Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə



Yüklə 0,58 Mb.
səhifə3/4
tarix14.07.2018
ölçüsü0,58 Mb.
1   2   3   4

243200. "Digər idarəetmə orqanları üzrə" paraqrafına dövlət idarəetmə sektorunun başqa təbəqələrindən alınmış borc vəsaitləri üzrə faiz ödənişləri, o cümlədən bələdiyyə orqanlarına və yerli icra orqanlarına faiz ödənişləri, həmçinin Dövlət Sosial Müdafiə Fonduna ödənilən faizlər üzrə xərclər daxildir.

250000. "Subsidiyalar və cari transfertlər" bölməsinin xərclərinə dövlət və qeyri-dövlət təşkilatlarına zərərin ödənilməsi üçün əvəzsiz verilən və-saitlər daxildir. Bu bölmə 2 köməkçi bölmədən ibarətdir.

251000. "Subsidiyalar üzrə ödənişlər" köməkçi bölməsinə subsidiyalarla bağlı xərclər daxildir və 2 paraqrafdan ibarətdir.

251100. "Qeyri-maliyyə dövlət təşkilatları üzrə ödənişlər" paraqrafına dövlət mülkiyyətində olan və ya dövlətin nəzarətində olan müəssisələr tərəfindən xaricə və ölkə daxilində sənaye və kommersiya malları satışı və xidmətlərin göstərilmə-si ilə məşğul olan hüquqi şəxslərə, qeyri-maliyyə dövlət təşkilatlarına yaranmış zərərin ödənilməsi, həmçinin qeyri-maliyyə dövlət təşkilatlarına verilən subsidiyalar üzrə xərclər daxil edilir. Bu paraqraf 2 maddədən ibarətdir.

251110. "Məhsula görə ödənişlər" maddəsinə dövlət mülkiyyətində olan və ya dövlətin nəzarətində olan müəssisələr tərəfindən xaricə və ölkə daxilində sənaye və kommersiya malları satışı və xidmət göstərilməsi ilə məşğul olan hüquqi şəxslərə, qeyri-maliyyə dövlət təşkilatlarına yaranmış zərərin ödənilməsi üzrə xərclər daxil edilir.

251120. "Qeyri-maliyyə dövlət təşkilatlarına sair ödənişlər" maddəsi-nə Bakı Metropoliteninə və "Azərbaycan Hava Yolları" Dövlət Konserninə göstərdiyi xidmətə görə yaranmış zərərin ödənilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlər daxildir. Bu maddə 2 yarımmaddədən ibarətdir.

251121. "Bakı Metropoliteninə verilən subsidiyalar" yarımmaddəsinə Bakı Metropoliteninin fəaliyyətində yaranmış zərərin ödənilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait daxildir.

251122. "Azərbaycan Hava Yolları" Dövlət Konserninə verilən subsidiyalar" yarımmaddəsinə "Azərbaycan Hava Yolları" Dövlət Konserninin fəaliyyətində yaranmış zərərin ödənilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait daxildir.

251200. "Maliyyə təşkilatları üzrə ödənişlər" paraqrafına öhdəliklərin qəbul edilməsi və ya maliyyə aktivlərinin bazarda alınması, depozit və əmanət qoyuluşlarının qəbul edilməsi, pul-kreditin nizamlanması funksiyasının həyata keçirilməsi ilə bağlı xərclər, həmçinin dövlət və ya qeyri-dövlət sektorunun müəssisələrinə verilən subsidiyalarla bağlı xərclər daxildir.

252000. "Özəl sektora aid olan müəssisələrə ödənişlər" köməkçi böl-məsinə dövlət idarəetmə sektoruna aid olan müəssisələrə verilən subsidiyalar üzrə xərclər daxildir. Bu köməkçi bölmə 2 paraqrafdan ibarətdir.

252100. "Özəl sektora aid olan qeyri-maliyyə müəssisələri üzrə ödənişlər" paraqrafına özəl sektora aid olan qeyri-maliyyə müəssisələrinə subsidiyaların verilməsi ilə bağlı xərclər daxildir.

252200. "Maliyyə institutları üzrə ödənişlər" paraqrafına Dövlət Sosial Müdafiə Fonduna əvəzsiz verilən xərclər daxildir.

260000. "Qrantlar və digər ödənişlər" bölməsinin xərclərinə məqsədli maliyyə təyinatı üzrə əvəzsiz verilən xərclər və digər ödənişlər daxildir. Bu bölmə 4 köməkçi bölmədən ibarətdir.

261000. "Xarici dövlətlərə ödənilən qrantlar" köməkçi bölməsinə xarici təşkilatlara əvəzsiz verilən cari və əsaslı ödənişlər ilə bağlı xərclər daxildir. Bu köməkçi bölmə 2 paraqrafdan ibarətdir.

261100. "Xarici dövlətlərə cari ödənişlər üçün verilən qrantlar" paraqrafına əvəzsiz verilən cari ödənişlərlə bağlı xərclər daxildir.

261200. "Xarici dövlətlərə əsaslı ödənişlər üçün verilən qrantlar" paraqrafına əvəzsiz əsaslı ödənişlərlə bağlı verilən xərclər daxildir.

262000. "Beynəlxalq təşkilatlara ödənilən qrantlar" köməkçi bölməsi-nə beynəlxalq təşkilatlara əvəzsiz verilən qrantlarla bağlı xərclər daxildir. Bu köməkçi bölmə 2 paraqrafdan ibarətdir.

262100. "Beynəlxalq təşkilatlara cari ödənişlər üçün verilən qrantlar" paraqrafına beynəlxalq təşkilatlara əvəzsiz olaraq cari ödənişlərlə bağlı verilən xərclər daxildir.

262200. "Beynəlxalq təşkilatlara əsaslı ödənişlər üçün verilən qrantlar" paraqrafına beynəlxalq təşkilatlara əvəzsiz olaraq əsaslı ödənişlərlə bağlı verilən xərclər daxildir.
263000. "Digər dövlət idarəetmə sektoruna ödənilən qrantlar" köməkçi bölməsinə digər dövlət idarəetmə sektoruna əvəzsiz verilən cari və əsaslı ödənişlərlə bağlı xərclər daxildir. Bu köməkçi bölmə 2 paraqrafdan ibarətdir.

263100. "Digər dövlət idarəetmə sektoruna cari ödənişlər üçün verilən qrantlar" paraqrafına digər dövlət idarəetmə orqanlarına əvəzsiz cari ödənişlərlə bağlı verilən xərclər daxildir.

263200. "Digər dövlət idarəetmə sektoruna əsaslı ödənişlər üçün verilən qrantlar" paraqrafına dövlət idarəetmə orqanlarına əvəzsiz olaraq əsaslı ödənişlərlə bağlı verilən xərclər daxildir.

264000. "Üzvlük haqqı və digər ödənişlər" köməkçi bölməsinə üzv olan beynəlxalq təşkilatlara ödənilən üzvlük haqqı və digər ödənişlər üzrə xərclər daxildir. Bu köməkçi bölmə 2 paraqrafdan ibarətdir.

264100. "Beynəlxalq təşkilatlara üzvlük haqqı" paraqrafına beynəlxalq təşkilatlara ödənilən üzvlük haqqı ilə bağlı xərclər daxildir.

264200. "Digər ödənişlər" paraqrafına beynəlxalq təşkilatlara digər ödənişlər üzrə xərclər daxildir.

270000. "Təqaüdlər və sosial müavinətlər" bölməsinə sosial sığortaya, qocalara, işsizlərə, əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara sosial yardım üzrə müavinətlər, pensiyalar, təqaüdlər, həmçinin dövlət büdcəsinin vəsaiti hesabına bu qəbildən olan xərclər daxildir. Bu bölmədə uşaqlı ailələrə verilən dövlət müavinəti və kompensasiyalar, bütün növ pensiyalar, təqaüdlər, şəhid ailələrinə, qaçqınlara və məcburi köçkünlərə maddi yardım göstərilməsi, hamiləliyə və doğuşa görə müavinətlər, uşağın anadan olması ilə əlaqədar birdəfəlik müavinət, dəfn üçün müavinət, təbii fəlakətdən zərər çəkən vətəndaşlara birdəfəlik pul yardımı, humanitar yardım, pulsuz müalicəyə göndərilən pensiyaçılara, ən çox ehtiyacı olan pensiyaçıların ailə üzvlərinə maddi yardım, işsiz vətəndaşlara müavinətlərin ödənilməsi, əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara maddi yardım, sağlamlıq imkanları məhdud uşaqlara onların təhsili ilə bağlı yardım, birlikdə yaşayan üç və da-ha çox əmək qabiliyyəti olmayan əlil ailələr üçün ünvanlı tədbirlərin keçiril-məsi, əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün idman-sağlamlıq mərkəzlərinin yaradılması, əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların beynəlxalq və ölkədaxili idman yarışlarında iştirakı ilə bağlı proqramların, sərgilərin təşkili və ədəbi musiqi müsabiqələrinin, konfransların keçirilməsi, sanatoriya-kurort müalicəsi üzrə xərclərin tam və ya qismən ödənilməsi və əhaliyə sair ödənişlərlə bağlı xərclər daxildir. Bu bölmə 4 köməkçi bölmədən, 0 cümlədən "271000. Sosial təminat", "272000. Sosial müdafiə üzrə müavinətlər", "273000. Dövlət qulluqçularına sosial müavinətlər" və "274000. Digər təqaüdlər, müavinətlər və transfertlər" köməkçi bölmələrindən ibarətdir.

271000. "Sosial təminat" köməkçi bölməsinə ödənilən təqaüdlər üzrə xərclər daxildir. Bu köməkçi bölmə 2 paraqrafdan ibarətdir.

271100. "Təqaüdlər" paraqrafına işləyən və işləməyən təqaüdçülərə qocalığa görə təqaüdlərin və pensiyaların verilməsi, əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara, hərbi təqaüdçülərə verilən təqaüdlər və digər təqaüdlərin və pensiyaların verilməsi ilə bağlı xərclər daxildir. Bu paraqraf 5 maddədən ibarətdir.

271110. "İşləyən təqaüdçülərə qocalığa görə verilən təqaüdlər" maddəsinə qanunvericiliyə uyğun olaraq işləyən təqaüdçülərə verilən təqaüdlə və pensiya ilə bağlı xərclər daxildir.

271120. "İşləməyən təqaüdçülərə qocalığa görə verilən təqaüdlər" maddəsinə qanunvericiliyə uyğun olaraq işləməyən təqaüdçülərə verilən təqaüdlərlə və pensiyalarla bağlı xərclər daxildir.

271130. "Əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara verilən təqaüdlər" maddəsinə qanunvericiliyə uyğun olaraq əlilliyə və ya sağlamlıq imkanları məhdudluğuna görə verilən təqaüdlə və pensiya ilə bağlı xərclər daxildir.

271140. "Hərbi təqaüdlər və pensiyalar" maddəsinə hərbi qulluqçulara, onların ailə üzvlərinə hərbi pensiyaların və xidmət edən hərbi qulluqçulara təqaüdlərin verilməsi ilə bağlı xərclər daxildir.

271150. "Digər təqaüdlər" maddəsinə 271110-271140-cı maddələrdə öz əksini tapmayan digər təqaüdlərlə və pensiyalarla bağlı xərclər daxildir.
271200. "Natural formada olan müavinətlər" paraqrafına mülki və hərbi təqaüdçülərə, əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara və digər təqaüd alanlara natural formada ödənilən müavinətlərlə bağlı xərclər daxildir.

272000. "Sosial müdafiə üzrə müavinətlər" köməkçi bölməsinə ödənilən müavinətlərlə bağlı xərclər daxildir.

272100. "Sosial yardımlar üzrə ödənişlər" paraqrafına uşaqlara və şəhid uşaqlarına, qaçqınlara, məcburi köçkünlərə, Qarabağ müharibəsində əlil olmuş və sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş hərbçilərə və vətəndaşlara, Çernobıl qəzası nəticəsində əlil olanlara və sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənlərə, birinci və ikinci qrup əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara ödənilən müavinətlər, işsizliyə görə ödənilən müavinətlər, həmçinin işsizlərin hazırlığı ilə bağlı transfertlərlə bağlı xərclər daxildir. Bu paraqraf 9 maddədən ibarətdir.

272110. "3 yaşına kimi uşaqlara verilən müavinətlər" maddəsinə 3 yaşına çatmamış uşaqlara ödənilən müavinətlərlə bağlı xərclər daxildir.

272120. "İstefada olan hərbçilərin və hərbi qulluqçuların uşaqlarına verilən müavinətlər" maddəsinə qanunvericiliyə uyğun olaraq istefada olan hərbçilərin və hərbi qulluqçulann uşaqlarına ödənilən müavinətlərlə bağlı xərclər daxildir.

272130. "Şəhid olanların uşaqlarına ödənilən müavinətlər" maddəsinə şəhid olanların uşaqlarına ödənilən müavinətlərlə bağlı xərclər daxildir.

272140. "Qaçqınlara və məcburi köçkünlərə verilən müavinətlər" maddəsinə qaçqın və məcburi köçkünlərə müavinətlərin verilməsi ilə bağlı xərclər daxildir.

272150. "Qarabağ müharibəsi əlillərinə verilən müavinətlər" maddə-sinə Qarabağ müharibəsi zamanı əlil olanlara ödənilən müavinətlərlə bağlı xərclər daxildir.

272160. "Qarabağ müharibəsində əlil olmuş hərbçilərə və Çernobıl qəzası nəticəsində əlil olanlara verilən müavinətlər" maddəsinə Qarabağ müharibəsi zamanı əlil olmuş hərbçilərə və Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş və əlil olanlara ödənilən müavinətlərlə bağlı xərclər daxildir.

272170. "I və II qrup əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara verilən müavinətlər" maddəsinə qanun-vericiliyə uyğun olaraq sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilən və ya əlil olmuş birinci və ikinci qrup əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara ödənilən müavinətlərlə bağlı xərclər daxildir.

272180. "İşsizliyə görə verilən müavinətlər" maddəsinə işsiz və iş ax-taranlara işsizliyə görə ödənilən müavinətlərlə bağlı xərclər daxildir.

272190. "İşsizlərin hazırlığı və ixtisasın artırılması ilə bağlı transfertlər" maddəsinə məşğulluq problemlərinin maliyyələşdirilməsi (transfert formasında), işsiz vətəndaşların peşəyönümlü işinin təşkili, boş iş yerləri haqqında məlumat bazasının yaradılması və ixtisasın artırılması, ictimai iş, əmək yarmarkalarının və əmək birjalarının təşkili, işsizlərin sosial müdafiəsi tədbirləri ilə bağlı reklam işləri, kütləvi informasiya vasitələrindən istifadə, mətbəə xərcləri ilə bağlı xərclər daxildir.

272200. "Natural formada olan sosial yardımlar" paraqrafına 272100-cı paraqrafa aid olan ödənişlərin (xərclərin) natural formada həyata keçirilməsi ilə bağlı xərclər daxildir.

273000. "Dövlət qulluqçularına sosial müavinətlər" köməkçi bölməsinə mövcud qanunvericiliyə uyğun olaraq dövlət qulluqçularına ödənilən sosial müavinətlər üzrə xərclər daxildir. Bu köməkçi bölmə 2 paraqrafdan ibarətdir.

273100. "Müavinətlər üzrə ödənişlər" paraqrafına dövlət qulluqçularına sosial müavinət formasında ödənilən xərclər (pensiya yaşına çatmasına görə könüllü işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə malik olmayan dövlət qulluqçularına ömürlük müavinət, pensiya yaşına çatmasına görə könüllü işdən çıxdıqda hesablanmış aylıq pensiyanın müəyyən ol unmuş məbləğində birdəfəlik haqq) daxildir.

273200. "Natural formada olan müavinətlər" paraqrafına natural formasında alınan müavinətlərlə bağlı xərclər daxildir.

274000. "Digər təqaüdlər, müavinətlər və transfertlər" köməkçi bölməsinə 271000-273000-cı köməkçi bölmələrində öz əksini tapmayan bütün ödənişlər üzrə xərclər daxildir. Bu köməkçi bölmə 8 paraqrafdan ibarətdir.

274100. "Aztəminatlı ailələrə verilən müavinətlər" paraqrafına mövcud qanunvericiliyə uyğun olaraq nəzərdə tutulmuş aztəminatlı ailələrə, himayəsində uşağı olan aztəminatlı ailələrə, ailə başçısını itirən aztəminatlı ailələrə ödənilən müavinətlərlə, aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının ödənilməsi, müddətli hərbi xidmətdə olanların uşaqlarına verilən aylıq müavinət, müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların uşaqlarına verilən aylıq müavinət, Çernobıl qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına müavinət ödənilməsi ilə bağlı xərclər daxildir. Bu paraqraf 2 maddədən, o cümlədən "274110. Ünvanlı dövlət sosial yardımı""274120. Aztəminatlı ailələrə verilən digər müavinətlər" maddələrindən ibarətdir.

274200. "Qocalığa görə verilən müavinətlər" paraqrafına işləyən təqaüdçülərə qocalığa görə və işləməyən təqaüdçülərə qocalığa görə ödənilən müavinətlər üzrə xərclər daxildir.

274300. "İş qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinətlər" paraqrafına mövcud qanunvericiliklə nəzərdə tutulmuş müvəqqəti iş qabiliyyətini itirməyə görə işçilərə ödənilən müavinətlər, o cümlədən əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə ilk 14 gün üçün işəgötürənin vəsaiti hesabına ödənilən müavinətlər üzrə xərclər daxildir.

274400. "Uşağın doğulması ilə bağlı verilən müavinətlər" paraqrafına uşaq doğularkən ata və ya ananın iş yerindən, işləməyənlər üçün isə sosial müdafiə mərkəzlərindən birdəfəlik ödənilən müavinətlərlə bağlı xərclər daxildir.

274500. "Analıq müavinətləri" paraqrafına analıq məzuniyyətinə çıxan qadınlara ödənilən müavinətlə bağlı xərclər daxildir.

274600. "Böyük Vətən Müharibəsi iştirakçılarına verilən müavinətlər" paraqrafına Böyük Vətən Müharibəsi iştirakçılarına və onlara bərabər tutulanlara ödənilən müavinətlərlə bağlı xərclər daxildir.

274700. "Tələbələrə verilən təqaüdlər" paraqrafına mövcud qanunvericiliyə əsasən ali, orta-ixtisas və bu profilde olan hərbi məktəblərdə təhsil alan tələbələrə ödənilən təqaüdlərlə bağlı xərclər daxildir.

274800. "Digər müavinət və transfertlər" paraqrafına xəstələrin müalicəyə göndərilməsi, protezlərin hazırlanmasına çəkilən xərclər, uşaqlara, əlillərə və ruhi xəstələrə himayəliyin edilməsi, çoxuşaqlı və aztəminatlı ailələrə süni qidanın alınması və uşaqlar üçün pulsuz məmulatların buraxılması, müharibə əlillərinin və iştirakçılarının yubiley gecələrinin keçirilməsi ilə bağlı xərclər, əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış, peşə xəstəliyinə tutulmuş işçilərə və yaxud bu səbəblərdən həlak olmuş işçilərin ailələrinə dəymiş zərərin ödənilməsi, xidməti vəzifələri yerinə yetirərkən sərnişin nəqliyyatından istifadə etmələri üçün pul kompensasiyası, əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi tədbirlərinin həyata keçirilməsi, həmçinin bu paraqrafa dövlət büdcəsindən və digər təşkilatlar tərəfindən ödənilən və öz əksini 274100-274700-cı paraqraflarda tapmayan digər müavinət, yardım və transfertlərlə bağlı xərclər daxildir. Bu paraqraf 3 maddədən, o cümlədən "274810. Kommunal güzəştlər", "274820. Dövlət sosial yardımı""274830. Digər müavinət və transfertlər" maddələrindən ibarətdir.

274810. "Kommunal güzəştlər" maddəsinə kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin əvəzinə verilən müavinətlərlə bağlı xərclər daxildir.

274820. "Digər sosial yardımı" maddəsinə mövcud qanunvericiliyə uyğun olaraq sosial müavinətlərin (274100-cı paraqrafında nəzərdə tutulanlardan başqa) verilməsi ilə bağlı xərclər daxildir.

274830. "Digər müavinət və transfertlər" maddəsinə xəstələrin müalicəyə göndərilməsi, protezlərin hazırlanmasına çəkilən xərclər, uşaqlara, əlillərə və ruhi xəstələrə himayəliyin edilməsi, yetim və valideyn himayəsindən məhrum uşaqları qəyyumluğa (himayəyə) götürmüş şəxslərə aylıq müavinətin ödənilməsi, çoxuşaqlı və aztəminatlı ailələrə süni yedirtmənin alınması və uşaqlar üçün pulsuz məmulatların buraxılması, xüsusi təhsilə cəlb olunanların valideynlərinə və digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisələrinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb gətirmək üçün müavinətin ödənilməsi, müharibə əlillərinin və iştirakçılarının yubiley gecələrinin keçirilməsi, əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış, peşə xəstəliyinə tutulmuş işçilərə və ya bu səbəblərdən həlak olmuş işçilərin ailələrinə dəymiş zərərin ödənilməsi, əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi üzrə tədbirlərin maliyyələşdirilməsi xərcləri, sair müavinətlər, yardımlar, transfertlər və bu qəbildən olan digər xərclər daxildir.

280000. "Digər xərclər" bölməsinə mülkiyyətlə bağlı xərclər daxil edilir. Bu bölmə 2 köməkçi bölmədən ibarətdir.

281000. "Faizlər üzrə ödənişlər istisna olmaqla mülkiyyətlə bağlı xərclər" köməkçi bölməsinə cari məqsədlər üçün binaların və evlərin icarəsi, film və verilişlərin çəkilməsi üçün icarəyə götürülmüş teatr, konsert salonları, sahə və otaqların icarəsi haqqı, müəssisə və təşkilatlar tərəfindən avadanlıq və nəqliyyat vasitələrinin icarəyə götürülməsi ilə bağlı xərclər daxildir. Bu köməkçi bölmə "281400. İcarə və muzdlu xidmətlər" paraqrafından ibarətdir.

282000. "Sair müxtəlif xərclər" köməkçi bölməsinə idarə və müəssisələr tərəfindən həyata keçirilən sair müxtəlif xərclər daxil edilir və bu köməkçi bölmə 3 paraqrafdan, o cümlədən "282100. Sair xərclər", "282200. Əsaslı xərclər" və "282300. Bank xərcləri" paraqraflarından ibarətdir.

282100. "Sair xərclər" paraqrafına cari məqsədlər üçün nəzərdə tutulmuş malların alınması və xidmətlərin göstərilməsi ilə bağlı digər xərclər, o cümlədən təhsil müəssisələrində bədən tərbiyəsi tədbirlərinin və kütləvi informasiya işlərinin aparılması, incəsənətlə bağlı müvəqqəti sərgilərin təşkili, sanitar aviasiyasının uçuş saatlarının ödənilməsi, televiziya və radio verilişləri üzrə (xüsusi kino çəkilişi, texniki rabitə vasitələrinin istismarı, xidmətlərin ödənilməsi) əməliyyat xərcləri, şagirdlərə fəxri fərmanların, medalların, eləcə də idman yarışları iştirakçılarına mükafatların verilməsi, məhkəmə prosesində iştirak edən, habelə icraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin yanma) gəlməklə əlaqədar olaraq zərər çəkmiş, tərcüməçi, ekspert, mütəxəssis, şahid və hal şahidlərinə görülən işin haqqının ödənilməsi, şahidlərin çağırılması, ekspertlərin və tərcüməçilərin xidmətlərinin ödənilməsi, müxtəlif mükafatlandırma nişanlarının hazırlanması, əhalini köçürmə tədbirləri, vizasız və pasportsuz yaşayan əcnəbilərin respublikanın hüdudlarından çıxarılması (deportasiyası), şəhər və rayonlarda bayram tədbirlərinin keçirilməsi ilə bağlı xərclər, ümumi-icbari təhsil fondunun xərcləri, hökumətin qərarlarına (sərəncamlarına) müvafiq olaraq xaricdə milli və beynəlxalq sərgi və yarmarkaların keçirilməsi ilə bağlı xərclər, büdcə təşkilatlarının ixtisasartırma müəssisələrində dinləyicilərin ixtisaslarının artırılması və hazırlıq işləri ilə bağlı xərclər, maliyyə orqanlarının uçotuna daxil olmuş dövlət idarələrinin keçmiş əmlakının, sahibsiz əmlakın, müsadirə edilmiş əmlakın ticarət və sair təşkilatlara verilməsindən əvvəl saxlanılması və təmiri, təhsillə bağlı ekskursiyaların keçirilməsi, şagirdlərin düşərgə toplantı-larının keçirilməsi, şagirdlərin yeni qəbulunun təşkili, şagirdlərin istehsal təcrübəsinin ödənilməsi, şagirdlərin yol haqqının və onların yolda və təcrübə yerlərində olduqları müddətdə gündəlik yemək xərclərinin ödənilməsi, gətirilməsi və saxlanılması, elmi sessiyaların, qurultayların, konfransların, iclasların təşkili və keçirilməsi, dissertasiyaların müdafiəsi ilə bağlı, elmi tədqiqat müəssisələri üçün kənar təşkilatlar tərəfindən yerinə yetirilən elmi, təcrübi-eksperimental işlərin haqqının ödənilməsi, tədris müəssisələrinin nəzdindəki eksperimental emalatxanaların xidmətinin ödənilməsi, muzey ekspozisiyalarının və sərgilərin təşkili zamanı müvəqqəti xarakter daşıyan və köməkçi materiallar olan xəritələrin, sxemlərin, diaqramların, eskizlərin, maketlərin və digər əşyaların hazırlanması, statistik tədqiqatların aparılması, müxtəlif növ əyani vəsaitlərin alınması, sair əməliyyatların və məsrəflərin ödənilməsi xərcləri, Azərbaycan Respublikasının xarici ölkələrdə olan səfirlik, konsulluq və nümayəndəliklərinin əməkdaşlarının və onların ailə üzvlərinin müəyyən edilmiş norma daxilində yüklərinin daşınması, həlak olanların cəsədinin gətirilməsi ilə bağlı xərclər, həmçinin həlak olmuş hərbçilərin cəsədinin gətirilməsi, məhbusların daşınması, həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların yaşadıqları yerə getmələri, hərbi qulluqçuların (xüsusi rütbəsi olan əməkdaşların) və onların ailə üzvlərinin yeni xidmət yerinə köçməsi və əmlakının daşınması və birdəfəlik kompensasiyaların ödənilməsi, sanatoriya, istirahət evlərinə getməsi, müəyyən olunmuş qaydada əməliyyat- axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə bağlı xərclər, beynəlxalq və ümumrespublika gənclər, idman və turizm tədbirlərinin, təlim-məşq yarış və toplanışlarının keçirilməsi, məhkəmənin qərarına əsasən fiziki və hüquqi şəxslərə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi, aztəminatlı şəxslərə, cinayət işləri üzrə müttəhimlərə və inzibati qaydada tutulmuş şəxslərə hüquqi yardımın göstərilməsi, məcburi işburaxma hallan və əmək mübahisələri üzrə digər ödənişlərin verilməsi, tədqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi, məhkəmələrə verilmiş iddia ərizələri və notariat əməliyyatları üzrə dövlət rüsumunun ödənilməsi (büdcə təşkilatlan, Milli Bank və onun qurumları istisna olmaqla) xərcləri daxildir. Daşınmaz əmlakın sığortalanması ilə bağlı xərclər, respublikanın kənd rayonlarında yerləşən ümumtəhsil məktəblərində ali və orta ixtisas məktəblərinin pedaqoji ixtisaslar üzrə bitirən gənc mütəxəssislərə kommunal və digər xidmətlərə görə ödənilən kompensasiya ilə bağlı xərclər daxildir.

282200. "Əsaslı xərclər" paraqrafına müəssisə və təşkilatlar tərəfindən əsaslı təmir xərclərinin aparılması ilə bağlı xərclər daxildir. Bu paraqrafa yaşayış və hərbi binaların, sosial-mədəni və kommunal bina və tikililərin, inzibati və idarəetmə bina və tikililərin, digər mülki bina və tikililərin, yolların və körpülərin, suvarma və digər kanalların əsaslı təmiri xərcləri daxil edilir. Bu paraqraf 6 maddədən - "282210. Mənzil fondunun əsaslı təmiri", "282220. İstehsalat obyektlərinin əsaslı təmiri", "282230. Sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmiri", "282240. İnzibati və idarəetmə obyektlərinin əsaslı təmiri", "282250. Yolların əsaslı təmiri""282260. Sair əsaslı təmir" maddələrindən ibarətdir.

Kataloq: LDB -> LegalDB.nsf
LegalDB.nsf -> Təsdiq edilmişdir
LegalDB.nsf -> Təsdiq edilmişdir Elektron xidmət növlərinin Sİyahisi
LegalDB.nsf -> İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun kodlar üzrə, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin s I yahis I
LegalDB.nsf -> Təsdiq edilmişdir Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı
LegalDB.nsf -> Ali baza təhsili istiqamətləri və ixtisaslarının s I yahis I
LegalDB.nsf -> Təsdiq edilmişdir
LegalDB.nsf -> Təsdiq edilmişdir Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı
LegalDB.nsf -> Təsdiq edilmişdir Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) t ə s n I f a t I
LegalDB.nsf -> Təsdiq edilmişdir
LegalDB.nsf -> Təsdiq edilmişdir Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) t ə s n I fati bakalavriat səviyyəsi üzrə

Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə