Azərbaycan Respublikası Təhsil nazirinin 07 sentyabr 2021-cci IL tarixli f-429№li əmri ilə əlaqədar “27 sentyabr Anım Günü” və “8 noyabr Zəfər Günü”nə dair



Yüklə 14,56 Kb.
tarix31.12.2021
ölçüsü14,56 Kb.
#112263
Təsdiq edirəm Anım günü və Zəfər günü 2021
Təsdiq edirəm Anım günü və Zəfər günü 2021, Mexaniki hərəkət — Vikipediya (1), BSO 2 7 klass

Təsdiq edirəm: S.Cəmiyeva

Xaçmaz şəhər akademik Zərifə Əliyeva adına 8№li məktəb-liseyin direktor əvəzi



Azərbaycan Respublikası Təhsil nazirinin 07 sentyabr 2021-cci il tarixli F-429№li əmri ilə əlaqədar “27 sentyabr Anım Günü” və “8 noyabr Zəfər Günü”nə dair

TƏDBİRLƏR PLANI



Görüləcək tədbirlərin adı

İcraçı

İcra vaxtı

1

“Anım günü” və “Zəfər günü” ilə bağlı “Vətən var olsun!” şüarı altında seminar, dəyirmi masa, vebinar, flaşmob, ədəbi-bədii kompozisiyaların təşkil edilməsi.

Təşkilatçı müavin

Sinif müəllimləri

U.G.B.R


Sentyabr

Noyabr


2

“Zəfər Günü”nün ildönümünə həsr olunmuş xüsusi dərsin keçirilməsi.

Tarix müəllimləri

5-6 noyabr

3

Şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə kompaniyalarının və gülqoyma mərasimlərinin təşkili, şəhid məzarlarının ziyarət olunması, şəhid ailələrinə baş çəkilməsi.

Təşkilatçı müavin

Sinif müəllimləri

U.G.B.R


Mütəmadi

4

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qəhrəmanlığı nəticəsində qələbə ilə başa çatmış Vətən müharibəsi, əsgər və zabitlərimizin sücaəti, Anım Günü və Zəfər Günü ilə bağlı mövzuların ümumi təhsilin məzmununa inteqrasiyası və tədrisin təşkili.

Fənn müəllimləri

Mütəmadi

5

“Şəhidini tanı” aksiyası çərçivəsində Vətən müharibəsi şəhidlərinin həyat və mübarizəsinə həsr olunmuş tanıtım çarxlarının hazırlanması və onların məktəblərin rəsmi Facebook səhifələrinə yerləşdirilməsi.

Təşkilatçı müavin

Sinif müəllimləri

U.G.B.R


Mütəmadi

6

Vətən müharibəsi Memorial Kompleksinə, Hərbi Qənimətlər Parkına, Zəfər Muzeyinə ekskursiyaların təşkili.

Təşkilatçı müavin

Sinif müəllimləri

U.G.B.R


Mütəmadi

7

Vətən müharibəsi şəhidlərinin həyat və mübarizə yolunu əks etdirən videoçarxların nümayişinin təşkili.

Təşkilatçı müavin

Sinif müəllimləri

U.G.B.R


Mütəmadi

8

Anım Günü və Zəfər Gününə həsr olunmuş yaradıcılıq müsabiqələrinin (rəsm, inşa, şeir, mahnı, əl işləri, videoçarx, təqdimat) keçirilməsi, intellektual oyunların təşkili.

Təşkilatçı müavin

Sinif müəllimləri



U.G.B.R

Mütəmadi

9

“Hüququndan keçən əsgər, Hərə bir qəhrəman oldu”, “Zəfər yolu” başlığı altında VIII-XI sinif şagirdləri arasında inşa müsabiqələrinin keçirilməsi.

Dil-Ədəbiyyat müəllimləri

Mütəmadi

10

İşğaldan azad edilmiş bölgələrin tarixi və coğrafiyası, flora və faunası, mədəni abidəlləri, dini ibadətgahları, adət-ənənələri, tanınmış şəxsiyyətləri ilə bağlı tədbirlərin təşkil edilməsi.

Fənn müəllimləri

Mütəmadi

11

İşğaldan azad edilmiş bölgələrdə həyata keçirilən quruculuq işləri barədə məlumatların verilmsi, videomaterialların nümayişinin təşkili.

Fənn müəllimləri

Mütəmadi

12

“Anım Günü” və “Zəfər Günü”nə həsr olunmuş açıq dərslərin keçirilməsi.

Fənn müəllimləri

Mütəmadi

Təşkilatçı müavin: S.Cəmiyeva
Yüklə 14,56 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə