Azərbaycan Respublikası Təhsil Nazirliyi Ministry of Education of the Azerbaijan Republic



Yüklə 58,17 Kb.
tarix20.01.2017
ölçüsü58,17 Kb.
#717
Тəsdiq edirəm

Xəzər Universitetinin Tədris işləri üzrə prorektoru

__________________ Professor Məhəmməd Nuriyev

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Ministry of Education of the Azerbaijan Republic




Xəzər Universiteti

Khazar University

Magistratura, Doktorantura və Elmi-İşlər Bölməsi

Division of Graduate Studies and Research

2015-2016-cı tədris ili üçün Xəzər Universitetində

Azərbaycan Ədəbiyyatı üzrə

Fəlsəfə doktoru hazırlığı üçün doktoranturaya qəbul

PROQRAMI

(Əyani -ödənişli)
Elmi - İnzibati Şuranın ______________________il _________N-li
qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan ədəbiyyatı proqramı-5716.01

Bədii əsərlərdə məzmun və forma.

Sənətdə məzmun və forma, onların birliyi və spesifik cəhətləri. Məzmun və onun daxili komponentləri. Forma və onun əsas komponentləri..

Nəzm və nəsr, onların ümumi və spesifik cəhətləri. Heca vəzni, əruz, sərbəst şeir və onların xüsusiyyətləri.

Ədəbi növlər və janrlar.

Lirik növ və onun janrları.

Epik növ və onun janrları.

Dramatik növ və onun janrları.

Folklor janrları

Əbədi metod, üslub, ədəbi cərəyanlar.

Romantik və realist metod. Üslub. Ədəbi cərəyanlar.

Klassisizm ədəbi cərəyanı.

Sentimentalizm ədəbi cərəyanı.

Romantizm ədəbi cərəyanı. Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanı.

Tənqidi realizm ədəbi cərəyanı.

Postsovet dövründə sosialist realizminə münasibətdə ayrılıqlar.

Modernist cərəyanlar

Postmodernizm ədəbi cərəyanı.
«Kitabi-Dədə Qorqud».

«Koroğlu» dastanı.

X-XII əsrlər Azərbaycan ədəbiyyatı.

Xətib Təbrizinin yaradıcılığı və ədəbiyyatşünaslığa dair əsərləri.

Divan ədəbiyyatı. Xaqani Şirvaninin yaradıcılığı. Nizami Gəncəvinin dövrü, həyatı və lirikası. Epik əsərləri: “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə”.

XIII-XVI əsrlər Azərbaycan ədəbiyyatının əsas xüsusiyyətləri.

Anadilli ədəbiyyatın yaranması: İ. Həsənoğlu. “Dastani-Əhməd Hərami” poeması.

Ədəbiyyatda təsəvvüfi fikirlərin güclənməsi və hürufiliyin yaranması.

İmadəddin Nəsimi, Şah Qasim Ənvar, Bədr Şirvani, Hamidi, Mirzə Cahan şah Həqiqi, Kişvəri, Həbibi və Həqiri Təbrizinin yaradıcılığı.

Şah İsmayıl Xətainin dövrü, həyatı və yaradıcılığı. Şairin yaradıcılığında sufilik. “Nəsihətnamə” fəlsəfi məsnəvisi. “Dəhnamə” poeması.

Məhəmməd Füzulinin dövrü, həyatı və lirikası.. M. Füzulinin nəsri

XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatının əsas xüsusiyyətləri.

Füzuli məktəbinin yaranması.

Məhəmməd Əmani, Fədai, Məsihi, Saib Təbrizi və Qövsi Təbrizinin yaradıcılığı.

Tarixi mənzumələrin yaranması və əsas nümayəndələri.

Məhcur Şirvaninin yaradıcılığı.

Molla Vəli Vidadinin dövrü, həyatı və yaradıcılığı.

Molla Pənah Vaqifin dövrü, həyatı və yaradıcılığı.

XVII-XVIII əsrlərdə bədii nəsr.

Möhsün Nəsirinin dövrü, həyatı və yaradıcılığı.

“Şəhriyar” dastanının mövzusu, ideyası və surətlər aləmi.

XIX əsr Azərbaycan ədəbiyyatı.

1800-1830-cu illər Azərbaycan ədəbiyyatı. Mənbələr. Əsas ədəbi cərəyanlar. Maarifçilik.

Heyran xanımın həyatı və yaradıcılığı.

Abbasqulu ağa Bakıxanovun dövrü, həyatı və yaradıcılığı.

Mirzə Şəfi Vazehin həyatı və yaradıcılığı.

İsmayıl bəy Qutqaşınlının həyatı və yaradıcılığı.

Aşıq şeiri üslubu.

Qasım bəy Zakirin həyatı və yaradıcılığı.

Seyid Əbülqasim Nəbatinin həyatı və yaradıcılığı. Şairin yaradıcılığında sufizm.

40-70-ci illərdə ədəbiyyat. M.F. Axundzadənin həyatı və şeir yaradıcılığı. Dramaturgiyası. Bədii nəsri. “Aldanmış kəvakib” povestinin mövzusu, ideyası və surətlər aləmi. “Kəmalüddövlə məktubları” fəlsəfi traktatı. Ədəbi-tənqidi məqalələri.

S.Ə. Şirvaninin həyatı və yaradıcılığı.

Xurşidbanu Natəvanın həyatı və yaradıcılığı.

Nəcəf bəy Vəzirovun həyatı və yaradıcılığı. Dramaturgiyası. N. Vəzirovun publisistikası, hekayələri və təbdilləri. “Müsibəti-Fəxrəddin” faciəsi. Əsərin mövzusu, ideyası və surətləri.


XX əsr Azərbaycan ədəbiyyatı.

İnqilabi-demokratik və “burjua” ədəbiyyatı.

XX əsrin əvvəllərində mətbuat: “Molla Nəsrəddin”, “Füyuzat”, “Qoç-Dəvət”, “Babayi-Əmir” və s.

C.Məmmədquluzadənin həyatı və yaradıcılığı. Novatorluğu. Dramaturgiyası. Bədii nəsri. Mirzə Cəlilin publisistikası: felyetonları. Ədəbi-tənqidi məqalələri. “Xatiratım” memuarı.

Mollanəsrəddinçi şairlər: M.Ə.Sabir. Həyatı və yaradıcılığı. Satiraları. Novatorluğu. Əli Nəzmi, Əliqulu Qəmküsar, Əli Razi, Mirzə Əli Möcüz və b. yaradıcılığı.

M.S. Ordubadinin şeir yaradıcılığı. Roman, dramaturgiya və publisistikası.

N. Nərimanovun yaradıcılığı. Dramaturgiyası. Bədii nəsri və publisistikası.

Ə. Haqverdiyevin həyatı və yaradıcılığı. Novatorluğu. Dramaturgiyası. Bədii nəsri. Ədəbi-tənqidi məqalələri.


Realist-maarifpərvər ədəbiyyat.

S.S. Axundovun həyatı və yaradıcılığı. Dramaturgiyası. Hekayələri.

Üzeyir Hacıbəyovun həyatı və yaradıcılığı. Dramaturgiyası: “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan”. Publisistikası. Tənqidi məqalələri.

Abdulla Şaiqin həyatı və yaradıcılığı. Uşaq şeirləri, bədii nəsri. «Xatirələrim» memuarı, dramaturgiyası. Publisistikası.

Sultan Məcid Qənizadənin həyatı və yaradıcılığı. “Məktubati-Şeyda bəy Şirvani” romanı. Hekayələri.

Yusif Vəzir Çəmənzəminlinin həyatı və yaradıcılığı.

Hekayələri: “Cənnətin qəbzi”, “Divanə”, “Ağ buxaqda qara xal” və s.

İbrahim bəy Musabəyovun həyat və yaradıcılığı. “Neft və milyonlar səltənətində” povesti.

Marağalı Zeynalabdinin “Səyahətnameyi-İbrahim bəy” əsəri.
Romantik ədəbiyyat.

Azərbaycan ədəbiyyatında romantizmin yaranması və inkişafı. H. Cavidin yaradıcılığı. Lirikası. Dramaturgiyası: “Ana”, “Maral”, “Şeyx Sənan”, “Şeyda”, “Uçurum”, “İblis” və s.

M.Hadinin həyatı və yaradıcılığı. Fəlsəfi şeirləri. Poemaları: “İnsanların tarixi faciələri”.

A.Səhhətin yaradıcılığı. Şeirləri, poemaları, dramaturgiyası, tərcümələri və ədəbi-tənqidi məqalələri.

Abdulla bəy Divanbəyoğlunun yaradıcılığı. Bədii nəsri: “Can yanğısı” romanı.

Ədəbiyyatşünaslıq.

Firudin bəy Köçərlinin həyatı və ədəbiyyatşünaslıq fəaliyyəti. “Azərbaycan ədəbiyyatı tarixi materialları” kitabı. Ədəbi-tənqidi məqalələri.

Abdulla Surun yaradıcılığı. “Füzuliyə bir nəzər” məqaləsi.

Seyid Hüseynin yaradıcılığı.


Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədəbiyyat (1918-1920).

M.Ə. Rəsulzadə, Ə. Hüseynzadə, Ə.Ağaoğlu


Sovet hakimiyyətinin ilk illərində ədəbiyyat (1920-1930).

Bu dövrdə milli ədəbi ənənələrin qorunub saxlanması. S.S.Axundov, A.Şaiq, S.Hüseyn, H.K.Sanılı və T.Ş.Simürğün fəaliyyəti.

H.Cavid. “Afət” faciəsi. Pyesdə fərd və mühit problemi. “Peyğəmbər”. Əsərdə Mələk şərti-metaforik obraz kimi. Əsərin kompozisiya orijinallığı. Bisət, Dəvət, Hicrət, Nüsrət səhnələri. “Topal Teymur” pyesi. Əsərdə istilaçı müharibələrin ümumbəşəri məhəbbət idealı tərəfindən rədd edilməsi. “Knyaz” pyesi. Əsərin mövzusu.

C.Cabbarlı. Həyatı və yaradıcılığı. Yaradıcılığının dövrləşdirilməsi.


Ədəbi yüksəliş və ictimai-siyasi təzadlar dövründə ədəbiyyat (1930-1960-cı illər).

M.S. Ordubadi. “Dumanlı Təbriz” roman-epopeyası.

Y.V. Çəmənzəminli. “Gələcək şəhər” elmi-fantastik janrda yazılmış ilk əsər kimi. “Studentlər” romanı.

S. Rüstəm. Həyatı və yaradıcılığı.

S. Vurğun. “İnsan” faciəsi.

M. Müşfiq. Həyat və yaradıcılığı.

M. Hüseyn. Həyatı və yaradıcılığı. “Abşeron” romanı.

M.İbrahimov. Hekayələri. “Böyük dayaq” romanı. Əsərin mövzu və problematikası.

M. Rahim. “Xaqani” pyesi.

Ə. Əbülhəsənin hekayələri.

Mir Cəlal. Romanları.

O. Sarıvəlli. Həyat və yaradıcılığı. Lirikası.

Ə. Məmmədxanlı. “Od içində” dramı.

B. Bayramov. Həyat və yaradıcılığı.


Milli özünəqayıdış dövründə ədəbiyyat (1960-1990-cı illər).

1960-1980-ci illərdə ədəbiyyatda lirik-psixoloji üslubun mühüm mövqe qazanması.



Şeir. Nəbi Xəzrinin həyat və yaradıcılığı.

M. Araz. “Paslı qılınc”. “Mən də insan oldum”, “Üç oğul anası”, “Araz axır”, “Qayalara yazılan səs” poemaları.

B. Vahabzadə. “İki qorxu” və “Muğam” poemaları.

1970-1980-ci illərin poemaları. “Atamın kitabı”, “Ulu Qorqud” və b. poemalarda folklor motivlərindən istifadə.



Nəsr. İ. Şıxlının “Dəli Kür” romanı.

G. Hüseynoğlunun mənsur şeirləri.

“Qətl günü” (Y. Səmədoğlu), “Şeytan”, “Köç”, “Duzsuzluq”, “Səs” (M. Süleymanlı) əsərləri.

İnqilabi-tarixi roman: “Pərvanə” (M. İbrahimov).

“Məhşər” (İ. Hüseynov) tarixi-fəlsəfi roman nümunəsi kimi.

Folklor ənənələri və müasir nəsr.

Elçinin “Mahmud və Məryəm” romanı. Mənəvi-əxlaqi axtarışlar mövzusu. Ə. Əylislinin “Söyüdlərin sarı işığında”, Sabir Əhmədlinin “Toğana”, “Dünyanın arşını”, “Azığa doğru”, “Qanköçürmə stansiyası” əsərləri.

Anar. “Ağ liman”, “Dantenin yubileyi”, “Ağ qoç-qara qoç”.

Rusdilli Azərbaycan ədəbiyyatı: M. və R. İbrahimbəyovlar, Ç. Abdullayev və s.

Mühacirət və repressiya dövrü ədəbiyyatı.

Postsovet dövründə ədəbiyyatda müxtəliflik: klassiklər və postmodernistlər.

Azərbaycan mühacirət ədəbiyyatı.


Referat mövzuları

1. Azərbaycan təsəvvüf ədəbiyyatı(Füzuli, Nəsimi)

2. Ədəbiyyatşünaslıqda metod, üslub, cərəyan problemi

3. Azərbaycan ədəbiyyatında postmodernizm

4.Azərbaycan ədəbiyyatında milli özünüdərk(60-90-cı illər)

5.M.F.Axundzadə maarifçi-realist sənətkar kimi

6.Azərbaycan romantizminin tipoloji xüsusiyyətləri

7. Çağdaş Azərbaycan ədəbiyyatının ideya-bədii xüsusiyyətləri


ƏDƏBİYYAT
Hacıyev A. Ədəbiyyat nəzəriyyəsi. Bakı, 1996.

Mir Cəlal, Xəlilov P. Ədəbiyyatşünaslığın əsasları. Bakı, 2005.

Rəfili M. Ədəbiyyat nəzəriyyəsinə giriş. Bakı, 1958.

Talıbzadə K. XX əsr Azərbaycan tənqidi. Bakı, 1966.

Əlimirzəyev X.Ə. Ədəbiyyatşünaslığın elmi və nəzəri əsasları. Bakı, 2008.

Yusifoğlu R. Ədəbiyyatşünaslığın əsasları. Bakı, 2005.

Mirəhmədov Ə.M. Ədəbiyyatşünaslıq. Ensiklopedik lüğət, Bakı, 1998

Azərbaycan ədəbiyyatı tarixi. I cild. Bakı, “Elm”, 2004.

Araslı H. Azərbaycan ədəbiyyatı: tarixi və problemləri. Bakı, “Gənclik”, 1998

Səfərli Ə. və Yusifli X. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı. Bakı, “Ozan”, 1998.

Şəfizadə B. Azərbaycan ədəbiyyatı tarixi (ən qədim dövrlər). Bakı, 2003

Müasir Azərbaycan ədəbiyyatı. Bakı, BDU nəşriyyatı, 2007.

.Azərbaycan sovet ədəbiyyatı (dərslik). Bakı, “Maarif”, 1988.

Hüseynoğlu T. Söz – tarixin yuvası. Bakı, 2000

Sarıvəlli O. Hər kim yüz il yaşamasa. Bakı, “Gənclik”, 1976.

Hüseynov İ. “Məhşər”. Bakı, “Gənclik”, 1978

Vurğun S. Seçilmiş dram əsərləri və poemaları. Bakı, “Azərnəşr”, 1974.

Hüseyn Cavid. Dram əsərləri. Bakı, “Azərnəşr”, 1975.

Məmməd Araz. Seçilmiş əsərləri. Bakı, “Azərnəşr”, 1986.

Şıxlı İ. “Dəli Kür”. Bakı, “Gənclik”, 1977.

Abdullazadə A. Seçilmiş əsərləri. Bakı, “Azərnəşr”, 1991.

Nəbiyev A. Azərbaycan xalq ədəbiyyatı. I hissə. Bakı, 2002. II hissə. Bakı, 2006.

Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, 1992.

Tərtib edən:



Azərbaycan dili və Ədəbiyyatı departamentinin müdiri

Fil.e.f.d., dos. Vurğun Əyyub
Yüklə 58,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin