VII Fəsil.
AZƏRBAYCAN MULTİKULTURALİZMİ
VƏ DÜNYA MULTİKULTURALİZM MODELLƏRİ
D ərsliyin əvvəlki fəsillərində Azərbaycan multikulturalizm modeli sistemli şəkildə araşdırılmışdır. Azərbaycan multikulturalizm modelinin mütərəqqi bir model olması və onun vasitəsilə ölkədəki etnik-mədəni müxtəlifliklərin düzgün tənzimlənilməsi elmi cəhətdən əsaslandırılmışdır. Bunun əsas göstəricisi çoxmədəniyyətli Azərbaycanda etnik, dini və irqi zəmində heç bir qarşıdurmanın, münaqişənin olmamasıdır.
I fəsildə qeyd olunduğu kimi, etnik-mədəni müxtəlifliklərin tənzimlənilməsinin bir siyasət modeli olan multikulturalizm ötən əsrin 60-70-ci illərində əvvəlcə Kanadada, sonra isə Avropanın bir sıra çoxmədəniyyətli ölkələrində meydana gəlmiş, bir sıra ölkələrdə spesifik multikulturalizm modelləri formalaşmışdır. Dünya multikulturalizm modelləri ilə bağlı əldə edilən məlumatlar Azərbaycan multikulturalizm modeli arasında müqayisənin aparılmasına imkan verdiyi üçün multikulturalizm siyasəti haqqında bizim biliklərimiz daha da zənginləşəcəkdir. Bu baxımdan hazırkı fəsildə Azərbaycan multikulturalizmi ilə bir sıra xarici ölkə multikulturalizm modellərini müqayisə edərək onlar arasında oxşar və fərqli cəhətləri müəyyən etməyə çalışacağıq.
Dostları ilə paylaş: |