Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 8,77 Mb.
səhifə25/35
tarix30.07.2020
ölçüsü8,77 Mb.
#102750
1   ...   21   22   23   24   25   26   27   28   ...   35

51. SƏN ALLAH, ONUN KÖKÜNÜ KƏSSƏNƏ
Kəndin rəhmətə layıx kişilərinnən biri də Hüseyin kişidi. Al­lah rəhmət eləsin. Qafan kəntlərinin birinnən Hüseyin kişigilə qo­nax gəlir. Həmin gün də sən demiyəsən çirişdən kətə salıllar. Çiriş də elə bir bitkidir ki, gərəh onun üsdünnən soyux su içmiyəsən. Göyyalın diş göynədən soyux suları, bu da ac. Deyir:

– Hüseyin kişi, bişidiyinizin adı nədi?

Deyir ki, məsgənə. Deyir:

– Ay bacı, onnan bir-ikisini gətsənə!

İki-üçünü gətirir, yeyir, üsdünnən də bir badya su içir. İş elə gətirir ki, qonağın gecə qarnı ağrıyır, bir ayağı qalır çöldə. Öz-özünə deyinir ki, bu nə idi başıma yad yerdə gəldi. Gedən baş so­ruşur ki, Hüseyin kişi, sən allah, dünən yediyimizin adı nə idi? Deyir ki, məsgənə. Deyir:

– Sən allah, onun kökün kəssənə!



ATALAR SЦZÖ VД MДSДLLДR
1. Ağac olan yerə yarpax tökülər.
2. Aprelin on altısı qarının günü çıxır. Ona görə ağsakqallar deyir, martda mərəh, apreldə gərəh, mayda beş bağ otun gərəh. Mə­rəh otu saxlamağ üçün tikilən yerdi. İndi nejə taya yığmırsan, dağ yerində də mərəhsiz alaf saxlamax çətindi. Elə adam var, bir mərəh tikir, elə adam var, biri bəs eləmir, iki mərəh tikir. Mərəh də yerdən tikilir, divarı hörülür. Yarısı yerin altında, yarısı yerin üstün­də olur. Bajası olur, samanı mərəyin üsdünnən toküllər doldurullar. Çox tutmaxdan ötrü öküzdəri içində hərrədillər ki, ayaxlayıf bərkitsin. Axırıncı cərgəyə çatanda da adamlar özü ayaxlıyırdı. Üstün milnən, torpaxnan örtürdülər. Mərəyə qapı qoyurdular, otu ordan çıxarıf heyvana verirdilər. Martda mərəh o deməkdi ki, gərəh martda mə­rəh dəj ola. Mayda da doğan heyvan olur, otdamağa gedə bilmir, yağıntı olur, heyvan sürüşür qıçı sınır, yaxud yelinnidi örüşə gedə bilmir. Ona görə deyillər, may üçün beş bağ ehtiyatın olsun.
3. Aşığın ağzı quzu küzüdü: kərə də çıxar, kürə də.
4. Atamın yeddi-səkgiz qızı olubdu. Anamnan söhbət eli­yən­də deyirdi: Ay bala, biz göz açıb görmüşük ki, süpürgəyə ər de­yəllər, arvad başın salar aşağa. Onda yaşımız az idi, bu sözün mə­nasın dərk eləmirdik da. Demək isdiyirmiş ki, evin böyüyü kişidi. Kişi nəyi məsləhət bilirsə, sən onuynan razılaşmalısan.
5. Ay zamanə, zamanə,

Oxun qoyub kəmanə.

Eşşəhlər arpa yeyir,

At həsrətdi samanə.


6. Atalar deyir ki,

Getdin gördün molla,

Min qəza bulla.

Getdin gördün lotu,

Keş yanında otu.

O deməkdir ki, mollanı görəndə qəzadan uzağ ol, seyidi də görəndə salam vermə qayıt. Lotu da kefkom adamdı, get yanında otur. Yanı onnan saa pis şey gəlməz.


7. Baja tüsdüyə deyif ki, əyrim-üyrüm gedirsən? Tüsdü də qayıdıf bajıya deyif ki, təpəsi dəlih, sən nə deyirsən?
8. Bərşada getdin ayax götür, Bərşatdan çıxdın çörəh götür.
9. Buynuzdu qoçun qisası buynuzsuz qoça qalmıyajax.
10. Çakqal taxtaya dəydi, qayıtdı.
11. Deyillər, söz bilən adam axdarırsansa, hara getdin seç götür, Qaraçannıya gedəndə qabağına kim çıxsa, götür gəl.
12. Dəli qırmızı sevər, gij sarı.
13. Ehsanın ofsanatı var, pulun ofsanatı yoxdu.
14. Gorda yatan gün evdə yata bilməzsən.
15. Həyasızdan həyalan,

Bihəyadan daldalan.


16. Xoş deyirsən, naxoş eşidillər.
17. Kim Qarıqışlağa gedirmişsə, deyirmişdər ayax götür, orda qonax saxlamıllar. Yəni tez get, tez qayıt.
18. Köhnə yurdun qədrini təzə yurtda biləllər.
19. Kürtdərin varın-döölətin bir xoruza yükləsən, götürər, namusun-qeyrətin qırx qəflə-qatıra yükləsən, götürməz.
20. Qonağın üzünə deyil, izinə baxallar.
21. Qoyun olmayan yerdə keçiyə kərəməz ağa deyillər.

22. Laçınnılar gedif Şuşada yeyif-içirmişlər, pulun üsdü qa­landa deyirmişlər əşi, cəhənnəmə qalsın. Şuşalılar deyirmiş ki, biz cahi-cəlalı sizin o cəhənnəm puluynan qazanmışıx.


23. Loğman şəyirdiynən gedir pul qazanmağa. Gedir ki, bir gözəl məkan var. Həkimə deyir, qalax burda. Deyir ki, yox, burda bizim xeyrimiz olmaz. Deyir ki, niyə? Deyir, görmürsən bu meşə bütöy zoğal ağacıdı. Zoğal olan yerdə xəsdəlik olar ki, biz orda qalax xeyir görək?
24. Mal saxlarsan saxlar səni,

Bağ saxlarsan bağlar səni.


25. Yaxşı arvadın iti kök olar, pis arvadın pişiyi.
26. Yatan öküzün başına duran öküz sı...r.
27. Səni doyurmuyana ajdığını bildirmə.
28. Mal danadan, ev hanadan olar.
29. Xeyirdən qalmağ olar, şərdən qalmağ olmaz.
30. Dəlini el saxlar.
31. Kəndin dəlisin də təssübün çəkəsən.
32. Övlüya yatağınnan donuz xortduyur.
33. Dədəm arvad görmüyüf, elə bilir arvadı da bir arvatdı.
34. Əlyannılar döyüşkən, vurub-yıxan adamlar oluf. Ona görə belə bir məsəl var, əlyannısan, qannısan.
35. Şərikli qazan gej qaynar.
36. Yüz gün qov, bir gün ov.

37. Sevdimalı rəhmətdiyin bir yaxşı kalamı vardı. Deyirdi ki, getdız bir kəndə, görduz ki, yadı tərifliyillər, deyin, qohumum­du, tanıyıram. Ən yaxın adamızı pisdiyillər, deyin, tanımıram.



BAYATILAR



  1. Yağış yağıb ellərə,

  2. Damcı damcı göllərə.

  3. Eşitdim balam ölüf

  4. Sorax düşüf ellərə.



  5. Mən aşığam, dağda qan,

  6. Dağda bitər dağdağan.

  7. Pirim balasın vuruf

  8. Göl-göl oluf dağda qan.



  9. Mən aşığam, bir də yaz,

  10. Qələm götür, bir də yaz.

  11. O ananın xəyalıdı

  12. Bu vaxt gələ bir də yaz.



  13. Mərhəmər otda, qoyun,

  14. Gəl, hamar otda, qoyun.

  15. Çobanın əsgər gedif

  16. Zəhirmar otda, qoyun.



  17. Şalım qara boyandı,

  18. Üjü yerə dayandı.

  19. Eşitdim balam ölüf

  20. = Dedilər qırğın oluf

  21. Ərşdə fələk oyandı.



  22. Tüfəyin pas bağlasın,

  23. Atmaynan, pas bağlasın.

  24. Sənə kəm baxanın

  25. Balası yas bağlasın.



  26. Çobanam, qoyuna mən,

  27. Düşmüşəm oyuna mən.

  28. Qumralı qoş bəzədim

  29. Baxmadım boyuna mən.



  30. Ərəbəm, oxmüşəm,

  31. Nə dərdi çoxmüşəm.

  32. Gen dünyanın altında

  33. Kimsəsi yoxmüşəm.



  34. Ərəb mənən, ərəb mən.

  35. Halı, günü xarab mən.

  36. Gen dünyanın altında

  37. Neynəmişəm, yarəb, mən?



  38. Atasız qızdar ağlar,

  39. Dərdini gizdər ağlar.

  40. Atalı dərdin deyər

  41. Atasız gizdər ağlar.



  42. Əlində bələm eylər,

  43. Tutubdu bələm eylər.

  44. Allah da bəndəsinə

  45. Zülmü beləmi eylər?



  46. Buxarı qurum oldu,

  47. Od yandı qurum oldu.

  48. Yetim üzünə baxmaxdan

  49. Mənə hay zülüm oldu.



  50. Maşın gəlir yan verir,

  51. Vətəni nişan verir.

  52. İyid-iyid oğlannar

  53. Asfaltlarda (küçələrdə) can verir.

  54. Hayana getdi bular,

  55. Canım aldı qayğular.

  56. Yol isdərəm, yol vermir

  57. Gündə keşdiyim sular.



  58. Qırxqızın öz dağları,

  59. Tutufdu toz dağları.

  60. Eləjə yadıma düşür

  61. Qənimin öz dağları.



  62. Dağlar başın qarağat,

  63. Apar meylim yara qat.

  64. Gedin düşmana deyin

  65. Day otusun farağat.



  66. Mən aşığam nə qaldı,

  67. Nə qoxadı, nə qaldı?

  68. Fələk mənim başıma

  69. Gətirməmiş nə qaldı?



  70. Qoyun mələyən olar,

  71. Duza gələyən olar.

  72. Balaya (= cavana) bel bağlama

  73. Bala (= cavan) öləyən olar.



  74. Dosduma bax, dosduma

  75. Dosdum düşüf qəsdimə.

  76. Dosdum da yaddar kimi

  77. Torpax tökür üsdümə.



  78. Sən mənim baxdımı gör,

  79. Qaradı, taxdımı gör.

  80. Eləjə atdın getdin

  81. Heş gəlif baxdımı, gör?

  82. Gedən boz atdı, getmə,

  83. Yolun uzaxdı, getmə.

  84. Anayın bu göz yaşları

  85. Sənə duzaxdı, getmə.



  86. Qoyunu qoyun gəlsin,

  87. Dərisin soyun gəlsin.

  88. Anası mələyəndi

  89. Balasın qoyun gəlsin.



  90. Xoş gördüm, dərə, səni,

  91. Tapşırdım elə səni.

  92. O da xeyli ömür isder

  93. Qayıdam görəm səni.



  94. Qoyun çıxdı bərədən

  95. Quzu çıxdı aradan.

  96. Adına nənə qurban

  97. Adın çıxdı aradan.



  98. Gözdərim gözdərinə,

  99. Müştaqam sözdərinə.

  100. Yalvarram ilannara

  101. Dəymiyə gözdərinə.



  102. Dağlar başı tütündü,

  103. Kimin bağrı bütündü.

  104. Gəleydin görüşeydıx

  105. Dünya ölüm-itimdi.



  106. Bu Qırxqızın bulaxları,

  107. Göyərir qıraxları.

  108. Lal olsun anam dili

  109. Eşitmir qulaxları.

  110. Mən aşığam, sal yana,

  111. Dara zülfün, sal yana.

  112. Necəsən, bir ah çəkəm

  113. Kür quruya, sal yana?



  114. Bayatının zilinnən,

  115. Baş tapmadım dilinnən.

  116. Sən dağlardan qar göndər

  117. Mən Arasbar gülünnən.



  118. Qarabağda ilan olmaz,

  119. Gizlin dərdi bilən olmaz.

  120. Mən ağlaram gizlin-gizlin

  121. Göz yaşımı silən olmaz.



  122. Bağda üzüm ağajı

  123. Üzüm-gözüm ağajı.

  124. Bağa baltalı gəldi

  125. Kəsdi bizim ağajı.



  126. Budu, gəldi daş kəsən,

  127. Quru qoyuf yaş kəsən.

  128. Gəldin dərdim artırdın,

  129. Gəlmiyeydin keşgə sən.



  130. Anam ağlar, dəlidi,

  131. Bajım ağlar, dəlidi.

  132. Soldurar gül yanağın

  133. Məyər ollar dəlidi?



  134. Yetiməm, atam yoxdu,

  135. Bir qulam, satan yoxdu.

  136. Düşmüşəm qəm dəryasına

  137. Qolumnan tutan yoxdu.

  138. Mən aşıq, sarı qaldı,

  139. Gün getdi, sarı qaldı.

  140. Vətən yolu gözləməkdən

  141. Gözümdə sarı qaldı.



  142. A dağlar, qoşa dağlar,

  143. Verif baş-başa dağlar.

  144. Sənin ki elin yoxdu

  145. Dön səni daşa, dağlar!



  146. Dağlar, səni əndərim,

  147. Səni bəri döndərim.

  148. Sənə müşkül işim düşüf

  149. Dalınca kimi göndərim?



  150. A dağlar, mura dağlar

  151. Murad ver, murad ağlar.

  152. Kimi murada yetər

  153. Kimi bemurad ağlar.



  154. Yola qoydum tikanı,

  155. Yol götürməz tikanı.

  156. Fələk vuruf dağıdır

  157. Cəhdinən ev tikəni.



  158. Ay qarannıx gejədi,

  159. Ülkər aydan üjədi.

  160. Qoynunu qorrar nənəm

  161. Gör ayrılıx nejədi?



  162. Qəbrimi üjə qoyun,

  163. Götürün üjə qoyun.

  164. Anamın yolu düşər

  165. Üsdünnən baja qoyun.

  166. Bağda gəzər maralı,

  167. Bağrım əzər maralı.

  168. Tutuf saxlamağ olmaz

  169. Belə təzən maralı.



  170. Dağlar başı boz ala,

  171. Duman gələ tez ala.

  172. Töküb qaşın-qabağın

  173. İster mənnən söz ala.



  174. Dağlarda quzu mələr,

  175. Verəsən duzu, mələr.

  176. Mənim kimi ananın

  177. Ellərdə yüzü mələr.



  178. Bu dağlar, daşdı dağlar,

  179. Sənnən yol aşdı dağlar.

  180. Gözümü yuxu tutdu

  181. Maralım qaşdı, dağlar!



  182. Kəhər atın cığası,

  183. Qırıldı qancığası.

  184. Milləti gör kim qırdı

  185. Bir erməni dığası.



  186. Mən aşıq, qar başına,

  187. Yağıbdı qar başına.

  188. Bosdanın dolu döymüş

  189. Dolanır tağ başına.



  190. Bir at mindim, başı yox,

  191. Bir çay keşdim daşı yox.

  192. Burda bir iyid ölüf

  193. = Dedilər oğlan ölüf

  194. Yanında qardaşı yox.

  195. Ay dağlar, aza dağlar,

  196. Qul olan azad ağlar.

  197. Mənim də sənin kimi

  198. Maralım aza, dağlar.



  199. Məni qazax apardı,

  200. Qazax uzax apardı.

  201. Çiynimi çatı kəsdi

  202. Gözümü sazax apardı.



  203. Apardı tatar məni,

  204. Qul edib satar məni.

  205. Gedin anama deyin

  206. Tay hardan tapar məni?



  207. Dağlar, mana tut göndər,

  208. Gilas göndər, tut göndər.

  209. Bir tərlan qaçırmışam

  210. Onu mana tut göndər.



  211. Aran isdi deyəllər,

  212. Suyu pisdi deyəllər.

  213. Aranda qalannara

  214. Sərfə qusdu deyəllər.



  215. Aran arana qalsın,

  216. Aran virana qalsın.

  217. Biz aran görməmişih

  218. Aran görənə qalsın.



  219. Aranda qaldım naçar,

  220. Sınıx golun kim açar?

  221. Məni aranda qoyar

  222. Özü yaylağa qaçar.

  223. Əyilif dağım mənim,

  224. Sınıf budağım mənim.

  225. Bülbül ötmür, gül aşmır

  226. Virandı bağım mənim.



  227. Böyün gün tutqun oldu,

  228. Gün-günnən tutqun oldu.

  229. Bilmədim sel apardı

  230. Bilmədim itgin oldu.



  231. Aşıx oda dərdini,

  232. Xalın oda dərdini.

  233. Dərtbilməz düşsün dərdə

  234. Bilsin o da dərdini.



  235. Mən aşığam, bala, vay,

  236. Balabanam, bala, vay.

  237. Tərlan quş bu yuvadan

  238. Uçurtmadım, bala, vay.



  239. Öküz-öküz, xan öküz,

  240. Boynu qızıl qan öküz.

  241. İnəhlər dağda yaylar

  242. Sən aranda yan, öküz!



  243. Köynəyi ağ saxlaram,

  244. Yuyaram, ağ saxlaram.

  245. Balam qonağım olsa

  246. Bir il (= yüz il) qonax saxlaram.



  247. Köynəyin ağa dönsün,

  248. Yuduxca ağa dönsün.

  249. Qəfildən gir içəri

  250. Ürəyim dağa dönsün.

  251. Zeynalam, yaralıyam,

  252. Vətənnən (balamnan) aralıyam.

  253. Sağımnan güllə dəyif,

  254. Solumnan yaralıyam.



  255. Xəbəri qarğa verər

  256. Qırıldar, qarğa verər.

  257. Uzax yerin xəbərin

  258. Bir atı yorğa verər.



  259. Qərib öldü, götürün,

  260. Dar küçədən ötürün.

  261. Qəribin öldüsünü

  262. Yiyəsinə yetirin.



  263. Dağların alçağınnan,

  264. Qar yağıb alçağınnan.

  265. Gör başıma nə gəldi

  266. Bircəyin alçağınnan.



  267. Elə dəli olmuşam,

  268. Dərtdən dəli olmuşam.

  269. Dərt vurufdu başıma

  270. Öldürməli olmuşam.



  271. Dərt məni dəli eylər,

  272. Dəli eylər, dəng eylər.

  273. Dərd adam öldürməz

  274. Soldurar bədrəng eylər.



  275. Ördək gölüynən ağlar,

  276. Ceyran çölüynən ağlar.

  277. Qərib qızdar dərdini

  278. Gedər eliynən ağlar.

  279. Qırmızını kim boyar?

  280. Kim götürər, kim qoyar?

  281. Sənin cavan canını

  282. Qara yerə kim qoyar?



  283. Ağaşda var mazılar,

  284. Könlüm səni arzular.

  285. Əyilən, öpüm üzünnən

  286. Qoy baxsın tamarzılar.



  287. Yetimin yekə dərdi,

  288. Yüklənib lökə dərdi.

  289. Qəflə-qatır çəkməz

  290. Fil gərək çəkə dərdi.



  291. Yetim, yükün ağırdı,

  292. Ağır götür, ağırdı.

  293. Yetimin yüngül yükü

  294. Qurşunnan ağırdı.



  295. Qapıda durma, yetim.

  296. Boynunu burma, yetim.

  297. Kirpiklərin ox təki

  298. Sinəmə vurma, yetim.



  299. Yetimə matan yoxdu

  300. Bir qulam, satan yoxdu.

  301. Düşmüşəm qəm dəryasına

  302. Qolumnan tutan yoxdu.



  303. Anan varsa da, gəlsin,

  304. Bajın varsa da, gəlsin.

  305. Canı canıma

  306. Yanan varsa da, gəlsin.

  307. Sağı bir yana dursun,

  308. Solu bir yana dursun.

  309. Seçilsin qardaşı ölmüşdər

  310. Balası ölmüşdər bir yana dursun.



  311. Qəribəm, bu vətəndə,

  312. Qərib yollar ötəndə.

  313. Qərib qardaş arzular

  314. Baş yastığa yetəndə.



  315. Qardaş, qardaş, quş qardaş.

  316. Atdanmısan, düş qardaş.

  317. Sinəmə vurdun dağı

  318. Bir mənnən danış, qardaş!



  319. Bir quş gəlir o xannan,

  320. O sultannan, o xannan.

  321. Oleydim bir dəsdə gül

  322. Asıleydim yaxannan.



  323. Nə yaman əsdin, fələk,

  324. Səbrimi kəsdin, fələk.

  325. Harda bina saldım

  326. Pənahım kəsdin, fələk.



  327. Mələ qoyunum, mələ,

  328. Səsin bağrımı dələ.

  329. Mən mələdim, gəlmədi,

  330. Sən mələ, bəlkə gələ.



  331. Mən aşıx dağda nə var?

  332. El getmir, dağda nə var?

  333. Bir dağ balasız olsa,

  334. = Bir dağ Leylisiz olsa,

  335. Getmirəm, dağda nə var?

  336. Şıxam mən, şıxam mən,

  337. Kimin evin yıxam mən.

  338. Girmişəm dost bağına

  339. Nə dərmişəm yıxam mən?



  340. Əlin xına tutmasın,

  341. Çöyür günə tutmasın.

  342. Sənə kimlər qarğadı,

  343. Əvin binə tutmasın?



  344. Çaylar daşdı, bu yaman,

  345. Həddən aşdı bu yaman.

  346. Çoxlu çaylar keşmişdim

  347. Hamısınnan bu yaman.



  348. Mənimki sənsən, neynim,

  349. Mənnən küsərsən, neynim.

  350. Çoxlu dərtdər görmüşəm

  351. Ötgünü sənsən, neynim?



  352. Baxça bar atda qaldı,

  353. Heyva nar altda qaldı.

  354. Hayıf sənin öz canın

  355. Yağdı qar altda qaldı.



  356. Dağlarda sənəy olmaz,

  357. Əkərsən yemək olmaz.

  358. Çoxludu sənin dərdin

  359. Heş yerdə demək olmaz.



  360. Mən aşığam, sar ovlar,

  361. Sar kəkliklər sar ovlar.

  362. Məyər tərlan ölüfdü

  363. Oğlağında sar ovlar?

  364. Dağda dağ ilannarı,

  365. Bağda bağ ilannarı.

  366. Bir çapar atdı gələ

  367. Yığa dağılannarı.



  368. Uzundu boyun, oğlan,

  369. Cənnətdi huyun, oğlan.

  370. Susuyuf su isdərsən

  371. Kim verər suyun, oğlan?



  372. Sağ olun, irağ olun

  373. Çöl yerdə bulağ olun.

  374. Yığılın bir-birinizin başına

  375. Bir-birizdən göz-qulağ olun.



  376. Əppəyimiz aşımız,

  377. Qana dönüf yaşımız.

  378. Hərəmiz bir ölkədə

  379. Dağınıxdı başımız.



  380. Evləri dərə kəndi,

  381. Gümüşdən sinə bəndi.

  382. Çıxarsan el görükmür

  383. Yıxarsan belə kəndi.



  384. Lələyəm, deyənim yox,

  385. Al-yaşıl geyənim yox.

  386. Yüz il gedəm, gəlmiyəm

  387. Heş gəlmir deyənim yox.



  388. Lələsən o yalda dur,

  389. Gör dünya nə haldadur.

  390. Gördün ki, qan içindəsən

  391. Çək ətəyini dalda dur.

  392. Mən aşıx, görmüşdəri,

  393. Ləl gördüm görmüşdəri.

  394. Kim axdarar, kim tapar

  395. Biz gözdən düşmüşdəri?



  396. Baxça barı neynərsən?

  397. Heyva-narı neynərsən?

  398. Özün qaşdın qutardın

  399. Mən yazığı neynərsən?



  400. Baxça-bağın deyiləm,

  401. Heyva-narın deyiləm.

  402. Gəl balana yiyə dur

  403. Zamınkarın deyiləm.



  404. Ağam gəl, ağam gəl,

  405. Ölməmişəm, sağam, gəl.

  406. Boynumda qəm zinciri

  407. Yolunda dustağam gəl.



  408. Quşdar vətənə gedər,

  409. Uçar, vətənə gedər.

  410. Mən dərdimi söyləsəm,

  411. Oba yatana gedər.



  412. Dərdim bir-iki deyil,

  413. Dərman bir-iki deyil.

  414. Dərdini nənən çəksin

  415. Özgələr yükü deyil.



  416. Mən aşıx, oydun məni,

  417. Nar kimi soydun məni.

  418. Nə kölgədə qurutdun,

  419. Nə günə qoydun məni.

  420. Ovçu, ovçu, dad ovçu,

  421. Dad ovçu, bedad ovçu.

  422. Tanıyan səni vurmaz

  423. Səni vuruf yad ovçu.



  424. Getmişdim Gilana mən,

  425. Dönmüşəm ilana mən.

  426. Mən səni hardan alım

  427. Dilana-dilana mən.



  428. Bağa gün düşdü, neynim?

  429. Bağman su işdi, neynim?

  430. Qisməti payladılar,

  431. Mana bu düşdü, neynim?



  432. Çağalat37 çiçəhlədi,

  433. Çiçəyi qöçəhlədi.

  434. Yatdığın yalan oldu

  435. Ölümün gerçəhlədi.



  436. Bənövşəyəm, bitərəm,

  437. Kollar dibin örtərəm.

  438. Mən bala həsrətliyəm

  439. Boynumu əyri tutaram.



  440. Dəvə otdar gəllahı,

  441. Otdadıxca gəllahı.

  442. Azreyil üsdümü kəsəndə

  443. = Düşmən səni vuranda

  444. Çağıreydin Allahı.

  1. Yapıncın bürüneydim,

  2. Dalıncan sürüneydim.

  3. Sən orda can verəndə

  4. = Səni daşdar basanda

  5. Gözünə görüneydim.



  6. Gül əkdim baxçalarda,

  7. Qurutdum taxçalarda.

  8. Sən çürü qara yerdə

  9. Paltarın boxçalarda.



  10. Paltarı boxça saxlar

  11. Gülü tavaxça saxlar.

  12. Qoy getsin ata yanına,

  13. O bizdən yaxşı saxlar.



  14. Sən mənim al yorğanım,

  15. Üsdü xal-xal yorğanım.

  16. Gəldi əcəl fərmanı,

  17. Üsdümdən al yorğanı.



  18. Savalan buz bağladı,

  19. Yanı yarpız bağladı.

  20. Qapıya qonax gəldi,

  21. Atını qız bağladı.



  22. Arxalığ aldırmışam,

  23. Yan-yaxa saldırmışam.

  24. Çoxlu dərtdər çəkmişəm

  25. = Üçcə balam ölüf

  26. Ürəyimi aldırmışam.



  27. Yaxamda ilməy olmaz,

  28. İlməyi düyməy olmaz.



  29. Mən çıxmışam səfərə,

  30. Səfərdi, bilməy olmaz.



  31. Oxların keşdi mənnən

  32. Əyləndi, keşdi mənnən.

  33. Dosd üçün körpü oldum

  34. Düşmən də keşdi mənnən.



  35. Sızıldarmı sağ olan,

  36. Yarası qaysağ olan.

  37. Tay duruf hardan gələ

  38. Qara yer dustax ola.



  39. Apardılar qoydülər

  40. Ağladılar doydülər.

  41. Ağır-ağır sallardan

  42. Sinəm üsdə qoydülər.



  43. Anam olsa, ağlardı.

  44. Bajım olsa, ağlardı.

  45. Açardı kəmər saçın

  46. Cinazama bağlardı.



  47. Pişirim aşım səni,

  48. Töküm qan-yaşım səni.

  49. Alım hayana gedim

  50. Bəlalı başım, səni?



  51. Havada qar səsi var,

  52. Yağıfdı, qar səsi var.

  53. Axdar itik-nalanı

  54. Yenə səfər səsi var.





  55. Təndiri sən oddadın,

  56. Sən qoydun, sən oddadın.

  57. Sinəmdə sağ yerim yox,

  58. Qalmışın sən oddadın.



  59. Su üzündə pərdə mən,

  60. Əcəb düşdüm dərdə mən.

  61. Açılmamış qönçə gül

  62. Necə yatım yerdə mən?



  63. Su üzündə qamışəm,

  64. Su axıb mən qalmışam.

  65. Əldən tərlanım gedif

  66. Mən qalmışam yana-yana.



  67. Saz aldım çala-çala,

  68. Ney aldım çala-çala.

  69. Qərq oldum dəryalara

  70. Qaldım qol çala-çala.



  71. Dağlar başı ala qar,

  72. Ala çisgin, ala qar.

  73. Çoxlu qarrar yağıfdı,

  74. Yağmıyıfdı belə qar.



  75. A dağlar, uca dağlar.

  76. Qar yağar, uca dağlar.

  77. Eləcə yaxşı ola

  78. Köhlən at, uca dağlar.



  79. Yurt kimindi, sonanın,

  80. Yoxdu yurda qonanın.

  81. Qanadın göy boyaram

  82. Düşərgəmə qonanın.

  83. Ördəkliyəm, göllüyəm,

  84. Ceyrannıyam, çöllüyəm.

  85. Məni qərib ağlama

  86. Mən də ağır elliyəm.



  87. Bu dərə dəhnəlidi,

  88. Burda gül əkməlidi.

  89. Azreyil, gendə dolan

  90. Ürəyim fəhməlidi.



  91. A dağlar, qannı dağlar,

  92. Qan tutmuş qannı dağlar.

  93. Burda bir iyid ölüf

  94. İçində qannı dağlar.



  95. Mən aşıx, qannıları,

  96. Qan tutmuş qannıları.

  97. Qudurmuş qurd olaydım,

  98. Qovardım qannıları.



  99. A dərə, qannı dərə

  100. Yarpağı sannı dərə.

  101. Görükmə, göz tökərsən

  102. Azreyil donnu dərə?



  103. Kəkliyim səkdi getdi,

  104. Mana dərd əkdi getdi.

  105. Odunu, yalovunu

  106. Üsdümə tökdü getdi.



  107. Dərədə mal mələdi,

  108. Mal nə yaman mələdi?

  109. Yolumu itirmişəm

  110. Mana bir yol bələdi.

  111. Yaşım rusum oldu,

  112. Axdı rusum oldu.

  113. Hər il gözü yaşdılıx

  114. Mana rusum oldu.



  115. Xoş gördüm, dərə, səni,

  116. Tapşırdım elə səni.

  117. O da xeyli ömür isdiyir

  118. Qayıdım görəm səni.



  119. Əsgərana bağ sallam,

  120. Bostan əkif tağ sallam.

  121. Ya öldürrəm özümü

  122. Ya gözümə tağ sallam.



  123. Bu hava qəralıfdı,

  124. Yağıfdı, qəralıfdı.

  125. Qəfildən bir sel gəlif

  126. Ojağım qəralıfdı.



  127. Dağlar, maralımı ver,

  128. Otdar, maralımı ver.

  129. Sağ maral sənin olsun,

  130. Mənim yaralımı ver.



  131. Durdum getdim suya mən,

  132. Sudan aldım dua mən.

  133. Olmadım qaranquşcan

  134. Damda tikəm yuva mən.



  135. Mən aşığam naz keşdi,

  136. Naz eyləmə, naz keşdi.

  137. Mən burda tərlanıdım,

  138. Belə iyid az keşdi.

  139. Yazım ha yazı deyil,

  140. Yazılış yazı deyil.

  141. Fələk bir yazı yazıf,

  142. Könlümün yazı deyil.



  143. Ördək, gölə bir də gəl,

  144. Ceryan, çölə bir də gəl.

  145. Ant verirəm Allaha

  146. Bizim elə bir də gəl.



  147. Ördək, gölə gəlmərəm,

  148. Ceyran, çölə gəlmərəm.

  149. qədər yalvarsan da

  150. Sizin elə gəlmərəm.



  151. A qoyun, dəli qoyun,

  152. Qurvana gəli qoyun.

  153. Oğlu ölmüş ananın

  154. Adını dəli qoyun.



  155. A qoyun, səkil qoyun

  156. Gəl yola tökül, qoyun.

  157. Aranını yayladın,

  158. Dağlara çəkil, qoyun!



  159. Azreyil, aman-aman,

  160. Canımı alma bu zaman.

  161. Dustax yerdə balam var

  162. Xəbərim gedər yaman.



  163. Fələyin vay əlinnən,

  164. Vur düşsün yay əlinnən.

  165. Qaşdım da qutarmadım

  166. Genə ah-vay əlinnən.

  167. Atdandım atdan oldum,

  168. Qoşunum qətdan oldu.

  169. Mən ki namart deyildim,

  170. Namartdıx dərtdən oldu.



  171. Dəvələr qatar gedər,

  172. Qatarın satar gedər.

  173. Atalar qaydasıdı

  174. Balasın atar gedər.



  175. Quşdar yuva bağladı,

  176. Uşdu yuva bağladı.

  177. Səninnən uçan quşdar

  178. Tamam yuva bağladı.



  179. Qaranquş yuvadadı,

  180. Oxuyur, yuvadadı.

  181. Bir əlim hak dalınca,

  182. Bir əlim duvadadı.



  183. Atam oğlu, dur yeri,

  184. Ətək belə vır, yeri.

  185. Atam oğlu çoxludu,

  186. Hərəsinin bir yeri.



  187. Atam oğlu bu yana,

  188. Malı yoxdu dayana.

  189. Atam oğlu neynəsin

  190. Allahdan olmuyana.



  191. Aşıx, yara kimin var?

  192. Xalın yara kimin var?

  193. Belə dağ, belə dünya

  194. Görəm yara kimin var?

  195. Suları zər başidi,

  196. İşməyə zər basidi.

  197. Sənə bir toy qurallar,

  198. Savaşı göz yaşidi.



  199. Bajıyam, bajım yoxdu,

  200. Dərvişəm, tajım yoxdu.

  201. Vallah, çox dərd çəkmişəm

  202. Ellajım yoxdu.



  203. Narınca bax, narınca,

  204. Saxlaram saralınca.

  205. Öleydi yazıx anam

  206. Belə günə qalınca.



  207. Dolça dərdi, su dərdi,

  208. Dolça çəkər su dərdi.

  209. Öleydi sənin anan,

  210. Çəkmiyeydi bu dərdi.



  211. Can ana, canım ana,

  212. Yasdığım, yanım ana!

  213. Baş qoyum dizin üsdə

  214. Qoy çıxsın canım, ana!



  215. Anam yox, bilə dərdim,

  216. Bajım yox, bilə dərdim.

  217. Nə deyim yaddara mən

  218. Yaddar nə bilə dərdim.



  219. Gözüm, göz gəzdirirsən,

  220. Dilim, söz gəzdirirsən.

  221. Sən gəzən burda yoxdu

  222. Naxah göz gəzdirirsən.

  223. Ay gəzən yeri gördüm,

  224. Gün gəzən yeri gördüm.

  225. Getdim səni tapbadım

  226. Sən gəzən yeri gördüm.



  227. Bazara keçi gəldi,

  228. Keçinin üçü gəldi.

  229. Yer verin yurt göstərin,

  230. Sonsuzun köçü gəldi.



  231. Dağdan aşıb gələnin,

  232. Qanı coşub gələnin.

  233. Xoş halına o kəsin

  234. Halallaşıb ölənin.



  235. Bağa girməyə gəldin,

  236. Gülün dərməyə gəldin.

  237. Sən getdin özünə ev qurmağa,

  238. Bəyəm ölməyə gəldin?



  239. Bir dərdim var, deyimmi?

  240. Qəmnən köynək geyimmi?

  241. Çoxlu dərtdər görmüşəm,

  242. Onu sizə deyimmi?



  243. Çıxdım Yelli gədiyə,

  244. Başı telli gədiyə.

  245. Gəzdim səni tapbadım

  246. Dəydim əlli gədiyə.



  247. Çağır gəlsin dilbəri,

  248. Qara geysin il barı.

  249. Nə baxçalar bar götüsün

  250. Nə açılsın gül barı.

  251. Dağlar, nejə dağlarsan,

  252. Duman, çiskin bağlarsan.

  253. Sinəmdə sağ yerim yox,

  254. Sən haramı dağlarsan?



  255. Gedin deyin anama,

  256. Dağlar düşdü arama.

  257. Özüm məhləm qayırdım,

  258. Özüm qoydum yarama.



  259. Mənimki sənsən, neynim?

  260. Mənnən küsərsən, neynim?

  261. Çoxlu dərtdər görmüşəm,

  262. Ötkünü sənsən, neynim?



  263. Oxum dəryada qaldı,

  264. Atma, dəryada qaldı.

  265. Ölməyinnən deyildim

  266. Heyif, yar yada qaldı.



  267. Oxlağlar, ay oxlağlar,

  268. Oxu saydan saxlarlar.

  269. Sizin yerdə cavanı

  270. Bəyəm belə yoxlarlar?



  271. Daşkəsənnən daş götür,

  272. Qannı gözdən yaş götür.

  273. Səni ant verim Allaha,

  274. Gəlif isdəhli qonağım,

  275. Bu yasdıxdan baş götür.



  276. Aşağı yolmu gedər?

  277. Yuxarı yolmu gedər?

  278. Xəsdəyə qulluğ eliyəllər,

  279. Xəsdə də yolmu gedər?

  280. Bu xəbər nə xəbərdi,

  281. Yaram qabar-qabardı.

  282. Bir yanımı sel aparıf,

  283. Bir yanım bexəbərdi.



  284. Sazın götür dəmə gəl,

  285. Söhbətə gəl, dəmə gəl.

  286. Dərdi olan özü gələr,

  287. Dərd bilməzə demə, gəl.



  288. Qalyanı bayax çəkdim,

  289. Doldurdum, bayax çəkdim.

  290. Dünyanı bevəfa gördüm,

  291. Əl götürdüm, ayax çəkdim.



  292. Qalyanın çək ücündən,

  293. Doldur bir çək ücündən.

  294. Nə namarda möhtac ol,

  295. Nə bəla çək ücündən.



  296. Gör nə gəldi başıma,

  297. Etmədim yoldaşıma.

  298. Ağlıma gəlmiyən işlər

  299. Gəldi mənim başıma.



  300. Gəl gedək bizim yerə,

  301. Saflağı üzüm yerə.

  302. Saralıbdı kəfənim,

  303. Düşübdü üzüm yerə.



  304. Çıxmaram yaylaxlara,

  305. Baxmaram ovlaxlara.

  306. Anan da zəhər qatıb

  307. Sən yeyən qaymaxlara.

  308. Fələyin da evidi,

  309. Da bedad evidi.

  310. Dərdi olan dərdin desin,

  311. Deməsin yad evidi.



  312. Cavanam, nəyim qaldı?

  313. Yük üstə yayım qaldı.

  314. Qonşuda ala gözdüm,

  315. Eldə toy payım qaldı.



  316. Axşamlar hay, axşamlar,

  317. Şam yanar hay axşamlar.

  318. Evli evinə gedər

  319. Qaşqın harda axşamlar?



  320. Qayada qarmağım var,

  321. Çəkməyə qarmağım var.

  322. Bircə baladan ötrü

  323. Sənə yalvarmağım var.



  324. Öldüm, yaradan öldüm,

  325. Göydən, qaradan öldüm.

  326. Ağ sulux, göy qavardan

  327. Yaman yaradan öldüm.



  328. Aşıq sənəm səsinə,

  329. Səs ver sənəm səsinə.

  330. Eləcə həsrət qaldım

  331. Öz kimsənəm səsinə.



  332. Bulax başı yasəmən,

  333. Yendim gəldim səsə mən.

  334. Tapbadım bir kimsənə

  335. Səsim qatam səsə mən.

  336. Gönlüm bir əbəy istər,

  337. Aş istər, əbəy istər.

  338. Qol məndən, gərdan səndən,

  339. Üzündən öpmək istər.



  340. Ana mənim daş üzüm,

  341. Dəmir üzüm, daş üzüm.

  342. Ağlamağdan hayam yox

  343. Çürüdübdü yaş üzüm.



  344. Dağlar başı qəsildi,

  345. Qənim qolumu kəsdi.

  346. Kim açdı, kim bağladı,

  347. Yaran qanı kəsildi.



  348. Atlar yal boynunda,

  349. Otlar yal boynunda.

  350. Mən neylədim fələyə,

  351. Qaldım əli qoynunda?



  352. Saraldım meşə kimi,

  353. Soldum bənööşə kimi.

  354. Eləcə həsrət qaldım

  355. Gülə bənööşə kimi.



  356. Mən aşıq, yaxan pərim.

  357. Yan pərim, yaxan pərim.

  358. Açılıb düymələrin,

  359. Görükür yaxan, Pəri.



  360. Bağınızda tut dəydi,

  361. Gilas dəydi, tut dəydi.

  362. Qolun qurusun ovçu

  363. Güllən nə rast dəydi.

  364. Dağların qarı getməz,

  365. Əriməz, qarı getməz.

  366. Ciyərin yanğusundan

  367. Dodağın barı getməz.



  368. Bağında şirin nə var?

  369. Yeməyə şirin nə var?

  370. Cahanı geş eyləsən,

  371. Baladan şirin nə var?



  372. Qaşın üçün ağlaram,

  373. Gözün üçün ağlaram.

  374. Salam səni yadıma

  375. İmam üçün ağlaram.



  376. Məni bir quş apardı,

  377. Mənzilə tuş apardı.

  378. Çiynimi çatı kəsdi,

  379. Gözümü yaş apardı.



  380. Burdan bir paşa getdi,

  381. Paşa tamaşa getdi.

  382. Atasının zəhmətin

  383. Çaldı bir daşa getdi.



  384. Burdan bir həşim getdi,

  385. Ağladım yaşım getdi.

  386. Ellərdən təkcə-təkcə,

  387. Bizdən bir qoşun getdi.



  388. Çay aşağı söyütdər,

  389. Qoşa bitər söyütdər.

  390. Yanmış qara yer

  391. Qoltuğunda nər gizdər.

  392. Bu gələn Hacalıdı,

  393. Qoy gəlsin, Hacalıdı.

  394. Dövranı sürən sürsün,

  395. Hər kəsin macalıdı.



  396. O tayda fərmanım var,

  397. Bu tayda dərmanım var.

  398. Aç yaranı mən baxım,

  399. Əlimdə dərmanım var.



  400. Arı nəyə gərəkdi?

  401. Balı nəyə gərəkdi?

  402. Oğlu ölmüş ananın

  403. Halı nəyə gərəkdi?



  404. Qoz ağacı deyiləm,

  405. Yel vuranda əyiləm.

  406. Gedirsən, tez qayıt,

  407. Həmişəlik deyiləm.



  408. Gedirsən, məni də apar.

  409. Asda get, ürək qopa.

  410. Axıdaram göz yaşımı

  411. Dalınca sellər qopa.



  412. Qərənfil firdə-firdə,

  413. Bilmirəm nə var səbirdə.

  414. İkimiz birdən ölək,

  415. Qoysunnar bir qəbirdə.



  416. Kəklik daşda nə gəzir?

  417. Səkib daşda nə gəzir?

  418. Oğlu ölən ananın

  419. Ağlı başda nə gəzir?

  420. Bağında gavalı var,

  421. Yeməyə gavalı var.

  422. Gəl getmə bu səfərə,

  423. Səfərin zavalı var.



  424. Atın qaradı, qara,

  425. Mindin getdin ilqara.

  426. Sən ilqardan gəlincə,

  427. Yarın geydi zil qara.



  428. Göydə buludam səni

  429. Sərəm qurudam səni.

  430. Öləm gedəm torpağa

  431. Onda unudam səni.



  432. Çobanam qoyunuza,

  433. Babalım boyunuza.

  434. Ya məni evləndirin,

  435. Ya salın qoynuza.



  436. Çoban itin qurusun,

  437. Arğacında su dursun.

  438. Qıymıram, qarğamıram,

  439. Yeddi il dilin qurusun.



  440. Çoban qoyuna gedər,

  441. Baxar boyuna gedər.

  442. Çobanın ağ toğlusu

  443. Nişan toyuna gedər.



  444. Əsgərlər gündə gedər,

  445. Kölgədə, gündə gedər.

  446. Götürər ağır avtomatın

  447. Yaman gündə gedər.

  448. Ağgöl qırağı düzdü,

  449. Şam əllidi, yüzdü.

  450. Şah küsdü, oba köçdü,

  451. Əlin bağçadan üzdü.



  452. Gülün mənəm, gülün mən,

  453. Bağbanıyam gülün mən.

  454. Ağlamağı bilirəm,

  455. Öyrət mənə gülüm mən.



  456. Tut ağacı yanadı,

  457. Yolum xiyabanadı.

  458. Əyil üzündən öpüm,

  459. Qara tellər şanadı.



  460. Əzizim, üzüm dəydi,

  461. Yel əsdi, üzüm dəydi.

  462. Qiyamət qopmadı ki,

  463. Üzünə üzüm dəydi.



  464. Əzizim, dilə məni.

  465. Dərd etdi pilə məni.

  466. Mən getdim, sən yaşadın,

  467. Arzula, dilə məni.



  468. Qəribi naşı ağlar,

  469. Yarı, yoldaşı ağlar.

  470. Dərdimi daşa desəm,

  471. Əridər daşı, ağlar.



  472. Göz yaşım axdı, neynim?

  473. Sonuma çıxdı, neynim?

  474. Canı dərdimə verdim,

  475. Dərd məni yıxdı, neynim?

  476. Mən aşığam, dosdum, gəl,

  477. Göylərdədir dəsdim, gəl.

  478. Karvanım son səfərdə,

  479. Harda qaldın, dosdum, gəl!



  480. Əziziyəm, şana bax,

  481. Şöhrətə bax, şana bax!

  482. Sən baxıb köks ötürdün,

  483. Zülf oxşayan şana bax.



  484. Aşıx min ayədəndi,

  485. Saçda minayə dəndi.

  486. Ürəyimdən qan axır,

  487. Yaram minayədəndi.



  488. Əlim qoydum əl üsdə,

  489. Mina kəmər bel üsdə.

  490. Birdən yar gəlib keçər,

  491. Gedim durum yol üsdə.



  492. Dövran yükü çəkmişəm,

  493. Gözümdən qan tökmüşəm.

  494. Qoşmuşam qəm kotanı,

  495. Həmişə dərd əkmişəm.



  496. Yoxuşdumu, yoldumu,

  497. Fələk, gözün doydumu?

  498. Baxdıma yazmadığın,

  499. Görən bir dərd oldumu?



  500. Zəhər qatdı aşıma,

  501. Oyun aşdı başıma,

  502. Ömürlük dərdə sirdaş

  503. Fələk yazdı qaşıma.

  504. Əzizim, daşda məni,

  505. Daş götür, daşda məni.

  506. Bilirsən ki, sevirəm,

  507. Gəzdirmə başda məni.



  508. Bu yol gedən Gəncədi,

  509. Gülü pəncə-pəncədi.

  510. Ölüm Allah işidi,

  511. Ayrılıq işgəncədi.



  512. Mən aşiqəm, taba bax,

  513. Könüldəki taba bax.

  514. Ürəyi gözdən oxu,

  515. Demirəm kitaba bax.



  516. Yazı yazan çaş imiş,

  517. Aşım zəhər aş imiş.

  518. Ömrüm boyu qəm yedim,

  519. Bəxtim qara daş imiş.



  520. Mən aşiqəm, südünə,

  521. Özü kimdir, südü nə?

  522. Heş kəsin haram maya

  523. Qarışmasın südünə.



  524. Zildəydim, bəm olmuşam,

  525. Ağıldan kəm olmuşam.

  526. Getdi gülən çağlarım,

  527. Gözləri nəm olmuşam.



  528. Su quruyub, çənə nə?

  529. Dumana nə, çənə nə?

  530. O qara xalın kimi

  531. Yapışaydım çənənə.

  532. Mənə fərsiz deməyin,

  533. Ehtibarsız deməyin.

  534. Dərtdir məni dindirən,

  535. Barı arsız deməyin.



  536. Şərə, yalana lənət,

  537. Talan salana lənət.

  538. Yəhər verib ulağa

  539. Tamax salana lənət.



  540. Tapmayır həkim dərdi,

  541. De necə çəkim dərdi.

  542. Bağ əkdim, gül becərdim,

  543. Heç bilmədim kim dərdi?



  544. Din demədim halala,

  545. Başdan huşum hal ala.

  546. Pay bölən pak olarsa,

  547. Haram qatmaz halala.



  548. Mən aşığam, sardımı,

  549. Dərd sənə simsardımı?

  550. Dost vəfasız olmasa

  551. Yad məni basardımı?



  552. Mən aşiqəm, bala bax,

  553. Başa açdı, bəla, bax.

  554. Ağız pətəyə dönüb,

  555. Dildən axan bala bax.



  556. Mən aşiqəm, nara bax,

  557. Atəşə bax, nara bax!

  558. Əkilməmiş agaşda

  559. Dərilməmiş nara bax!

  560. Mən aşığam, yaşa bax,

  561. Quruya bax, yaşa bax.

  562. Eşqə yaş xata döyül,

  563. İnanmırsan, yaşa bax!



  564. Yaylığım közə düşdü,

  565. Ucu Gülgəzə düşdü.

  566. Hayıf, mənim bu canım

  567. Qədirbilməzə düşdü.



  568. Aşıx gecədən gedər,

  569. Ülkər gecədən gedər.

  570. Gecə uzun, həmdəm yox,

  571. Zəhləm gecədən gedər.



  572. Bu dünya gözəl dünya,

  573. Düzəlmir əzəl dünya.

  574. Bir halal qazanc paya

  575. Uzanır yüz əl, dünya.



  576. Dağların başı çən-çən,

  577. Dibinin daşı sənsən.

  578. Nə qədər nənənin nəvəsi çox da,

  579. Hamısının başı sənsən.



  580. Mən aşığam, nə qana.

  581. Nadan nədi, nə qana.

  582. Söz de söz eşidən, söz bilənə

  583. Söz demə nanəcibə, nadana.



  584. Mən aşığam, yaraşığı,

  585. Yar yarın yaraşığı.

  586. İnsan var, yanından düz keçəsən,

  587. İnsan var, elin yaraşığı.

  588. Mən aşığam, yara da,

  589. Öldürdü məni bu yara da.

  590. Qorxuram qərib öləm,

  591. Meyidim qala arada.



  592. Mən aşığam, gəyən gəz,

  593. Dağda bitər gəyəngəz.

  594. Nə dünyaya bel bağla,

  595. Nə döölətə güyən gəz.



  596. Mən aşığam, qardaşı,

  597. Dağ başınnan qar daşı.

  598. Xəstə könlü nar dilər,

  599. Mənim könlüm qardaşı.



  600. Mən aşığ, lala yalqız,

  601. Gül qoşa, lala yalqız.

  602. Qorxuram qərib öləm,

  603. Meyidim qala yalqız.



  604. Mən aşıq, Kürdən gələ,

  605. At minib Kürdən gələ.

  606. İmran dilli aşiqi

  607. Salıbdı kürd əngələ.



  608. Buxarı qurum saxlar,

  609. Od yanar, qurum saxlar.

  610. Aşıq deyir, ər libasın

  611. Geyməsin qurumsaxlar.

  612. = Əzizinəm, qurumsaxlar,

  613. Od yanar, qurum saxlar.

  614. Atdandı getdi kişilər,

  615. Qaldı sizin kimi qurumsaxlar.





  616. Qarağöl buz bağlar,

  617. Qıraxları yarpuz bağlar.

  618. Oğulsuz anaların, qardaşsız bajıların

  619. Cinazasın qız bağlar.



  620. Mən aşıx, dolan gözüm38,

  621. Dol gözüm, dolan gözüm.

  622. Gedərəm, qayıtmaram,

  623. Doyunca dolan, gözüm.



  624. Dağların sinəsinə,

  625. Qar yağıfdı sinəsinə.

  626. Aləmə sığmaz başım,

  627. Sığıfdı sinəsinə.



  628. Bulağın başına sən,

  629. Dibinin daşı sən.

  630. Dağ qoydun, düyün qoydun

  631. Ürəyimin başına.



  632. Mən aşiqəm, var könlüm,

  633. Heyva könlüm, nar könlüm.

  634. Gülməhnən işim yox,

  635. Ağlamağa var könlüm.



  636. Evləri Xoyda qaldı,

  637. Tikildi, Xoyda qaldı.

  638. Cavan öldüm dünyada,

  639. Gözlərim yolda qaldı.







  640. Yol düşdü ha, yol düşdü,

  641. Bıdağ sındı, qol düşdü.

  642. Sən gedən yol bağlandı,

  643. Qeyri yoldan yol düşdü.



  644. Qaladan endilər,

  645. Qara don geydilər.

  646. Mən ölmək istəməzdim,

  647. Zülm ilə öldürdülər.



  648. Əziziyəm, meşəli yerdə,

  649. Güllü, bənööşəli yerdə.

  650. Məni vıran elə vırdı,

  651. Qaldım döşəli yerdə.



  652. Mən aşıx, yuvasızlar,

  653. Quş yoxsa, yuva sızlar.

  654. Elinnən ayrı düşən

  655. Qaşqınnar, yuvasızlar.



  656. Hayçı mən, havayçı mən

  657. .........................................

  658. Bala, sana güllə atılanda

  659. Oleydim harayçı mən.

Kataloq: Folklore -> 2014

Yüklə 8,77 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə