Azərbaycan qədim dövrlərdən öz təbii sərvətləri, neft, qaz kimi zənginlikləri ilə məşhur olmuşdur. Bu sahədə partlayış isə XIX əsrin sonlarında baş vermiş və beləliklə, Azərbaycanda neft sənayesinin əsası qoyulmuşdur



Yüklə 60,87 Kb.
səhifə1/7
tarix10.01.2022
ölçüsü60,87 Kb.
#108895
  1   2   3   4   5   6   7

Giriş
Azərbaycan qədim dövrlərdən öz təbii sərvətləri, neft, qaz kimi zənginlikləri ilə məşhur olmuşdur. Bu sahədə partlayış isə XIX əsrin sonlarında baş vermiş və beləliklə, Azərbaycanda neft sənayesinin əsası qoyulmuşdur. Lakin uzun müddət biz kənar təsirlərə məruz qalmış və inkişafımıza təkan ola biləcək bu imkandan yetərincə istifadə edə bilməmişik. Xəzərin bir neft bazası olduğu meydana çıxanda sözsüz ki, ölkə xaricilərin də diqqətini cəlb etmişdir. Xarici sərmayəçilər isə bu fürsəti əldən verməyərək Azərbaycandan mümkün qədər çox istifadə etməyə çalışmışlar. Əlbəttə, ölkə neftindən yerli zənginlər də bəhrələnmişdir. Nəticədə, Azərbaycanın, xüsusilə Bakının o dövrdəki inkişafında neft amilinin əvəzsiz rolu olmuşdur. Lakin, Azərbaycan tarixində kifayət qədər uzun bir dönəmi əhatə edən «SSRI əsarəti» dövründə neft həddindən artıq israfçılıqla xərclənmişdir. Demək olar ki, Azərbaycan SSRI üçün böyük bir neft quyusu idi. Hakimiyyət bu quyudan istədiyi qədər nefti kor-koranə şəkildə əldə edir və özünə sərf edən şəkildə xərcləyirdi. Azərbaycana isə bundan çox cüzi pay düşürdü. Sirr deyil ki, II Dünya Müharibəsində Rusiya üçün əsas neft bazası Azərbaycan idi. Bu dövrdə ölkə nefti xüsusilə vəhşicəsinə israf edilmişdi.*

Təbii ki, belə bir zənginliyə malik olması Azərbaycan üçün tarix boyu çox çətinliklər yaratmışdır. Ölkə diqqət mərkəzində olmuş və ondan heç bir haqq ödəmədən istifadə edənlərin sayı çox olmuşdur. Müstəqillik dövründə isə vəziyyət bir qədər başqa istiqamətdə dəyişdi. Artıq Azərbaycan nə istədiyini bilirdi. Öz neftini dəyərləndirirdi. Buna görə də XX əsrin 90-cı illərini Azərbaycanda ikinci «neft partlayışı» dövrü kimi qiymətləndirirlər. Bütün bunlar ölkənin xarici sərmayəçilərlə imzaladığı müqavilələrin nəticəsi idi.


* www.azerbaijan.az ISTORIƏ RAZVITIƏ NEFTƏNOY PROMIŞLENNOSTI

Təkcə 1994-2006-cı illərdə neftlə bağı 26 müqaviləyə imza atılmışdır. Bunlardan ən böyüyü və yadda qalanı 1994-cü ildin 20 sentyabrında imzalanmış «Əsrin müqaviləsi» idi. Bu müqavilənin imzalanmasında BP, Amoco, Lukoil, Pennzoil, Unocal, Statoil, Tpao, Ramco kimi şirkətlər iştirak ediblər. *

Hazırda ölkə iqtisadiyyatı demək olar ki, neftin üzərində qurulub. Lakin bu müsbət cəhət hesab oluna bilməz. Çünki neft tükənən sərvətdir və Azərbaycan buna hazır olmalıdır. Ona görə neft gəlirlərindən həm də digər istehsal sahələrinin inkişafı üçün istifadə edilir.

Bütün bunlar müasir dövrdə Azərbaycanı bölgədə ən əhəmiyyətli ölkələrdən birinə çevirir. Ölkənin siyasi, iqtisadi, mədəni, ictimai həyatı kənardan izlənilir. Problemlərimizə, uğurlarımıza münasibət bir mənalı olmur. Bir çox ölkələr üçün Azərbaycanın atdığı addımlar, verdiyi qərarlar, ölkədə baş verən dəyişikliklər önəmlidir. Çünki onların hamısının marağı bu ölkədə kəsişir.

Məhz buna görə Azərbaycan və onun əsas atributu neft haqqında ölkə hüdudlarından kənarda da daim danışılır, yazılır. Azərbaycan nefti hələ uzun müddət xarici ölkə mətbuatının da diqqət mərkəzində olacaq. Bəziləri bu məsələnin tarixi köklərini araşdırır, bəziləri son dövrlərdə yaranan problemlərin neft sənayesinə təsirini, bəzilərini isə neft gəlirlərinin hara və necə xərclənməsi maraqlandırır.

Bir çox xarici mətbuat orqanlarında Azərbaycan haqda araşdırma yazılara, neft sənayesi ilə bağlı məqalələrə, ölkə həyatı ilə bağlı xəbərlərə rast gəlmək olar. Xüsusilə qonşu ölkələrin dövrü nəşrlərində Azərbaycan haqda materiallara daha çox rast gəlmək olar. Danılmaz faktdır ki, ölkənin belə diqqət mərkəzində olmasının əsas səbəblərindən biri onun neft kimi təbii sərvətinin olması ilə əlaqədardır. Çünki bir çox ölkələlrlə müqaisədə Azərbaycan həm ərazi, həm də əhali cəhətdən kiçik ölkədir.


* www.azerbaijan.az "KONTRAKT VEKA"

Əgər strateji cəhətdən belə əhəmiyyətli yerdə yerləşməsəydi, ölkəyə indiki qədər maraq olmazdı.

Növbəti bölmələrdə məhz digər ölkələrin mətbuatının Azərbaycan nefti haqqında yazdıqları əks olunub.

Bunlara Rusiya, Türkiyə, Böyük Britaniya, Ukrayna, Gürcüstan, ABŞ-ın mətbuat nümunələri daxildir. Bu ölkələrin qəzet və jurnallarında Azərbaycan nefti haqqında deyilən fikirlər, çıxan xəbərlər xüsusilə diqqəti cəlb edir. Çünki onların hərəsinin bu məsələyə öz münasibət var. Mövqelər, işıqlandırılan mövzular fərqlidir.





Yüklə 60,87 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin