Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin direktoru



Yüklə 5,74 Kb.
tarix17.07.2018
ölçüsü5,74 Kb.
#57124

Azərbaycan Respublikası

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

Məlumat Hesablama Mərkəzinin direktoru
cənab Elnar Əsədova

Hörmətli Elnar müəllim,

Sizin 30 yanvar 2017-ci il tarixli DİFMRŞ 153 nömrəli məktubunuza Azərbaycan Respublikası Səhiyyə Nazirliyində baxılmışdır.



Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli, 235 nömrəli qərarı təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”na əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən göstərilən aşağıda adları qeyd olunmuş xidmətlər 2017-ci il ərzində “Elektron hökumət” portalına inteqrasiya olunması üçün müvafiq müraciət ediləcəkdir.

  1. “Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində işə qəbulla bağlı keçiriləcək müsabiqələrdə iştirak etmək üçün müraciətin və sənədlərin qəbulu”, “Özəl tibb müəssisəsində narkotik və psixotrop maddələrin istifadəsinə razılıq məktubunun verilməsi” və “Ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna yazılma” elektron xidmətləri hazırdır və 2017-ci ilin I rübü “Elektron hökumət” portalına inteqrasiya olunması üçün müvafiq müraciət ediləcəkdir;

  2. “Ölüm haqqında tibbi şəhadətnamə" elektron registrindən məlumatların verilməsi”, “Xarici ölkələrdə tibbi təhsil və ya fəaliyyət göstərilməsi üçün müvafiq arayışın verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu” və “Respublikadan kənarda müalicə alınması ilə əlaqədar müraciətin və sənədlərin qəbulu” elektron xidmətlərinin isə proqram təminatlarının hazırlanması, tətbiqi və “Elektron hökumət” portalına inteqrasiya olunması 2017-ci ilin sonuna nəzərədə tutulmuşdur.

Aparatın rəhbəri Zəkiyyə Mustafayeva
Yüklə 5,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin