Azərbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi



Yüklə 2,07 Mb.
səhifə1/33
tarix04.01.2022
ölçüsü2,07 Mb.
#52744
  1   2   3   4   5   6   7   8   9   ...   33

AZƏRBAYCAN RESPUBLİKASI

DÖVLƏT ŞƏHƏRSALMA VƏ ARXİTEKTURA KOMİTƏSİNİN

KOLLEGİYASI

 

 



QƏRAR

 

03



 

Bakı şəhəri                                                                12 iyun 2012-ci il

 

 



Tikinti üçün layihə işlərinə qiymətlər toplusu-Yaşayış və ictimai binalar”, “Tikinti üçün layihə işlərinə qiymətlər toplusu-Rayon planlaşdırılması, yaşayış məskənlərinin planlaşdırılması və tikintisi” və “Tikinti üçün layihə işlərinə qiymətlər toplusunun tətbiqi üzrə Ümumi göstərişlər”in təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 noyabr tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında” Əsasnamənin 17-ci bəndinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasıqərara alır:



 

1. Aşağıda qeyd olunan texniki normativ hüquqi aktlar təsdiq edilsin:

1.1 “Tikinti üçün layihə işlərinə qiymətlər toplusu - Yaşayış və ictimai binalar” (əlavə olunur);

1.2 “Tikinti üçün layihə işlərinə qiymətlər toplusu - Rayon planlaşdırılması, yaşayış məskənlərinin planlaşdırılması və tikintisi” (əlavə olunur);

1.3 “Tikinti üçün layihə işlərinə qiymətlər toplusunun tətbiqi üzrə Ümumi göstərişlər” (əlavə olunur).

 

2. Ümumi şöbəyə (S. Məmmədov) tapşırılsın ki, bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş normativ aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün üç gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.



 

3. Bu qərarla təsdiq olunmuş normativ aktlar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

 

4. Qərarın 1-ci hissəsi ilə təsdiq edilən sənədlər qüvvəyə mindiyi tarixdən SSRİ Dövləttikintikomun 21.02.1987-ci il tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Общие указания по применению Сборника цен на проектные работы для строительства”, 23.03.1987-ci il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Раздел 39 Жилые гражданские здания”, 31.03.1987-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Раздел 40 Районная планировка. Планировка и застройка населенных пунктов” normativ sənədlərin Azərbaycan Respublikası ərazisində hüquqi qüvvəsi dayandırılsın.



 

5. Qərarın icrasına nəzarət sədr müavini D.Dövlətxanova həvalə edilsin.

 

 



Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin