Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya texnologiyalari institutunun 2015-ci IL üçün hesabat I



Yüklə 3,97 Mb.
səhifə1/20
tarix22.03.2020
ölçüsü3,97 Mb.
#102343
  1   2   3   4   5   6   7   8   9   ...   20



Azərbaycan Milli Elmlər Akademiyası

İNFORMASİYA TEXNOLOGİYALARI
İNSTİTUTUNUN


2015-ci il üçün

H E S A B A T I









AMEA İnformasiya Texnologiyaları İnstitutunun 2015-ci il üçün hesabatı. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2015, 46 səh.
İnstitutun 2015-ci il üçün hesabatında elmi-nəzəri, elmi-innovasiya, elektron elmin formalaşması, tədris-innovasiya, AzScienceNet elm kompüter şəbəkəsi, multimedia, www.ikt.az saytının fəaliyyəti, beynəlxalq elmi əməkdaşlıq öz əksini tapmışdır. Habelə, hesabatda cari ildə dərc olunmuş elmi əsərlər, onların nüfuzlu bazalarda paylanması, əməkdaşların elmi əsərlərinə istinadlar və mühüm elmi nəticələr göstərilmişdir.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunmuşdur.

Hesabatı hazırlayanlar:
tex.f.d. Rəşid Ələkbərov, texnologiyalar üzrə direktor müavini

Mədinə Səidova, elmi katib

t.e.d. Ramiz Alıquliyev, şöbə müdiri

tex.f.d. Fərhad Yusifov, Doktorantura şöbəsinin müdiri



Sabirə Allahverdiyeva, Tədris-İnnovasiya Mərkəzinin müdiri vəzifəsini icra edən





HESABATIN MƏZMUNU




Elmi-nəzəri fəaliyyət .......................................................

4



Elmi-innovasiya fəaliyyəti ..............................................

14



Elektron elmin formalaşması üzrə praktiki fəaliyyət ......

18



Tədris-İnnovasiya Mərkəzinin fəaliyyəti .........................

21



AzScienceNet elm kompüter şəbəkəsinin fəaliyyəti .......

26



www.ikt.az saytının fəaliyyəti .........................................

30



Multimedia Mərkəzinin fəaliyyəti ...................................

33



Beynəlxalq elmi əməkdaşlıq ............................................

34



Elmi-təşkilati işlər və tədbirlər ........................................

37



Elmin populyarlaşdırılması üzrə fəaliyyət .......................

38



Elmi əsərlər ......................................................................

39



Mühüm elmi nəticələr ......................................................

44


  1. ELMİ-NƏZƏRİ FƏALİYYƏT

  1. İnformasiya təhlükəsizliyi

  • E-dövlətin informasiya təhlükəsizliyinin strateji idarə edilməsi üçün qeyri-səlis koqnitiv model işlənmişdir.

  • İnformasiya cəmiyyətində milli kriptoqrafiya siyasətinin əsas istiqamətləri müəyyən edilmiş və bu siyasətin praktiki həyata keçirilməsində qarşıya çıxan problemlərin həlli üçün tövsiyələr verilmişdir.

  • Kiberqoşunların yaradılmasının əsas aspektləri, kiberqoşunların məqsədləri və funksiyaları, struktur-təşkilati modelləri araşdırılmış, kiberqoşunların silah arsenalı və kadr potensialı, həmçinin inkişaf etmiş ölkələrin bu sahədəki təcrübəsi müqayisəli analiz edilmişdir.  

  • E-dövlətin informasiya təhlükəsizliyinə vətəndaşların etimadının qiymətləndirilməsi üçün müxtəlif mənbələrdən alınmış məlumatlar əsasında hesablanmış reputasiya qiymətlərinin inteqrasiyası modeli təklif edilmişdir.

  • E-dövlət mühitində təşkilatın informasiya təhlükəsizliyi mədəniyyəti üçün konseptual model təklif edilmiş, konseptual modelin komponentlərinin formalaşdırılması istiqamətində bir sıra aktual problemlər müəyyən edilmişdir.



  • İnformasiya təhlükəsizliyi insident-lərinin emalı prosesinin prioritetli kütləvi xidmət modeli işlənmiş və müvafiq ehtimal xarakteristikaları müəyyən edilmişdir.

  • İnsan resurslarının idarə olunması sistemlərində fərdi məlumatların informasiya təhlükəsizliyi və bu sahədə respublikadakı vəziyyət təhlil olunmuş, təkliflər işlənmişdir.

  • Əşyaların İnterneti mühitində informasiya təhlükəsizliyi, fərdi məlumatların qorunması problemləri araşdırılmış və həlli yolları göstərilmişdir.

  • İnformasiya müharibəsi modellərinin müqayisəli analizi aparılmış, həmçinin, vətəndaşların davranışlarını idarə etmək üçün nəzərdə tutulmuş informasiya-psixoloji müharibə modelləri araşdırılmış, mümkün təhlükələr müəyyənləşdirilmişdir.





  1. Yüklə 3,97 Mb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin