Azərbaycan hava yollari qapali səhmdar cəMİYYƏTİ MİLLİ aviASİya akademiyasi faküLTƏ



Yüklə 384,69 Kb.
tarix18.02.2022
ölçüsü384,69 Kb.
#114577
fidan.bus 6


AZƏRBAYCAN HAVA YOLLARI QAPALI SƏHMDAR CƏMİYYƏTİ

MİLLİ AVİASİYA AKADEMİYASI

FAKÜLTƏ: Fizika texnologiya

İxtisas: 050628 “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”

Fənn: Kommunikasiya və bussistemin əsasları

Sərbəst iş № 6.

Mövzu: Data şəbəkələrində rəqəmsal modulyasiya.

Qrup: 1168a

Tələbə: Əlizadə Fidan

Müəllim: Musayev Vaqif




BAKI 2021

Data şəbəkələrində rəqəmsal modulyasiya.

Diskret siqnallaınüç əsas modulyasiya üsulları aşağıdakılar hesab olunur:

- Amplitud manipulyasiyası (ASK);

- Tezlik manipulyasiyası (FSK);

- Faza manipulyasiyası (PSK);

Rəqəm verilənlərinin analoq siqnallarına çevrilməsindən başqa, naqilsiz verilişdəəlavə - analoq modulyasiyasına da ehtiyac vardır. Burada rəqəm modulyasiyasından sonra alınan modullayıcı analoq siqnalının mərkəzi tezliyi, daşıyıcı radiotezliyinə köçürülür. Məsələn, rəqəm modulyasiyası, 1 Mbit/san sürət ilə ötürülən bitlər axınını, tezliyi 1 MHs olan darzolaqlı siqnala çevirir. Diskret modulyasiya növü sayılan rəqəm modulyasiyasınınəsas növləri aşağıdakılardır:

amplitud manipulyasiyası OOK - On/Off Keying

tezlik manipulyasiyası FSK - Frequensy Shift Keying

faza manipulyasiyası PSK - Phase Shift Keying

amplitud - faza manipulyasiyası (APSK - Amplitude Phase Shift Keying, QASK - Quadrature Amplitude Modulation) kimi növləri mövcuddur.

Amplitud manipulyasiyası daşıyıcı tezliyin qoşulması və söndürülməsi ilə xarakterizə olunur (On/Off Keying - OOK), çıxış rəqsləri – radioimpulslar ardıcıllığışəklində olur. Düzbucaqlıqurşayan ikilik modullayıcı siqnalı təkrar edərək iki qiymət alır . Əgər amplitud manipulyasiyalısiqnalın amplitudu yalnız sıfırdan dərqli qiymətlər alırsa, iki səviyyəlimanipulyasiya üçün - ASK (Amplitude Shift Keying) vəçox səviyyəli manipulyasiya üçün - MASK (Multiple ASK) terminləri tətbiq edilir.

Şəkil 1. OOK amplitud manipulyasiyalı rəqslərin qrafikləri.

Rəqəm modulyasiyası növləri üçün, vektor sxemini modullanmış daşıyıcının vektorunun fırlanmasını nəzərə almadan informasiya siqnalları toplusu kimi təsvir etmək daha münasib sayılır ki, buna “constellation diagram” - siqnal ulduzlar toplusu (topası) da deyirlər. Amplitud manipulyasiyası üçün ulduzlar toplusu göstərilmişdir. A1 ... A4 – rəqslərin amplitudu; M - amplitudun ala biləcəyi diskret qiymətlərin sayıdır. Adətən, amplitudların qonşu qiymətləri, modullayıcı informasiya kombinasiyalarına uyğun gəlir ki, bunlar bir dərəcədə (tərtibdə) fərqlənirlər. Bu cür əks olunma Qrey kodu adlanır. Demodulyasiya zamanı, qəbul olunmuş informasiya kombinasiyasında, yalnız bir bitdə səhv (xəta) yaranır.

Şəkil.2. Ampiltud manipulasiyasının ulduzlar toplusu kimi təsviri

Ən sadə halda tezlik manipulyasiyası (FSK), iki tezliyin olması ilə xarakterizə olunur (sıxma və buraxma) ki, bunlar ilkin ikilik modullayıcı siqnalların səviyyələrinə uygun gəlirlər. İstifadə olunan tezliklərin sayı artdıqda, M-ci tezlik manipulyasiyası (MFSK) alınır. Belə modulyasiyanın tətbiqi sayəsində, bir tonal göndərişə düşən bitlərin sayının artırılması hesabına, simvolların ötürülməsi sürətini artırmaq olur.Tezlik manipulyasiyalı siqnalın zaman diaqramışəkil5dəverilmişdir. Tezlik manipulyasiyalı rəqslərin spektrinin enini azaltmaq üçün, ilkin informasiya siqnalı tezlik süzgəclənməsinə məruz qala bilər ki, nəticədə giriş modullayıcı impulsları hamarlanmış olur. Qauss ATX-lı süzgəc istifadə edəndə alınan modulyasiya GFSK- adlandırılır.

Şəkil.3.Tezlik manipulasiyası siqnalın zaman diaqramı

Bu növ modulyasiya DECT – naqilsiz telefon standartında istifadə edilir. NMT-450 Skandinav şanvari analoq rabitə standartında cəld tezlik manipulyasiyası (Fast FSK- FFSK) istifadə olunur. Sürət 1200 bod təşkil edir vəaltdaşıyıcıda manipulyasiya aparılır. Manipulyasiya olunmuş altdaşıyıcı, yüksək tezlikli daşıyıcının adi tezlik modulyasiyası üçün modullayıcı siqnal rolunu yerinə yetirir. Faza manipulyasiyası (PSK) - simvolların yüksək sürətləötürülməsini təmin edən manipulyasiya növüdür. Ən yaxşı maneədavamlılıq : olanda alınır. Burada : M - faza qradiasiyalarının sayı; i = 1, 2...., M ola bilər. BPSK - ikifazlı faza manipulyasiyasıdır. M-fazalı faza manipulyasiyası (MPSK) zamanı binar əlifbası deyil, M – simvoldan ibarət əlifba istifadə olunur ki, nəticədəK=log2M sayda bit ardıcıllığını, hər simvol intervalında göndərmək olur. Bu halda informasiya ötürülməsi sürəti, kdəfə manipul-yasiya sürətindən çox olur. Dördfazalı faza manipulyasiyasında praktikada iki növ faza yığımı tətbiq tapmışdır: A – 00, 900, 1800 , 2700

B – 450, 1350, 2250 və 3150.



İnformasiya kombinasiyalarıüçün, adətən Qrey kodu istifadə edilir. Çox zaman faza manipulyasiyalı siqnalı formalaş-dırmaq üçün kvadratur metod istifadə olunur. Bu üsul ona əsaslanır ki, ixtiyari fazalı istənilən harmonik rəqsi, sinfaz (İn Phase-İ) və kvadratur
Yüklə 384,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin