Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti


Azərbaycanda patent – lisenziya sisteminin müasir vəziyyəti



Yüklə 315,71 Kb.
səhifə2/2
tarix14.07.2018
ölçüsü315,71 Kb.
#56444
növüReferat
1   2

Azərbaycanda patent – lisenziya sisteminin müasir vəziyyəti

və lisenziya ticarətinin inkişaf etdirilməsi məsələləri.
XX əsrin sonunda sosiializm sisteminin dağılması ilə əlaqədar bu vaxta qədər dünya ölkələrindən təcrid olunmuş keçmiş sosialist ölkələri dünya iqtisadiyyatına qovuşmaqla beynəlxalq iqtisadi münasibətlərin bərabərhüquqlu subyektlərinə çevrildilər. Həmin ölkələrin gücü iqtisadi potensiala malik olmaları beynəlxalq iqtisadi münasibətlərdə əhəmiyyətli kəmiyyət və keyfiyyət dəyişikliklərinin baş verməsini şərtləndirmişdir. Aydın məsələdir ki, analoci proseslər müvafiq olaraq beynəlxalq lisenziya ticarətində də baş vermişdir. Belə ki, bu ölkələrin lisenziya ticarəti sırf sosializm prinsiplərinə (planlaşdırma, mərkəzləşdirmə, dövlət inhisarı və s.) əsaslanmışdır. Onların daxili və xarici lisenziya ticarəti mərkəzləşdirilmiş səviyyədə bilavasitə dövlət orqanları tərəfindən həyata keçirilirdi. Xarici lisenziya ticarəti bir qayda olaraq digər sosialist ölkələri ilə həyata keçirilirdi.

Sadaladığımız bu cəhətlərin hamısı keç. SSRİ-yə və 70 il onun tərkibində olmuş Azərbaycana da aid edilir. Bu dövr ərzində Azərbaycanın lisenziya ticarəti vahid sovet dövlətinin lisenziya ticarətinin tərkib hissəsi olmuşdur. Azərbaycanın SSRİ-yə daxil olan digər respublikalarla lisenziya mübadiləsi planlaşdırma əsasıda mərkəzləşdirilmiş qaydada həyata keçirilirdi.

Keçmiş SSRİ-nin xarici lisenziya ticarəti həmişə inhisarında olmuşdur. Belə ki, respublikaların müəssisə və birlikləri xarici ölkələrin firmaları ilə elmi-texniki naliyyətlər üzrə lisenziya mübadiləsini bir qayda olaraq xüsusiləşdirilmiş xarici ticarət birliklərinin vasitəçiliyi ilə həyata keçirirdilər. Bunlardan ən mühümləri SSRİ Xarici Ticarət Nazirliyinin “Lisenziontorq” idarəsi və SSRİ Elm və Texnika Dövlət Komitəsinin “Xarici texniki” idarəsi idilər. Bu iki idarə ölkə üçün lazım olan xarici elmi-texniki nailiyyətlərin müəyyən edilməsi və lisenziya əsasında alınmasını, eləcə də xarici ölkələrə satıla biləcək elmi-texniki naliyyətlərin toplanması və liseziya əsasıda satılmasını həyata keçirirdilər.

80-ci illərin sonundan etibarən SSRİ Xarici İqtisadi əlaqələr Nazirliyində xarici iqtisadi əlaqələrin iştirakcısı qismindi qeydiyyatdan keçmiş bütün təşkilatlara və müəssisələrə ixtira və nou-hau lisenziyalan ilə xarici ticarət əməliyyatlan aparmaq üçün icazə verildi.

1 iyul 1991-ci ild qüvvəyə minən patent haqqında yeni qanunun müddəti respublikalar arasında nou-hau deyin, eləcə də ixtira üzrə lisenziya ticarətinin inkişaf etdirilsəmi yolunda mühüm addım oldu. Belə ki, bu qanuni ixtira, sənaye nümunəsi və əmtəə nişanları üzrə lisenziya münasibətlərində və sənaye mürkiyyətinin qorunması qaydalarında əsaslı dəyişikliklərin edilməsini nəzərdə tuturdu.

Əvvəllər SSRİ-də qüvvədə olan qanunlara əsasən ixtiralann 2 cür mürafiə növü var idi: müəllif, hüquq və patent. Müəllif hüquqi müvafıq dövət orqanı tərəfındən ixtiraya müəlliflik şəhadətnaməsinin verilməsini nəzərdə tuturdu. İxtiyari müəlliflik şəhadətnaməsi aldığı halda istənilən yerli dövlət, ictimai və kooperativ təşkilati və ya müəssısəsi müəllifə (və ya müəlliflərə) mükafat verməklə ondan ölkə daxilində əvəzsiz istifadə edə bilərdi. Bu mükafat ixtira üçün ödəniş olmayıb, stimullaşdırıcı xarakter daşıyır. Ödənilən mükafatın miqdannın heç bir hesablama metalogiyası yox idi və bilavasitə administrasiyadan asılı olurdu.

Patent müdafiəsi isə İEÖ-lərdəki patent müdafiə sistemindən demək olar ki, fərqlənirdi. Belə ki, əgər ixtiraya patent verilirdisə, patent sahibi ixtiradan sənaye və kommersiya istifadəsi üzrə müstəsna hüquq əldə etmiş olurdu və onun icazəsi olmadan heç kim ixtiradan istifadə edə bilməzdi.

İxtira sahibi olan əksər təşkilatlar, müəssisələr, fərdi şəxslər “kapitalist” patenti (o dövrdə sosializm prinsiplərinə uyğyn gəlmədiyi üçün patenti belə adlandırırdılar - Ş. B), ya ala bilmirdilər, ya da almaq istəmirdilər və buna görə də əsasən müəllif şəhadətnaməsi almaq üçün ərizə verirdilər. Patentləri isə faktiki olaraq xarici vətəndaşlar və fırmalar alırdılar.

1991-ci ildə “patent haqqında”, “sənaye nümunələri haqqında” yə “əmtəə nişanları, xidmət nişanları və məhsulun coğrafi ünvanının adlandırılması haqqında” yeni qanunların qəbul edilməsi sənaye mülkiyyətinin qorunmasının vahid mexanizminin yaranmasını təmin etdi. Artıq bundan sonra ixtiraların müstəsna hüquq verən patentlərlə qorunması nəzərdə tutulurdu.

Ümumiyyətlə, bu dövrdə elmi-texniki nailiyyətlərin yaradılması, hüququn müdafiəsi, lisenziya əsasında örtülməsi sahəsində, başqa sözlə patent-lisenziya münasibətlərinin təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Lakin SSRİ-nin dağılması və onım yerində müstəqil dövlətlərin yaranması bu tədbirlərin həyata keçirilməsinə imkan vermədi. Bütün respublikaoar kimi Azərbaycan da beynəlxalq lisenziya ticarətinin bərabərhüquqlu subyektinə çevrilmək imkanı əldə etmiş oldu. Lakin bunun üçün hər şeydən əvvəl Respudlikamızda çeviu fəaliyyəm mexanizminə malik təkmil patent - lisenziya sistemi yaradılmalıydı. Respublikada patent -lisenziya tənzimləyəcək qanunverici hüququ aktlann qəbul edilməsi zərurətə çevfilmişdir. Bir tərəfdən hüquqi və fiziki şəxslərin patent-lisenziya münasibətləri üzrə savadının və təcrübəsinin az oiması, digər tərəfdən isə Respublikada iqtisadiyyatın əksər sahələrində istehsal proseslərinin dayandıdrılması, eləcə də elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin əhəmiyyətli dərəcədə zəifləməsi birdən-birə yeni patent - lisenziya münasibətlərinə keçidi xeyli çətinləşdirirdi. Bu səbəbdən Respublikamızda patent - lisenziya sistemi üzrə qanunvericiliyin yaradıcılığı xeyli vaxt tələb edirdi. Buna görə də Azərbaycanda müvafiq münasibətlər hələ bir müddət keçmiş SSRİ dövründəki qanunvericiliklə tənzimləməli oldu.

Azərbaycandakı analoji problemlər keçmiş SSRİ-nin digər respublikalarında ad meydana gəlmişdir. Uzun müddət vahid dövlətin tərkib hissələri olduqları üçün bütün respublikalar eyni tipli problemlərlə qarşılaşmışdılar. Buna görə də, bu problemlərin birgə həlli üzrə respublikalann əməkdaşlığı daha səmərəli ola bilərdi. Təəssüf ki, Azərbaycan bu əməkdaşlığa bir qədər gec qoşuldu.

Patent - lisenziya sferasında meydana çıxan problemlərin həlü yolları 27 dekabr 1991-ci ildə Minskdə MDB-yə üzv olan respublikalar tərəfindən imzalanmış “Sənaye mülkiyyətinin qorunması haqqında” sazişdə göstərilirdi. Görüşdə sənaye mülkiyyətinin qorunması haqqında hökumətlərarası Konveksiya imzalanması təklifi irəli sürülürdü. Sazişdə keçmtş SSRİ-nin “Sənaye mblkiyyətinin qorunması haqqında” qanunun lazımi əlavə və dəyişikliklər edilməklə MDB ölkələrində tətbiq edilməsi nəzərdə tutulurdu.

Respublika qarşılaşdıqları problem ixtiralannın patentləşdirilməsi ilə bağlı idi. Belə ki, respublikaların birində yaradılmış ixtiranın bütün keçmiş SSRİ-nin məkanında patentləşdirilməsi bçbn 15 ölkəyə 15 dildə patent ərizəsi verilməli, patentin alınması vc qüvvədə salanılması üçün 15 yerə rüsum ödənilməli idi. Bu probiei həll etmək üçün 12 mart 1993-cü il tarixdə 10 respublikanın (o cümlədən Azərbaycanın) patent orqanlarının rəhbərləri “Sənaye mülkiyyətiriin qorunması tədbirləri üzrə Hökumətlərarası Şuranın yaradılması haqqında” müqavtlə imzaladılar. Müvafiq olaraq Hökumətlərarası patent orqanı yaradılır ki, onun da tərkibinə Avrasiya Patent orqanı və İdarəedici Şura daxil idi.

Huquqi və fiziki şəxslər birbaşa Avrasiya Patent orqanlarına ərizə verməklə Avrasiya Patent Konvensiyasının iştirakçısı olan bütün ölkələrdə fəaliyyət göstərən vahid patent almaq imkanına maükdirlər.

Ümiyyətlə, MDB- yə üzv olan respublikaların razılığına əsasən keç. SSRİ tərəfindən verilmiş müstəsna hüquqi potentlər heç bir dəyişiklik edilmədən bu ölkələrdə fəaliyyət göstərməkdə davam edir. Respublikalar arasında çoxtərəfli müqavilələrlə yanaşı , bir sıra ikitərəfli müqavilələr də imzalanmışdır. Belə ki, Azərbaycan müxtəlif vaxtlarda Rusiya, Özbəkistan, Qazaxıstan, Qırğızıstan Gürcüstan respublikaian ilə qarşılıqlı patentlərin verilməsi və tanınması üzrə ikitərəfli müqavilələri imzalamışdır.

Bunlarla yanaşı Respublikanın sənaye mülkiyyətinin eləcə də intellektual mülkiyyətin qorunması üzrə bir sıra beynəlxalq müqavilələrə və təşkilatlara qoşulmuşdur. Belə ki, 25 dekabr 1995-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Paris konvensiyası, 1970-ci ildə Vaşinqtonda imzalanmış Patent Kooperasiyası müqaviləsi, 19-cu il Madrid sazişi eynivaxtda ramifaksiya edildilər. Elə həmin tarixdə Milli Məclis Azərbaycan Respublikasının ümumdünya İntellektual Mülkiyyət Təşkilatına (VOlS) üzv olması haqqında qərar qəbul etdL 1999-cu II iyun ayından etibarən isə Azərbaycan Bern İttifaqının üzvüdür.

Bütün bunlar Azərbaycanın milli patent - lisenziya sisteminin və bu sistemin fəaliyyətini tənzimləyəcək patent- lisenziya qanunvericiliyinin yaradılması üçün əlverişli imkanlaryaratdı. Nəticədə 10 iyun 1997-ci il tarixdə “Patent haqqında” Azərbaycan Respublikasının Qanununu qəbul edildi. Bu qanun Azərbaycan Respublikası ərazisində ixtiraların, faydalı modellərin və sənaye nümunələrinin yaradılması, hüquqi mühafizə və istifadəsi ilə yaranan əmlak münasibətlərini və onlaral bağlı şəxsi qeyri-əmlak münasibətlərini tənziməyir.

Qanuna əsasən sənaye mülkiyyəti obyektlərinə hüquqlar dövlət tərəfindən qorunur və təsdiq edilir. Qanuna əsasən aşağıdakılır ixtira sayılır: qurğu, üsul, maddə, mikroorqanizm ştammı və s. Aşağıdakılar isə ixtira sayılmır: elmi nəzəriyyələr, riyazi metodlar, informasiyanın təqdimi üsulları, kompyuter alqoritmləri və proqramları və s.

Azərbaycanda patent qüvvədə olma müddəti aşağıdakı kimidir: 20 il, fadalı model üçün 10 il, sənaye nümunələri üçün - 10 il. istənilən hüquqi və ya fiziki şəxs sənayn mülkiyyəti obyektindən yalnız patent sahibinin razılığı ilə, lisenziya müqaviləsi əsasında istifadə edə bilər.

Azərbaycanda bağlanılan lisenziya müqavilələri müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmalıdır. Qanuna əsasən, patent sahibi patentin verildiyi tarixdən etibarən 3 il müddətində sənaye mülkiyyəti obyektindən üzürsüz səbəbdən istifadə etmədikdə və bu müddət qurtardıqdan sonra lisenziya veməkdən imtina etdikdə, istənilən hüquqi və ya fiziki şəxs sənaye mülkiyyəti obyektindən istifadə üçün məcburi lisenziya verilməsi barədə məhkəməyə iddia ilə müraciət edə bilər,

Patent almaq istəyən hər bir hüquqi və ya fiziki şəx müvafiq icra hakimiyyətı orqanına iddia sənədi ilə müraciəi etməlidir. Azərbacanda bu funksiyanı Elm və Texnika Dövlət Komitəsi yerinə yetirir, Komitə iddia sənədinin daxil olduğu tarixdən etibarən 1 ay ərzində onun ekspertizasını həyata keçirməlidir. Komitə ixtira və faydalı model barəsində iddia sənədinin aldığı tarixdən ən geci 12 ay keçənədək sənaye nümunəsi barəsində iddia sənədinin aldığı tarixdən ən geci 6 ay keçənədək iddia sənədlərinə dair məlumatı özünün rəsmi bülletenində dərc edir. əgər patent verilməsində imtina qərarı qəbul edilirsə bülletendə iddia sənədinə dair məlumat dərc olunmur. Dərc olunandan 6 ay sonra 2 ay ərzində sənaye mülkiyyətinin obyektiini qeydiyyatı patentin verilməsi və dərc olunması üçün rüsumun ödənilməsi şərti ilə, müvafiq Dövlət reestrində sənaye mülkiyyətini qeydə alır və iddiaçı şəxsə patent verir.

“Patent haqqında” qanuna əsasən xarici hüquqi və fiziki şəxslər bu qanunla nəzərdə tutulmuş hüquqlardan Azərbacan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələr və ya qarşılıqlı yardım prinsipinə əsasən Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər istifadə edə bilər.

“Patent haqqında” qanunun qəbul olunması digər müvafiq qanunların da qəbul olunmasını zəruri etdi. Nəticədə 19 avqust 1998-ci il tarixdə Milli Məclis “əmtəə nişanları və coğrafi göstəriciləri haqqında” Qanununu qəbul etdi. Bu Qanun Azərbaycan Respublikasında əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydə alınması və istifadə ilə bağlı münasibətləəri tənzimləyir. Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanı Elm və Texnika Dövlət Komitəsi tərəfindən qeydə alınan əmtəə nişanlarının hüquqi mühafizasi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatlarına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlər və müqavilələrə uyğun olaraq həyata keçirilir. İddia ərizəsi müvafiq orqanda ekspertizadan keçirilməli, 1 il ərzində qeydə alınmalı və qeyd alınmış əmtəə nişanına dair Azərbaycan Respublikası ərazisində qüvvədə oian qeydiyyat şəhadətnaməsi verilməlidir. Azərbaycan Respublikasında əmtəə nişanlarının fəaliyyət müddəti 10 ildir. Bu müddət nişan sahibinin ərizəsinə əsasən dövlət rüsumu ödənilməklə hər dəfə 10 il uzadıla bilər.

Azərbaycan Respublikasının fiziki və hüquqi şəxslərinin müəyyənləşdirilmiş qaydada əmtəə nişanını xarici dövlətlərdə qeydə aldırmaq və ya onun beynəlxalq qeydiyyatını həyata keçirmək hüququ vardır. Əmtəə nişanının beynəlxalq qeydiyyatına diar iddia sənədi müvafıq icra hakimiyyəti tərəfindən verilir.

Əmtəə nişanmın sahibi əmtəə nişanından istifadə hüququnun lisenziya müqaviləsi əsasında başqa şəxsə verə bilər və bu müqavilə dövlət rüsumu ödənilmək şərti ilə müvafiq icra hakimiyyəti orqanında (Elm və Texnika Dövlət Komitəsi - ŞB) qeydə alınmalıdır.

Azərbaycan Respublikasında qeydə alınmış əmtəə nişanı qeydə alındığı tarixdən 5 il ərzində istifadə olunmadıqda və qanunda müəyyən olunmuş digə hallarda nişanın fəaliyyətinə xitam verilə bilər. Qanuna əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətləraraası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, xarici hüquqi və fiziki şəxslər əmtəə nişanlanna dair Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə bərabər hüquqa malikdirlər.

Hələ yeni patent - lisenziya qanunvericiliyi yaradılmasından əvvəl Azərbaycanda keçmiş SSRİ dövründə möcud olmuş patent orqanının bazası əsasında tamamilə yeni mexanizmə malik patent orqanı yaradıldı. Artıq qeyd etdiyimiz kimi bu orqan Azərbaycan Respublikası Elm və Texnika Dövlət Komitəsidir. Komitənin tərkibində ayrıca olaraq patent-lisenzıya şöbəsi vardır. Bu şöbə bilavasitə ixtiralara, sənaye nümunələrinə paientlərin verilməsini və əmtəə nişanlannın qediyyatını həyata keçirir.

Son dövrlər komitədə patentlərin verilməsi, əmtəə nişanlarının və lisenziya müqavilələrinin qeydiyyatı sahəsində xeyli iş görülmüşdür. Komitənin fəaliyyətinin anaiizi Azərbaycanda paient - lisenziya vəziyyəti haqqında fikir söyləməyə imkan verir.

Məlum olur ki, son dövrlərdə müxtəlif tipli ixtiralar üçün patent verilmişdir. Bunların içərisində neft, neft - kimya, fizika, səhiyyə və s. sahələrə aid olan ixtiralar üstünlük təşkil edir. Onlardan aşağıdakılan göstərmək olar: neft mənşəli sürtkü yağlan üçün özülü aşqarın alınması üsulu; neftin buxärlanımadan qorunması üçün hermetikləşdirici tərkib; neft yataqlarının işlənməsi üsulu; külək mühərriki; fotoelektron cihazı; damarlann kəskin trombozunun müalicə üsulu; müalicəvi-dietik turş süd məhsulunun alınması üsulu və s.

Bundan əlavə, Elm və Texnika Dövlət Komitəsi son dövrlərdə əmtəə və xidmət nişanlarının qeydiyyatı sahəsində də fəaüyyətini genişləndirilmişdir. Qeyd edək ki, qeydiyyata alınmış əmtəə və xidmət nişanlarının böyük əksəriyyəti xaricı firmalara məxsusdur.

Təəssüf ki, respublikamızda ixtira, əmtəə və xidmət nişanlarından istifadə hüququnun ötürülsəsi, başqa sözlə, lisenziya mübadiləsi çox zəif inkişaf edib.

Belə ki, 1999-cu ildə Komitədə cəmi 42 lisenziya müqaviləsi qeydiyyata alınıb. bunların da əsas hissəsi xarici firmalar əsasında imzalanmışdır. Rezidentlər arasında bağlanmış lisenziya müqavilələrinin təhlili göstərir ki, bir qayda olaraq lisenziar qismində fərdi şəxslər və elmi-tədqiqat institutlan, lisenziat qismində isə əsasən neft sənayesinə xidmət edən müəssisələr çıxış edirlər.

Bir sözlə Azərbaycanda yaradılan ixtiralar əksər hallarda mövcud sistemin tələblərinə cavab vermir. Onu da qeyd edək ki, yaradılan ixtiralardan da lazımi səviyyədə istifadə olunmur. Təhlil göstərir ki, Respublikamızda yaradılan ixtiralann cəmi 10%-i təsərüffat prosesində tətbiq edilir. Özü də bu ixtiralar təsərüffat prosesində olduqca gec tətbiq edilir. Təcrübə göstərir ki, respublikamızda yaradılan hər bir ixtira əsasən 5-7 il ərzində tətbiq edilir.

Vacib problemlərdən biri də yaradılan ixtiraların (əmtəə nişanlarının) xarici ölkələrdə patentləşdirilməsi (qeydiyyatdan keçirilməsi) hesab olunur. Çünki bu zaman ən mühüm şərtlərdən biri əksər xarici ölkələrdə ixtiralar üçün irəli sürülən patent qabiliyyəti şərtlərinin ödənilməsidir. əsas məsələlərdən biri də lisenziya idxalının genişləndirilməsidir. Sözsüz ki, iqtisadiyyatın bütün sahələrinin yenidən qurulmasını həyata keçirmək yolu tutmuş Respublikamız bu işdə aparıcı ölkələrin qabaqcıl texnika və texnologiyasından istifadə etmək niyyətindədir.

Belə nəticəyə gəlirik ki, Azərbaycanın daxili və xarici lisenziya ticarətinin inkişaf etdirilməsi və Respublikada patent - lisenziya sisteminin təkmilləşdirilməsi üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi zəruridir: ixtiraların və digər elmi-texniki nailiyyətlərin yaradılmasının stimullaşdınlması;

- sənaye mülkiyyəti obyektlərinin hüquqi müafizəsinin gücləndirilməsi;



  • yaradılan ixtiraların təsərüffat prseslərində tətbiqinin sürətləndirilməsi və genişlənlirilməsi;

  • respublikada patent fondunun yaradılması;

  • xarici ölkələrdə patentləşdirmənin və əmtəə nişanlarının qeydiyyatının genişləndirilməsi;

- respublikada tətbiqi mümkün olmayan ixtiralar üzrə lisenziya ixracının sürələndirilməsi;

- ən zəruri sahələr üzrə lisenziya idxalının gücləndirilməsi;

- patent tədqiqatlannın genişləndirilməsi;

- lisenziya mübadiləsinin çevik mexanizminin yaradılması və s.

Ümid edirəm ki, sadaladığımız tədbirlərin həyata keçirilməsi nəticəsində yaxın gələcəkdə respublıkamızda daxili və xarici lisenziya ticarətinin inkişaf etdirilməsinə nail ola biləcəyik və bu respublikamızın iqtisadi inkişafının sürətlənməsini şərtləndirən ən mühüm amillərdən biri olacaqdır.

Nəticə və təkliflər
Beləliklə, beynəlxalq iqtisadi münasibətlərin ən mühüm formalarından birinə çevriimiş beynəlxalq lisenziyi ticarətinin mahiyyəti, onun təşkili xüsusiyyətləri, müasir vəziyyəti və təkmilləşdirilməsi məsələləri ilə yaxından tanış olduq.

Belə nəticəyə gəlirik ki, 20-ci əsrin ortalarından etibarən geniş surətdə yayılmağa başlayan beynəlxalq lisenziya ticarəti hazırda olduqca yüksək templə inkişaf etməkdədir. Hesab edirik ki, bu dünya iqtisadiyyatında gedən obyektiv iqtisadi proseslə əlaqədardır.

Aydın olur ki, beynəlxalq lisenziya ticarəti yeni elmi-texniki nailiyyətlərinin və qabaqcıl texnologiyalannın bir ölkədən başqa ölkəyə lisenziya şərtləri əsasında ötürülməsini nəzərdə tutur. Daha dəqiq desək, lisenziya mübadiləsi bir tərəfin (lisenziarın) mlik olduğu ixtira, əmtəə nişanı, nou-hau, sənaye nümunəsi və onlardan istifadə hüququnu müəyyən mükafat müqabilində və konkret şərtlər daxilində başqa şəxsin (lisenziatın) istifadəsinə verməsidir.

Hesab edirəm ki,beynəlxalq iisenziya ticarəti qabaqcıl xarici texnika və texnologiya əldə etməyin ən səmərəli vasitəsidir. Lisenziya ticarəti təcürübəsi göstərir ki, bir qayda olaraq lisenziya ödənişlərinin həcmi lisenziyanın əsasında elmi-texniki nailiyəttlərinin yaradılması üçün çəkilmiş xərclərin 15-30% həcmində olur. İlk baxışda bu qədər inandırıcı görünmür. Lakin sonradan məlum olur ki, texika və texnologiyi lisenziya əsasında satılan qədər artıq öz dəyərini bir neçə dəfə ödəmiş olur. Onun sahibi lisenziya satmaqla sadəcə olaraq əlavə gəlir götürmüş olur.

İşdə belə məlum olur ki, beynəlxalq lisenziya ticarətinin aparıcı mərkəzləri ilə dünya iqtisadiyyatının aparıcı mərkəzləri üst-üstə düşür. Həm lisenziya ixracının, həm də lisenziya idxalının böyük hissəsinin bilavasitə İEÖ-lərin payına düşməsi beynəlxalq lisenziya ticarətinin əsasəe onların öz aralarında aparılmasındant xəbər verir. Bu isə beynəlxalq lisenziya bazarında kəskin rəqabət şəraitinin yaranmasının zəruri etmişdir.

Belə məlum olur ki, beynəlxalq lisenziya ticarətinin inkişafına mane olan bir çox problemlər mövcuddur. Bunlara misal olaraq bir çox ölkələrin lisenziya idxalına və lisenziya ödənişlərinə əhəmiyyətli məhdudiyyətlər qoyulmasını, sənaye mülkiyyəti obyektlərinin beynəlxalq hüquqi mühafizəsinin lazımi səviyyədə təmin edilməsinin dünya ölkələrinin patent - lisenziya qanunvericiliyinə ziddiyətlərin hələ də qalmasını və s. göstərə bilərik.

Bütün fikirləri ümumiləşdirərək belə nəticəyə gəlirik ki, düzgün daxili və xarici lisenziya siyasəti həyata keçirən hər bir ölkə qısa bir vaxt ərzində öz iqtisadi inkişaf səviyyəsini xeyli qaldıra bilər. Hesab edirəm ki, iqtisadiyyatın əksər sahələri tənəzzülə uğramış, istehsalın səviyyəsi çox az olan, birtərəfli olaraq neft hbasilatı və emalı üzrə ixtisaslaşmış Respublikamızda sürətli iqtisadi inkişafa (iqtisadiyyatın möcud sahələrinin dirçəldilməsi və yeni sahələrin yaradılması vasitəsilə nail olmağın ən sadə və səmərəli yollarından biri fəal surətdə beynəlxalq lisenziya ticarətinə qoşulmaqdır. Təəssüf ki, bu gün Azərbaycanın xarici lisenziya ticarəti sıfır səviyyəsindədir.

Bütün bu deyilənlərdən irəli gələrək həm beynəlxalq lisenziya ticarətinin, həm də Azərbaycanın daxili və xarici lisenziya ticarətinin inkişaf etdirilməsi üçün aşağıdakı tədbirlərin həyata keçirilməsini təklif edirəm:



  • benəlxalq lisenziya ticarətini tənzimləyəcək vahid konvensiyasının və bunun ardınca vahid beynəlxaiq təşkilatın yaradılması;

  • vahid lisenziya ticarəti müqaviləsi firmasının işlənib hazırlanması və tədricən dünya ölkələrinin patent - lisenziya qanunvericiiiklərinin unifikasiya edilməsi;

  • Republikamızda dünya standartlarına cavab verə biləcək və yüksək rəqabət qabiliyyətli məhsul istehsalına imkan verən ixtiraların yaradılmasına dövlət tərəfindən tənzimlənməsi;

- paient - lisenziya qanunvericiliyinin tam şəkildə işlənməsi və çevik fəaliyyətin mexanizminin təmin olunması;

  • xarici və hüquqi və fiziki şəxslərlə lisenziya alqı - satqı prosesndə yerli hüquqi və fiziki şəxslərin tam sərbəstliyinin təmin edilməsi;

  • düzgün daxili və xarici patent - lisenziya siyasətinin həyata keçirilməsi və s.



Ədəbiyyat


  1. Qerçikova – “Mejdunarodnoe kommerçeskoe delo”
  2. V.İ. Sinetskiy – “Osnovı kommerçeskoy deyatelnosti”

  3. O.İ. Deqtereva, T.İ. Polyanova, S.V. Sarkisov “Vneşneekonomiçeskaya deyatelnost” Moskva, 1999


4. V.İ. Fomiçev – “Mejdunarodnaya torqovlya”

5. INTERNET:

www.rambler.ru – “Mejdunarodnoe lisenzirovanie” A.Şimai

www.yandex.ru – “İntellektualnaya sobstvennost”



www.yahoo.com.





Yüklə 315,71 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin