Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 37,99 Kb.
tarix10.02.2018
ölçüsü37,99 Kb.
#42630

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Qusar rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Metod-bibliografiya şöbəsi

Müstəqilliyimizin 20-ci ildönümü münasibətilə

“ Müstəqilliyimiz milli sərvətimizdir “

(metodik vəsait)

Qusar-2011

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında

Azərbaycan Respublikası Prezidentinin sərəncamı

2011-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü tamam olur.Bu illər ərzində demokratik,hüquqi və dünyəvi dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir.

Hələ ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanın böyük oğlu Heydər Əliyev strategiyasına uyğun respublikamızda həyata keçirilən geniş miqyaslı proqramlar müasir iqtisadi potensialın formalaşdırılmasına ,sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyimizin təmin olunması üçün zəmin hazırlamışdı...

İyirmi illik inkişaf yolunuzun ən parlaq nəticəsi ondan ibarətdir ki,bu gün Azərbaycan sözün əsl mənasında,artıq tam müstəqil ölkədir.Ölkəmizdə gerçəkləşən siyasət daim Azərbaycan xalqının maraqlarına xidmət göstərir.

2010-cu ildə Azərbaycanda Dövlət Bayrağı meydanının açılışı olmuş və dünyanın ən yüksək bayrağı ucaldılmışdır.Bu meydan Azərbaycanın son iyirmi ildə keçdiyi inkişaf yolunun rəmzinə çevrilmişdir.

Azərbaycanın Dövlət Müstəqilliyi respublikamızın hər bir vətəndaşı üçün ən böyük sərvətdir.Azərbaycan Dövlət müstəqilliyinin bərpasının iyirmiillik yubileyinin ölkəmizin həyatinda müstəsna əhəmiyyət daşıyan ictimai-siyasi hadisə olduğunu nəzərə alaraq, müstəqillik illərində Azərbaycan Respublikasının keçdiyi zəngin inkişaf yolunda qazandığı parlaq nailiyyətlərin təbliğini təmin etmək məqsədi ilə qərara alıram:

1 Azərbaycan Respublikasının dövlət müstəqilliyinin iyirminci ildönümü ölkəmizdə dövlət səviyyəsində təntənəli surətdə qeyd olunsun.

2 “Azərbaycan Rəspublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci il dönümü ilə bağlı tədbirlər planı” təsdiq edilsin.

3 Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etsin və bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri; 21 yanvar 2011-ci il.

I “Tarix dəfələrlə sübut etmişdir ki,xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyinin qoruması,onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”


Heydər Əliyev.
İnsan üçün azadlıqdan,dövlət üçünsə müstəqillikdən əziz,şirin heç nə yoxdur.

Ulu və zəngin tarixi keçmişə malik Azərbaycan xalqı azad yaşayış,müstəqil dövlət uğrunda uzun və mücadilələrlə dolu bir yol keçmiş,keşməkeşli bir həyat yaşamışdır.Azərbaycan təbii sərvətlərinə görə nə qədər zəngin olsa da,coğrafi mövqeyinə görə əlverişli ərazidə yerləşsə də, bu nemətlərə tam şəkildə sahib ola bilməmiş,illərlə müstəmləkəçilik zülmü altında yaşamağa məcbur olmuşdur.

Təbii sərvətləri talanmış,torpağında yadellilər at oynatmış,ikiyə bölünüb parçalanmış,ona mənliyini ifadə etməyə imkan verilməmişdi.Amma azadlıq elə bir sehrli məfhumdur ki,cazibəsinə düşən ona nail olmayınca rahatlana bilmir. “Bir gün azad yaşamaq yüz il əsarətdə qalmaqdan yaxşıdır”-deyimi hər bir azərbaycanlının beynində,şüurunda kök saldıqca istiqlala gedən məsafə də azalmışdır.

Ümummilli liderimiz Heydər Əliyev çıxışlarında tez-tez deyirdi ki,biz nadir bir irsin varisləriyik! “Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi,mədəniyyəti,yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə,həm də bu gününə,həm də gələcəyinə dərin bir məsuliyət hissi ilə yanaşmalıdır.”

Qeyd etmək lazımdır ki,1991-ci ildə yenidən əldə etdiyimiz müstəqillik xalqımızın ötən əsrin əvvəllərində yaşadığı şərəfli tarixin şüurlarda yaratdığı milli oyanışın, azadlıq eşqinin bəhrəsi idi. Həmin il avgustun 30-da Azərbaycanın müstəqilliyi haqqında bəyannamə,oktyabrın 18-də isə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında konstitusiya aktı qəbul olundu.Bununla da Azərbaycan müstəqil,demokratik və dünyəvi bir dövlət kimi yenidən mövcudluğunu dünyaya bəyan etdi.

Dövlət müstəqilliyimizi dünya ictimaiyyəti tanıdı və qəbul etdi.Həmin tarixi və möhtəşəm gündən artıq 20 ilədək bir müddət keçir.Bu müddət ərzində Azərbaycan bütün sahələrdə inkişafa,tərəqqiyə nail oldu.Müstəqilliyimizin ilk illərində xalqımız,ağır,məşəqqətli günlər yaşadı.1988-ci ildən Ermənistanın Azərbaycana torpaq iddiası ilə başlamış olduğu münaqişə ölkəmizdə vəziyyəti son dərəcə ağırlaşdırmışdır. Ermənistandakı dədə-baba torpaqlarından vəhşicəsinə qovulmuş soydaşlarımız qaçqın və məcburi köçkün kimi Azərbaycana pənah getirmişdi. Torpaqlarımızda müharibə gedirdi.Dağlıq Qarabağa daxil olan rayon və kəndlər,həmçinin ətrafdakı bölgələr erməni quldurları tərəfindən işğal olunmuşdu.Qarabağın dağlıq hissəsində Azərbaycan dövlətinin hakimiyyəti yox dərəcəsində idi. Torpaqlarımızı müdafiə etmək,ərazi bütölüyümüzü qoruyub saxlamaq,işğal olunmuş torpaqlarımızı azad etmək .əsas məqsədimizdir.

Dövlətçiliyimiz məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir zamanda respublikamızın o zamankı səriştəsiz və qətiyyətsiz rəhbərləri belə vacib taleyüklü vəzifələrin öhdəsindən gələ bilmədilər.Məhz buna görə də torpaqlarımızın xeyli hissəsi itirildi, ölkədə xaos,anarxiya baş alıb getdi,vətəndaş müharibəsi təhlükəsi yarandı, qardaş qırğını başlandı.Dövlətçiliyimiz və müstəqilliyimiz təhlükə qarşısında idi.Ölkəni idarə etmək qabiliyyətində olmayan AXC müsavat rejimi də Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışını reallaşdırmışdı. Müdrik xalqımız isə təkidlə,israrla öz böyük oğlunun,düya şöhrətli siyasətçi Heydər Əliyevin Bakıya gəlməsini tələb edirdi.Xalqımızın ziyalaları,müxtəlif təbəqələri birləşdirən nümayəndə heyəti Naxçıvana getdi və bütün fəaliyyətiniAzərbaycanın tərəqqisi və inkişafına həsr etmiş ulu öndər Heydər Əliyev bu çətin və çıxılmaz vəziyyətdə xalqın ona uzadılmış əlindən tutdu və ömrünün qalan hissəsini də bu yolda sərf edəcəyini bildirdi. Bu cür addımı yalnız dahi şəxsiyyətlər,xalqının xilaskarı olmaq missiyasını öz üzərinə götürmüş insanlar ata bilərdi:Heydər Əliyev məhz bu qəbildən idi.

Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya gəldi və iyunun 15-də Ali Sovetin sədri seçildi.Bu,eləbir dövr idi ki,respublikamız həm xaricdən,həm də daxildən sarsıdıcı zərbələrə məruz qalırdı.Ordu hissələrinin siyasi oyunlara qatılması, ölkədəki qeyri-sabit vəziyyətdən istifadə edən erməni quldurlarının yeni hücum əməliyyatları,qaçqın və köçkün ordusu, özbaşınalıq dövlətçiliyimizin sütunlarını laxlatmaqdaydı.Düya şöhrətli siyasətçi,zəngin dövlətçilik ənənələrinə malik dahi şəxsiyyət Heydər Əliyev bu dəfə də xalqın müdrikliyinə arxalandı,təhlükənin genişlənməsinə imkan vermədi və düzgün qərarları ilə Azərbaycan xalqını bəlalardan xilas etdi.

Ölkə daxilində ictimai-siyasi şərait bərpa olunduqca müstəqil respublikanın dövlət təsisatları yaradılmağa,qurulmağa başladı.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə ilk milli konstitusiyamızın qəbulu ölkədə genişmiqyaslı hüquqi islahatların həyata keçirilməsinə böyük imkanlar yaratdı. Azərbaycanda hüquqi,demokratik dövlət quruculuğuna başlandı.

Məhz Ulu öndərin qətiyyətli xarici və daxili siyasəti nəticəsində Azərbaycan artıq dünya miqyasında tanınıb,beynəlxalq təşkilatlarda öz layiqli yerini tutub,öz sözünü cəsarətlə demək qüdrətindədir. Ümumilli liderimizin müəyyənləşdirdiyi düzgün siyasi xətt respublikada qısa vaxtda ordu quruculuğnu möhkəmləndirmiş,güclü mütəşəkkil ordunun yaradılmasına gətirib çıxarmışdır.Torpaqlarımızın bir hissəsinin düşmən tapdağı altında olduğu belə çətin durumda ordu quruculuğuna böyük diqqət yetirilməsi daxili siyasətin daha bir uğuru deməkdir.

Böyük öndər Heydər Əliyevin Azərbaycan üçün,xalqımız üçün gördüyü işləri sadalamaqla bitib tükənən deyil.Çünki,Azərbaycanın hər daşında,hər torpağında,qurucuq işlərində ulu öndərin əl izləri var,onun fəaliyyətinin uğurlu bəhrələrini hər yanda görmək mümkündür.O,bu gün sıralarımızda olmasa da,onun möhtəşəm işləri,əməlləri,misilsiz xidmətləri hamımıza bəllidir və gözümüz önündədir. Onun müqəddəs ruhu həmişə bizimlə olacaqdır.Bu gün hər bir azərbaycanlı fərəh hissi keçirir.Çünki dövlətimizin idarəçlik sükanı başında ümumilli liderimiz Heydər Əliyevin yetirməsi,onun yaratdığı siyasi məktəbin davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev durur.

2003-cü ildə keçirilən prezident seçkilərində xalqımız yekdilliklə İlham Əliyevə səs verdi.Hər bir azərbaycanlının prezidenti olacağını qətiyyətlə bildirən və ötən müddət ərzində sözünün ağası olduğunu əməli işi, genişmiqyaslı fəaliyyəti ilə bir daha sübut edən cənab İlham Əliyevə xalqımız yeni-yeni müvəffəqiyyətlərə, uğurlara nail olacaq,dövlətçiliyimizin inkişafı və möhkəmləndirilməsi istiqamətində mühüm göstərişlər əldə edəcəkdir.
Müstəqilliyimizin 20-ci ildönümü ilə əlaqədər keçiriləcək tədbirlər.

Xalqımız keşməkeşli mübarizələr və qurbanlarla dolu tarixi bir yol keçmişdir.Bunların hamısının bir məqsədi,bir məramı olmuşdur:azadlıq,müstəqillik,xalq iradəsinin sərbəstliyi. XX əsirdə Azərbaycan xalqının ən böyük nailiyyəti də məhz müstəqil Azərbaycan dövlətinin yaradılmasıdır.Öz müstəqilliyini bərpa edən ölkəmiz artıq demokratik,hüquqi,dünyəi dövlətin təməlini qoymuşdur.

Qeyd etdiyimiz kimi, 2011-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci il dönümü tamam olur.İyirmi illik inkişaf yolumuzun ən parlaq nəticəsi ondan ibarətdir ki,bu gün Azərbaycan,sözün əsl mənasında,artıq tam müstəqil ölkədir.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə respublikamızın hər yerində olduğu kimi,kitabxanalarda,ümumtəhsil məktəblərində,muzeylərdə və s.yerlərdə bir sıra silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.Müsəqilliyimizlə bağlı kitabxanalarda ilk növbədə sərgi,kitab icmallrını,oxucu konfranslarını, inşa, ser, rəsm müsabiqələrini, ədəbi-bədii kompozisiyaları və ucadan oxuları,söhbətləri,məruzələri,foto-stendlər və s.təşkil və tərtib etmək olar.İlk növbədə kitabxanalarda müstəqilliyimizin 20-ci ildönümü ilə bağlı sərginin tərtib olunması vacibdir.Sərgidə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi ilə baglı nəşr olunan kitabları,kitabçaları,dövrü mətbuatda çap olunan qəzət və jurnallari numaiş etdirmək olar.Sərgilərə müxtəlif başlıqlar vemək olar.Məsələn: “Müstəqillik yollarında” , “Ad günün mübarək Azərbaycan”, “Müstəqilliyimiz əbədidir” , “Müstəqilliyimiz milli sərvətimizdir”, “Müsəqilliyimiz və ədəbiyyatımız”, “Müstəqillik Azərbaycan xalqının tarixi nailiyyətidir”, “Dövlətimiz quruldu”, “Dövlətçiliyimiz Əbədidir” və s. İndi isə “Müstəqilliyimiz milli Sərvətimizdir” adlı sərginin sxemimi nümunə üçün veririk.

1 Başlıq: “Müstəqilliyimiz milli sərvətimizdir”.

2Azərbaycanin üçrəngli bayrağı.

3Müstəqilliklə bağlı görkəmli şəxslərin söylədikləri sitatlar:

4Müstəqilliklə bağlı nəşr olunmuş kitabların nümayişi.

1 Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası I cild.

2 Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası II cild.

3 Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar.

4 Müstəqil dövlətimiz və Parlamentimiz.

5 Şer parçası

Təzədən qurulur bu vətən,təzədən,

Sabahı əbədi zəfərdir.

Yenidən qurulan Azərbaycanın

Ən böyük memarı Heydərdir.

Tanınır hər yerdə

Müstəqil Vətənim,

Dünyalara boylanır yurdum mənim


Statlar.

1 Azərbaycan Respublikasının müstəqilliyi tarixi bir hadisədir. Bu, Azərbaycan xalqının milli sərvəti,milli nailiyyətimizdir.

Heydər Əliyev.
2 Bütün Azərbaycan vətəndaşlarına üz tutaraq, onları bir daha milli həmrəyliyə, vətəndaş birliyinə dəvət edirəm. Biz müsəqilliyimizi yalnız milli həmrəylik əsasında, vətəndaş birliyi əsasında qoruyub saxlaya biləcəyik.

Heydər Əliyev.


3 Heydər Əliyev Müstəqil Azərbaycan dövlətinin banisidir.

Şahlar Əsgərov.

Milli Məclisin sədri.
4 Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz,ən qimətli nailiyyətdir və bu nailiyyəti-dövlət müstəqilliyimizi biz daim qoruyub saxlayacağıq.

Heydər Əliyev.


5 Azərbaycanın müstəqilliyi tarixi hadisə,xalqımızın tarixində olan ilk imkandır. Bunu qoruyub saxlamaq və gələcək nəsillərə çatdırmaq bizim borcumuz,şərəfli vəzifəmizdir.

Heydər Əliyev


6 İyirmi illik inkişaf yolmuzun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan sözün əsl mənasında,artıq tam müstəqil ölkədir.

Ilham Əliyev.

Azərbaycan Respublikasının Prezidenti.
Müstəqilliklə bağlı kiçik yaşlı oxucular üçün Azərbaycan, vətən,bayraqla bağlı yazıçı və şairlərin ucadan oxular,səhərciklər hazırlamaq olar.Bununla əlaqədar İlyas Tapdıq və Oqtay Hüseynlinin sinifdən xaric oxu kitabında verilmiş “Bayrağım” hekayəsi əsasında kiçik yaşlı oxucular üçün səhərcik keçirmək olar.
Müstəqilliyimizin 20-ci ildönümü münasibətilə orta və böyük yaşlı oxucular arasında söhbətin keçirilməsi məqsədəuyğun olardı.

Kitabxanalarda keçirilən tədbirlərdən biri də sual-cavab gecələri,oxucular arasında bilik yarışmalarıdır.Bu tədbirlər oxucuların mövzu ilə əlaqədar biliklərini üzə çıxardır,bilmədiklərini isə öyrədir. Bu baxımdan kitabxanaçı müstəqilliyimizin 20-ci ildönümü ilə əlaqədar oxucular arasında bilik yarışması keçirə bilər.

Kitabxanada mövzu ilə bağlı rəsm,inşa müsabiqəsi keçirmək olar. Və bu tədbirlər oxucular üçün maraqlı olar. Kitabxanaçı müsabiqələrin keçirilməsi ilə bağlı elanı kitabxananın divarından asır.

Kitabxanalarda keçirilən silsilə tədbirlərdən biri də kitab icmalıdır. Kitab icmalının keçirilməsində məqsədimiz oxucular arasında müstəqilliyimizlə bağlı nəşr olunan bir çox kitabların icmalını keçirməkdir.


Ədəbiyyat siyshısı:

Kitablar:

1 Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası II cilddə. I cild-B. “Lider nəşriyyatı”,2004-440s.

2 Azərbaycan Xalq Cumhuriyyəti .II cilddə. Cild II-B. “Lider nəşriyyatı”2005-472s.

3 Heydər Əliyev.Müstəqilliyimiz əbədidir.Çoxcildliyin X-XXVIII cildliyinin köməkçi göstəricisi/Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi.M.F.Axundov adına Azərbaycan Milli kitabxana.2010.-509s.

4 Quliyeva N.M Müstəqillik illəri Azərbaycan ailəsi .-B.Elm ,2006.-93s.

5 Mehdiyev R.XXI əsrdə milli dövlətçilik.B. “XXI” yeni nəşrlər 2003-248s.

6 Müstəqilliyimizin memarı /kitab.-B:Yazıçı,2010.-296s

7 Arif Q.Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir./Q.Arif/ Xalq qəzeti:-2007-31 may.-s.6

8 Əliyev Q.Müstəqil Azərbaycan dövlətinin banisi,qurucusu və xilaskarı Heydər Əliyev./Q.Əliyev/Azad Azərbaycan -2007.-12 dekabr.-s.3.

9 Səfərov S.Müstəqil Azərbaycan Respublikası Heydər Əliyevin əsəridir./S. Səfərov. /Xalq qəzeti/:-2007-10 may s.9.



Tərtib edən:Əmədova Gülcöhrə - Qusar MKS-nin metodisti


Gəncəliyeva Bəsti – Qusar MKS-nin metodisti.
Yüklə 37,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin