Seyfəddin Rzasoy. Əbülqazi «Oğuznamə»sində mif və ritual, Bakı, “Nurlan”, 2013, 172 səh.
Kitabda XVII əsr oğuz-türkmən tarixçisi Əbülqazi Bahadır xanın «Şəcəreyi-tərakimə» («Türkmənlərin şəcərəsi») əsərindəki «Oğuznamə» əsasında oğuzların mif və ritualları tədqiqə cəlb olunmuşdur. Bu tədqiqat müəllifin Oğuz mifologiyasının bərpası istiqamətində ardıcıl şəkildə apardığı araşdırmaların tərkib hissəsidir. Müəllifin «Oğuz mifinin transformativ paradiqmalar sistemi» kimi götürdüyü «Oğuznamə» eposunun Əbülqazi variantı mif və ritualların zənginliyi ilə seçilir. Struktur-semiotik metodla həyata keçirilmiş bu tədqiqat mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
R4603000000Ãðèôëè íÿøð