbimin bir parçası idi, mənmi onun – fər­qi …

Sanki o mən idim. – Budur doğmalıq duyğusu! Bu, - Əbu Turxan fəl­səfəsidir!

Düzdür, «Əbu» - doğma fəlsəfəmizdə ərəb dilinin və o vaxtın ərəb məf­kurəsinin izlərindən xəbər verir. … Amma bu filosofun türk oğlu türk ol­duğuna heç bir an da şübhə etmədim.

Təkcə ona görə yox ki, bütün əsərləri qədim türk dilində yazılmışdır. Həm də …

(Düzdür, bu dilə ərəb, fars kəlmələri də, hətta sonralar latın mənşəli terminlər qatışıb … Amma yenə də – o mənə doğmadır. Onu ilk dəfə mən tərcümə etdim. Amma bu, bir tərcümədirmi? Öz dilimdən tərcümə? Müasir fəlsəfə dilinə çevirdim. Dünyanın bir çox böyük şəhərlərində böyük fəlsəfə məclislərində onun fəlsəfəsindən fraqmentlər söylədim:

- Bu nə isə yeni bir şeydir, - dedilər…


Bu dünyanı oxuya bilirik və o bizə bir ağ vərəq kimi görünür. Başlayırıq yenidən yazmağa. Neçə gözəlliklər bizim cızmaqaranın altında qalır.
Lirikanın fəlsəfəyə (formasını dəyişə-dəyişə). Fəlsəfədən lirikaya gedən yol…

Yolda «təsadüfi görüş» – mənsur şeir




Область бессознательного
Özünü tapmaq üçün

əvvəlcə özünü itirmək lazımdır

Əbu Turxan
Yunus İmrə
Z.Freyddə şüur nə isə məlum və mühüm bir şey kimi götürülür. Ümumiyyətlə, bütün əvvəlki təlimlərdə şüur ≈ nəfs (душа) сознание ~ душа və birdən fərq olduğu və nəfsdə nəsə başqa saylı olduğu ortaya çıxır.

Возвращение (блудного сына) после долгого заблуждения о том, что якобы сознание ≈ душа.

Amma Şərqdə əvvəl nəfsdən başlanır, onun strukturu göstərilir və burada şüura (разумная душа) kiçik (yüksək, amma kiçik) bir yer verilir.

Hər şey qaydasındadır.

Нет необходимости в понятии бессознательного, ибо еще так называемого сознание не отождествлено с душой.

Открытие – возвращение (блудного сына) после долгих лет заблуждения …




Əbu Turxan


Тяржцмяляр

Cəmaləddin ƏFQANİ
Fəlsəfə uca səslə alimləri çağırır və ağlın mühakiməsi

qarşısında onlardan öz hüquqlarını tələb edir.
Fəlsəfənin faydaları
Fəlsəfənin, ya da hikmətin1 mənası nədir? Onun məqsədi və faydaları hansılardır? İnsan mühitində meydana gəlməsinin əsl səbəbi nə ola bilər? Onun müsəlmanlar arasında yayılmasının əsas səbəbi nə olmuşdur? Fəl­sə­fə­nin ümumi quruluşu, qəbul olunmuş modeli necədir, onun sonu və məqsədi ha­radadır? Fərabinin, İbn Sinanın, İbn Bəccanın, Şihabəddin əş-Şəhidin2, Mir Bəkirin, Molla Sədranın və digər alimlərin fəlsəfə ilə bağlı traktat və qeyd­lərini tam qənaətbəxş hesab etmək olarmı, ya yox?

Qədim müəlliflər fəlsəfəni xoşagələn və çox uyğun ifadələrlə təsvir et­m­iş və səciyyələndirmişlər. Bununla belə, qəribə ifadələrə, özünəməxsus qə­lib­lərə və quruluş mürəkkəbliyinə (belə ki, insanları həmişə qəribə şeylər qa­ne edir) malik olduqları üçün bu izahların məhz ifadə tərzi müəllimlərin əsas məqsədinə, alimlərin başlıca niyyətinə, filosofların arzularının hədəfinə və məntiqçilərin düşüncə obyektinə çevrilmişdir. Onların kəsb etdiyi məna və əhəmiyyət o dərəcədə arxada qalmış və unudulmuşdur ki, sanki alimlər bu izahları yazarkən Universallıq və İstisnalar haqqında danışmaqdan, Bü­töv­lük Kateqoriyası və Xüsusi Bölmədən bəhs etməkdən başqa heç vaxt mü­əyyən bir məqsəd, yaxud niyyət güdməmişlər.

Buna görə də, mən nəzərlərimi onlardan çəkir və nə qədər çətin olsa da, ənənə bağlarını qıraraq, aşağıdakıları deyirəm:

Fəlsəfə məhdud heyvani hissiyyatın dar çərçivəsindən qurtulub insan duyğularının ənginliyinə baş vurmaqdır. O təbii təfəkkür nuru ilə kortəbii xu­rafatın zülmətindən uzaqlaşmaqdır; korluq və sadəlövhlüyün uzaqgörən­lik və müdrikliyə çevrilməsidir. O fəzilətli bilik və bacarıq şəhərinə daxil ol­maq­la vəhşilik və barbarlıqdan, cahillik və axmaqlıqdan qurtuluş yoludur. Ümu­miyyətlə, fəlsəfə insanın insan olması və ülvi, şüurlu həyat ya­şa­ma­sı­dır. Onun məqsədi ağılda, şüurda, ruh və həyat tərzində insanın kamilliyə ye­tişməsidir. Həyat tərzinin kamilliyi və yaşayışın təminatlı olması ağıl və ru­hun kamilliyinin əsas ilkin şərtləridır. [Fəlsəfə] insanın əqli fəaliyyətinin və heyvani mühitdən ayrılmasının ilkin səbəbi, qəbilə və icmaların vəhşi­lik­dən və köçəri həyat tərzindən mədəniyyət və sivilizasiyaya keçməsinin baş­lı­ca səbəbidir. Bilik əldə edilməsinin, elm sahələrinin yaranmasının, səna­ye­nin ixtira edilməsinin və sənətkarlığın təşəkkül tapmasının ən önəmli səbəb­ka­rı da odur.

İnsan öz həyat tərzini daha mükəmməl etmək üçün müvafiq və mü­na­sib yollarla əkib-becərməyə, ağaclar əkməyə, bar verən sahələr salmağa, hey­vanları artırmağa, çayları mühafizə etməyə, su yolları çəkməyə, kanallar, arx­lar, bəndlər qazmağa, çalışıb-çabalamağa məcburdur. O, həmçinin insan hə­yatı üçün münasib olan binalar ucaltmağı, sağlamlığını qorumağı və bə­də­nini qəfil xəstəliklərdən müalicə etməyi bacarmalıdır. Bütün bunlar yalnız qaz­maq, kəsmək, sındırmaq, oymaq, deşmək, qaldırmaq, daşımaq, hamar­la­maq, düzəltmək və çəki ölçmək vasitəsilə əldə edilir. Bunlara yalnız zaman, fə­sillər və atmosfer hadisəsi haqqında biliklə, torpağın təbiətinə, iqlimin xü­su­siyyətlərinə və atmosferin təsirinə bələd olmaqla, mürəkkəb cisimlərin qu­ru­luşunu, elementlərin hərəkət və əkshərəkətini bilməklə, analiz və sintez pro­sesləri və onların hissələri ilə tanışlıqla nail olmaq olar.

Bir halda ki, bütün bu çoxşaxəli işlərin tək bir adam tərəfindən idarə edil­məsi çətindir, bəlkə də imkansızdır, təbii olaraq, qarşılıqlı insani mü­na­si­bətlər (müamələ) adını almış işlərdə əməkdaşlıq və mübadilə də zəruri ola­caq. Deməli, insanın həyatda kamilliyə çatması üçün sonu və sərhədi ol­ma­yan saysız-hesabsız detallar tələb olunur. Odur ki, bu təfərrüatları ümumi qay­dalar və universal qanunlar üzrə qruplaşdırmaq insanın üzərinə düşür. İn­san ümumi qaydaların çoxsaylı olduğunu görüncə, onları əlaqə və ox­şar­lıq­larına görə sistemləşdirmiş, elmlərin və sənət sahələrinin əsasını qoy­maq­la məşğul olmuşdur. Bunların arasında əkinçilik və becərmə sənəti, heyvan­lar haqqında elmlər, baytarlıq elmi, həndəsə, triqonometriya, geodeziya, he­sab, cəbr, tibb, cərrahiyyə, anatomiya, fiziologiya, dərmanların özəl xüsu­siy­yətləri və onların hazırlanması üsulu, astronomiya, coğrafiya, astro­l­ya­bi­ya (bucaqölçmə), naviqasiya, mineralogiya, geologiya, fizika, mexanika, hid­ravlika, metereologiya və kimya (elementlərin quruluşu və birləşmələri­nin analizi və onların səciyyəvi xüsusiyyətləri haqqında elm) vardı. [Həm­çi­nin onlar arasında] daxili iqtisadiyyat, vətəndaş qanunvericiliyi, bələdiyyə əsas­namələri və dövlət siyasəti də vardı. O vaxtdan bu humanitar elmlərin əsas məqsədi işlərin icra edilməsi olmuşdur; insanlar bilik və təcrübə ara­sın­da uyğunluq və ahəng yaratmağa böyük səy göstərmişlər və insanların sayı ço­xaldıqca və onların tələbatları da artdıqca müvafiq olaraq bu humanitar elm­lərdə tərəqqi müşahidə olunmuş, bununla bağlı problemlər də çoxalmış və böyümüşdür. Məhz buna görə də mən deyirdim ki, əksər hallarda elm­lə­rin, biliyin və peşələrin ən önəmli həqiqi səbəbi insanın həyat tərzinin ka­mil­liyidir.

Insan, həyatında müəyyən rahatlıq tapandan sonra diqqətini öz ruhuna yönəldir. O naqis davranışlar və pis mənəvi vərdişlərlə müşaiyət olunan mü­kəm­məl yaşam tərzinin və cismani rahatlığın tam bir naqislik olduğunu dərk edır. Hətta yaşamaq üçün bütün vasitələr olduğu halda belə, uydurma hadisə və bədbəxtliklərdən təlaşa düşən qorxaq, daimi aclıq hissindən əziyyət çə­kən şişmiş qarınqulu, başqalarının sərvətindən rəncidə olmuş paxıl adam və ya cüzi səhvlərə görə özündən çıxan kəmhövsələ, yaxud da özünü bütün zövq və əyləncələrdən məhrum etmiş xəsis necə dinclik və rahatlıq tapa bilər?

Beləliklə, insan fəlsəfənin köməyilə nəcib keyfiyyətləri naqis vərdiş­lər­dən fərqləndirə bilər, beləcə saflaşma və ruhi təmizlənmə vasitəsilə mə­nə­vi kamillik əldə edər. İnsan öz ruhuna nəzarət etmək və ondakı müqəddəs fə­zilətləri qoruyub saxlamaq üçün əxlaqı saflaşdırmaq (təhzib-i əxlaq) elmi­ni yaratmışdır. Elə ki, ağıl maddi bədənin rifahını və onun yaşam təminatını tən­zimlədi və davranışları islah edib düzəltdi, o intizarında olduğu kamillik, hə­qiqi yaşam, əbədi səadət və rasional zövq-səfa tapmaq üçün nəzərlərini özü­nə doğru yönəltmişdir.

Fəlsəfi ruhun (hikmət) bələdçiliyi ilə ağıl öz mənşəyini, əsil təbiətini araş­dırmağa, duyğuları doğuran səbəbləri, əqli qabiliyyətlərin köklərini və on­ların maddi qavranılanlarla əlaqələrini axtarmağa başlamışdır. O onların hər birində saflıq və naqisliyin səbəblərini bilmək istəyərək hər birindən do­ğan nəticə və təsirləri araşdırmağa başlamışdır. Ağıl əqli qabiliyyət və ruhun ci­simlərlə əlaqəsini dərk etmək üçün böyük səy göstərmişdir. İnsanlar ara­sın­da xarakter müxtəlifliyinin səbəblərini bir-bir araşdırmış və hər bir xa­rak­terin qazanılması səbəblərini öyrənmişdir. İnsanların sivilizasiyada, elmdə, təh­sildə və istehsalatda yüksəliş və tənəzzülünə səbəb olan amilləri tədqiq et­mişdir. Qanunların və qanunvericiliyin əsaslarını tapmağa çalışmışdır. O kai­natı öz fikir və düşüncələrinə obyekt seçərək, həm ümumi, həm də xüsusi tərz­də onun mənşəyini, onu təşkil edən mənbə və maddələri, kainatda baş ve­rən hadisə və təsadüfləri və onların səbəblərini və təsirlərini əks et­dir­miş­dir. O kainatın müxtəlif hissələri arasında cazibə və itələmənin, yaxınlaşma və uzaqlaşmanın, hərəkət və əkshərəkətin səbəblərini araşdırmış və onların yer­dəyişmələrini və səbəblərini aşkar etmişdir. Ağıl, fəlsəfənin kömək edə bi­ləcəyi çərçivədə bitki və heyvan rüşeymlərinin yaranmasını, hallarını də­yi­şərək canlı orqanizmlərə çevrilməsini və möhkəm və sabit görünüşlərini, on­ların mövcudluğundakı məqsədi dərk etmişdir.

[İnsan] öz ölməzliyi və səadəti barədə hər an düşünmüşdür. Sonra o, yu­xarıda qeyd edilən məsələlərlə bağlı ümumi qanunları bir araya gətirmək və saysız-hesabsız incəlikləri idarə edə bilmək məqsədilə rasional fəlsəfə, əx­laq fəlsəfəsi, tarix fəlsəfəsi, hüquq fəlsəfəsi, metafizik fəlsəfə və transsen­den­tal fəlsəfə kimi bir sıra xüsusi sahələrin əsasını qoymuşdur. Fəlsəfənin məqsədi məlum olduqdan sonra aydın oldu ki, onun insan alə­mində yaranmasının ilkin səbəbi və əsas şərti, hər şeydən əvvəl, insanın da digər canlılar kimi yaşayışında ehtiyacların və çətinliklərin olması, hə­ya­tı­nın ağırlığı; ikincisi, fitri təfəkkür və təbii ağıl olmuşdur. İnsanın həyatı və var­lığı səbəblərin dərk edilməsindən asılıdır və naməlum şeylərin aşkar edil­mə­si və dünyanın mövcudolma sirlərinin öyrənilməsi onun sevinc və fə­rə­hinə səbəb olur.

[Fəlsəfənin] müsəlmanlar arasında yayılması səbəbinə gəlincə isə, siz bilməlisiniz ki, hər bir xalqın (qövm) və ya hər bir fərdin ali ideyaları həmin toplumun və ya fərdin ümumi başlıca bacarıqları ilə mütənasibdir. Ümumi baş­lıca bacarıqlar biliyin xüsusi sahələri ilə uyğunluq təşkil edir, biliyin xü­su­si sahələri isə həyati ehtiyaclara və həyat tərzinə uyğundur. Bu məsələ bir kənd uşağı ilə şəhər uşağının müqayisəsindən daha aydın olar. Eynilə də, vəh­şi, köçəri həyat tərzinə və çətinliyə düçar olmuş, sərtliyə, qabalığa, qəd­dar­lığa adət etmiş, geyim, ərzaq, yaşayış məskəni və sığınacaq sarıdan kor­luq çəkən insanlar özlüyündə yaşamaq, həyati ehtiyaclarını ödəmək və ya­şa­yış üçün lazım olan məişət əşyalarını əldə etmək üçün cüzi zəruri şəraitə ma­lik olacaq; və bu insanların yaşayışı və həyatı heyvanların həyat və ya­şa­yı­şına oxşayacaqdır. Nə qədərki onlar bu ibtidai mərhələdədirlər və çox dar çər­çivədə hərəkət edir və fəaliyyət göstərirlər, təbiidir ki, onların fərdi ba­ca­rıq­ları da müvafiq olaraq çox zəif olacaqdır. Təkamülün mənbəyi olan bu özəl bacarıqlar həddən artıq az olduqda nə onlardan yaranmalı olan ümumi əsas qabiliyyətlər yüksək səviyyəyə çatar, nə də bu insanlar ali ideyaların da­şıyıcılarına çevrilə bilərlər. Əksinə, onlar öz düşüncə səviyyələrinə görə də daha çox heyvanlara yaxın olacaqlar.

Tarixlə az-çox tanışlığı olan hər kəs bilir ki, qədim dövrlərdə və ötən əsrlərdə ərəb xalqı ilə müqayisədə sivilizasiyadan daha uzaq, daha çox kö­çə­ri həyat sürən, yaxud vəhşiliyin daha çox kök salmış olduğu elə bir xalq ol­ma­mışdır. Bu səbəbdən də, qədim zamanlarda bu xalq xülyalara əsaslanan bir neçə şeirdən başqa heç nə bilməmişdir. Uca Yaradan və Mütləq Haqq-Tə­ala öz seçilmiş Peyğəmbərinin vasitəsilə öz Müqəddəs Kitabını nazil edə­nə­dək onlar yüksək intelektual fəaliyyətə, müfəssəl rasional konsepsiyalara və böyük fəlsəfi mövzulara heç malik olmamışlar. Bu Qiymətli Kitabda töv­hidə [tövhid-Allahın mütləq təkliyi] çağırışdan və ilahi qanunun qoru­yu­cu­la­rı olan peyğəmbərləri tanımaq tələbindən sonra, O çox yerlərdə çirkin, qı­na­ğa layiq hərəkətləri, axmaqlığı, cahilliyi, xülyaların və dini cəhalətin ar­xa­sın­ca getməyi və təqlidə əməl etməyi eyni dərəcədə pisləyir. Bir çox hal­lar­da O biliyi, müdrikliyi, öyrənməyi, düşünməyi, dərrakə və bəsirəti bəlağətlə tə­rif edir. O inandırıcı kəlmələrlə bəsit mənəviyyatın zərərlərini şərh edir və fə­zilətli adətlərin faydalarını əsaslı nümunələrlə göstərir. O qədim xalqların təs­virini vermiş, bununla əlaqədar onların ibrət götürmələri üçün hər birini sə­batlı və səbirli olduqlarına görə mükafatlandırdığını, riyakarlıq və azğınlıq üs­tündə isə dərhal cəzalandırdığını qeyd etmişdir. O insanların ümimi xoş­bəxtliyə yetişə bilmələri üçün birgə yaşam və sivil münasibətlər haqqında qanunların əsaslarını izah etmiş, qəddarlıq və vəhşilikdən doğan zülm və ədalətsizliyin zərərlərini açıqlamışdır.

O insana buyurmuşdur: Yer üzündə hər şey sizin üçün yaradılmışdır; odur ki, rahib olmayın, lakin bu nemətlərdən sizə düşən haqlı payı götürün, ilahi bəxşiş olan gözəllikdən özünüzü məhrum etməyin. O mükəmməl ağıla və mənəviyyata sahib olan və ləyaqətli insanlara bütün yer üzünün hakim­li­yi­ni vəd etmişdir. Qısası, O Müqəddəs Kitabda qəti ayələrlə saflaşmış ruh­la­ra fəlsəfi elmlərin köklərini salmış və insana həqiqi insan olmaq yolunu gös­tər­mişdir.

Bu Qiymətli Kitaba iman gətirdikdən sonra ərəblər cəhalət aləmindən biliyə, korluqdan görməyə, vəhşilikdən sivilizasiyaya və köçəri həyat tərzin­dən oturaq həyata keçmişlər. Onlar zehni və mənəvi cəhətdən inkişaf emək və yaşayış vasitəsi əldə etmək ehtiyacını dərk etmişlər. Həmin köklər və da­yaq­lar tədricən böyüdülər; ideyalar çoxaldı və Mənsur Dəvənəqi1 za­ma­nın­da yaşamış bir qrup digər insanların köməyi olmadan bu mərhələləri ad­la­ma­ğın və bu sonsuz dərəcələri keçib getməyin maneə və çətinliklərlə dolu ola­cağını bildirənə qədər, ağıllar kamilliyə çatmaq üçün dünyanın geniş sa­hə­lə­rinə baş vurdular. Onlar elmlə qürurlanmağın cəhalətlə qənaətlənməyə bərabər olduğunu dərk etdilər.

Buna görə də İslamın və müsəlmanların şərəf, əzəmət və möhtəşəmli­yi­nə baxmayaraq, biliyi ucaltmaq və təkmilləşdirmək üçün xristian, yəhudi və maqların köməyi ilə fəlsəfi elmləri fars, suriya və yunan dillərindən ərəb di­linə tərcümə edənə qədər, onların qarşısında baş əymiş və miskin möv­zu­larını bəyənmişlər.

Beləliklə, müsəlmanlar üçün ilk fəlsəfə müəlliminin Müqəddəs Kitab ol­duğu aydınlaşır. Bu Kitab makrokosmun əhatəli nümunəsidir. Burada hər fərd bir hərf, hər məxluqat növü bir söz, hər irq bir sətir, hər mikrokosm bir sə­hifədir; hər bir hərəkət və dəyişiklik onun izahı və xülasəsidir. Bu möh­tə­şəm Kitabın sonu yoxdur. Onun hərf, kəlmə, sətir və səhifələrini insan sa­yıb-qurtarmaqda acizdir. Hər bir sözdə və hətta hər bir hərfdə o qədər mü­əm­ma və sirr gizlənmişdir ki, keçmişin və indinin bütün müdrikləri Nuh qə­dər ömür sürsəydilər və onların hər biri hər gün minlərlə müəmmanın üs­tünü açsaydı və minlərlə sirri aşkar etsəydi belə, buna baxmayaraq, bu müdriklər Kitabı dərk etməkdə bacarıqsız olduqlarını və acizliklərini etiraf edərdilər.

Odur ki, əgər kimsə əlində olan iki-üç köhnə vərəqlə dünyanı tama­mi­lə dərk edə bildiyini və onun bütün sirlərini başa düşdüyünü təsdiqləyirsə, şüb­həsiz, o, ya qatı cəhalətdən, ya da dəlilikdən əziyyət çəkir və sonuncusu hə­qiqətə daha çox uyğun gəlir.

Hər hansı bir kəs nə yazırsa yazsın, yazdıqlarının məzmunu vəhdət və par­çalanmanı səthi, yaxud dərindən qavramasından və dünya kitabının ma­hiy­yətinə varması səviyyəsindən asılı olar. İnsanın əqli və həyati qü­sur­suz­lu­ğunun onun dünya kitabı və öz mənəvi durumu haqqında biliyinin də­rə­cə­si­nə uyğun olduğunu nəzərə alsaq, insan kamilliyinin hüdudsuz və sonsuz ol­duğu aydın olar. Odur ki, zehni və həyati kamillik səviyyəsinə yüksəlmək üçün və ətrafa bəsirətin gözü ilə baxaraq, hər gün daha da kamilləşə bilmək üçün öz mükəmməl nümunəsini seçmək ayrılıqda hər bir fərdin və ümu­mi­lik­də hər bir toplumun üzərinə düşür.

Bu aydınlaşdıqdan sonra, fəlsəfənin hüdudsuz, sonsuz və ölçüyə sığ­maz olduğu hamıya məlum olur. Onun hər bir səviyyəsində öz-özlüyündə mü­kəmməllik var, lakin hər dəfə daha yüksək səviyyəyə baxdıqda, əvvəlki sə­viyyə qeyri-kamil hesab olunacaq. Bu səviyyələrin hər hansı birində da­yanıb qalmaq ya laqeyidliyin və naqisliyin, ya qatı cəhalət və korluğun, ya da təşəbbüssüzlüyün və bəsit təbiətə malik olmağın təzahürüdür.

İslam müdriklərinin əsərləri, onların insan kamilliyi sahəsində olan çox­saylı çatışmazlıqlarını xatırlamasaq belə, bir çox cəhətdən nöqsanlı və na­tamamdır. Birinci Cəhət budur ki, onların kitablarında əhatə olunmuş möv­zular, vaxtilə yunan filosofları arasında aydın olduğu qədər indi bizim üçün aydın deyildir. Üstəlik, müsəlman filosoflar onları bizə kamilliklə zi­nət­ləndirərək və qüsursuzluq libasında təqdim etmişlər. Onlar aydın zə­ka­la­rın üzünə niyə, nə üçün suallarının qapılarını bağlamışlar. Buna səbəb on­la­rın yunan və roma filosoflarının mütləq təfəkkürə malik, dini ənənələrə ri­ayət edən, səmavi qüdrət və həqiqi vəhy verilmiş insanlar olduqlarına, düşüncə və intellekt sahəsində digər insanlardan üstün olduqlarına inan­ma­la­rı olmuşdur. Buna görə də, bu filosofların sözlərini səmavi vəhy kimi qə­bul edərək, onları tamamilə qəbul etmişlər. Eynilə kütlələrin məqsəd və niy­yət­lərində öz rəhbərlərinə tabe olduqları kimi, onlar da dəlil və sübut mə­sə­ləsində bu filosoflara pərəstiş etmişlər. Hətta İbn Sina, adının şöhrətinə bax­ma­yaraq, səmavi varlıqlarla bağlı məsələdə öz müəllimi, yunan alimi Aris­to­teli təkzib etmək istədikdə, bunun çox böyük bir məsələ olduğunu dü­şünmüşdür. Onu qorxu və həyəcan üstələmiş, dəhşət və təşviş bürü­müş­dür. Bu səbəbdən də o ilk öncə böyük utancaqlıq və təəssüf hissi ilə etdiyi ye­ni­li­yə yüngülcə eyham vurmuş, daha sonra başqa qeydlərində isə öz hərəkətini çarəsizliklə və narahatlıqla izah etməyə çalışmışdır. Molla Sədranın antik fi­lo­soflara o qədər böyük inamı olmuşdur ki, onlarda imansızlıq, küfr və din­siz­lik kimi sifətlərin ola biləcəyinə şübhə belə etməmişdir. O Demokrit, Fa­les, Empodokl, Epikür və başqalarını müdafiə etməyə çalışmış, onların açıq-aş­kar Yaradanı inkar edən ifadələrinin məcazi məna daşıdığını qeyd edərək, onların xeyrinə zəif bəhanələr gətirmişdir.

Şihabəddin əş-Şəhid təqlidçilik hüdudlarını daha da aşaraq dəqiq sü­but və real arqumentlər olmadığı halda, Zərdüştün də dediklərini tam inamla qə­bul etmiş, işıq və zülmət doktrinasına yeni parlaqlıq vermişdir. İslam filo­sof­­larının bu münasibəti, problemlərinin qaranlıq və mövzularının zid­diy­yət­li olmasına baxmayaraq, antik filosofların başqalarının ideyalarından bəh­­­rələnmədən, xüsusi əzm və böyük qətiyyətlə fəlsəfənin bir sıra sahələrini ya­ratdıqlarına onların inamından irəli gəlirdi. Onlar fəlsəfi elmlərin də digər elmlər və peşələr kimi yalnız ideyalar silsiləsi və inancların təkamülü sa­yə­sin­də öz məqsədlərinə nail ola bilməsi faktını nəzərə almamışlar.

Bütün bu mövzular ilk öncə Hindistanda təşəkkül tapmış, oradan Ba­bi­listana və Babilistandan Misirə keçmişdir. Misirdən onlar Yunanıstan və Ro­ma torpaqlarına yol tapmışlar. Bu mövzular hər yeni məkanda yeni for­ma­lara düşmüş, yeni zinət qazanmışdır. Natamam formalı bitki və heyvan hü­ceyrələri tədricən dəyişərək kamil şəkil aldığı kimi, bu mövzular da nöq­san­lardan azad olaraq daha mükəmməl olmuşlar. Bir neçə təlim və bəzi əhə­miy­yətsiz mülahizələr nəzərə alınmazsa, yunan və roma filosofları bu möv­zu­lara heç bir yenilik gətirməmişlər; bununla belə, sonra onlar öz müəl­lim­lə­rinin adını aşkar çəkmədikləri üçün, İslam filosofları onların bu mövzuları na­məlum heçlikdən varlıq aləminə gətirdiklərinə və onları misilsizcəsinə təs­vir etdiklərinə inanmışlar. Bəzi İslam filosofları eyni məhdud təqlidçilik sa­həsində fəaliyyət göstərərək süni dəlillərin və bəlağətli müzakirələrin bə­zi­lərini böyük məmnuniyyətlə öz işlərində qələmə almışlar. Yunan fəlsəfəsi ilə səsləşməsi üçün onlar bunu yəməni fəlsəfəsi adlandırmışlar1.

[İslam filosoflarının çatışmazlığını göstərən] İkinci Cəhət əsasən, sə­bai­lərin2 dini mövzularının onların kitablarındakı fəlsəfi mövzulara daxil edil­məsidir. Buna səbəb yunanların və romalıların dini baxımdan səbai ol­ma­ları, göy cisimlərinə, ulduzlara sitayiş etmələri və çoxsaylı allahlara ta­pın­maları olmuşdur. Buna görə də onlar uydurma sübutlarla, bəlağətli söz­lər­lə, bəzəkli ifadələrlə, gözəl şərhlərlə, şirin nitqlər və xoşagələn müha­ki­mə­lərlə bu inancları öz fəlsəfi qeydlərinə daxil etmiş və fəlsəfənin əsil prob­lem­lərinin bunlar olduğunu güman etmişlər. Bu inanclar sırasında Platonun İde­yasına və öz xüsusi səcdəgahlarını yaratmış müxtəlif Tanrılara iman; göy sfe­ralarında ayrılma və birləşmənin mümkünsüzlüyü və bu [sferaların] be­şin­ci elementə aid olması barədə mühakimə və onların vasitəsi ilə ağıl və ruh­ların hərtərəfli yoxlanılması; səma cisimləri ilə bağlı məsələlərin mədh edil­məsi və s. dayanır. Müsəlman filosoflar bu məqamı başa düşməyərək, hə­min müəlliflərin qoyduqları imandan uzaq problemləri olduğu kimi qəbul edə­rək öz əsərlərində qələmə almışlar.

Əgər ədalətli bir şəxs bu məsələləri nəzərdən keçirsə, onları əsas­lan­dır­maq üçün bircə dəlilin belə göstərilmədiyinə şahid olar. Əksinə, bu müəl­liflər, adətən hər hansı bir dinin ilahiyyatçıları kimi, öz şəxsi mülahizələrini bir qədər bəzək vurmaqla oxucularına təqdim etmişlər.



Üçüncü Cəhət həmin kitablarda əhatə olunmuş problemlərin özlərinin rabitəsiz və natamam olmasıdır. Cəbr və astronomiya problemlərinə gəlincə, mü­əlliflər özləri də yazdıqları kitablarda onların natamam olduqlarını etiraf et­mişlər. Məsələn, Tusinin Xülasə əl-hisabını və Təzkirəsini götürək. Təm­kin­li Tusi, öz elminin gücü ilə sələflərinin işlərinə bir sıra əlavələr etdikdən və astronomiya ilə bağlı məsələləri həll etmək niyyətilə göylərə öz gizli xə­yal aləmindən bir neçə səma cismi bəxş etdikdən sonra belə, ən azı bir neçə də­fə öz çatışmazlıqlarından bəhs etmişdir.

Təbiətlə bağlı problemlərə gəlincə, bilməlisiniz ki, cisimlərin qurulu­şu­nun maddi substansiya və formadan ibarət olmasına və onların tərkib his­sə­lərinə dair bütün problem, birləşmiş ölçü vahidlərinin genişlənməsi fər­ziy­yəsinin cisim üçün ilkin zəruri şərt olması faktından asılıdır və burada ölçülərin kəmiyyəti tələb olunur. Sübut üçün misal olaraq bölünmə halından ta­mamilə heç olmanı; heçlikdən iki şeyin var olmasını və eyni cisim da­xilin­də birləşmə və bölünmə hallarının bir araya gəlməsini [götürün]. Burada mü­əlliflər bu məsələnin üstündən tez keçmişlər, hərçənd başqa yerdə bu prob­lemin əsasları ilə əlaqədar zidd şeylər qeyd etmiş və bildirmişlər ki, yal­nız kəmiyyət bilavasitə ayrılıqda mövcud olmağa qadirdir. Daha sonra onlar [bu] ziddiyyətin fərqinə varmış və əsassız olaraq kəmiyyət bölünməsi və da­ğıl­maqla bölünmə arasında qəti bölgü aparmışlar, hərçənd ki, sonuncu elə ön­cəkinin bir hissəsidir. Onlar potensiallıq və gerçəklik arasında keçidin ol­ma­dığını və mütləq duyğuda hərəkətin mövcud olmadığını göstərmişlər. Da­ha doğrusu, hərəkətin mövcudluğu özü-özlüyündə keçici və anidir. Sonra on­lar hərəkətin, cismin pillələrlə potensiallıqdan gerçəkliyə keçməsinin tə­za­hürü olması qərarına gəlmişlər, bu da onların sözlərinin natamamlığını bir da­h­a sübut edir. Müsəlman alimlər zamanın mövcudluğunu və onun hə­rə­kə­tin ölçüsü olduğunu təsdiq etmişlər. Daha sonra onlar axından kənar başqa heç bir şeyin mövcud olmadığını, bunun isə zaman olmadığını dəfələrlə tək­rar etmişlər. Onlar təbiətin kəmiyyətcə genişlənmiş cisim olduğunu, kə­miy­yə­tin isə artma xüsusiyyəti ilə səciyyələnən təsadüfi ölçü olduğunu söy­lə­miş­lər. Onlar hər bir cismani görünüş və kəmiyyətlə bağlı cüzi dəyişmiş tə­miz ölçünün mövcudluğuna qarşı təsəvvür edilən maneənin real olması fak­tı­na baxmayaraq, təmiz ölçünün özünün mövcudluğunu inkar etmişlər. Daha qə­ribəsi isə odur ki, onlar təmiz ölçünün mövcudluğunu inkar etdikləri hal­da, lokal hərəkətin mövcudluğunu izah etməmişlər.



Onlar su, hava, torpaq və odu elementlər hesab etmiş və onların tərkib hissələrə bölünə bilməmələrini sübut olaraq göstərmişlər. Onlar müəyyən qə­dər şübhə ilə elementlərin məhdudluğunu da qeyd etmişlər. Bu şübhənin baş­qa bir şübhənin təsiri ilə daha da artmasının mümkün olmadığı aydındır. Bu elementlərdən hər birinin yanıb-yanmadığı, əyilib-əyilmədiyi və s. ba­rə­də uzun-uzadı müzakirələr aparılmışdır. Şübhəsiz ki, bu məqam başa dü­şül­müş olsaydı, elementlərin sayı Aristotelin dövründən indiyədək dörd olaraq qal­mazdı. Elementlərin transformasiyasına gəlincə, onlar bəsit fərziyyələrlə ki­fayətlənmişlər. Göy qurşağı kimi metereoloji problemlərə gəldikdə isə fi­lo­soflar arasında səmimi olanları öz gücsüzlüklərini etiraf etmiş, daha tə­kəb­bür­lüləri isə dolaşıq doktrinalar yazmışlar. Şimşək, ildırım, axan ulduzlar, kü­ləklərlə bağlı bəzi məsələlərdə onlar bir qayda olaraq, əllərində heç bir də­lil olmadan sadəcə öz təxəyyüllərinə güc vermişlər. Tufan və qasırğa kimi tə­biət hadisələri ilə bağlı sualların üstündən tamamilə ötmüşlər. Minerallara və zəlzələlərə gəlincə, onlar təkcə fantaziyalarla kifayətlənmiş, bitki və hey­van­larla bağlı isə bəzi natamam şərhlər vermişlər. Onlar həyata və inkişafa sə­bəb olan amillərdən, forma və görünüş müxtəlifliyinin səbəblərindən xə­bər­siz olmuş, daxili duyğulardan danışarkən dəlillərə, yaxud həqiqi təc­rü­bə­lə­rə əsaslanan inandırıcı sözlər deməmişlər. Təsəvvür barədə yalnız öz sü­but­suz fərziyyələrini qələmə almışlar. Rəng, dad və qoxular barədə çaş-baş qal­dıqları bəlli olur. Onlar Saman Yolu, hərəkətsiz ulduzların böyüklüyü və ya kiçikliyi barədə heç bir söz söyləməmişlər. Onlar günəşin istiliyi, ayda möv­cud olan maddələr və planetlərdəki müxtəlif rənglər haqqında çaş­qın­lıq­la­rını ifadə etmişlər. Onlar mühakimə yürüdürdülər ki, bədənə fitrən xas olan qüvvələr, xarakterik cəhəti əlavə edilmiş qeyri-maddi cisimlərdən, mü­əy­yən nöqtələrdə bitən fərdi xətlərdən və bu xətlərin kəsişmə nöqtələrindən iba­rət olan səciyyəvi məna kəsb edirlər. Daha sonra, onlar ağılda ancaq aş­kar formaları və düşünməyə yönəltməyi ifadə etməkdən başqa bir şey ol­ma­yan sadə şeylərin idrakla uyğunluğunu qəbul etdikləri üçün ruhun müstəqil ol­ması fikrini irəli sürmüşlər ki, bu da təəccüb doğurur. Onlar ruhun bədənlə əla­qələrini və onların qarşılıqlı təsir formasını anlaşılmaz ifadələrlə izah et­miş­lər. Onların fikrincə, əbədi əqli ruh üçün materiyanın məkan olması qa­nu­nauyğundur. Ruhla bədəni əlaqələndirdikdən və onlar arasında tam qar­şı­lıq­lı əlaqə yaratdıqdan sonra onlar ruhun məhv olmasını rədd etmələrinə bax­mayaraq, aksidental atributlar kimi ruhun məhv olmasının da məkan tə­ləb etdiyini qəbul edirdilər, halbuki məhv olma yox olma və qeyri-varlıq de­məkdir. Ilahiyyat problemlərinə gəlincə, bilmək lazımdır ki, onlar səbəb və nə­ticə arasında həmcinsliyin və tam mütənasibliyin vacib olduğuna inan­mış­lar (məsələn, istinad üçün “Əl-Mühakimat”ı1 götürək). Daha sonra isə bütün müm­kün olan hər bir şeyi - bəzilərini bilavasitə, bəzilərini isə meditasiya ilə - Qa­dir Allahın xəlq etdiyini söyləmişlər. Onlar ali zəruri varlıqla mümkün var­lıq arasındakı həmcinslik və mütənasiblik barədə heç bir izahat ver­mə­miş­lər. Ruhun səadət və bədbəxtliyinə gəlincə, onlar bu mövzuda poetik dok­trinalarla kifayətlənmişlər. Nəticədə isə onların kitablarındakı prob­lem­lə­rin əksəriyyəti yarımçıq qalmışdır. Müasir filosofların kitablarına nəzər sal­saq, onların da “Allahın adı ilə”, “Həmd olsun Allaha”, “Allahın salamı və rəhməti olsun ona” kimi ifadələrin müzakirəsi, disputlar, mübahisələr və el­mi mövzuların qarışığı ilə dolu olduğunu görərik. Şübhəsiz, keçmiş mü­səl­man filosoflarının kitabları, bütün nöqsanlarına baxmayaraq, hər cəhətdən mü­asir filosofların kitablarından üstündür, necə ki, ilk müsəlmanlar hər bir şey­də indiki müsəlmanlardan daha üstün olmuşlar. Fəlsəfə, onun məqsədi və müəllifləri və müsəlman filosofların kitablarının halı aydın olduqdan sonra, indi mən Hindistanın bütün alimlərinə və oxumuş adamlarına müraciətlə de­yi­rəm: “Ey əsl istedadların varisləri, gözəl və saf instinktlərin yiyələri, bə­si­rətli ağılların ustadları və azad düşüncələrin varisləri! Axı nə üçün başınızı hə­min naqis kitablardan qaldırıb bu geniş dünyaya nəzər salmırsınız? Nə üçün siz öz dərrakə və düşüncənizi bu əsərlərin çəkdiyi pərdə olmadan ha­di­sələri və onların səbəblərini öyrənməyə sərf etmirsiniz? Öz nəcib təfək­kü­rü­nü­zü həmişə əhəmiyyətsiz problemlərə sərf edirsininz: Görəsən, elm mü­əy­yən­lik tələb etməyən qeyri-iradi şeylər sırasındadırmı? Elm aktiv, yoxsa pas­siv kateqoriyaya aiddir? Yaxud əlavə kateqoriyasına, yoxsa şərt ka­te­qo­ri­ya­sına daxildir? Məntiqin mövzusu ikinci dərəcəli rasional elmlər, yaxud da spon­tan ideyalar və ya inaclardırmı, əgər belə deyilsə, onların hamısını be­yin­də və xaricdə dərk etmək necə mümkün olmuşdur? Ümumi növləri əhatə edir və növlər də ümumini əhatə edirsə, hansı üsul seçilməlidir? Növ və ma­hiy­yəti fərqləndirən nədir? Təcrübi yoxlama sadə, yoxsa mürəkkəbdir? Bəs təc­rübi yoxlamadan asılı olan şey nədir? Yaradılış necə, sadə, yoxsa mü­rəkkəbdir?

Sən hələ də hər bir intellektli insanın diqqət yetirməyə borclu olduğu çox önəmli bir sual üzərində düşünmürsən: Görəsən, müsəlmanların yox­sul­luq və ehtiyac içində, köməksiz və bədbəxt olmalarının səbəbi nədir və bu mü­hüm fenomenə və böyük fəlakətə bir əlac var, ya yox? Uca Hakim və Müt­ləq Haqq-Təala onların islah edilməsi üçün bir əsas, ilkin şərait, hə­rə­kət­verici qüvvə yaradıbmı, ya yox? Bu ümmətin dəyişdirilməsi mahiyyət eti­barilə mümkün, yoxsa qeyri-mümkündür, əgər mümkündürsə, reallaşa bi­lər­mi, yoxsa həyata keçirilməsi mümkün deyil? Əgər realdırsa, bunun [ger­çək­ləşməsi] üçün nə kimi əsaslar, şərtlər, vasitələr tələb olunur və onun mad­di və formal əsası nədir? Onun mənbəyi nədədir və islahatın başlanması üçün son damla hansıdır?”

Heç şübhə yoxdur ki, əgər bir şəxs bütün ömrünü bu böyük problemə sərf etməyibsə və bu ağır fenomeni öz düşüncəsinə hədəf seçməyibsə, öz həyatını boşuna sərf edərək puç etmişdir və onun müdrik adlandırılması da düzgün olmazdı, çünki müdrik şəxs baş verənlərin əsas mahiyyətinə bələd olmalıdır.

“Əgər bu gözlər Leylidən başqa birisinin ehtiraslı məhəbbətindən ağlamışsa, Deməli, o göz yaşları hədər yerə axıdılmışdır”1.

Mən bir daha səslənirəm: “Ey Hindistan alimləri, ey sadiq əqidə, doğ­ru fikir və dərin düşüncə mənbələri; çoxsaylı əsərlərin və mətnlərin müəl­lif­lə­ri, çox gözəl risalələrin və təfsirlərin yazarları: Doğrudanmı, öz parlaq zə­ka­larınızı bu müzakirələrə və mübahisələrə sərf etmək sizin saf təbiətinizi və möminliyinizi, gözəl xarakterinizi həqiqətən qane edir: götür-qoy edər­kən müxtəlifliyin vəhdətinin yoxlanılması vacibdir, ya yox? Əgər Zeyd bu gün “Sabah söyləyəcəklərim yalan olacaq” deyirsə və sabah isə: “Dünən de­dik­lərim yalan idi” söyləyirsə, onun yalanlarında həqiqət varmı, bəs doğru de­dikləri necə, yalandırmı??!! Bir halda ki, zahirən qeyri-mümkün olan şü­ur­da da mümkün deyil, o zaman mümkün olmayan şeylərin mümkünsüzlü­yü haqqında necə mühakimə yürütmək olar?

Siz heç vaxt Hindistanın bütün regionlarını əhatə edən teleqraf xət­lə­ri­nə diqqət yetirməmisiniz, həmçinin onların səbəbləri haqqında soruş­ma­mı­sı­nız. Heyranedici əməllərin və çox gözəl işlərin mənbəyi olan elektrik işığını da fikir meydanınıza buraxmırsınız. Hər gün təkrar edirsiniz ki, görmə qa­bi­liy­yəti şüaların emissiyası (yayılması) vasitəsilə yaranır. Hazırda bütün dün­ya­da yayılmış fotoşəkillər də əsla sizin düşüncələrinizi stimullaşdırmırr və fik­rinizi bu səmtə yönəltməyə meyl etmirsiniz. Siz dəmir relslar üzərində yük­sək sürətlə hərəkət edərək yükləri bir ölkədən digərinə daşımağa vəsilə olan buxar enerjisi barədə soruşmursunuz. Siz fonoqrafı1, kameranı, tele­s­ko­pu, mikroskopu və bu kimi şeyləri tədqiqat predmeti və mövzusu olaraq götür­mürsünüz.

İbn Sinanın “Şəfa”sında, yaxud da Şihabəddinin “İşraq fəlsəfəsi”ndə ad­ları çəkilmədiyi üçün bu yeni şeyləri araşdırmaqdan vaz keçməniz nə də­rə­cədə doğrudur? O böyük sələflərinizin sizi təmin etdiyi kimi, siz də öz da­vam­çılarınızı ən yüksək ideyalarla təmin etməyə borclu deyilsinizmi? Hər bir filosof, hətta cahillikdən narazı olan hər bir elmli adam laqeydliyə qarşı ba­rışmaz olmalı deyilmi? Düşüncələrini səbəbləri araşdırmağa yönəltmə­mək hər bir insan üçün nöqsan deyilmi?

Dünyanın haldan-hala düşdüyü bir zamanda yeni yaranmış elm sa­hə­lə­rini, yeni ixtiraları və kəşfləri öyrənməmək bütün bunlara nələrin səbəb ol­du­ğunu bilməyən, laqeyidlik yuxusundan ayılmaq istəməyən görkəmli bir alim üçün səhv addım deyilmi? Aşkar məlum olan həqiqətlərdən bixəbər ol­maq və tam cahil sözlər danışmaq ləyaqətli tədqiqatçıya yaraşan haldırmı? Be­lə tədqiqatçı məlum məsələlər haqqında biliklərdən bixəbər halda xəyali möv­zularla əlləşir”.

Bu, mənim mövzuda çatdırmaq istədiklərimin qisa xülasəsi idi. Allah rüsxət versə, mən bu mövzuya bir daha qayıdaraq fikirlərimi daha ətraflı çatdırmağa çalışacam. Ümid edirəm ki, Hindistanın dərin elmli alimləri bu məqaləni diqqətlə oxuyacaq və yəqin ki, düşünüb-daşındıqdan sonra saf niyyətim onlara da aydın olacaq.

İngilis dilindən tərcüməni çapa hazırlayan:

fəl.e. n., dos. Q.Mürşüdlü


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin