Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ



Yüklə 1,91 Mb.
səhifə1/4
tarix10.01.2022
ölçüsü1,91 Mb.
#107972
  1   2   3   4

PLAN


1.Turizm və onun qısaca tarixi

2.Birləşmiş Ərəb Əmirlikləri (coğrafiyası, tarixi, iqtisadiyyatı və s.)

3. Ölkənin turizmi

4. Əbu-Dabi və onun turizmi

5. Dubay və onun turizmi

6. Digər əmirliklər və onların turizmi

7. Nəticə

8. Ədəbiyyat


TURİZM VƏ ONUN QISA TARİXİ

Turizm - fəal istirahətin geniş yayılmış və ən kütləvi növüdür. Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur və getdikcə turizm daha geniş vüsət alır. Turizm sadəcə maraq və dəb deyil. Bu, son 20-25 ildə insanlarin vərdiş etdikləri həyati təlabatdır.

Son onilliklər ərzində insanların həyat şəraiti yaxşılığa doğru xeyli dəyişilmişdir. Bununla yanaşı mədəni inkişafın kölgəli tərəfləri də özünü büruzə verməyə başlamışdır.İnsanlar artıq görüb-duyurlar ki, həyatda təkcə yaxşı məişətə və maddi təminata malik olmaq əsas şərt deyil. Yaxın keçmişdə mükəmməl istirahətin etalonu, əsasən dənizə səyahət, sanatoriya, kurort və istirahət evlərində dincəlmək sayılırdı. Sözsüzki günəş,hava və su sağlamlığın möhkəmləndirilməsinin əvəzolunmaz amilləridir.Lakin, unutmaq lazım deyil ki, bunlar böyük fiziki fəallıqla əlaqələndirildikdə istənilən səmərəni verə bilər. Sağlamlığın möhkəmləndirilməsi ilə səciyyələnən və özündə bir neçə turizm növlərini cəmləşdirən kənd yaşıl turizmi və idman turizmidir.

Turizmin təşkili işi istirahət və əyləncənin ən fəal formalarından biri olmaqla yanaşı həm də bir çox sosial-iqtisadi, mədəni-siyasi və kulturoloji funksiyaların həyata keçirilməsində xüsusi əhəmiyyət kəsb edir. Turizm müasir dünyanın qlobal əhəmiyyətə malik olan, sosial və iqtisadi əlaqələrini tənzimləyən, müxtəlif ölkələr və xalqlar arasında qarşılıqlı münasibətlər yaradan, biznes maraqlarının əhatə dairəsini genişləndirən sahədir.

Zəngin insanlar hər zaman böyük binalar, sənət əsərləri görmək, yeni dillər öyrənmək, digər ölkələrin mədəniyyətini bilmək və fərqli mətbəxtlər dadmaq üçün səyahət etmişlər. Hələ keçmiş zamanlarda, Roma respublikasının dövründə bu dövlətin ərazisində zənginlər üçün Baiea adlı sahil kurortu olub .Belə ki, turist sözü 1772-ci, turizm sözü isə 1811-ci ildən işlədilir.

Turizm əsasən sosial-iqtisadi sahə kimi

XIX əsrin ortalarından inkişaf etməyə başlamışdır.

Bu dövrə qədər isə turizm fərdi gəzinti və səyahət

xarakteri daşımış, qeydiyyatı düşmədən müxtəlif

əraziləri, ölkələri gəzən adamlara “turist” demişlər.

Hal-hazırda isə turizm bütün dünya miqyasında

sosial-iqtisadi sahə kimi inkişaf etmişdir. Qeyd etmək lazımdır ki, ədəbiyyatlarda kütləvi turizmin ilk təşkilatçısı ingilis səyyahi Tomas Kuk adlı şəxs hesab olunur. O hələ 1841-ci ildə Lankasterdən Dolnqboruqa qədər dəmir yolu ilə 570 nəfərin kütləvi gəzintisini təşkil etmişdir. Bu hadisə ilə Tomas Kuk müasir turizmin əsasını qoymuşdur. O, həmçinin 1847-ci ildə səyahət və ekskursiyalar cəmiyyəti yaratmış, bir qrup zəngin ingilis vətəndaşının Aralıq dənizində səyahətini təşkil etmişdir. XIX əsrin sonunda Tоmas Kuk tərəfindən yaradılmış bu cəmiyyət 53 ölkədə fəaliyyət göstərən və 324 şöbəsi olan möhtəşəm bir konsernə çevrilmişdir. Həmin konsernin 12min əməkdaşı olmuşdur. Amerikanlar da ingilislərdən geridə qalmamış, turizm ilə məşğul olan «Amekso» adlı şirkət yaratmışlar.

Əksər turistlər, səfər etdiyi ölkələrin milli adət və ənənələri, xalq yaradıcılığı nümunələri ilə çox maraqlanırlar. Beynəlxalq turizm insanlar arasında nəinki mədəni, siyasi, iqtisadi əlaqələr yaradır, həmçinin, dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə də müsbət təsir göstərir. Bu sahədə beynəlmilləl əlamətlər milli elementlərlə zənginləşir. Sözsüz ki, bu zənginləşmə beynəlxalq mühiti daha da sabitləşdirir və turizmin azad inkişafına mane olan regional amilləri aradan qaldırır. Ümumiyyətlə, turizmin inkişafı aşağıdakı istiqamətlərdə sosial-iqtisadi və texnoloji əhəmiyyət kəsb edir:

1.Turizmin təşkili əsasında yeni iş yerləri açılır və müəssisələr yaranır.

2.Yerli əhalinin əlavə gəlir və qazanc əldə etmək imkanları meydana gəlir.

3.Yerli mallara daha çox istehsal tələbatı yaranır. Yeni bazar açılır.

4.Ölkədə turizmin inkişafının yeni infrastrukturu formalaşır. Həmçinin, bütün xidmət obyektləri, kommunal sahələr modernləşdirilir.

5.Turizmin inkişafı ilə əlaqədar olan yeni ixtisaslar və texnologiyalar meydana gəlir.

6.Ətraf mühitin qorunmasının əhəmiyyəti daha düzgün dərk olunur və bu istiqamətdə cəmiyyət tərəfindən əsaslı işlər görülür.

7.Torpağa münasibət yaxşı mənada köklü şəkildə dəyişir,ona qayğı artır.

8.Dövlət səviyyəsində səhiyyə xidməti də yeni keyfiyyət zəminində inkişaf etdirilir və dünya standartlarına uyğunlaşdırılır. Beləliklə də, cəmiyyətin həyatında əsaslı inkişaf baş verir.

Turistlərin sığınmalarıları, əylənib istirahət etməsi üçün edilən otel, motel, pansiyonlar, çimərliklər, restoran və düşərgə sahələri, əyləncə yerləri, idman və ovçuluq müəssisələri, bunların hamısı turizm qurum və ya təşkilatlarıdır. Bu təşkilatların sayı, rahatlığı, xidmət qrupunun gülərüzlülüyü, nəqliyyatın rahat olması və s. ölkəyə turist axınını artırır. Turizmi inkişaf etdirən bir başqa fakt da tarixi abidələrin bolluğudur. Köhnə şəhər xarabaları, məşhur abidələr (məscidlər, kilsələr, açıq hava tiyatroları, muzeylər və s. ...) hər zaman insanların marağına səbəb olmuşdur. Təbii ki, bunların yanında təbiət gözəllikləri də əhəmiyyətli bir maraq mənbəyidi.

BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ





Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə