Azərbaycan hava yollari” qapali səhmdar cəMİYYƏTİ MİLLİ aviASİya akademiyasi fakültə



Yüklə 26,91 Kb.
tarix10.01.2022
ölçüsü26,91 Kb.
#108311

AZƏRBAYCAN HAVA YOLLARI”

QAPALI SƏHMDAR CƏMİYYƏTİ

MİLLİ AVİASİYA AKADEMİYASI

Fakültə: Avianəqliyyat istehsalatı

Kafedra: Avianəqliyyat istehsalatı

İxtisas: Avianəqliyyat istehsalatının təşkili

Fənn: Politologiya

Qrup: 1213a

Sərbəst iş No:2

Mövzu: Azərbaycanın maarifçilərinin siyasi fikirləri. Mirzə Fətəli Axundov.

Tələbə: Daşdəmirova Gülnar

Müəllim: Aliyeva Solmaz

Bakı 2015

Mirzə Fətəli Məhəmmədtağı oğlu Axundov (Axundzadə) (1812 Nuxa (Şəki) – 1878 Tiflis) — Azərbaycan yazıçı-dramaturqu, materialist filosofu, ictimai xadim, Azərbaycan dramaturgiyasının banisi.

Mirzə Fətəli Axundov 1812-ci ildə Nuxa (Şəki) şəhərində anadan olmuşdur. Atası Mirzə Məhəmmədtağı və anası Nanə xanım 1814-cü ildə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçmüşlər. O, 13 yaşınadək ailəsi ilə birlikdə Cənubi Azərbaycanın müxtəlif bölgələrində yaşamışdır. 1825-ci ildə anası ilə Şəkiyə qayıtmışdır. Fətəlinin ruhani olmasını istəyən anasının əmisi Axund Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə aparır. Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə dahi Azərbaycan şair və filosofu Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini öyrənmişdir. Lakin Mirzə Şəfinin gənc Fətəliyə təsiri bununla bitmir. Bu göruş Mirzə Fətəlinin həyat və yaradıcılığına, ümumiyyətlə, onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir.

Dövrünün müasir elmləri ilə maraqlanan Fətəli 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə daxil olur və bir il burada təhsil alır. 1834-cü ildə o, Tiflisə getmiş, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. 1873-cü ildə ona polkovnik hərbi rütbəsi verilmişdir. 

1851-ci ildə Rus Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinə üzv seçilən Axundov sonralar Qafqaz Arxeoqrafiya Komissiyasında tədqiqat işlərinə cəlb olunur. O, "Əkinçi" qəzetinin nəşrinə böyük əhəmiyyət vermiş, onun səhifələrində "Vəkili Milləti-Naməlum" imzası ilə məqalələr dərc etdirmişdir.

Mirzə Fətəli Axundovun qızı Nisə xanım Xanbaba xanın həyat yoldaşı olmuşdur.

Mirzə Fətəli Axundov 1878-ci ildə Tiflisdə vəfat etmiş və Tbilisi botanika bağında yerləşən müsəlman məzarlığında dəfn olunmuşdur.

Axundov bədii yaradıcılığına şeirlə başlamışdır ("Səbuhi" təxəllüsü ilə). O, Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin ən böyük nümayəndəsidir. Mirzə

Fətəli İslamdünyasının ictimai, sosial və siyasi sahələrində radikal islahatların lüzumluğu fikrini müdafiə edirdi.

M.F.Axundzadə 1850-1855-ci illərdə özünün məşhur altı komediyasını yaratmaqla nəinki Azərbaycan ədəbiyyatında, bütövlükdə Balkanlardan Hindistana qədərki türk-müsəlman dünyasında dramaturgiyanın əsasını qoymuşdur. Böyük ustad bu komediyalar ilə Şərq aləmində dram yazmağın nümunəsini göstərmişdir. Bunu hər kəs qəbul edir ki, türk-müsəlman dünyasında dramaturgiya Mirzə Fətəli Axundzadə dramaturgiyasının ənənələri işığında inkişaf etmişdir.

Azərbaycan teatrı Axundzadənin ölməz komediyaları zəminində yaranmışdır. 1873-cü ildə Həsənbəy Zərdabi Nəcəfbəy Vəzirovla birlikdə Bakı məktəblərinin birində məşhur «Hacı Qara» əsərinin tamaşasını göstərməklə Azərbaycanda, həm də ümumən türk-müsəlman aləmində teatr hərəkatının əsasını qoymuşdur. Mirzə Fətəli Axundovun komediyalarında Azərbaycan qadınlarının timsalında ilk dəfə Şərq qadınlarının səhnə obrazları yaradılıb. XIX əsrdə teatr səhnəsində Azərbaycan qadınının səhnədə kişilərlə birlikdə gülüb danışmasını göstərmək hünər tələb edirdi. Zamanına görə bu böyük işi də Mirzə Fətəli Axundzadənin əsərlərini səhnəyə çıxarmaqla Azərbaycan maarifçiləri həyata keçirməyi bacarmışlar.

M.F.Axundovun yaradıcılığı Avropa ədəbiyyatşünaslarının və teatrşünaslarının diqqətini çox tez cəlb etdi. 1852-ci ilin avqustunda Alman jurnalı Magazin für die Literatur des Auslandes (Xarici ədəbiyyat jurnalı) yazırdı: "Fikirləşmək olardı ki, Transqafqazın müsəlman əhalisi İslam ruhuna uyğun olaraq belə yeniliklərə (teatra) hələ uzun zaman yad qalacaqlar, lakin onların arasından qəflətən dramatik dahi meydana çıxdı, Tatar Molyeri, hansının ki, adı onun ölkəsinin sərhədlərindən kənarda da diqqətə layiqdir. O Mirzə Fətəli Axundovdur".



M.F.Axundzadə 1837-ci ildə - 25 yaşında ikən «Puşkinin ölümünə Şərq poeması»nı yazmış və dərhal da rus dilində «Moskovskiy nablyudatel» jurnalında çap etdirmişdir. O,Aleksandr Puşkinin faciəli ölümündə çarın əli olduğu üçün susmağa məcbur olmuş rus şairlərini xəcalətdən qurtarmış, Rusiya ədiblərinin vətəndaşlıq vəzifəsini yerinə yetirmişdir.
Siyasətin optimallığı probleminin həllində birmənalı rol oynamayan din və siyasət münasibətləri nisbəti bu iki fenomenin nisbətinin, qarşılıqlı əlaqələ- rinin ayrı-ayrı aspektləri Azərbaycanın tanınmış mütəfəkkiri, inqilabçı-demokrat M.F.Axundovun da diqqətini cəlb etmişdir. Onun bu məsələlərə dair baxış- larının səciyyəvi xüsusiyyəti islam dininin siyasi ölçülərlə islahatı ideyasının irəli sürülməsindədir. Bununla əlaqədar M.Axundov yazırdı: «İndiki dövrün və mədəniyyətin tələblərindən göründüyü kimi, islamçılığın bəşəriyyətdə hər iki cinsin azadlığı və bərabərliyini müəyyən edən, Şərq despotizmini müdrik siyasi müəssisələrlə mülayimləşdirən islahata və sivilləşməyə ehtiyacı var». Bu zaman mütəfəkkir onu da qeyd edir ki, siyasət-dövlət idarəçiliyi və ölkənin idarə olunması ilə bağlı, dövlətin və ölkənin maraqları və səlahiyyətlərini nə- zərə alan bütün işlər belə adlanır, həmçinin onlar haqqında elmdə. M.F.Axundov öz dəyərinə görə XVIII əsr fransız maarifçilərinin tanınmış fəlsəfi əsərləri ilə bir sıraya qoyulan «Kəmal-ud-Dövlə məktubları» adlı fəlsəfi traktatında (1863-1865) mövcud quruluşu pisləyərək Yaxın Şərqin ali feodal hökmdarlarına öz ölkələrinin dövlət sistemində kökündən yenidənqurma aparmağı və konstitusiyalı monarxiya qurmağı təkid edirdi. O yazırdı: «… dövlət quruluşu ingilis dövlətçiliyini özündə əks etdirən başlanğıca əsaslanmalıdır, yəni konstitusiyalı dövlət quruluşu olmalıdır, qanuni əsaslarda olmalıdır. Yalnız bu halda dövlət quruluşu uzun müddət mövcud ola bilər və xalq tam qəlbi ilə ona can atar ki, padşahın hakimiyyəti möhkəm olsun». Feodal cəmiyyətinin kökündən yenidən qurulması, Yaxın Şərq ölkələ- rində onların iqtisadi, siyasi, sosial və mədəni inkişafına səbəb olan və xalqın geniş təbəqələrinin ən mühüm maraqlarına cavab verən yeni dövlət quruluşunun qurulması, sonrakı illərdə də M.Axundovun maraq dairəsində olmuşdur. Uzun düşüncələrdən və Qərbi Avropanın inqilabi hərəkatı tarixi ilə dərin tanışlıqdan sonra o, XIX əsrin 70-ci illərində belə bir nəticəyə gəlir ki, mövcud quruluşu kökündən sülh yolu ilə dəyişmək olmaz və onu yalnız zorakı yolla – xalq kütlələrinin silahlı üsyanı yolu ilə devirmək mümkündür. Beləliklə də M.F.Axundov xalqı feodal quruluşuna qarşı silahlı mübarizəyə və demokratik respublika qurmağa səsləməklə Azərbaycanda və
Yaxın Şərq ölkələrində inqilabi-demokratik ideologiyanın əsaslarını qoymuşdur. Bu konsepsiya onun «Yek kəlmənin tənqidi» adlı məqaləsində də (1875) öz ifadəsini tapmışdır. Burada həmçinin XIX əsrin 70-ci illərində İranda dinin və siyasətin qarşılıqlı təsirinə dair bir necə vacib tövsiyələr də vermişdir. Belə ki, M.Axundov konstitusiyanın əsasına islamın müddəalarını qoymağı təklif edən Mirzə Yusif xanın teokratik dövlətin təşkili haqqında ideyasına, həmçinin kəskin şəkildə dini ehkamlara söykənərək İranda fransız tipli respublika yaratmaq cəhdlərinə qarşı çıxmışdır. Ümumiyyətlə, təhlil göstərir ki, din və siyasətin qarşılıqlı əlaqələri, qar- şılıqlı təsiri və dəstəyi problemi müxtəlif dövrlərin və zamanın alimlərinin, mütəfəkkirlərinin diqqətini həmişə cəlb etmiş və bu iki fenomenin qarşılıqlı əlaqələri müxtəlif forma daşıyaraq, dövrün tələbləri nöqteyi-nəzərindən işıq-145 landırılmışdır. Doğrudur, tarixdə din amilinin bəzən siyasətdə aparıcı rol oynadığı səhnələr az olmamışdır. Lakin qeyd etmək lazımdır ki, din bəzən ideologiyaya çevrilərək siyasətdə aparıcı rol oynasa da o siyasətdə müstəqil sosial subyekt kimi deyil, siyasətin formalaşmasında iştirak edən şəxslərin dünyagörüşü vasitəsilə təsir göstərə bilər. Bu səbəbdən siyasətdə qalıcı ola bilməz. Azərbaycanda belə vəziyyət, yəni dinə söykənən siyasi hakimiyyətin təsis edilməsinə neqativ yanaşma Azərbaycan Demokratik Respublikasının dövlət strukturlarının yaradılmasınadək davam etmişdir. Buna misal kimi parlament idarə üsulunu qəbul etmiş Şərqdə ilk demokratik dövlətin hakimiyyət ideologiyasının formalaşmasını göstərmək olar. Müasir Azərbaycan artıq öz strateji rolunu seçmişdir, bu gün Respublikamız müstəqil, demokratik, hüquqi, dünyəvi dövlətdir. Son onillikdə Azərbaycan cəmiyyətinin bütün səyləri ölkədə qanunun aliliyi, formalaşan vətəndaş cəmiyyəti ilə əməkdaşlıq kimi başlıca prinsiplərə əsaslanan dövlətin qurulmasına yönəlmişdir. Bu, məhz həmin idealdır ki, millətin bütün fikri, məramı ona nail olmağa istiqamətlənmişdir. Lakin ideallar nə qədər dəyişsə də Azərbaycan dövlətinin müstəqilliyinin təmin edilməsi hə- mişə Azərbaycan xalqının ali idealı olmuşdur. Belə bir müstəqil dövlətçiliyin təşəkkülü isə yalnız ümummilli lider Heydər Əliyevin səyləri və dahi şəxsiyyəti sayəsində mümkün
olmuşdur. Onun liderlik təcrübəsi və intellektual potensialı nəinki çox mürəkkəb və kəşməkəşli şəraitdə dövlətçiliyimizi yaratdı, həm də bizim hamımıza özümüzü dünya birliyinin bərabərhüquqlu üzvləri kimi hiss etməyə imkan verdi. Beləliklə, dövlət haqqında istənilən təlim qanunauyğun olaraq öz dövrünün siyasi-hüquqi gerçəkliyi nəzərə alınmaqla qurulur və bu zaman hər bir dövr üçün siyasətin optimallığı probleminin özünəməxsus həlli üsulu səciyyəvidir.

2012-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Mirzə Fətəli Axundovun haqqında bioqrafik bədii film çəkilmişdir. "Sübhün səfiri" adlanan filmin mütəfəkkirin 200 illik yubileyi münasibətilə ekranlara çıxmışdır. [

Əsərləri


  • Şərq poeması (1837)

  • Hekayəti Molla İbrahim-Xəlil Kimyagər (1850)

  • Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur (1850)

  • Sərgüzəşti-vəziri-xani-Lənkəran (1850)

  • Hekayəti Xırsi-Quldurbasan (1851)

  • Sərgüzəşti Mərdi-Xəsis (Hacı Qara) (1852)

  • Mürafiə vəkillərinin hekayəti (1855)

  • Aldanmış Kəvakib (Hekayəti-Yusif şah) (1857)

  • Fəhristi-kitab (1859)

  • Nəzm və nəsr haqqında (1862)

  • Tənqid risaləsi (1862)

  • Kəmalüddövlə məktubları (1865)

Ədəbiyyat

az.wikipedia.org



Politologiya- X.S.Ibrahimova 2012

Yüklə 26,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə