Azərbaycan Respublikası Prezidentinin “ Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzeə Dövlət Komissiyası və Dövlət Proqramının hazırlanması haqqında” 06



Yüklə 57 Kb.
tarix10.01.2022
ölçüsü57 Kb.
#108187

Azərbaycan Respublikası Prezidentinin “ Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə Dövlət Komissiyası və Dövlət Proqramının hazırlanması haqqında” 06.03.2006-cı il tarixli 1348 №-li Sərəncamının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.06.2006-cı il tarixli 155s №-li sərəncamına əsasən Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə
TƏDBİRLƏR PLANI




Tədbirlərin adı


İcra orqanı



Məqsəd və gözlənilən nəticələr



İcra müddəti

1

Biometrik eyniləşdirmə sisteminin yaradılması sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi

Nazirlər Kabineti

Ədliyyə Nazirliyi

Xarici İşlər Nazirliyi

Daxili İşlər Nazirliyi

Milli Təhlükəsizlik

Nazirliyi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

Dövlət Gömrük Komitəsi

Dövlət Sərhəd Xidməti




  • Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üçün hüquqi bazanın təmin edilməsi

“Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin hazırlanması.


Azərbaycan Republikasının aşağıdakı qanunlarına əlavə və dəyişikliklər edilməsi:
- “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” 14 iyun 1994-cü il tarixli qanun;
- “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” 13 mart 1996-cı il tarixli qanun;
- “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 4 aprel 1996-cı il tarixli qanun;
- “İmmiqrasiya haqqında” 18 mart 1999-cu il tarixli qanun;
- “Dövlət daktiloskopik qeydiyyat haqqında” 24 mart 2000-ci il tarixli qanun;
- “Qaçqınların və məcburi köçkünlərin hüquqi statusu haqqında” 21 may 1999-cu il tarixli qanun.



















  • Azərbaycan Respublikası qanunvericiliyinin Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatının İCAO ( İnternational Civil Aviation Organisation) biometrik pasportlar sahəsində standartlarına, onu tamamlayan Protokollar və bu sahədə digər beynəlxaq sənədlərə uyğunlaşdırılması, bu sənədlərə uyğun olaraq “Biometrik eynilləşdirmə texnologiyalarının tətbiqi haqında” Azərbaycan Respublikası Qanununun hazırlanması




  • Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılmasının əsas prinsiplərinin, onun təşkilinin əsaslarının, icraçı orqanların vəzifələrinin, müəyyən edilməsi, Azərbaycan Respublikasında vahid milli standartların (biometrik) yaradılması, habelə mövcud olan pasport-qeydiyyat sisteminin biometrik eyniləşdirmə texnologiyalarına keçirilməsi mərhələlərinin və Dövlət Proqramında göstərilən digər tədbirlərin həyata keçirilməsini təmin etmək üçün müvafiq qanunlarda əlavə və dəyişikliklərin edilməsi.


İyul 2007

Dekabr 2007


2

Dövlət Proqramı iştirakçılarının fəaliyyətinin əlaqələndirilməsi

Nazirlər Kabinetin

Ədliyyə Nazirliyi

Xarici İşlər Nazirliyi

Daxili İşlər Nazirliyi

Milli Təhlükəsizlik Nazirliyi

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

Dövlət Gömrük Komitəsi

Dövlət Sərhəd Xidməti





  • Dövlət Proqramı iştirakçılarının qarşılıqlı əməkdaşlığının

təşkil edilməsi


  • Dövlət Proqramı iştirakçıları arasında məlumat mübadiləsinin təmin edilməklə aşağıdakıların təmin edilməsi:

  1. Cinayətkar qəsdlərin qarşısının alınması məqsədilə biometrik məlumatların informasiya bazasının etibarlı müdafiə sisteminin işlənib hazırlanması.

  2. Vahid informasiya-texniki ifrastruktur əsasında pasport-viza sənədlərinin hazırlanması, rəsmiləşdirilməsi və müvafiq nəzarət sisteminin texniki layihəsinin işlənib hazırlanması, onun maliyyə-iqtisadi təminatının müəyyən edilməsi.

  3. Beynəlxalq Mülki Aviasiya Təşkilatının İcao (İnternational Civil Aviation Organisation) biometrik pasportlar sahəsində standartlarına uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı pasportunun (ümumvətəndaş, diplomatik, xidməti və dənizçi pasportu) strukturunun və blank nümunələrinin hazırlanması.

  4. Biometrik eyniləşdirmə sisteminin hal-hazırda istismar edilən, müvafiq icra hakimiyyəti orqanlarını (hüquq-mühafizə) əhatə edən “Giriş-Çıxış” Avtomatlaşdırılmış Məlumat Axtarış Sisteminə inteqrasiya olunmaqla, özündə beynəlxalq standartlara cavab verən əhali haqqında vahid məlumat bazasının formalaşdırılmasının təmin edilməsi.

  5. Elektron daşıyıcı informasiyanı özündə əks etdirən pasport-viza sənədlərinə daxil ediləcək məlumatların məzmununun işlənib hazırlanması.

  6. Vətəndaşlar (ölkə vətəndaşları, əcnəbilər, daimi yaşayan vətəndaşlığı olmayan şəxslər, daimi yaşayış yeri üzrə məskunlaşmış qaçqın və məcburi köçkünlər və s.) haqqında pasport-viza sənədlərinə daxil eiləcək məlumatların rəsmiləşdirilməsi və işlənilməsi qaydalarını tənzimləyən xüsusi normativ-hüquqi aktların hazırlanması.

  7. Azərbaycan Respublikası vətəndaşının konstitusion hüquqlarına riayət edilməsi prinsipi əsasında biometrik məlumatların qorunması və istifadə edilməsi qaydalarını müəyyən edən müvafiq hüquqi bazanın yaradılması.

  8. Saxta sənədlərdən istifadə olunmasının qarşısının alınması, pasport nəzarətindən keçmə, vizaların rəsmiləşdirilməsi və əcnəbilərin miqrasiya xidmətində qeydiyyata alınması zamanı axtarışa elan olunmuş şəxslərin aşkar edilməsi məqsədilə kompleks təhlükəsizlik tədbirlərinin (aparat-proqram kompleksi) işlənib hazırlanması .

  9. Biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə işlərin əlaqələndirilməsinə məsul olan dövlət sifarişçisinin müəyyən edilməsi.

  10. Pasport-viza sənədlərinin müdafiəsinin gücləndirilməsi məqsədilə biometrik göstəriciləri olan sənəd blanklarının fərdiləşdirilməsi üzrə mərkəzin yaradılması.

  11. Sistemin texniki layihəsinin işlənilməsi üçün tenderin keçirilməsi.

  12. Biometrik eyniləşdirmə sisteminin tətbiqinin böyük maliyyə xərcləri, bir sıra hüquqi, təşkilati və texniki tədbirlərin həyata keçirilməsi ilə müşayiət olunacağı nəzərə alınmaqla sistemin fəaliyyətə başlamasının mərhələlər üzrə müəyyən edilməsi.

  13. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən əsas biometrik sənəd və blankların nümunə və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihəsinin hazırlanması.

  14. Elektron daşıyıcıları olan pasport-viza sənədlərinin hazırlanması, rəsmiləşdirilməsi və ona nəzarətin Dövlət Sisteminin yaradılması üzrə texniki tapşırığın işlənib hazırlanması.

  15. Milli sistemin beynəlxalq standartlara uyğunluğu məsələsinin öyrənilməsi.

  16. Biometrik texnologiyalardan istifadənin-insan və vətəndaş hüquqlarına riayət edilməsinin mühüm şərti kimi nəzərə alınması.

  17. Diplomatik kanallar vasitəsilə Avropa və digər ölkələrin Azərbaycan Respublikasının biometrik elektron daşıyıcıları olan pasport-viza sənədlərinə keçməsi barədə məlumatlandırılması

    • Beynəlxalq təcrübə öyrənilməklə Azərbaycan Respublikasında biometrik eyniləşdirilmə sisteminin yaradılması üçün proqram-texniki və maliyyə-iqtisadi məsələləri əhatə edəcək qaydaların hazırlanması.

    • Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin mərhələlərlə istismara verilməsi



Mütəmadi


Mütəmadi







Yüklə 57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin