Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
“17 “ aprel 2013-cü il tarixli
01-Q nömrəli Qərarı ilə təsdiq edilmişdir
17 nömrəli əlavə
Cərimə, ziyan və ödəmələrin internet vasitəsilə ödənilməsi üzrə inzibati reqlament
1. Ümumi müddəalar
1.1. Elektron xidmətin adı:
Cərimə, ziyan və ödəmələrin internet vasitəsilə ödənilməsi
1.2. Elektron xidmətin məzmunu:
Bu xidmət cərimə, ziyan və ödəmələrin internet vasitəsilə ödənilməsini əhatə edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9-cu fəsli;
1.3.2. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”nin 11.13-cü bəndi;
1.3.3. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 1-ci hissəsi;
1.3.4. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;
1.3.5. «Təbii ehtiyatlara görə ödəmələrin, çirkləndirici maddələrin təbii mühitə atılmasına görə ödəmələrin tətbiqi və həmin ödənişlərdən əmələ gələn vəsaitdən istifadə haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 3 mart tarixli 122 nömrəli Qərarının 1-4-cü əlavələri;
1.3.6. “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 27 dekabr tarixli 636 nömrəli Qərarının 1-ci hissəsi;
1.3.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 28 dekabr tarixli 239 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış bəzi faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində təbiətə dəymiş ziyana görə ödəmə normativləri”nin 1-ci əlavəsi;
1.3.8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni balıq ovuna cərimələr”in 5-ci hissəsi;
1.3.9. “Meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli 145 nömrəli qərarının 1-ci hissəsi;
1.3.10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 176 nömrəli qərarı ilə təsdiq edilmiş “Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr”in 2-ci və 3-cü hissələri;
1.3.11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 11.18-ci bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti, Meşələrin İnkişafı Departamenti, Milli Geoloji Kəşfiyyat Xidməti, Ətraf Mühitin Mühafizəsi Departamenti, Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti və ərazi ekologiya və təbii sərvətlər şöbələri.
1.5. Elektron xidmətin digər icraçıları:
Yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:
Elektron xidmət tam avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti:
Cərimə, ziyan və ödəmələrin ödənişi ilə bağlı müddət əməliyyatın informasiya sistemi tərəfindən emalı vaxtına bərabərdir.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:
İstifadəçi cərimə, ziyan və ödəmələri internet vasitəsilə elektron qaydada ödəyir.
2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi
2.1. Elektron xidmətin növü:
İnteraktiv.
2.2. Elektron xidmət üzrə ödəniş:
Ödənişsiz.
2.3. Elektron xidmətin istifadəçiləri:
Hüquqi və fiziki şəxslər.
2.4. Elektron xidmətin təqdim olunma yeri:
www.e-gov.az, http://e-xidmet.eco.gov.az/
2.5. Elektron xidmət barədə məlumatlandırma:
İnternet ünvanı: http:/www.eco.gov.az
Elektron poçt: biomuxteliflik@gmail.com;
Telefon: (+994 12) 492 73 69, 539 67 87;
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
Sənəd tələb olunmur.
Elektron xidmətdən istifadə etmək üçün fiziki və ya hüquqi şəxs özü haqqında məlumatı (fiziki şəxsin adı, soyadı, atasının adı, ünvanı, hüquqi şəxsin adı və hüquqi ünvanı) doldurur və cərimə, ziyan və ödəmələrə səbəb olmuş sənədin nömrəsini və tarixini daxil edir.
3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar
3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:
3.2.1. Sorğunun formalaşdırılması:
İstifadəçi bu reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlarına daxil olaraq müvafiq bölməni seçir və bu reqlamentin 2.6-cı bəndində göstərilən məlumatları daxil etməklə nəzərdə tutulmuş maliyyə vəsaitinin ödənilməsi imkanı əldə edilir.
3.2.2. Sorğunun qəbulu:
Sorğu internet səhifəsinə daxil olduğu tarixdə qeydiyyata alınır və sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.
3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları:
İstifadəçi bu reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlarında informasiya sisteminin müvafiq pəncərəsində açılan lövhələr üzrə sorğunu düzgün daxil etmədikdə sistem tərəfindən sorğunun yerinə yetirilməsindən imtina edilir.
Sorğunun yerinə yetirilməsindən imtina istifadəçinin yenidən sorğu verməsinə mane olmur.
3.3.2. Sorğunun qəbulu:
İstifadəçi internet ünvanlarında informasiya sisteminin müvafiq pəncərəsində açılan lövhələr üzrə sorğunu düzgün daxil etdikdə sorğu qəbul olunur və sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.
3.4. Sorğunun icrası:
3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
3.4.1.1. Hüquqi və ya fiziki şəxs bu Reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlarında informasiya sisteminin müvafiq pəncərəsində açılan lövhələr üzrə sorğunu daxil edir;
3.4.1.2. Avtomatik rejimdə cərimə, ziyan və ödəmə ödənilir və onların ödənişi barədə istifadəçiyə bildiriş göndərilir;
3.4.1.3. Cərimə, ziyan və ödəmənin ödənişi barədə məlumat Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elektron sənəd dövriyyəsi sisteminə daxil olur və istifadəçinin ödəniş etməsi haqqında informasiya sənəd dövriyyəsi sistemi vasitəsilə, avtomatik rejimdə müvafiq olaraq bu reqlamentin 1.4-cü bəndində adları qeyd olunan orqanlara göndərilir.
Əməliyyatın həyata keçirilməsinə müvafiq olaraq bu reqlamentin 1.4-cü bəndində adları qeyd olunan orqanlar məsuliyyət daşıyır.
3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti:
3.4.2.1. İstifadəçi bu Reqlamentin 2.4-cü bəndində göstərilmiş internet ünvanında rekvizitləri daxil etməklə, cərimə, ziyan və ödəməni internet vasitəsilə ödəyir və bu barədə avtomatik rejimdə istifadəçiyə bildiriş göndərilir;
3.4.2.2. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elektron sənəd dövriyyəsi sistemi ilə bu reqlamentin 1.4-cü bəndində adları qeyd olunan orqanlara cərimə, ziyan və ödəmənin ödənilməsi barədə məlumat verilir və işin icrasının başa çatdırılması haqqında sənəd dövriyyəsi sistemində qeydiyyat aparılır.
3.4.2.3. Əməliyyatın icra müddəti onun informasiya sistemində emalı müddətindən asılıdır.
3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat:
Yoxdur.
3.4.4. İnzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:
Hüquqi və ya fiziki şəxs tərəfindən cərimə, ziyan və ödəmə üzrə ödəniş həyata keçirildikdə, bununla bağlı çıxarışı çap edir və ya onu özünün elektron poçt ünvanına göndərir. İnformasiya sistemi tərəfindən müvafiq çıxarış, həmçinin elektron sənəd dövriyyəsi sistemi vasitəsilə müvafiq olaraq bu reqlamentin 1.4-cü bəndində adları qeyd olunan orqanlara göndərilir və həmin orqanlar tərəfindən elektron sənəd dövriyyəsi sistemində müvafiq qeydiyyat aparılır.
3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti müvafiq olaraq bu reqlamentin 1.4-cü bəndində adları qeyd olunan orqanlar həyata keçirir.
3.5.1. Nəzarət forması: Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.
3.5.2. Nəzarət qaydası: Monitorinq nəticəsində müraciətlər barədə toplanılan məlumatlar xüsusi məntiqi sxemlər üzərində işlənilmiş proqram təminatı vasitəsilə yoxlanılır, müraciətlərin tamlığı və cavabların verilmə sürətinə dair eləcə də icra zamanı baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir.
3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat:
İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.
3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:
Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayət ərizəsi kağız üzərində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin poçt ünvanına, elektron formada isə bu reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilməlidir.
3.6.3. Şikayətin baxılma müddəti:
Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.
Dostları ilə paylaş: |