Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi cənab Firudin Nəbiyevə



Yüklə 8,07 Kb.
tarix24.07.2018
ölçüsü8,07 Kb.



Azərbaycan Respublikası

Dövlət Miqrasiya Xidmətinin rəisi
cənab Firudin Nəbiyevə

18.08.2017-ci il tarixli

06/2368 nömrəli məktuba
Hörmətli Firudin müəllim,
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması üçün tibbi arayışların verilməsi ilə bağlı məktuba Səhiyyə Nazirliyində baxılmışdır.

Bildiririk ki, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin təcili müalicəyə zərurət yarandığı hallarda ölkəmizdə müvəqqəti olma müddətinin uzadılması üçün tibbi sənədin verilməsi, həmçinin regionlarda əcnəbi və vətəndaşlığı olmayan şəxslərin təhlükəli yoluxucu xəstəliklərin virus daşıyıcısı olmaları haqqında arayışları vermək hüququ olan tibb müəssisələri barədə Səhiyyə Nazirliyinin 17.08.2917-ci il tarixli 02/19-5374 məktubu ilə Sizə məlumat verilmişdir.



Bakı şəhərində isə əcnəbi şəxslər arasında yoluxucu xəstəliklərin diaqnostikası, eləcə də peyvənd işlərinin aparılması Səhiyyə Nazirliyinin 23.10.2012-ci il tarixli 102 nömrəli əmri ilə M.Əliyev adına Respublika Təsərrüfat hesablı Poliklinikaya həvalə edilmiş və həmin müəssisəyə zəruri hallarda müayinələrin digər tibb müəssisələrində müqavilə əsasında aparılması səlahiyyətləri verilmişdir.


Hörmətlə,

Nazir Oqtay Şirəliyev

Yüklə 8,07 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə