Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012


DASTAN NİGARIN İSTANBULA APARILMASI



Yüklə 8,77 Mb.
səhifə26/35
tarix30.07.2020
ölçüsü8,77 Mb.
1   ...   22   23   24   25   26   27   28   29   ...   35

DASTAN



  • NİGARIN İSTANBULA APARILMASI

  •  

  • Xotkar məclis çağırır. Bəyləri, paşaları, sultannarı, xannarı yığır məclisə. Məsləhət, məşvərət eliyir, deyir, neyniyək ki, bu Koroğlunu məhv eliyək. Bir dizi qomrolu durur deyir:

  • – Xotkar, vallah, sənin Koroğlunu məhv eləmək şansın yoxdu.

  • Deyir:

  • – Niyə?

  • Deyir:

  • – Nigar xanım sənin qızındı, ondadı. Sən Nigarı gətirtdir, biz onnan sora Koroğluynan hesabımızı çəkək.

  • Bu da deyir yaxşı. Bir qasidə məktub verir, deyir apar ver Ko­roğluya. Qasid gəlif çıxır Koroğlunun yanına. Yazıfdı ki, ağa Ko­roğ­lu, məlumun olsun ki, Nigar xanımın anası can üsdədi. Deyil­lər ki, konlu isdiyən bir adamı görmür, ona görə can verə bilmir. Nigar xanımı göndərginən gəlsin anasınnan görüşsün, sora yenə hörmət­nən, izzətnən Nigar xanımı yola salax getsin. Gəlif xəbəri Koroğ­luya çatdırır. Məktubu Koroğluya verəndə Nigar özü deyir ki, bu hiylə olejeh, gəl məni göndərmə. Deyir, yox, mən elin adətin poza bilmərəm. Düşmənik düşmənik, onun eybi yoxdu. Eyvazı, bir də Halaypozanı – ikisin də qoşur Nigar xanıma, deyir:

  • – Allah sizə yaxşı yol versin. Bir ay sizi gözdüyejem. Bir aydan sora gələrsiz. Lap ölənnən sora dəfn-kəfn eliyin gəlin.

  • Gedir, ay tamam olur, bunnar gəlmir. Koroğlu durur sazı gö­tü­rür, əmudu, nizəni, şeşpəri götürür yola düşür. Tək-tənha gedir çıxır İstanbula. İstanbul da dəryanın qırağındadı. Baxır ki, şəhərdə tən­tənə var, şaddıx var. Soruşur birinnən ki, bu nə şaddıxdı? Deyil­lər ki, bəs Nigar xanımı gətiriflər, Koroğlunun iki dəlisin də gətirif­lər, buyün onun şaddığıdı. Koroğlu da gedir çıxır oraya. Xotkar da tap­şırıf ki, aşıx görsəniz çağıtdırın şaddıx eləsin burda. Koroğlunu məclisə gətirillər.

  • Xotkar deyir:

  • – Aşıxsan?

  • Deyir:

  • – Bəli, aşığam.

  • – Bəs hardansan?

  • Deyir:

  • – Qafın anrı tayınnan.

  • Deyir:

  • – Bəs nə yaxşı gəlif çıxmısan? Buyün bizim şad günümüzdü, çalıf-oxujehsən?

  • Deyif:

  • – Nolar, çalıf-oxuyum.

  • Deyif:

  • – Amma Koroğludan oxujehsən.

  • Deyir:

  • – Başına dönüm, qaçağın, quldurun nə meydanı var. Qoy us­tad­dan oxuyum. Mənnən Koroğlunun nə işi, nə dərdi?

  • Deyir:

  • – Yox, Koroğludan oxujehsən.

  • Deyir:

  • – Koroğlunun sözdəri qəlizdi, xətrinə dəyər birdən. Deyir, yaxşı, oxuyum.

  • Xokar, biz səhra qurduyux,

  • Quzu qapmağ işlərimiz.

  • Qağan aslanlar yatağı,

  • Sərt qayalar daşlarımız.

  •  

  • Qurdumuz quduzdu, dalar,

  • Şahinimiz durna ovlar.

  • Nəyə çalsan iki bölər,

  • Kəsgindi qılıncdarımız.

  •  

  • Koroğluyam, alan gəlsin,

  • Dağı-daşı talan gəlsin,

  • Çövgən alıf çalan gəlsin,

  • Meydandadı başdarımız.

  • Xotkar deyir, nə yaxşı, nə yaxşı. Xotkarın da yanında sədr-əzəm oturuf. Sədr-əzəm əyilir bunun qulağına deyir ki, a kişi, bu­nun yerişi xoşuma gəlmir. Bu, aşıx döyül. Koroğlu da başa düşür. Qandırmışmışdar qabaxcadan Koroğluya ki, sədr-əzəm yerin altın da biləndi, üsdün də. Deyir:

  • – Xotkar, başına dönüm. Bir sürü külfətim var. Bə mənə bir xələt vermiyejehsən?

  • Bu da deyir ki, a kişi, əyər bu Koroğlu olsa, mənnən xələt is­dəməz. Bu qarnının davasın eliyir. Deyir, bir də oxu.

  • Koroğlu deyir:

  • Sarığı əyri sarıyannar,

  • Səhər bunnan iqrar olu.

  • Sarıx başdan gedincə

  • Baş dağılar, tar-mar olu.

  •  

  • Cübbə-cılqaba geyənnər,

  • Ağır ölkələr yeyənnər,

  • Kölgədə mənəm deyənnər,

  • Meydan başına dar olu.

  •  

  • Nəfi carçı olar, çalar,

  • Şad açılar, aləm parlar,

  • Ər hayxırar, köhlən xorlar,

  • Bir əcaib rüzgar olu.

  •  

  • Koroğlu bunu bilməsə,

  • Xanıman tərkin qılmasa,

  • İyid meydanda ölməsə,

  • Yarasız qalsa, ar olu.

  • Belə deyəndə deyir:

  • – Ə, Koroğlu, Koroğlu deyirsən, avaranın biridi. Arvadın əlinnən alıf gətmişik, iki dəlisin də gətmişik. Allah qoysa, bir həfdə, on günnən sora onun özün gətirejəm.

  • Koroğlu da əsəbi imiş. Xotkar da dənizin qırağında taxtda əyləşib. Elə qəfildən qılıncnan şığıyır Xotkarın üsdünə. Xotkar da suda böyümüş adam, kəlləsi üsdə özünü atır suya. Koroğlu da özünü saxlıya bilmir. Bir lötkə varmış. O lötkənin zəncirin açır, minir lötkəyə. Lötkəni də sürə bilmir. Külək bunu götürür aparır dəryanın ortasına. Koroğlu deyir, sən öl, daa mənim əcəlim gəlif, ölümdü. Yemək yox, işmək yox, at yox, qılınc yox. Mən bu dərya­nın üzündə ajınnan, susuzdan ölejəm. Əzreyil də orda lovğalanajeh ki, sən öl, mən Koroğlunu öldürdüm. Əzreyil, kişisənsə gəl üzbəüz durax. Sən məni öldürsən də, mən də səni ömürrük şikəst elijem.

  • Orda deyir ki:

  • Pirim şahi-mərdan Əli Əlbağır,

  • Mənzilə yetir məntək düşkünü.

  • Muratdar verici ya qəni sübhan,

  • Boran, mənim yolumu alma qış günü.

  •  

  • Fələyin ardınca yetim deyərdim,

  • Məhəbbət gülünü tutum deyərdim,

  • Yenidən bir saray yapım deyərdim,

  • Fələh bərbad etdi könlüm köşkünü.

  •  

  • Fələyin bu imiş insana bəxşi,

  • Günümüz keçirdi hey yaman, yaxşı,

  • Cavannıxda artır iyidin eşqi,

  • Qojalanda əysik olur eşq günü.

  • Koroğlu deyir, ə, mənim başıma daş düşsün. Mən niyə kişi oluram, ə. Mən ölümümdən ötrü şahi-mərdana, ona-buna minnət eliyirəm. Yox, mənim ayağımnan o sözü silin.

  • Tanımaram sultanımı, xanımı,

  • Yaş yerinə nə tökürsən qanımı,

  • Vədəm tamam oldu, gəl, al canımı,

  • Fələk mənə minnət qoyma beş günü.

  • Külək hərrəhahərrə, hərrəhahərrə, gətirir dənizin qırağına ya­xınnaşdırır. Görür dağlar görükür. Deyir, Allah sənə şükür, dağlar görükür. Külək səmtin belə dəyişir, genə gətirir dəryanın ortasına. Quraxlıx, torpax gözə görünmür. Koroğlununku da atdı, qılıncdı. Dəryanın üzündə, deyir, yox, sən öl, ölüm gəlif duruf. Deyir:

  • İki dərya arasında gəmim var,

  • Çıxartmadı bir kənara yel məni.

  • Mənim yüz min möhnətim var, qəmim var

  • Apardı girdaba saldı sel məni.

  •  

  • Vara-vara dost küyünnən yad oldum,

  • Zalım fələk haçan sənnən şad oldum?

  • Vətənimnən, ulusumnan yad oldum,

  • Yada salmaz qohum-qardaş, el məni

  •  

  • Bahar olcax baxçamız bar gətirməz,

  • Mənim könlüm qəribliyi götürməz,

  • İyid Eyvaz ərəb atı gətirməz,

  • Aşa bilməm qarrı dağlar, yol məni.

  •  

  • Koroğluyam, onu-bunu bilməzəm,

  • Hər yetən ləkiyə boyun əyməzəm,

  • Yaradannan qeyri kimsə bilməzəm,

  • İstər yaxşı, istər yaman bil məni.

  •  Gənə külək bunu hərriyir gətirir dəryanın qırağına çıxarır. Meşədi, meşənin ortasında gedir. Görür bir çoban qoyun otarır. Deyir, çoban qardaş, ajınnan ürəyim çəkilir. Çoban bir quruşqa süd sağır, bir az quru çörəh verir ki, ala ye. Deyir, ölürəm ey, sən nə danışırsan? Bu nədi? Deyir, neynəməliyəm? Deyir, bu erkəyin birin kəsginən. Çaxmax üsuluynan ojax qalıyır. Qoyunu soymax nədi? Təmizdiyir tükün-zadın. Keçirir bir payaya, bişirir. Çoban da yeyir, bu da yeyir. Qutaranda deyir, çoban, başına dönüm, denən görüm bu qoyun kimindi? Deyir:

  • – Xotkarın.

  • – Ə, onun evinin yerin, yurdun-yuvasın bilirsən?

  • Deyir:

  • – Bilirəm.

  • Deyir:

  • – Bəs bilirsən, mana kömək elə.

  • Deyir:

  • – Bəs sən kimsən, nəçisən?

  • Deyir:

  • – Mən Koroğluyam. Nigar xanımı da gətirif Xotkar sarayda nəzarətdə saxlıyır. Qapısında da qaravulçusu-zadı.

  • Deyir:

  • – Çoban, bəs neyniyax?

  • Deyir:

  • Mənə icaza ver, gedim sürünü təhfil verim. Əmanətə xəyanət yoxdu.

  • Koroğlu yediyi erkəyin haqqını ikiqat verir. Çoban deyir bu daşın divində məni gözdə, gejə nə vaxd olsa, gəlif çıxajam. Koroğ­lu daşın divində gözdüyür. Deyir, çobandı da, yəqin məni allatdı. Elə bu dəm görür çoban gəlir. Deyir, gedirik düz Xotkarın otağına. Deyir, yaxşı. Çoban deyir, sənnən bir xayiş eliyim. Deyir, nədi? De­yir, mən qabaxca evə düşüm. Deyir, nolar, sən qabaxca düş. Ge­dir elə içəri girir. Qılıncı siyirir deyir, sən öl, Xotkar, başını kə­se­jəm. Xotkar da baxır ki, yanında dizi qomrolu nər.

  • Koroğlu deyir:

  • Namərtdih mənə yaraşmaz,

  • Mərt libasın geyənəm mən.

  • Sözümü mərdi-mərdanə

  • Hər bir yerdə deyənəm mən.

  •  

  • İyid meydanda duranda,

  • Pelə bığların buranda,

  • Bu dişdərim quduranda,

  • Namərd ətin yeyənəm mən.

  •  

  • Koroğluyam, sınmamışam,

  • Ucalıxdan yenməmişəm,

  • Dediyimdən dönməmişəm,

  • Düşmən qəddin əyənəm mən.

  • Söz tamama yetəndə Koroğlu Xotkara dedi:

  • – Səni öldürmürəm, Nigarın yerin de.

  • Xotkar neçə qıfıllı qapı açdı bilmərəm, Koroğlu Nigar xanımı da götürüf Xotkarla birlikdə zindanın qapısına gəldi və əmr elədi ki, dəlilərimi burax.

  • Koroğlu Nigar xanımı da, dəlilərini də götürüb Çənlibelə gəldi.





  • AŞIQLAR VД EL ŞAİRLДRİ



  • SARI AŞIQ



  • I mətn

  • Güləbirtin Qaradağlı addı sahəsi oluf, Sarı Aşığ ordandı. Onun butası Yaxşı Maqsutdudandı. Amma Yaxşının qardaşdarı na­razı imiş. Qardaşdarı bunu çox incidir. Deyir ki, indi ki belədi, axşam aş bişirərsən. Həmən qardaşın biri gedir təhnədən bir avuc düyü gətirif atır qazanın içinə. Deyir, əyər o hakq aşığıdırsa, axşam bu tamnan yesin. Aşıq da baş götürüf getmişmiş. Deyilənə görə, İsfahanda imiş. Gedif orda bir körühçünün körüyün basırmış. Buna sada gəlir ki, sənin qismətini atıflar Yaxşının qabına, gərəh bu axşam orda olasan. Usdası gələndə deyif ki, mən gedirəm.

  • Yolnan gedirmiş gumuldana-gumuldana. Görüf daldan bir tap­bıltı gəlir. Belə baxır görür boz atdı gəlir. Salaməlöyküm, əlöy­kümət ­salam. Ay qardaş, hara gedirsən belə? Deyir ki, neynirsən, dərdimə şərik olan döyülsən. Bunu da Allah göndərif. Bu da Cənabi Cəbra­yılmış. Göndərif ki, onu al tərkinə Maqsutdunun qabağında körpüdə düşür. Onnan çox dirəşir. Deyir, sada gəlif, gedəjəm ora. Deyir:

  • – Min tərkimə, gözu bərk yum mənnən tut. Üş dəfə Allahın məsəli, əla Məhəmmədün və ali Məhəmməd elə. Üçüncü salavatda gözünü aç.

  • İki çəkir, üçüncü salavatda gözün açır, görür Maqsutdunun körpüsünün gözündədi. Cənabi Cəbrayıl deyir ki, o gələn kimdi? Belə baxıf, dönür görür ki, heş kim yoxdu. Şam vaxdı olanda Yax­şıgilin itdəri hürür. Çıxıllar ki, aşıxdı. Gəlib oturur. O biri qardaşdar inammır, amma biri inanır ki, bu hakq aşığıdı.

  • Bir gün də Yaxşı Həkəri çayının qırağında paltar yuyurmuş. Sarı Aşıx gəlir bunun yanına. Yaxşı bunu soyundurur. Daa o vaxdı indiki kimi deyildi. Dəyişək yox, bir şey yox. Bunu soyunduruf paltarın yuyur. Sarı Aşıx çayın qırağında olanda Yaxşının qardaş­darı görür ki, suya adam şəkli düşür. Sarı Aşıx orda bir söz deyir.



  • Mən aşıx, suda neyliyim,

  • Qəmzəyəm, suda neyliyim?

  • Məni Yaxşıdan eliyəni

  • Bu suda neyliyim?

  • Baxıf görüllər bunun sünnəti yerində bir dəsdə güldü. Onnan sora gəlif deyillər ki, Yaxşı, bu günnən sora sən onun, o sənin.



  • II mətn

  • Maqsutdu kəndində Yaxşı adında bir qadın oluf, Sarı Aşıx ona vuruluf. Yaxşının da İmam addı əri oluf. Maqsutdudan bəri şor bulağ var. Yaxşı Sarı Aşığı aparır bulağda çimizdirməyə. Yaxşının əri xəbər tutub gəlir ki, Sarı Aşığı öldürə. Sarı Aşığ qorxusunnan qaçıb çıxıf ağaca, özü də lüt oluf. Ordan baxıflar ki, suya bir şikil düşüf, çılpax adamdı, ayıbının yerində gül var. Onnan sora öldür­müyüf, paltarın-zadın geydirif buraxıf.

  • Bu minvalnan gedif gəlif. Bir gün nətər olursa Yaxışının Sarı Aşığa ajığı tutuf. Duruf Sarı Aşığı vurmağa aşıx qaçıf. Ojağın alt­dan qarağaj kösövün götürüf tulluyuf bunun dalınca. Kösöv düşüf yerə. Sarı Aşıx deyif ki, Yaxşı, daa mən getdim. Görüm sənin kösö­vün göyərsin. Deyilənə görə, həmin kösöv bitif qarağac oluf. Son dövürlərə kimi o ağac dururdu.



  • III mətn

  • Sarı Aşıxnan Yaxşının sözdəri çəpləşif, aşığ ajıx eliyif gedif. Sarı Aşıx, deyilənə görə, İran Qaradağlısınnandı. Bayram oluf, Yax­şı aş bişirirmiş. O vaxdı da düyünü adamın sayına görə tökür­dülər. Hər adama bir istəkan düyü tökürmüşdər. Bir istəkan artıx tökəndə qardaşı deyif ki, Yaxşı, onu neynirsən? Deyif ki, bu da aşığın payıdı. Aş dəmə gələndə orda bir dənə şeir deyir. Deyir:

  • Aşıq, aşın bişdi gəl,

  • Bişif dəmə düşdü gəl.

  • Yaxşı günün yoldaşı

  • Yaman günə düşdü gəl.

  • Aşı qaba çəkəndə qapı döyülür, aşıx girir içəri.

  • IV mətn

  • Aşıx Yaxşının yanına gedirmiş. Bunun əri Zaman deyif ki, de­yir­sən bu hakq aşığıdı. Əgər hakq aşığıdırsa, bunu bur­dan qov getsin, bir də çağır gəlsin. Yaxşı halvanı yuxanın ara­sına bükür, gətirir buna bir dənə dürmək verir. Deyir, səni görüm get Tüntəpə­sə. Aşıx gedir ora. Deyir ki,

  • Mən aşıx bu təpəsdi,

  • Bu tündü, bu təpəsdi.

  • Yaxşının dediyi

  • Bu tündü, bu təpəsdi.

  • Sora Zaman Yaxşıya deyir ki, əgər hakq aşığıdırsa, çağır, gəlsin. Deyir:

  • Aşıx, aşın bişdi, gəl.

  • Bişif yerə düşdü, gəl.

  • Yaxşının dar majalında

  • Aşıx yada düşdü, gəl.

  • Həmən dürmək-halva əlində aşığ girir içəri. Deyir, görürsən­mi bu hakq aşığıdı.



  • V mətn

  • O öz sevgilisi Yaxşının dalınca gəlib Güləbirtə çıxmışdı. Yax­şını Sarı Aşığa buta verillər. O yuxuya gedir. Başbilənnər bilir ki, buna buta veriblər. Bu yuxudan ayılannan sora butasının dalınca getməlidi. Orda duranda deyir:

  • Aşıx dağ arasında,

  • Duman dağ arasında.

  • Şam kimi şölə çəkdim

  • Yandım dağ arasında.

  • Onnan sora öz butasının dalınca gedir.



  • VI mətn

  • Sarı Aşıx həmişə Yaxşıya yaxşı sözdər deyirmiş, onu tərifli­yir­miş. Bir gün Yaxşı deyir ki, Sarı, maa bir qağış elə. Deyir, eliyə­rəm.

  • Mən aşıq alapara,

  • Gey sallan alapara.

  • Yaxşı bir oğlan doğa,

  • Onu da hal apara.



  • VII mətn

  • Çay camışın balasını axıdıf gətirif. Camış da bir haçaya keç­mişdi, orda xırıldıyırmış. Yaxşı deyir ki, ona bir bayatı de. Deyir:

  • Mən aşıx xıra-xıra,

  • Sel gəlir xıra-xıra.

  • Bir cannı bir cansızı

  • Salıbdı xırxaxıra.



  • VIII mətn

  • Mən aşıx ləngəridi

  • Sini də ləngəridi.

  • Çox bilib az danışmax

  • İgidin ləngəridi.

  • Bir vaxtlar bir kəndirbaz gəlir kəndə. Kəndirbaz kəndirin üs­dündə oynuyur, bir sinini götürür, qoyur ayağının altına, sürüşə-sürüşə kəndirin üsdüynən gedir. Deyillər, bu möcüzədi, bu nədi. Onda Sarı Aşıx deyir ki, möcüzə deyil, o sini də onun ləngəridi.



  • IX mətn

  • Bunun əsas adı Abdulla olufdu, rəngi sarı olduğuna görə Sarı Aşıx deyiflər. Özü də hakq aşığı olufdu. Gəlir Yaxşıgilin qapısına. Görür Yaxşı qapıdadı, balı tökübdü bir dənə tasa, əliynən sıxır süzmə bal eliyir. Bir tərəfdə də ortayaşdı bir adamdı, baltaynan odun yarır. Əlin qaldırır baltanı elə yavaş gətirir, elə bilginən ki, güjnən o balta ora gəlib çatır. Sarı Aşıx deyir ki,

  • Mən aşıx, baltasına,

  • Ayə, yaxşı vur, balta sına.

  • Yaxşının gül əlləri

  • Batıbdı bal tasına.

  • X mətn

  • Sarı Aşığ evlənmiyifdi. Bir günnəri kəndin bir mollası varmış, gedir bunun evinə. O vaxdı da ojağı evin küncündə qoyurdular açıx şəkildə, orda yandırırdılar, bajası olurdu, tüsdü ordan çıxırdı. Gedir içəri girir. Görür ki, mollanın da təzə bir uşağı oluf, atıb bunu oy­nadır. Ojağ da orda yanır çartaçart. Molla deyir:

  • – Aşıx, mən ölənnən sora mənim yerimdə oğlum qalajaxdı, bəs sənin nəyin qalajax, – deyəndə aşığa həqqi pis təsir eliyir bu söz. Orda bir dənə bayatı deyir. Deyir ki,

  • Ojax yanır bujaxda,

  • Oğul oturuf qujaxda.

  • Fələyin çarxı çönər

  • Kül də qalmaz ojaxda.

  • Səhər durullar ki, mollanın evi yanıb küllü-kaf oluf. Nə uşax var, nə molla. Yəni hakq aşığı olan bir adama söz demək, onun qəlbinə toxunmax olmaz. Çünki o hakq aşığıdı, Allah-taaladan ona gəlmiş vergidi.



  • XI mətn

  • Sarı Aşıx gördüyünü deyif ha, nəyisə qurraşdırıf demiyif. Məsələn, bir gün çıxır ki, bir kişi yay vaxdı əlində papax mal axda­rır. Deyir, aşıx, mal itirmişəm, bəlkə mal görərsən bu tərəflərdə. Aşıx da gəzirmiş da el-el, oba-oba. Deyir ki, mən aşıx, yalı axtar. Niyə yalı axdar? Çünki gönorta hava isdi olanda heyvanlar çıxıllar yalın başına orda küləkvuranda durullar.

  • Gedir kəndə, görür ki, bir cavan gəlin iki dənə balaca quçüyə dar bir yalaxda yal verir, quçüklərin başı yalağa yerrəşmir. Axı orda deyif mən aşıx yalı axdar, burda da deyir ki, baş ikidi, yalı axdar.

  • Sora Yaxşıya rast gəlir. Yaxşını görəndə deyir:

  • Yaxşı, səni sevirəm,

  • İnammırsan, gəl axtar.



  • XII mətn

  • Bir gün yolnan gedirmiş. Baxır görür kü, yolun altı, üsdü do­ludu nərgiznən. Bir az aşağı gəlir, görür kü, bənööşə də var, nərgiz də var. Bir az da kəndə yaxınnaşır, görür cavan oğlannan bir qız söhbətdəşillər. Axı kadınnar o vaxdı başdarına çarşab örtürmüş. Bu qız da aşığı görəndə çarşabı çıxarır keçirir oğlanın üsdünə, ikisi də qalır çarşabın altında. Aşıx deyir ki,

  • Mən aşıx, nəgizdər,

  • Bənööşələr, nərgizdər.

  • Bəsdənmiş bir maya gördüm

  • Qucağında nər gizdər.



  • XIII mətn

  • Cijim ojağı çox böyük ojaxdı. Ora maral gəlirmiş, sağılannan sora arvad əlin arxasına vururmuş, maralım get, gedirmiş. Orda bir əsaba varmış, çolağmış. Bunun bir qatırı vardı. Qatır, yat deyəndə yatırmış, qatır, dur deyəndə dururmuş. Bir gün hara gedirmişsə, Şah dərəsinin yoxuşunnan yenəndə günorta namazının vaxdı idi. Ordan da balaca su axırdı. Suya sarı qatırı döndərir. Qatır, yat deyir, qatır yatmır. Qatır, yat deyir, qatır yatmır. Gəlir görür ki, beş yüz metr onnan aralı aşıx söykənif bir daşa, can verir. Qatır yatır onun böyründə. Düşür onun namazın qılır. Kəndə xəbər verir, camahat aşığı gətirir kəndə, kümbəzin yanında vəsiyyətinə uyğun olarax onu tərsinə Yaxşını da oandına39 basdırıllar.



  • XIV mətn

  • Bizdə bir Muradxannı kəndi var, balaca bir kənd idi. Hər üç evdən birində şikəst adam vardı. Orda ağsakqal bir kişi vardı, o deyirdi ki, bala, bu kəndə aşıx qarğış eliyif. Yaxşının da mənim kimi dəli-dolu qardaşı varmış. Bu da ərli qadın, aşıx buna mahnı qoşur, şeir qoşur. Muradxannıdan olannar Yaxşının qardaşına deyir­mişdər ki, ə, nətər qardaşsan ki, Aşıx bajına mahnı qoşur. Bu da Aşığı tutuf döyürmüş. Yaman adını ona Aşıx qoyuf, əsl adı Yaman deyil. Axırı bir gün deyif, mənim kişiliyim yoxdu ey, bu Allahdan mənə verilmiş butadı. Gənə əl çəkmiyif. Aşığ onda muradxannılara qarğış eliyif ki, məni bu gədəyə niyə döydürtdürürsüz?



  • XV mətn

  • Güləbirt kəndinin qabağında Qiyasdı kəndi oluf, Aşıx Sarı o Qiyasdıdan oluf. Aşıx Sarının sünnəti olmuyub. Sünnəti yerində bir dəsdə gül oluf. Amma Yaxşı bilmiyif ki, bunda hissiyyat yoxdu. Aşıx özü deyif ki, sora demə ki, demədin. Məndə hissiyyat yoxdu. Deyif, yox, səni ürəkdən sevmişəm, hissiyatın yoxdu, yoxdu, gənə maa qəbulsan.

  • Bir gün Yaxşı bir dəsdə qıznan Həkəri çayının üsdündə paltar yuyurmuş. Bir şeytan gəlir Yaxşının qardaşdarını örgədir ki, siz nə beqeyrət adamlarsız. Sizin bajınıznan bir dərənin gedəsi gəzir (da bilmirlər axı Aşığın heş-zadı yoxdu), bir gün qujağında uşax gə­lə­jəh, onda nə cavab verəssiz? Şeytanın piri güjdü olar da. Buların qu­la­ğına dolur. Gəlif Sarıya deyillər ki, Sarı, çıx burdan get. Deyir məni Yaxşının dərgahından aralamıyın. Məni öldürsələr də, Yaxşı­dan əl çəkən deyiləm. Aşığı bezdirillər. Oların kəndinin üsdündə təpə var. Aşıx çıxır bir gün o təpədə belə bir bayatı çağırır. Deyir ki:

  • Əzizyəm, ya süzmə,

  • Ya qatıxdı, ya süzmə.

  • Üz tuturam hak dərgahına, Aşığı yaradan tarı

  • Bu Qiyasdıdan yas üzmə.

  • Belə rəvayət söylüyüllər ki, vəba xəsdəliyi darıyır, Qiyasdıda bir quyrux buluyan qoymur. Qiyasdı camahatı hamısı vəbadan qırılır.



  • XVI mətn

  • Sarı Aşıx yenə səfərdəymiş. Həkəri çayının sahilində bir gəli­nin çiynində saxsı səhəng su aparmağa gəldiyini görür. Gəlin səhəngi suya salanda çayın içindəki daşa dəyib sınır. Gəlin səhən­gin sındığını görüb çox peşman olur. Bunu görən Aşıx deyir:



  • Mən aşiqəm, yerim sal,

  • Kürdü40 üstə yerim sal.

  • Sağ saldın, sayrı41 çıxdı

  • Aşıq deyir, yeri mis al.



  • XVII mətn

  • Sarı Aşıx dəyirmannan keçirmiş. Dəyirman daşının üsdündə taxtadan pər olur, o, dənin tökülməsini nizamlıyır. Daş fırrandıxca dəyir ona, yuxarını sirkəliyir, buğda ordan tökülür. Bu mənzərə Aşığa çox maraqlı görünür. Deyir:

  • Mən aşıq pərdəlidi,

  • Şüşəsi pərdəlidi.

  • Nov dərindi, su sərin

  • Görən deyir, pər dəlidi.



  • XVIII mətn

  • Sarı Aşıx gedirmiş bir kəndə. Görür burda yas yeri var, cama­hat ağlıyır. Bu da qoşulur onnara ağlıyır. Keçir o biri kəndə, görür camahat oynuyur, şənnənir. Özü də qoşulur onnara. Orda deyir:

  • Mən aşıx, Keçibelə,

  • Kəmərin keçi belə.

  • Gah ağla, gah gül, aşıq,

  • Gününü keçi belə.



  • XIX mətn

  • Sarı Aşıx hakq aşığıymış. Güləbirt kən­dində yaşıyırdı. Onun da istədiyi qız Maqsutdu kəndinnən oluf. O kəntdər də qabax-qa­ba­ğa idilər. Aşığın əsli Qaradağlıdı. Yaxşının hesabına gedif düşüf ora.

  • Çox adamlar bına şübhə ilə baxırmışdar ki, yox, bu hakq aşığı ola bilməz. Bir dəfə bını sınamağ üçün aparıllar meşiyə odun yığ­mağa. Gedillər meşiyə odun yığıllar. Odun yığanda birinin bal­tası sınır. Yaxşı da bilir ki, bu gedif odun yığmağa. Yaxşı aş pişi­rib eli­yif ki, birdən gələllər. Nəysə, bırda balta sınanda aşıx baxır. Bına deyillər ki, əgər hakq aşığısansa, bu hadisəyə bir şey qoş. Deyir ki:

  • Mən aşığ, balta sına,

  • Odun sına, balta sına.

  • Yaxşının ağ əlləri,

  • Batıfdı bal tasına.

  • Həqiqətən də, gəlif görüllər ki, Yaxşı tasın içinə əliynən şan balı yığır. Onda deyillər ki, həə, doğurdan da, bu hakq aşığıdı.



  • Kataloq: Folklore -> 2014

    Yüklə 8,77 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   22   23   24   25   26   27   28   29   ...   35




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
    rəhbərliyinə müraciət

        Ana səhifə