Azərbaycan Respublikası Hökuməti ilə Argentina Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə



Yüklə 21,5 Kb.
tarix17.11.2018
ölçüsü21,5 Kb.

Azərbaycan Respublikası Hökuməti ilə Argentina Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Hökuməti ilə Argentina Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında 2015-ci il sentyabrın 22-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Argentina Respublikası Hökumətinə bildiriş göndərsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 oktyabr 2015-ci il

№ 665


Azərbaycan Respublikası Hökuməti ilə Argentina Respublikası Hökuməti

arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti ilə Argentina Respublikası Hökuməti,

hər iki ölkənin xalqları arasında dostluq münasibətlərini, qarşılıqlı anlaşmanı və etimadı möhkəmləndirmək niyyəti ilə,

hər iki ölkə arasında mədəniyyət, incəsənət və kinematoqrafiya sahələrində əlaqələrin möhkəmləndirilməsi məqsədi ilə, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Bu Sazişin müddəalarının həyata keçirilməsi üzrə səlahiyyətli orqanlar aşağıdakılardır:

Azərbaycan Respublikası Hökuməti adından - Mədəniyyət və Turizm Nazirliyi;

Argentina Respublikası Hökuməti adından - Mədəniyyət Nazirliyi.
Maddə 2
Tərəflər bu Saziş çərçivəsində əməkdaşlığı qanunvericiliklərinə və tərəf olduqları beynəlxalq müqavilələrə uyğun olaraq, qarşılıqlı fayda əsasında həyata

keçirirlər. Hər bir Tərəf vətəndaşlarının digər ölkənin bədii və mədəni dəyərlərinə geniş çıxışını asanlaşdırır və bütün səviyyələrdə müvafiq ictimai və özəl təşəbbüsləri təşviq edir.


Maddə 3
Tərəflər mədəniyyət sahəsində birbaşa əlaqələrin qurulmasını təşviq edir və peşəkar opera, teatr və musiqi qruplarının, eləcə də digər bədii qruplar və solo ifaçıların kommersiya və qeyri-kommersiya əsaslı qastrol səfərlərinin təşkilini dəstəkləyirlər.
Maddə 4
Tərəflər bir-birini öz ölkələrində keçiriləcək konfrans, müsabiqə, festival, habelə mədəniyyət və incəsənət sahələrindəki digər beynəlxalq tədbirlər haqqında öncədən məlumatlandırırlar. Belə məlumat mübadiləsi bu Sazişin 12-ci maddəsinə uyğun olaraq yaradılacaq Birgə Komissiya vasitəsilə həyata keçirilir.
Maddə 5
Tərəflər muzey, kitabxana və ictimai arxivlər arasında əməkdaşlığı dəstəkləyirlər. Mədəni mülkiyyət nümunələri nümayiş etdirildikdə, Tərəflər öz qanunvericiliklərinə və tərəfdar çıxdıqları beynəlxalq müqavilələrə uyğun olaraq, onların qorunması və təhlükəsizliyi üçün bütün lazımi tədbirləri görürlər. Bundan əlavə, onlar milli kitabxanalar arasında birbaşa əlaqələri, xüsusilə Azərbaycan və Argentina mövzusunda materialların əldə olunmasını dəstəkləyirlər.
Maddə 6
Tərəflər hər iki ölkədəki mədəniyyət təsisatı, qrup, assosiasiya, fondlar və yaradıcı təbiətli digər mədəniyyət təşkilatları arasında birbaşa əməkdaşlığın inkişafını təşviq edir və onlar arasında təsisatlararası müqavilələrin bağlanmasına şərait yaradırlar.
Maddə 7
Tərəflər mədəniyyət, incəsənət, xüsusilə də ədəbiyyat sahələrində əldə olunmuş təcrübənin konfrans, simpozium və digər forumların təşkili, eləcə də mütəxəssis mübadiləsi və birgə araşdırmalar vasitəsilə qarşılıqlı öyrənilməsini dəstəkləyirlər.
Maddə 8
Tərəflər tarixi və mədəni irslərinin tərkib hissəsini təşkil edən əşyaların qeyri-qanuni idxalı, ixracı və ticarətinin qadağan olunması və qarşısının alınması məqsədi ilə zəruri tədbirlər həyata keçirirlər. Həmçinin, Tərəflər öz qanunvericiliklərinə və tərəf olduqları beynəlxalq müqavilələrə uyğun olaraq bu əşyaların geri qaytarılmasını təşviq edirlər.
Maddə 9
Tərəflər kinematoqrafiya sahəsində əməkdaşlığı təşviq edir və filmlərin mübadiləsi vasitəsilə öz ölkələrinin kinematoqrafiya sənətinin yayılmasına şərait yaradırlar. Bundan başqa, Tərəflər kinematoqrafiya sahəsində çalışan mütəxəssislər arasında görüşləri təşviq edirlər.
Maddə 10
Tərəflər əqli mülkiyyət, əlaqəli hüquqlar və avtoxton əsərlərin müdafiəsi sahəsində əməkdaşlığı təşviq edirlər. Belə əməkdaşlığın prosedur və şərtləri Tərəflər arasında imzalanacaq yeni sazişlə müəyyən edilir.
Maddə 11
Tərəflər bir-birinin mədəniyyət və incəsənət sahələrində nailiyyətlərinin kütləvi informasiya vasitələrində yayımlanması üçün əlverişli şərait yaradırlar.
Maddə 12
Bu Saziş xüsusi tədbirlərin razılaşdırılacağı və onların icrası üçün şərtlərin müəyyən ediləcəyi mədəni mübadilə proqramları vasitəsilə həyata keçirilir.

Bu məqsədlə növbə ilə Bakı və Buenos-Ayresdə görüşəcək Mədəni Əməkdaşlıq üzrə Azərbaycan - Argentina Birgə Komissiyası yaradılacaqdır.


Maddə 13
Bu Sazişin müddəalarının təfsiri və ya icrası zamanı yarana biləcək hər hansı fikir ayrılığı Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.
Maddə 14
Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə onun ayrılmaz tərkib hissəsi olan və ayrıca protokollar formasında rəsmiləşdirilən əlavə və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Sazişin 15-ci maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir.
Maddə 15
Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan müvafiq dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.

Bu Saziş üç il müddətinə bağlanılır və Tərəflərdən biri bu Sazişin müddətinin bitməsinə ən azı altı ay qalmış onu ləğv etmək niyyəti barədə digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərmədiyi təqdirdə, Saziş avtomatik olaraq növbəti üç illik müddətlərdə qüvvədə qalır.



Bakı şəhərində 2015-ci il 22 sentyabr tarixində iki əsl nüsxədə olmaqla, hər biri Azərbaycan, ispan və ingilis dillərində imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsir zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük veriləcəkdir.


Azərbaycan Respublikası Hökuməti

Argentina Respublikası Hökuməti

Adından

adından

(imza)

(imza)

Kataloq: 145 -> 2016
2016 -> Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Yunanıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında idman əməkdaşlığına dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında
2016 -> Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və Strukturunun təsdiq edilməsi barədə
2016 -> “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 015-ci IL oktyabr tarixli 1372-ivqd nömrəli Qanununun tətbiqi haqqında
2016 -> “Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın forması və tərtibi qaydası nın təsdiq edilməsi haqqında
2016 -> Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında
2016 -> Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında
2016 -> “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 001-ci il avqust tarixli 132
2016 -> “Məntəqə seçki komissiyasının formalaşdırılması qaydaları haqqında Təlimat”ın təsdiq edilməsinə dair
2016 -> İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (isesco) üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması haqqında
2016 -> Naxçıvan şəhərinin 2018-ci IL üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında

Yüklə 21,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə