Azərbaycan qədim mədəniyyət, tarix, adət-ənənələr diyarıdır



Yüklə 1,98 Mb.
tarix05.01.2022
ölçüsü1,98 Mb.
#111800

Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Mərkəzi Kitabxana

XRİSTİAN İRSİMİZ:

Amaras məbədi

(Elektron buklet)



Azərbaycan qədim mədəniyyət, tarix, adət-ənənələr diyarıdır.

(Azərbaycan Respblikasının Prezidenti İlham Əliyev)

Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. “Qarabağ” sözünün mənşəyi Azərbaycana məxsusdur.

(Azərbaycan Respblikasının Prezidenti İlham Əliyev)

Allahın məscidlərində Onun (Allahın) adının çəkilməsinə maneçilik törədənlərdən və onların xarab edilməsinə (dağılmasına) çalışanlardan daha zalım kim ola bilər? Halbuki onlar oraya (məscidlərə) ancaq qorxa-qorxa girməli idilər. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük əzab gözləyir!” (Qurani-Kərim 8, Bəqərə, 114)

Kim Allahın məbədini məhv edərsə, onu Allah məhv edəcəkdir. Zira Allahın məbədi müqəddəsdir;...” (İncil (Əhdi Cədid), 7, Korinflilərə I məktub, 3/17)

Tərtib etdi: Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Cəmilə Səmədova



Ön söz

Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Xristian irsimizi tanıyaq” adlı layihəyə uyğun olaraq hazırladığı növbəti biblioqrafik vəsait- “Xristian irsimiz: Amaras məbədi” adlı elektron buklet orta əsr Azərbaycan memarlığının və Qarabağın ən məşhur abidələrindən biri olan Amaras məbədinə həsr olunub. Burada oxuculara burada həmin məbəd haqqında məlumat verilməklə yanaşı, Qafqaz haqqında nəşr olnmuş ədəbiyyat və internet saytları da təqdim edilib.



Аmaras məbədi

Alban memarlığının ən məşhur abidələrindən biri də Amaras məbədidir.

Amaras monastırı-Xocavənd rayonunun Sos kndi ərazisində yerləşən xristian monastırıdır. Monastır Qfqaz Albaniyasında erkən xristianlıq dövründən Alban Həvari Kilsəsinin ləğv edilməsinə kimi ziyarət edilmiş ən müqəddəs məbədlərdən biri olmaqla, yaxın vaxtlara kimi yerləşdiyi ərazinin həm xristian, həm də müsəlman əhalisi tərəfindən müqəddəs hesab edilmişdir. Həmçinin Amaras ərazisi xristianlığın yayılmasından əvvəl də böyük dini mərkəz olmuşdur. Bu faktı ərazidə arxeoloji tədqiqatlar zamanı əldə edilmiş artefaktlar və bizim eranın I əsrinə aid məbəd qalıqları sübut edir.

Tarixi mənbələr həm monastırı, həm də onu əsas məbədini Qafqaz Albaniyasının birinci katolikosu Qriqorisin adı ilə əlaqələndirirlər. Vatnan çölündə öldürülməsindən sonra onun cəsədi hələ Maarifçi Qriqori tərəfindən inşa edilmiş monastır kilsəsinə gətirilmiş və burada sərdabədə (və ya altar altında) dəfn edilmişdir.

Arxeoloji tədqiqatlar zamanı abidənin üç inşaat mərhələsi müəyyən edilmişdir: birinci mərhələ IV əsrə, ikinci mərhələ X əsrə, üçüncü mərhələ isə XIX əsrə aiddir. Həmçinin, çoxsaylı məbəd inşa etdirmiş və köhnə məbədlərin bərpasına əmr vermiş Albaniya hökmdarı III Mömin Vaçaqanın (487-510) hakimiyyəti dövründə də məbəddə yenidənqurma işləri aparılmışdır. Lakin çoxsaylı, inşaat, dağılma və yenidənqurma işlərinə baxmayaraq müasir məbəd binası öz ilkin formasını saxlaya bilmişdir.

Monastır kompleksinin mərkəzinə yerləşən əsas məbəd binası, 15.9 x11 m. ölçülərinə malik, uzun bazilikadır. Kvadrat formalı dörd sütun, onlar arasında inşa edilmiş tağlar vasitəsiylə neflərin tağvari tavanını saxlamağa kömək edir. Altar hissəsi uzun nalvari absidadan və onun hər iki tərəfində yerləşən oxşar formalı yan otaqlardan ibarətdir. XIX əsrdə bina ciddi dağıntılara məruz qalmış və elə həmin əsrdə də köhnə özüllər üzərində yenidən inşa edilmişdir. Divar hörgüsündə inşa edilmiş köhnə məbədə aid relyefli və efiqrafikalı daşlar istisna olmaqla məbədin müasir interyer və eksteryer dekoru tamamilə XIX əsrə (1858-ci ilə) aiddir.

Məbədin planı, IV əsrə aid qədim məbədin planını kiçik əlavələrlə təkrar edən X əsrə aid məbədin xüsusiyyətlərini saxlamışdır. Belə olduğu halda, arxeoloji tədqiqatların nəticələri IV əsrdə Amarasda, Qafqaz Albaniyası ərazisində erkən xristianlıq dövrünə aid ən qədim üçnefli bazilikanın mövcudluğunu qeyd etməyə imkan verir.

Bu sərdabəni 1970-ci ildə Azərbaycan arxeoloqları aşkar etmişdir. Amaras monastır kompleksi IX əsrdə tikilmiş və sonrakı yüzillərdə dəfələrlə təmir və əlavələr edilmişdir. Bu kompleks indiki görkəmini XIX əsrdə almışdır.



Ədəbiyyat

  1. Alışov, N. Qarabağın xristian abidələrinin Azərbaycanın maddi-mədəniyyətində yeri //Azərbaycan Arxeologiyası.-2012.-C.15, №1.- S.69-83.

  2. Azərbaycan keçmiş əsrlərdə və bu gün [Xəritə]: memarlıq abidələri.-Bakı: İRS, 2007.-1 s.

  3. Məmmədov, T.M. Qafqaz Albaniyası ilk orta əsrlərdə.- Bakı: Təhsil, 2006.-400 s.

  4. Məmmədova, G.H. Orta əsrlər memarlığı: VIII-XIV əsrlər. C.2.- Bakı: Şərq-Qərb, 2013.-312 s.

İnternet saytları

  1. Erməni vandalizmi Tarixi və maddi-mədəniyyət abidələrimiz.-www. ...anl.az › meqale › paritet › aprel

  2. Düşmən tarixi dəyişdirə bilməz.-www. Sherg.azsherg.az › xəbər

  3. Xocavənd abidələri: tarixi və xüsusiyyətləri - Tehsil.biztehsil.biz › news › Xocavnd-a...

  4. Azərbaycanda qədim Alban kilsələri: Amaras monastırı (FOTO ...www.nuh.az › 26660-azrbayc...




Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin