Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya texnologiyalari institutunun 2015-ci IL üçün hesabat I



Yüklə 3,97 Mb.
səhifə4/20
tarix22.03.2020
ölçüsü3,97 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   20
Big data

  • Big Data texnologiyalarının aktual elmi-nəzəri problemləri, emalı, saxlanılması, analitikası, vizuallaşdırılmasına mövcud yanaşmalar tədqiq olunmuş, dövlətlərin Big Data strategiyaları araşdırılmışdır.

  • Viki-mühitdə Big Data texnologiyalarının tətbiqi problemləri araşdırılmış və onların həlli yolları göstərilmişdir.

  • Neft-qaz sənayesi üçün Big Data analitikanın Cloud Computing platformasında Analytics-as-a-Service xidməti kimi reallaşdırılma imkanları tədqiq edilmiş və tövsiyələr işlənmişdir.

  • E-dövlət sistemində Big Data texnologiyalarının tətbiqi imkanları və perspektivləri araşdırılmışdır.



  1. Data mining

  • Mətnlərin referatlaşdırılmasında üç mühüm kriteriyanı (relevantlıq – referat, mətnin əsas məzmununu özündə əks etdirən cümlələrdən ibarət olmalıdır, izafilik – referatda eyni məzmuna malik cümlələr olmamalıdır, yəni referatda informasiyanın təkrarçılığına yol vermək olmaz və həcm – referatın həcmi əvvəlcədən müəyyən edilmiş limit qiyməti aşmalı deyil) balanslaşdırmaq üçün optimallaşdırma modeli təklif edilmiş və optimallaşdırma məsələsinin həlli üçün alqoritm işlənmişdir.

  • Mətnlərin avtomatik referatlaşdırılması məqsədilə mətndən semantik yükə malik cümlələrin seçilməsi üçün çoxkriteriyalı optimallaşdırma modeli təklif edilmişdir.

  • Mətnlərin avtomatik referatlaşdırılması üçün cümlələrin klasterləşdirilməsinə və optimallaşdırılmasına əsaslanan iki mərhələli model təklif edilmişdir.



  • Linqvistik biliklərdən və sözlərin məzmun genişlənməsindən istifadə etməklə istifadəçiyönümlü (sorğu əsasında) referatların yaradılması üçün metod təklif edilmişdir.

  • Mətnlərin semantik yaxınlığını hesablamaq üçün yeni ölçü daxil edilmişdir.

  • E-dövlət mühitində terrorizmlə əlaqəli məqalələrin aşkarlanması üçün text mining texnologiyasına əsaslanan metod təklif olunmuşdur.

  • Mətnlərin klassifikasiyası üçün yeni metod təklif edilmişdir.

  • İntellektual təhsil sistemlərində tələbələrin referatlarının avtomatik qiymətləndirilməsi üçün semantik və sintaktik informasiyanın kombinasiyasına əsaslanan metod təklif edilmişdir.

  • Plagiatlıqla mübarizə texnolo-giyalarının elmi-nəzəri əsasları sistemli şəkildə şərh edilmiş, cəmiyyətdə plagiatlığın baş vermə prosesi tarixi-xronoloji ardıcıllıqla şərh edilmiş, plagiatlıq halları müəyyənləşdirilmə səviyyələrinə görə ranqlaşdırılmış, mövcud antiplagiat sistemlərinin əsas xarakteristi­kaları və onların müsbət və mənfi cəhətləri analiz edilmişdir.

  • Sözlər arasında semantik münasibətlər və cümlənin sintaktik quruluşundan istifadə etməklə müxtəlif növ mətn plagiatlığını aşkarlamaq üçün metod təklif edilmişdir.





  1. Yüklə 3,97 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə