Azərbaycan Respublikası Nazirlər



Yüklə 22,28 Kb.
tarix11.09.2018
ölçüsü22,28 Kb.
#81018

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2016-cı il 2 dekabr

tarixli 491 nömrəli qərarı ilə



təsdiq edilmişdir.

1 nömrəli əlavə


Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbəsinin sayı 1-dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, həmçinin mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadrat-metrdən çox olmayan, istismarına sadələşdirilmiş icazə verilməsi

tətbiq olunan qeyri-yaşayış binalarının (tikinti obyektlərinin)

istismar təyinatının
SİYAHISI


  1. İstehsal sahələri obyektləri.

  2. Sosial təyinatlı obyektlər.

  3. İnzibati obyektlər.

  4. Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələri obyektləri.



Qeyd. Bu Siyahıda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

______________________

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2016-cı il 2 dekabr

tarixli 491 nömrəli qərarı ilə



təsdiq edilmişdir.

2 nömrəli əlavə
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbəsinin sayı 1-dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, həmçinin mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadrat-metrdən çox olmayan, istismar təyinatı bu qərarın 1 nömrəli əlavəsinə uyğun olan və aparılmış müayinənin nəticələrinə əsasən

istismara hazırlığı barədə rəy verilmiş tikinti obyektinin istismarına
İCAZƏ
____ ____________________

(tarix)
1. Rayon, şəhər, şəhər rayonu, qəsəbə, kənd: ____________________


2. İcazə verən orqanın adı: ___________________________________
3. Tikinti obyektinin ünvanı, döngə nöqtələrinin koordinatları, adı:______

_________________________________________________________


4. Tikinti obyektinin istismar təyinatı: ____________________________
5. Tikintiyə dair icazəverici sənədlər: ____________________________

(tikinti obyektinin layihəsinin yerli icra

_________________________________________________________

hakimiyyəti orqani tərəfindən razılaşdırılması barədə qeydin və ya tikintiyə razılıq verilməsi barədə həmin orqanın qərarının tarixi və nömrəsi)

6. Obyektin yerləşdiyi torpaq sahəsinə hüququnun növü: ____________

(mülkiyyət, istifadə və ya icarə)

7. Tikinti obyektinin sahibi (sifarişçisi): ___________________________
8. İstismara hazırlığı barədə rəyin tarixi və qeydiyyat nömrəsi: ________
9. Tikinti obyektinin əsas texniki göstəriciləri:


Göstəricilərin adı

Ölçü vahidi

Layihə üzrə

Faktiki




































Yükdaşıyan konstruksiyaların dayanıqlığı, möhkəmliyi və istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından aparılmış müayinəyə əsasən təyinatı üzrə istifadəsinin mümkünlüyü nəzərə alınaraq, _____________________ tarixdən tikinti obyektinin ____________________________ istismarına icazə verilsin.


________ İcra Hakimiyyətinin başçısı __________ _______________

(rayon, şəhər) (imza) (adı, soyadı)


M.Y.

Qeyd. Bu sənəddə dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
______________________
Yüklə 22,28 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin