Azərbaycan Hava Yolları



Yüklə 329,33 Kb.
səhifə1/3
tarix17.06.2018
ölçüsü329,33 Kb.
#54021
  1   2   3


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin



Milli Aviasiya Akademiyası


Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən

bəyənilmişdir

Direktor müavini__________H.M. Əliyev

“___”___________________2015-ci il




Azərbaycan Respublikası Təhsil Nazirliyinin _____saylı“____”_______ 2015-ci il tarixli qərarı ilə təsdiq edilmişdir (protokol № ___)


Bakalavr hazırlığı üçün

Topoqrafiyanın əsasları və kartoqrafiya

FƏNNİNİN PROQRAMI

Fakültə: Hava nəqliyyatı

İxtisas: 050507 Hidrometeorologiya

İxtisas kafedrası: “Aviasiya meteorologiyası”

Fənni tədris edən kafedra: “Aviasiya meteorologiyası”

Kurs: 2

Semestr: 3

Fənnə ayrılan ümumi saatlar: 180

Auditoriya saatlarının cəmi: 90

o cümlədən

Mühazirələr: 60 saat

Laboratoriya: -

Seminar, praktiki məşğələ : 30 saat

Tələbənin auditoriyadan kənar işi: 90 saat

BAKI -2015

“Topoqrafiyanın əsasları və kartoqrafiya” fənn proqramı


Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən
«___» ________ 2014-cü ildə təsdiq edilmiş Ali Təhsil Pilləsinin Dövlət Standartı və
«___» _______ 2014-cü ildə MAA-nın Elmi Şurası tərəfindən təsdiq edilmiş
050507 – “Hidrometeorologiya” ixtisasının tədris planı əsasında tərtib olunmuşdur

(ixtisaslaşması- “Aviasiya meteorologiyası”)

Fənn proqramını tərtib edənlər:

“Aviasiyameteorologiyası”

Kafedrasının müəllimi______________________Ə.M.Qasımov

Fənn proqramı “Aviasiya meteorologiyası” kafedrasının iclasında müzakirə olunmuşdur:


( “__”__________2015-ci il tarixli iclas “__/__/__” №-li protokol)
Kafedra müdiri, t.e.d.,prof._______________ N. Ş.Hüseynov
Fənn proqramı MAA-nın “Hava nəqliyyatı” fakültəsinin Elmi Şurasının iclasında müzakirə olunmuşdur və bəyənilmişdir
( “____”____________2015-ci il tarixli iclas “___” №-li protokol)
Dekan, t.e.n. dos. _________________________T.İ.Kərimli

Fənn proqramı MAA-nın Elmi-Metodiki Şurasında bəyənilmişdir


( “____”____________2015-ci il tarixli iclas “____” №-li protokol)

Sədr, tədris işləri üzrə prorektor, prof._______________Ə.S.Səmədov



Mündəricat
Giriş....................................................................................................................................4

    1. 1.1 Fənnin tədrisinin məqsədi............................................................................................4

    2. 1.2 Fənnin tədrisinin əsas vəzifələri...................................................................................4

1.3 Fənn üzrə bilik və bacarıqlara olan tələblər................................................................. 4

1.4 Fənnin digər fənlərlə əlaqəsi.........................................................................................5

2. Fənnin məzmunu...........................................................................................................5

2.1 Fənn üzrə saatların bölüşdürülməsi...............................................................................5

2.2 Fənnin mövzular üzrə planı...........................................................................................6

2.3 Fənnin dərs növləri üzrə paylanması.............................................................................7

2.3.1 Mühazirə dərslərinin mövzuları və həcmi..................................................................7

2.3.2 Məşğələ (laboratoriya) dərslərinin mövzuları və həcmi............................................9

2.3.3 Tələbələrin sərbəst işlərinin mövzuları və həcmi.......................................................10

2.3.4 Tələbələrin sərbəst işləri (TSİ və Sİ) və nəzarət növləri............................................10

3. Fənn üzrə tədris-metodiki materiallar və ədəbiyyat.....................................................12

3.1 Əyani və digər tədris-metodiki vəsaitlərin, metodiki materialların siyahısı*................12

3.2 Tövsiyə olunan ədəbiyyat..............................................................................................13

Əsas ədəbiyyat......................................................................................................................13

Əlavə ədəbiyyat.....................................................................................................................13

Giriş
Fənn proqramı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24.12.2013-cü il tarixli 348 saylı Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” əsasında işlənib hazırlanmışdır. Fənn proqramı Milli Aviasiya Akademiyasının 050507 – Hidrometeorologiya ixtisasının “Aviasiya meteorologiyası” ixtisaslaşması üzrə bakalavr hazırlığı üçün tərtib olunmuşdur. Proqrama fənnin tədrisinin mərhələlər üzrə məzmunu və həcmi daxildir.

Fənn proqramı əsasında işçi proqram (sillabus) hazırlanır.

Fənn proqramı müəllim və tələbələrin istifadəsi üçün nəzərdə tutulmuşdur.



    1. 1.1. Fənnin tədrisinin məqsədi



“Topoqrafiyanın əsasları və kartoqrafiya” fənninin tədris olunmasında əsas məqsəd tələbələr tərəfindən xalq təsərrüatının müxtəlif sahələri, aviasiya və sinoptik meteorologiya və bir sıra elmi məqsədlər üçün topoqrafiya və kartoqrafik materialları, planları və xəritələri tərtib edilməsini mənimsəməkdir. Aviasiyanın bir çox sahələrində bu materialların tətbiqi geniş vüsət almışdır və onların müasir rəqəmli formada istifadəsi vacib şərtlərdən biridir.



    1. 1.2. Fənnin tədrisinin əsas vəzifəsi



Fənnin tədrisinin əsas vəzifəsi hidrometeorologiya elminin müxtəlif sahələrində istifadə olunan obyekt və hadisələrin xüsusiyyətlərini və bir – biri ilə qarşılıqlı əlaqələrini xəritədə təsvir etmək haqqında biliklərin tələbələrə çatdırılmasıdır. Kartoqrafik materialların istifadəsinin ən vaçib istiqaməti aviasiya kartoqrafiyasının inkişafıdır ki, onun da əsasını coğrafi xəritələr üzərində meteoroloji məlumatların əks edilməsi, yəni meteoroloji xəritələrin yaranması təşkil edir ki, bu da son dərəcədə zəruridir.
1.3 Fənn üzrə bilik və bacarıqlara olan tələblər
Fənnin öyrənilməsi nəticəsində tələbələr aşağıdakıları

bilməlidirlər:

  • Yer kürəsinin quruluşu, müxtəlif elmi, mühəndis – texniki məsələlərin həllini, ərazinin xəritələrinin tərtibini, kompleks geodeziya və kartoqrafiya işlərini.

  • Xəritə, plan və aerofoto şəkilləri sırbəst oxumağı, onlardan müxtəlif növ məsələlərin həllində istifadə etməyi;

  • Topoqrafik planlama metodlarını və bu zaman istifadə edilən bucaq, məsafə və yüksəklik ölçən alətləri və onlardan istifadə qaydalarını;

  • Kompyuter qrafikası ilə xəritələri, planları tərtib etmə üsullarını və qaydalarını;

bacarmalıdırlar:

  • Xəritələrin, atlasların təsnifatını,kartoqrafik təsvir təsvir üsullarını və xəritələrin istifadəsini;

  • Müxtəlif məzmunlu tematik və ümumicoğrafixəritə və atlaslardan istifadəni;

  • Aerokosmik təsvirlər üzərində deşifrə və ölçi işlərini, rəqəmli xəritələrin, coğrafi informasiya sistemlərinin (CİS) tətbiqi haqqında müfəssəl məlumatları



1.4. Fənnin digər fənlərlə əlaqəsi

Fənnin öyrənilməsi nəticəsində əldə olunan bilik və bacarıqlar daha sonra tədris olunan hidrometeorologiya fənnlərin öyrənilməsində və bakalavr və maqistr buraxılış işlərinin hazırlanmasında zəruri olaraq istifadə olunacaqlar.




  1. Fənnin məzmunu

2.1 Fənn üzrə saatların bölüşdürülməsi

“Hidrometeorologiya” ixtisasının tədris planına uyğun olaraq «Topoqrafiyanın əsasları və kartoqrafiya » fənni üzrə tədris yükü 90 saat həcmində nəzərdə tutulmuşdur ki, onlardan 60 saat mühazirəyə, 30 saat isə praktiki məşğələlərə (seminarlara) ayrılmışdır. Tələbələrin sərbəst işi (TSİ) 90 saat təşkil edir. Buraya daxildir: Sİ – sərbəst işin yerinə yetirilməsi və təhvil verilməsi; mühazirələrə, seminarlara və kollokviumlara hazırlıq. Sərbəst işin hər biri 1 balla qiymətləndirilir və semestr üzrə cəmi 10 bal təşkil edir. Semestrin sonunda tələbənin fənn üzrə dərsə davamiyyəti maksimum 10 balla, məşğələ dərsləri və kollokviumlar isə 30 balla qiymətləndirilir.

Tədris planına uyğun olaraq fənn üzrə kurs işinin yazılması nəzərdə tutulmamışdır. Fənn üzrə qalan 50 ball imtahana ayrılır.

Tədris yükünün 3-cü semestrdə yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Fənnin tədrisi imtahan ilə nəticələnir. Fənn üzrə kreditlərin sayı – 6.




    1. Fənnin mövzular üzrə planı




Mövzunun adı

Dərs yükünün həcmi (saat)

Cəmi

Müha-

zirə

Məş-

ğələ

Labo-rato-riya


TSİ*

Sİ*

yerinə

yetiril-

məsi

1

2

3

4

5

6

7

8

1

Giriş

6

2

1




2

1

2

Yerin forması, ölçüləri və təyin edilmə metodları

6

2

1

-

2

1

3

Plan, xəritə və digər kartoqrafik əsərlər

6

2

-

-

2

1

4

Koordinat sistemləri və onların çevrilməsi

6

2

1

-

2

1

5

Yer səthi üzərində nöqtələrin vəziyyətinin təyini

6

2

1

-

2

1

6

Xəritələrin beynəlxalq nomenklaturası və bölünməsi

6

2

1

-

2

1

7

Xəritələrin riyazi əsası və əsas ele-mentləri.Kartoqrafik proeksiyalar və təhriflərin xarakterinə görə onların təsnifatı

6

2

1

-

2

1

8

Normal kartoqrafik şəbəkə növlərinə görə kartoqrafik proyeksiyaların təsnifatı

6

2

1

-

2

1

9

Topoqrafik xəritənin koordinat şəbəkəsi

5

2

1

-

2

1

10

Bucaqların ölçülməsi

5

2

-

-

2

1




Kollokvium №1

2




2

-







11

Qlobus və atlaslar

6

2

-

-

2

1

12

Xəritələrin miqyası,növləri və formaları

6

2

1

-

2

1

13

Xəritələrin miqyasına,ərazi əhatəsi və məzmununa görə təsnifatı

6

2

1

-

2

1

14

Xəritələrin tiplərinə və vəzifəsinə görə təsnifatı

6

2

-

-

2

1

15

Xəritələrin kompanovkası və topoq-rafik xəritə vərəqinin cəhətləndiril-məsi

6

2

1

-

2

1

16

Topoqrafik xəritələr və şərti işarələri

6

2

1

-

2

1

17

Xəritələrdə fiziki – coğrafi, ictimai - iqtisadi obyekt və hadisələrin təsviri

6

2

1

-

2

1

18

Xəritələrdə fiziki – coğrafi obyekt və hadisələrin təsvir üsulları

6

2

1

-

2

1

19


Xüsusi(tematik) xəritələrdə obyekt və hadisələrin təsvir edilmə üsulları

5

2

1

-

2

1



20

Kartoqrafik generalizasiya və növlə-ri

5

2

1

-

2

1




Kollokvium №2

2




2

-







21

Topoqrafik xəritələr üzərində aparılan kartometrik işlərin növləri

5

2

1

-

2

1

22

Topoqrafik xəritələr üzrə həll edilən bəzi məsələlər.

6

2

1

-

2

1

23

Topoqrafik planalma və növləri. Teodalitlə planalma və abrisin tərtib edilməsi.

6

2

1

-

2

1

24


Nivelirləmə.Barometrik nivelirləmə

yüksəkliyini nnnöqtələrinyüksıkliyini yyüyyüyüksəkliyinin



6

2

1

-

2

1

25

Məsafədən tətqiqetmə üsulları ilə planalma.Aerofotoşəkillərin trasfor-masiyası və deşifrə edilməsi.

6

2

-

-

2

1

26


Dövlət Geodeziya şəbəkəsi. Geode-ziya-topoqrafiya şəbəkələri və növ-ləri.AZPOS sistemi.

6

2

-

-

2

1

27

İqlim xəritələri. Hava proqnozlarının tərtibində istifadə olunan topoqrafik xəritələr

5

2

1

-

2

1

28

Qlobal peyk sisteminə əsaslanan koordinat sistemləri

6

2

1

-

2

1

29

Aviasiyada istifadə olunan hava xəritələri

6

2

1

-

2

1

30

Vaxt və onun ölçülməsi

6

2

1

-

2

1




Kollokvium №3

2




2

-










Cəmi

180

60

30




60

30

Yüklə 329,33 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin