Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ azəRBAYCAN turizm institutu


Valyuta ölkənin pul vahididir. Valyuta məzənnəsi



Yüklə 162,65 Kb.
səhifə2/3
tarix21.10.2017
ölçüsü162,65 Kb.
növüReferat
1   2   3

Valyuta ölkənin pul vahididir. Valyuta məzənnəsi bir ölkənin pul vahidinin başqa ölkələrin pul vahidləri arasında olan nisbətini göstərir. Digər valyutaların milli valyutaya olan məzənnəsinin müəyyən edilməsi valyutaların kotirovkası adlanır. Məzənnə fərqi – AR ərazisində tərtib edilən maliyyə hesabatları ölkənin milli valyutası olan manatla ifadə olunur. Buna müvafiq olaraq valyuta ilə uçotu aparılan obyektlər hesabat dövründə manatla qiymətləndirilməlidirlər. Valyuta məzənnəsinin dəyişməsi həmin obyektlərin manat dəyərinin dəyişməsinə səbəb olur ki, bunun da nəticəsində məzənnə fərqi yaranır.
7. Nizamnamə və ehtiyat fondunun uçotu – Nizamnamə kapitalı müəssisənin təsis sənədlərinə uyğun olaraq təsisçilər tərəfindən müəssisənin təsərrüfat fəaliyyətinin təmin edilməsi üçün nəzərdə tutulan pay qoyuluşların həcmini əks etdirir.

Müəssisənin nizamnamə kapitalının vəziyyəti və hərəkəti haqqında məlumatları ümumiləşdirmək üçün hesablar planında 85 N-li “Nizamnamə kapitalı” hesabı nəzərdə tutulmuşdur. Təsisedici sənədlərdə göstərilən məbləğ 85 N-li “Nizamnamə kapitalı” hesabının qalığına uyğun olmalıdır. Nizamnamə kapitalını uçota alan hesab üzrə yazılışlar, daha doğrusu, onun artması və azalması yalnız müəssisənin təsisedici sənədlərində dəyişiklik edildikdən sonra müəyyən edilmiş qaydada aparılır. Nizamnamə fondunun yaradılma qaydası qanunverici və təsisedici sənədlərlə nizamlanır.

Birgə müəssisələr qeydə alındıqdan sonra bir il müddətində hər bir iştirakçı təsis sənədlərində ona düşən payın 50%-ni nizamnamə fonduna köçürməlidir. Əks halda qeydə alan orqan tərəfindən müəssisə birgə müəssisələrin reyestrindən çıxarılır. Nizamnamə kapitalına qoyuluşlar xarici valyuta ilə həyata keçirildikdə müəssisənin qeydə alındığı tarixə xarici valyutanın manatla münasibətdə rəsmi məzənnəsi, faktiki ödənilmiş müddətdəki məzənnədən fərqləndikdə məzənnə fərqi uçotda əks etdrilir.

Analitik uçot müəssisənin təsisçiləri, kapitalın yaradılması mərhələləri və səhmlərin növləri üzrə aparılır.



Debet

Kredit

Əməliyyatın məzmunu

75

85

Təsis sənədlərində göstərilmiş nizamnamə kapitalı əks etdirildikdə

75

85

Yeni səhmlərin emissiyası və ya səhmlərin nominal dəyərlərinin artırılması yolu ilə nizamnamə kapitalı artırıldıqda

78

85

Törəmə müəssisələrin vəsaitləri hesabına nizamnamə kapitalı artırıldıqda

88

85

Bölüşdürülməmiş mənfəət hesabına nizamnamə kapitalının artması əks etdirildikdə

85

75

Təsisçi öz vəsaitini geri götürdükdə nizamnamə kapitalının azalması əks etdirildikdə

85

56

Müəssisə öz səhmlərini ləğv etməsi nəticəsində nizamnamə kapitalının azalması əks etdirildikdə

75

80, 87

Təsisçi xarici valyuta ilə borcu ödədikdə qeydə alındığı müddətdən sonra yaranan məzənnə fərqi əks etdirilir.

80, 87

75

Təsisçi xarici valyuta ilə borcu ödədikdə qeydə alındığı müddətdən sonra yaranan məzənnə fərqi əks etdirilir.


Ehtiyat kapitalı86 N-li “Ehtiyat kapitalı” hesabı qanunverici və təsisedici sənədlərlə müvafiq olaraq yaradılan ehtiyat kapitalının vəziyyəti və hərəkəti haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulub.

Mənfəətdən ehtiyat kapitalına ayırmalar 81 N-li “Mənfəətin istifadəsi” hesabı ilə müxabirləşməklə, 86 N-li “Ehtiyat kapitalı” hesabının kreditinə yazılır.

Ehtiyat kapitalı vəsaitinin istifadə edilməsi 86 N-li hesabın debetinə, həmin vəsaitləri qəbul edən hesabların kreditinə yazılır.


Debet

Kredit

Əməliyyatın məzmunu

81

86

İl ərzində mənfəət hesabına ehtiyat fondu yaradıldıqda

88

86

İl başa çatdıqdan sonra bölüşdürülməmiş mənfəət hesabına ehtiyat fondu yaradılıb

75

86

Təsisçilərin vəsaiti hesabına ehtiyat fondu yaradıldıqda

88

86

Xüsusi fondlar hesabına ehtiyat fondu yaradıldıqda

86

88

İl ərzində yaradılan ehtiyat fondu keçmiş hesabat dövrlərinin zərərlərinin ödənilməsinə istifadə edildikdə

86

10, 12, və s.

Təbii fəlakətdən dəyən ziyan ehtiyat fondu hesabına ödənildikdə

86

88

Ehtiyat fondu hesabına xüsusi fondlar yaradıldıqda

86

78

Törəmə müəssisələrə verilən vəsaitlər əks etdirildikdə

86

75

Ehtiyat fondu hesabına səhmdarlara dividendlər hesablandıqda

86

75

Ehtiyat fondundan işçilərin səmlərinə görə olan borcları ödəndikdə

8. Əsas vəsait və digər maliyyə qoyuluşlarının uçotu – Müəssisənin normal fəaliyyət göstərməsi üçün müxtəlif növ vəsaitlərə malik olması vacibdir. Bunlardan ən mühümü əmək vəsaitləri olan əsas vəsaitlərdir.

Əsas vəsaitlər istehsal sahələrinin əsas ünsürü olmaqla təsərrüfat prosesində bir ildən artıq müddətə iştirak edərək, öz dəyərini müəyyən edilmiş normalar daxilində yeni yaradılmış məhsulun üzərinə keçirir.

Mühasibat uçotunda əsas vəsaitlərin hərəkətinin mövcudluğunu ümumiləşdirmək üçün 01 N-li “Əsas vəsaitlər” hesabından istifadə edilir. Müəssisəyə vəsaitin daxil olması hesabın debeti üzrə, xaric olması isə kreditinə yazılır. Vəsaitlərin qrupları və növləri üzrə ayrıca subhesab və analitik hesablardan istifadə edilir. Əsas vəsaitlərə aid edilən obyektlər və onların tərkibi qanunverici və digər normativ aktlarla nizamlanır.

Hesablar planından da göründüyü kimi, əsas vəsaitlər öz təyinatlarına görə qruplaşdırılaraq uçota alınırlar. Bunlara binalar, qurğular (tikintilər), ötürücü qurğular, maşınlar və avadanlıqlar, nəqliyyat vasitələri, istehsalat alətləri (ləvazimatları) və təsərrüfat inventarları, işçi və məhsuldar heyvanlar, kitabxana fondu, sair əsas vəsaitlər aid edilir.



Binalara – müəssisənin balansında olan istehsal və qeyri-istehsal təyinatlı, inzibati, kitabxana, klub, xəstəxana, muzey, laboratoriyalar və digər təsərrüfatların yerləşdiyi obyektlər aid edilir.

Qurğulara (tikintilərə) – su çıxaranlar, stadionlar, hovuzlar, yollar, körpülər, heykəllər və s. obyektlər aiddir.

Ötürücü qurğulara – elektrik ötürücülər və xətlər, boru kəmərləri, enerji, maye və qaz halındakı məhsulların ötürülməsində iştirak edən bütün növ avadanlıqlar (yerləşdikləri binalardan başqa) daxil edilir.

Maşın və avadanlıqlara – elektrik enerjisi və istilik hasil edən maşın – generatorlar, mexaniki mühərriklər, ölçü cihazları, dozatorlar, ampermetrlər, suölçənlər, xüsusi tərəzilər, kassa aparatları, hesablayıcı maşınlar, dispetçer nəzarəti üçün xətli qurğular, termostatlar, stabilizatorlar, digər laboratoriya və tibbi avadanlıqlar və başqaları aid edilir.

Nəqliyyat vasitələrinə – dəmiryol, su, hava və avtomobil nəqliyyatı vasitələri (gəmilər, paroxodlar, yük və minik avtomobilləri, təyyarələr, vertolyotlar və s.) daxil edilir.

İstehsal alətlərinə və inventarlara – avadanlıqlara quraşdırılmış qurğular, elektrik dreli, məngənələr, istehsal əşyaları, iş masaları, ticarət stellajları, dəftərxana və təsərrüfat ləvazimatları, xalçalar, əl nərdivanları, çarpayılar və başqaları aid edilir.

İşçi və məhsuldar heyvanlara – idman atları və nəqliyyat heyvanları daxil olmaqla inəklər, camışlar, atlar, qoyunlar, keçilər, donuzlar, döllük və damazlıq heyvanlar və digərləri aiddirlər.

Kitabxana fonduna – nüsxəsinin dəyərindən asılı olmayaraq, bütün növ elmi, bədii, tədris və xüsusi növ ədəbiyyatlar, nəşrlər və s. daxildir.

Sair əsas vəsaitlərə - yaşından asılı olmayaraq, çoxillik mədəni əkmələr, parklarda, bağlarda əkilən yaşıllaşdırma və dekorativ çoxillik əkmələr, elmi-tədqiqat və başqa məqsədlərlə əkmələr, torpaqların yaşıllaşdırılması üzrə məsrəflər, sahələrin təmizlənməsi, muzey sərvətləri, heyvanlara aid eksponatlar, dəyəri 5 manatdan artıq səhnə vəsaitləri, nümunəvi layihələr üzrə sənədlər, tədris kinofilmləri, kasetlər, vahidinin dəyəri 100 manatdan yuxarı olan uşaq oyuncaqları, xüsusi xizəklər və başqaları daxildir.

Ancaq Vergi Məcəlləsində vergitutma məqsədləri üçün istifadə müddəti bir ildən artıq, dəyəri şərti maliyyə vahidinin 100 mislindən çox olan (110,00 manat) və ilin sonuna qalıq dəyəri ilkin dəyərinin 5 faizindən az olmayan maddi aktivlər əsas vəsaitlər hesab olunur.

Müəssisənin fasiləsiz fəaliyyətini təmin etmək üçün əsas vəsaitlərə daim nəzarət etmək lazımdır. Onların yerdəyişməsinə, hesablanmış köhnəlmə məbləğinə, daxil olmasına, işçi vəziyyətdə olması üçün əsaslı və cari təmir xərclərinə və s. göstəricilərə daimi diqqət yetirilməlidir.

Əsas vəsaitlər istifadə edilmə yönümünə görə istehsal və qeyri-istehsal təyinatlı olurlar. Məhsul istehsalı (xidmət) prosesi ilə bilavasitə bağlı olanlar istehsal təyinatlı, mədəni-məişət, idman kompleksləri, elmi-tədris binaları və s. qeyri-istehsal təyinatlı adlanırlar. Bunlar da öz növbəsində əlamətlərinə görə ehtiyatda, istismarda, konservasiyada (fəaliyyəti dayandırılmış) olan və icarəyə verilmiş əsas vəsaitlərə bölünürlər.

Vəsaitlər işləndikcə aşınma nəticəsində öz keyfiyyətini itirir. Ona görə də onların real dəyəri ilk dəyərindən köhnəlmə mənbəyini çıxdıqdan sonra yerdə qalan qalıq dəyəridir. Bir sıra səbəblərdən asılı olaraq (alınma dövrü, inflyasiya və s.) əsas vəsaitlər yenidən qiymətləndirilir. Bu, müvafiq dövlət orqanlarının sərəncamı, qiymətləndirmə üzrə fəaliyyət göstərən müəssisələrin, yaxud müəssisə rəhbərinin göstərişi ilə ola bilər. Bu vaxt qəbul edilən qiymətlər bərpa dəyəri adlanır.

Başqa müəssisələrin qiymətli kağızlarına, dövlət və yerli borclar üzrə faizli istiqrazlara, ölkə ərazisində yaradılmış digər müəssisələrin nizamnamə kapitalına, müəssisənin xaricdəki kapitalına və s. qoyuluşlar, həmçinin müəssisənin verdiyi borclar maliyyə qoyuluşları adlanır.

Maliyyə qoyuluşları müddətindən asılı olaraq uzunmüddətli və qısamüddətli (bir ildən çox olmayan) olur. Qoyuluşların bu və ya digər kateqoriyaya aid edilməsi müəssisə tərəfindən dəqiq müəyyən edilməlidir.

Müəssisə bir sıra hallarda qısamüddətli maliyyə qoyuluşları həyata keçirə bilər. Müəssisə əsas fəaliyyətindən külli miqdarda vəsait əldə etdikdə və bu vəsaitlər müvəqqəti istifadə edilmədikdə onlar qısa müddətli investisiyalara yönəldilə bilər. Xüsusən də maliyyə bazarında yüksək faiz dərəcəsinin hökm sürdüyü zaman vəsaitlərin müddətsiz depozitlərə, əmanət sertifikatlarına, qısamüddətli dövlət və s. qiymətli kağızlara yönəldilməsi böyük iqtisadi səmərə əldə etməyə imkan verir. Qısamüddətli qoyuluşlar dövriyyə vəsaiti kimi, lazım gəldikdə cari öhdəliklərin ödənilməsi məqsədilə satıla bilər.

Uzunmüddətli maliyyə qoyuluşları əsasən gələcəkdə iqtisadi mənfəət əldə etmək məqsədilə, digər müəssisəyə nəzarət etmək məqsədilə və s. məqsədlərlə həyata keçirilə bilər.

Digər müəssisənin səhmlərinin alınması 3 halla xarakterizə edilir:

- investor, digər müəssisənin səhmlərinin nəzarət zərfini (50%+1) alması nəticəsində idarəetmə və maliyyə işlərini öz nəzarəti altına götürür.

- SC-nin səhmlərinin müəyyən faizinə sahib olduqda investor nisbi nəzarət əldə edə bilər, daha doğrusu müəssisədə qəbul olunan qərarlara nisbətən təsir edə bilər.

- müəyyən dərəcədən az səhm əldə edildikdə həmin müəssisədə qəbul edilən qərarlara heç bir təsir göstərə bilməz.

Maliyyə qoyuluşlarının uçotu üçün hesablar planına uyğun olaraq 06 N-li “Uzunmüddətli maliyyə qoyuluşları” 58 N-li “Qısamüddətli maliyyə qoyuluşları” hesablarından (pay və səhmlər, istiqrazlar, verilmiş borclar və s. subhesablar açmaqla) istifadə edilir. Uzunmüddətə (qısamüddətə) verilmiş pul və digər borcların hərəkəti 06 (58) N-li hesabın debetinə, verilən vəsaiti uçota alan hesabların kreditinə yazılır. Veksellərlə təmin olunmuş borclar ayrıca subhesabda uçota alınır. Analitik hesab elə tərtib edilməlidir ki, ölkə daxilindəki və xaricindəki maliyyə qoyuluşlarının hərəkətinə tam nəzarət etmək mümkün olsun.

Tikinti-quraşdırma işlərinə investisiya qoyuluşu, avadanlıqların, qurğuların alınması, layihə-axtarış, geoloji kəşfiyyat, qazma işləri, torpaq sahələrinin ayrılması üzrə xərclər, yeni yaradılan müəssisələr üzrə kadr hazırlığı, məhsuldar və iş heyvanlarından ibarət sürünün (naxırın) yaradılması üzrə xərclər kapital qoyuluşları adlanır. Müvafiq qoyuluşların uçotu üçün 08 N-li “Kapital qoyuluşları” hesabından istifadə edilir. Hesabın tərkibində torpaq sahələrinin əldə edilməsi, təbiətdən istifadə obyektlərinin əldə edilməsi, əsas vəsait obyektlərinin inşası, əsas vəsaitlərin dəyərini artırmayan məsrəflər, qeyri-maddi aktivlərin alınması, cavan heyvanların əsas sürüyə keçirilməsi, yaşlı heyvanlar üçün subhesablar və digər subhesablar açıla bilər.
9. Hesablaşmaların uçotu – Mühasibat uçotunun bu bölməsində yerli və xarici fiziki, hüquqi şəxslərlə, həmçinin təsərrüfatdaxili hesablaşmaların bütün növləri uçota alınır.

Əgər müqaviləyə uyğun olaraq hesablaşmalar xarici ölkə valyutası ilə aparılarsa, həmin tarixə Milli Bankın məzənnəsi əsas götürülməklə hesabatlar tərtib olunur. Hesablaşmaların və valyutanın növləri üzrə yeni subhesab və analitik hesab açılır.



Malsatan və podratçılarla hesablaşmalar – Bu, uçotda ən çox istifadə olunan hesablaşmalardan olmaqla malsatan və podratçılarla olan bütün növ hesablaşmaları özündə əks etdirir. Əsasən bunlara aşağıdakılar daxildir:

- alınmış mal-material qiymətlilərinə, yerinə yetirilmiş işlərə və istehlak tələbatı üçün qəbul edilən elektrik enerjisi, su, kommunal və digər xidmətlərə, habelə daşınma və emala görə alınmış sənədlərə əsasən hesablaşmalar;

- haqq-hesab planlı ödəmələr qaydasında aparılan mal-material qiymətliləri, iş və xidmətlərə görə hesablaşmalar;

- mal-material qiymətlilərinin, iş və xidmətlərin qəbulu zamanı aşkar edilən artıqgəlməyə görə hesablaşmalar;

- daşınmalar üzrə göstərilmiş xidmətlərə, rabitə xidmətinin bütün növlərinə, həmçinin başqa iş və xidmətlərə görə hesablaşmalar.

Alınmış mal-material qiymətliləri iş və xidmətlər mədaxil edildikdə müvafiq hesabların debetinə, 60 N-li hesabın isə kreditinə yazılış etməklə mühasibat köçürməsi rəsmiləşdirilir. Kreditor borclar ödəndikdə isə uçotda 60 N-li hesabın debeti digər hesabların kreditində əks etdirilir.

Qarşılıqlı hesablaşmaların dəqiq olması üçün vaxtaşırı olaraq, müəssisə malsatan və podratçılarla birlikdə mövcud olan qalıqları tutuşdurur.

Əgər məhsulun dəyəri əvvəlcədən ödənilibsə, bu, 61 N-li “Verilmiş avanslar üzrə hesablaşmalar” hesabında qeydə alına bilər. Məhsul, iş və xidmət alındıqdan sonra 60 N-li hesabla qarşılıqlı zaçot edilir.



Verilmiş avanslar üzrə hesablaşmalar – Tədarük olunacaq sərvətlər, yerinə yetiriləcək işlər və xidmətlərə görə verilən avansların, həmçinin qismən hazır olduqca qəbul edilən məhsulların, iş və xidmətlərin ödənilməsi üzrə hesablaşmaların uçotu üçün hesablar planında 61 N-li “Verilmiş avanslar üzrə hesablaşmalar” hesabı nəzərdə tutulub. Avans ödənilmiş hər bir debitor üçün yeni analitik hesab açılır.

Alıcılar və sifarişçilərlə hesablaşmalar – Müəssisələrdə alıcılar və sifarişçilərlə hesablaşmalar haqqında məlumatların ümumiləşdirilməsi üçün 62 N-li “Alıcılar və sifarişçilərlə hesablaşmalar” hesabından istifadə edilir. Hesab üzrə aşağıdakı subhesablar açıla bilər:

62-1 “İnkasso qaydasında hesablaşmalar”;

62-2 “Planlı ödəmələr üzrə hesablaşmalar”;

62-3 “Alınmış veksellər” və sair.

62-1 “İnkasso qaydasında hesablaşmalar” subhesabında yüklənmiş məhsullar (mallar), yerinə yetirilmiş iş və göstərilmiş xidmətlərə görə alıcılara və sifarişçilərə təqdim edilmiş və bank tərəfindən ödənilmək üçün qəbul olunmuş hesablaşma sənədləri üzrə hesablaşmaların uçotu aparılır.

62-2 “Planlı ödəmələr üzrə hesablaşmalar” subhesabında müəssisənin uzunmüddətli təsərrüfat əlaqələri saxladığı alıcılar və sifarişçilərlə apardığı daimi xarakterli hesablaşmalar üzrə ödənişi ayrıca bir hesablaşma ödəmə sənədi ilə tamamlayan və əsasən planlı ödəniş qaydasında aparılan hesablaşmalar uçota alınır.

62-3 “Alınmış veksellər” subhesabında alıcılar və sifarişçilərlə hesablaşmalar üzrə alınmış veksellərlə təmin edilmiş borclar uçota alınır.

62 N-li hesab üzrə analitik uçot alıcılara (sifarişçilərə) təqdim edilən hər bir hesab-faktura üzrə, planlı ödənişlər qaydasında hesablaşmalar zamanı isə hər bir alıcı, sifarişçi üzrə aparılır.



İddialar üzrə hesablaşmalar – Malsatanlarla, podratçılara, nəqliyyat müəssisələrinə və digər təşkilatlara təqdim edilmiş iddialar, eləcə də onlara təqdim edilmiş cərimələr, peniyalar, dəbbələmə pulları üzrə hesablaşmalar haqqında məlumatları ümumiləşdirmək üçün hesablar planında 63 N-li “İddialar üzrə hesablaşmalar” hesabı nəzərdə tutulub. Mühasibat yazılışları zamanı müvafiq hesabın debetinə aşağıdakı iddialar üzrə əməliyyatlar əks etdirilir:

Malsatanlarla hesablaşmalar zamanı alınmış hesab-fakturalarda müqavilə qiymətindən kənarlaşmalar, onlarda (fakturalaşdırılmış mallarda) qiymət artımı, əlavə məsrəflər və digər kənarlaşmalar aşkar edildikdə, qəbul edilmiş mallar keyfiyyət standartlarına, texniki şərtlərə cavab vermədikdə, yolda olan yüklərin təbii itki normalarından artıq əskikgəlmələrə görə malsatanlara və nəqliyyat təşkilatlarına, həmçinin zay məhsula, boşdayanmalara görə podratçıların özləri tərəfindən etiraf edilmiş, yaxud məhkəmə orqanları tərəfindən tətbiq edilən cərimələr, həmçinin pul vəsaitlərini uçota alan hesablardan səhvən silinmiş məbləğlər və sair.



Mülki Məcəlləyə əsasən iddia müddəti anlayışı-başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi va ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Ümumi iddia müddəti 10 il, müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti isə 3 ildir.

Alınmış avanslar üzrə hesablaşmalar – Hesablar planına uyğun olaraq, 64 N-li “Alınmış avanslar üzrə hesablaşmalar” hesabında göndərilmiş mal-material sərvətlərinə, yerinə yetirlimiş iş və xidmətlərə görə alınmış avanslar, həmçinin sifarişçilər üçün yerinə yetirlmiş, qismən hazır iş və məhsulların ödənişi üzrə hesablaşmalar uçota alınır və hesabat zamanı aşağıdakı yazılışlardan istifadə olunur:

Debet

Kredit

Əməliyyatın məzmunu

50, 51, 52

64

Sifarişçilərdən mal-material sərvətlərinə, iş və xidmətlərin müqabilində avans alınıb

64

62

Müqavilə şərtlərinə əsasən göstərilmiş iş və xidmətlər təhvil verildikdə alınan avans zaçot edilir

64

50, 51, 52

Avans şəklində alınan pul vəsaitləri müəyyən səbəb üzündən geri qaytarıldıqda

64

80

İddia müddəti qurtardığına görə, alınmış avans mənfəətə silinir

64

80, 83

Xarici valyutada alınmış avans məbləği üzrə məzənnə fərqi

80, 83

64

Xarici valyutada alınmış avans məbləği üzrə məzənnə fərqi


Əmlak və şəxsi sığorta üzrə hesablaşmalar – Müəssisə sığortaçı kimi çıxış edərkən, onun əmlakının və işçi heyətinin (sosial sığorta və təminat və tibbi sığorta üzrə hesablaşmalardan başqa) sığorta edilməsi üzrə hesablaşmalar haqqında məlumatları ümumiləşdirmək üçün uçotda 65 N-li “Əmlak və şəxsi sığorta üzrə hesablaşmalar” hesabı nəzərdə tutulub. Hesablanan sığorta ödəmələri istehsal məsrəflərini (tədavül xərclərini), yaxud digər sığorta ödəmələri mənbələrini uçota alan hesabların debeti, 65 N-li hesabın kreditinə yazılır.

Büdcədənkənar ödənişlər üzrə hesablaşmalar – Büdcədənkənar fondlara (sosial sığorta və təminat üzrə hesablaşmalardan başqa) ödənilən ödənişlər üzrə dövlət orqanları ilə hesablaşmalar haqqında məlumatların ümumiləşdirilməsi üçün uçotda 67 N-li “Büdcədənkənar ödənişlər üzrə hesablaşmalar” hesabı nəzərdə tutulub. Həmin fondlarla hesablaşmalar dövlət tərəfindən təsdiq edilmiş qanunverici və normativ aktlarla nizamlanır. 67 N-li hesab passiv olduğundan hesablanan məbləğ kreditində, ödənilən məbləğ isə debetində yazılır.

Büdcə ilə hesablaşmalar – 68 N-li “Büdcə ilə hesablaşmalar” hesabı mühasibat uçotu hesablar planının əsas hesablarından olmaqla müəssisənin, onun işçi heyətinin və təsisçilərinin büdcəyə ödədikləri, bütün növ vergilər (əlavə dəyər vergisi, müəssisələrin mənfəətindən vergi, aksiz, fiziki şəxslərdən gəlir vergisi, mədən vergisi, gömrük idxal-ixrac vergiləri, patent alınmasına görə, birdəfəlik ödənilən rüsumlar və digərləri) üzrə hesablaşmalar haqqında məlumatların ümumiləşdirilməsi üçün istifadə olunur. Büdcəyə hesablanmış vergilər 68-ci hesabın kreditində, həmin vergilər üzrə ödənilmiş məbləğlər isə debetində yazılır.

Büdcəyə vergilərin hesablanması və ödənilməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsinin və digər orqanların qərar və normativ sənədləri ilə tənzimlənir. Analitik uçot vergilərin növləri üzrə aparılır. Artıq ölkəmizdə xəzinədarlıq sisteminə keçidlə əlaqədar olaraq büdcəyə ödənilən bütün vergilər yerli xəzinədarlıq idarəsinə köçürülür. Ödənişin təyinatı qrafasında köçürülən verginin adı və hesabat dövrü göstərilir.

Müəssisə ödəyicisi olduğu hər bir vergi üzrə Vergi Məcəlləsində nəzərdə tutulduğu qaydada vergi orqanına hesablanmış və ödənilmiş vergilərin haqq-hesabını təqdim edir. Eyni zamanda vergi uçot şöbəsində bütütn tədiyyəçilərin təqdim etdikləri hesabat ödəniş sənədlərinə əsasən şəxsi hesab vərəqəsi tərtib olunur. Mütəmadi olaraq büdcə ilə hesablaşmaların dəqiq uçotunu aparmaqdan ötrü tədiyyəçilər özlərinin mühasibat uçotunda və vergi orqanının şəxsi hesab vərəqəsində əks olunan göstəricilərin uyğunuluğunu yoxlamalıdırlar.



Yüklə 162,65 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə