Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti “BƏYƏNİLMİŞDİR” “TƏSDİq ediRƏM”



Yüklə 101,7 Kb.
tarix17.06.2018
ölçüsü101,7 Kb.
#54026


AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ

Aautoshape 2ZƏRBAYCAN TİBB UNİVERSİTETİ
BƏYƏNİLMİŞDİR” “TƏSDİQ EDİRƏM”

Azərbaycan Tibb Universitetinin Azərbaycan Tibb Universitetinin

Tədris-metodik və informasiya Mərkəzi Metodik Komissiyasının

şöbəsinin müdiri sədri



prof. A.İ.QURBANOV ə.e.x., prof. S.C.ƏLİYEV

______________________ _______________________

15.09.2015-ci il

Protokol № ________________

TOKSİKOLOJİ KİMYA

fənni üzrə
P R O Q R A M


BAKI – 2016

İPF-B09

Toksikoloji kimya üzrə tədris proqramı

050806-Əczaçılıq


Azərbaycan Tibb Universitetinin

Ümumi və toksikoloji kimya kafedrasının müdiri,

əczaçılıq elmləri doktoru, prof. Q.B. İskəndərovun

redaktəsi ilə kafedranın əməkdaşı prof. E.A. Qarayev

tərəfindən tərtib edilmişdir.
Rəy verənlər: 1. Prof. Mövsümov İ.S., Azərbaycan Tibb

Universitetinin Əczaçılıq kimyası kafedrası.

2. Dos. Marinçenko L., Həkimlərin təkmilləşdirilmə

İnstitutu.



GİRİŞ
Toksikoloji kimya əczaçılıq fakültəsinin ixtisas fənnlərindən biri olmaqla zəhərli və şiddətli təsirə malik maddələrin xassəsini öyrənmək, onların orqanizm daxilində və meyitdə taleyini izləmək, müxtəlif bioloji materiallardan həmin maddələrin və onların parçalanma məhsullarının (metabolitlərinin) təcridi, vəsfi və miqdari təyini üsullarını işləyib hazırlamaq kimi vacib məsələlərlə məşğul olur. Toksikoloji kimya fənninin nəzəri və əməli sahələrini mənimsəmək ali təhsilli əczaçı-bakalavrlar üçün ona görə vacibdir ki, onlar gələcəkdə məhkəmə-kimyaçı ekspert vəzifəsinin öhdəsindən bacarıqla və daha səriştəli şəkildə gələ bilsinlər.

Müasir şəraitdə insanlar öz həyat-fəaliyyətləri nəticəsində on minlərlə toksik maddələrlə rastlaşır ki, bu da xroniki və kəskin zəhərlənmələrə gətirib çıxara bilir və hətta ölümlə nəticələnir. Ona görə də bu növ patologiyanın vaxtında aşkar edilməsi və qarşısının alınması tibb və əczaçılıq sahəsində fəaliyyət göstərən mütəxəssislər üçün çox vacibdir. Odur ki, toksikoloji kimya əczaçılıq ixtisas fənnləri sırasında xüsusi əhəmiyyət kəsb edir.

Əsas diqqəti bioloji materiallarda toksik maddələr və onların metabolitlərinin aşkar və təyin edilmə üsullarının işləyib hazırlanmasına yönəltməklə, toksikoloji kimya yalnız məhkəmə-kimyəvi ekspertiza və kliniki toksikologiya sahəsində xüsusi məsələlərin müsbət həlli ilə deyil, həmçinin dopinq nəzarət, sanitar-kimyəvi analiz, bioəczaçılıq, farmako- və toksikokinetika, kliniki farmakologiya və digər sahələrdə ixtisaslaşacaq əczaçıların hazırlanmasının metodiki əsasını yaradır.

Nəhayət, toksikoloji kimyanın əczaçılıq fakültəsində öyrənilməsinin son nəticəsi tələbələrdə aşağıda göstərilən bacarığı və qabiliyyəti aşılamaqdır:



  1. Heyvan və insanların bioloji maye, tullantı və toxumalarında zəhərli maddələr və onların metabolitlərini müəyyən etmək.

  2. Maddi sübutların (xüsusilə bioloji mənşəli) ümumi və məqsədyönlü məhkəmə-kimyəvi tədqiqatını aparmaq.

  3. Kəskin zəhərlənmənin dərəcə və səbəbini müəyyən etmək məqsədilə laborator ekspress-analiz aparmaq.

Fənnin məqsədi: Əczaçılıq təhsili sistemində ixtisas fənnlərdən biri kimi tələbələrdə kimyəvi-toksikoloji analizin nəzəri əsasları haqqında bilik və təcrübi vərdişlər aşılamaqdır. Eyni zamanda xidmət sahəsinin mütəxəssisi olan kimyaçı-ekspertlərin daha səriştəli və bacarıqlı hazırlanmasını təmin etməkdir.

Tələbə nəyi bilməlidir: Zəhərli maddəlrin kimyəvi-toksikoloji analiz üsullarını tam mənimsəməli, yeri gəldikdə təcrübədə tətbiq etməyi.

Tələbə nəyə yiyələnməlidir: Kimyaçı-ekspertin gündəlik fəaliyyətində lazım gələn əməli işləri yerinə yetirməyi.

Tədris planına müvafiq olaraq toksikoloji kimya fənninin tədrisi üçün aşağıda göstərilən miqdarda saat ayrılır:



Semestr

Mühazirə

Məşğələ

Cəmi

Attestasiya

VI

6

39

45

imtahan

VII

6

39

45

imtahan

Yekun

12

78

90




Tədris planında mühazirə saatlarının miqdarı az olduğu üçün VII semestrdə oxunan mühazirələr tam kursu əhatə etməyərək problem xarakterli məsələləri araşdırmağa yönəlir.

Təcrübi məşğələ dərslərində tədqiqat obyekti kimi heyvan və bitki mənşəli bioloji material nəzərdə tutulur. Məşğələ dərslərində tələbələr əsas qrup zəhərli maddələrin bioloji materialdan çıxarılması, aşkar edilməsi və təyini üsullarını öyrənirlər. Təcrübi məşğələ dərslərində kursun əsas bölmələrinin öyrənilməsi, yoxlama işlərinin yerinə yetirilməsi, sorğu və tədqiqatın nəticələrinə verilən qiymət ilə yekunlaşdırılır. Məşğələ dərslərinin bəzilərinin müvafiq bazalarda (tibbi-ekspertiza bürosu, toksikoloji mərkəz) aparılması məqsədə uyğun hesab edilir. Bu gənc mütəxəssislərin öz gələcək ixtisaslarının əməli sahələri ilə daha yaxından tanış olmağa və mənimsəməyə imkan verir.


P R O Q R A M

Toksikoloji kimya fənni, məqsədi, vəzifələri, məzmunu. Kimyəvi-toksikoloji analiz və növləri.

Toksikoloji kimyanın digər fənnlərlə (kimya, əczaçılıq, tibb, biologiya və s.) əlaqəsi. Qısa inkişaf tarixi.

Məhkəmə kimyası toksikoloji kimyanın əsas bölməsi kimi. Məhkəmə-kimyəvi və məhkəmə-tibbi ekspertiza, onların təşkil edilməsi. Məhkəmə-kimyəvi şöbə. Kimyaçı-ekspert, hüquq və vəzifələri. Kimyəvi-toksikoloji ekspertiza sənədləri.



ÜMUMİ HİSSƏ

Kimyəvi-toksikoloji analiz obyektləri, onların növləri. Maddi sübutlar. Maddi sübutların kimyəvi-toksikoloji analizə göndərilmə qaydası və qəbul edilməsi. Kimyəvi-toksikoloji analizin xüsusiyyətləri. Kimyəvi-toksikoloji analizdə istifadə edilən reaktivlər, onlara tələbat.

Zəhər və zəhərlənmə. Zəhərlənmə növləri. Zəhərin orqanizmdə taleyi. Təsir edən amillər. Toksikokinetika. Metabolizm. I, II fazalar. Metabolizm reaksiyaları (oksidləşmə, reduksiya, hidroliz, biosintez və s.).

Kimyəvi-toksikoloji analizdən əvvəl ilkin tədqiqatlar.

Kimyəvi-toksikoloji analiz üsulları.

Zəhərli və şiddətli təsir göstərən maddələrin müxtəlif bioloji materiallardan təcrid edilmə üsulları.

Bioloji materialdan təcrid edilmiş zəhərli və şiddətli təsirə malik maddələrin təmizlənmə üsulları.

Kimyəvi-toksikoloji analizdə zəhərli və şiddətli təsirə malik maddələrin aşkar edilmə üsulları.

Miqdari analiz üsulları. Tədqiqatın nəticəsinin obyektivliyi üçün onun əhəmiyyəti.
XÜSUSİ HİSSƏ

Təcrid edilmə üsulu və təbiətindən asılı olaraq zəhərli və şiddətli təsirə malik maddələrin təsnifatı.



I. Su buxarı ilə distillə etməklə təcrid olunan zəhərli maddələr

Su buxarı ilə distillə üsulunun nəzəri əsasları: istifadə olunan qurğu, quruluşu, iş prinsipləri. Uçucu zəhərlərin təsnifatı.

1. Sianid turşusu və duzları.

Bioloji materialda sianid turşusu və birləşmələrinin kimyəvi-toksikoloji analizi, toksikoloji əhəmiyyəti, metabolizmi, orqanizmdə taleyi. Meyit materialında parçalanma və saxlanması. Acı badam toxumları. Digər təbii mənbələri.

2. Xlor üzvi birləşmələr.

Xloroform, xloralhidrat, karbon 4-xlorid, dixloretan, etilxlorid (xloretil), onların kimyəvi-toksikoloji analizi, toksikoloji əhəmiyyətləri, orqanizmdə taleyi, metabolizmi.

3. Alifatik aldehid və ketonlar.

Formaldehid, formalin. Toksikoloji əhəmiyyəti. Kimyəvi-toksikoloji analizi. Aseton və kimyəvi-toksikoloji analizi.

4. Spirtlər.

Metil, etil, izoamil spirtləri, etilenqlikol. Spirtlərin məhkəmə-tibbi ekspertiza təcrübəsi üçün əhəmiyyəti. Müxtəlif tədqiqat obyektlərindən spirtlərin təcrid edilməsi, vəsfi və miqdari təyini. Etil spirtinin tənəffüslə xaric olan havada, qanda, sidikdə və daxili üzvlərdə miqdari təyini. Etil spirtinin orqanizmdə və meyitdə saxlanması. Spirtlərin toksikoloji əhəmiyyəti.

5. Karbon turşuları.

Sirkə turşusu, toksikoloji əhəmiyyəti, kimyəvi-toksikoloji analizi. Sirkə turşusunun anhidridi.

6. Bir atomlu fenollar və törəmələri.

Karbol turşusu, krezollar, trikrezol, orto-dinitrokrezol. Onların toksikoloji əhəmiyyəti. Kimyəvi-toksikoloji analizi. Fenolun sidikdə analizi. Orqanizm və meyit materialında taleyi.



II. Minerallaşma üsulu ilə təcrid olunan zəhərli maddələr

Ümumi xarakteristikası. Bioloji materialın minerallaşmasının vacibliyinin nəzəri cəhətdən əsaslandırılması. Müasir analitik üsullarla metalların analizi. Metal zəhərlərin orqanizmin tərkib hissəsi ilə qarşılıqlı təsiri.Orqanizmdə taleyi.

Kimyəvi-toksikoloji analiz təcrübəsində tətbiq edilən ümumi və xüsusi minerallaşma üsulları, onların mahiyyəti. Minerallaşma prosesinin bəzi nəzəri əsasları. Denitrasiya və əhəmiyyəti. Atom-absorbsion spektroskopiya, induktiv əlaqəli plazmalı mass-spektrometriya üsulları.

Metal zəhərlərin ardıcıl analizi və qüsurları.

Fərdi analiz üsulu, onun nəzəri cəhətdən əsaslandırılması.

Fərdi analiz üsulunun mahiyyəti və üstün cəhətləri.



  1. Barium və qurğuşun, müvafiq birləşmələri, toksikoloji əhəmiyyəti, vəsfi və

miqdari təyini.

2. Manqan, xrom və gümüş birləşmələri, kimyəvi-toksikoloji analizi.

3. Mis, stibium və arsen, toksikoloji əhəmiyyət kəsb edən birləşmələri, onların

tətbiq sahələri. Arsenin tibbdə tətbiqi. Orqanizmdə rolu. Kimyəvi-toksikoloji

analizi və nəticənin obyektiv qiymətləndirilməsi.

4. Bismut, kadmium, sink və tallium birləşmələri və onların kimyəvi-toksikoloji

analizi.

5. Civə, onun üzvi və qeyri-üzvi birləşmələri, toksikoloji əhəmiyyəti. Civənin

qeyri-üzvi birləşmələrinin təcrid olunma xüsusiyyətləri. Kimyəvi-toksikoloji

analiz və nəticənin obyektiv qiymətləndirilməsi.

Civənin üzvi birləşmələrinin təcrid edilməsi, vəsfi və miqdari təyini, heyvan və bitki mənşəli obyektlərdə aparılan tədqiqat.

III. Su ilə təcrid olunan maddələr

Mineral turşular, qələvilər və duzlar. Toksikoloji əhəmiyyəti. Nümayəndələri (sulfat, nitrat, xlorid turşuları, qələvilər, ammonyak, nitrit duzları). Kimyəvi-toksikoloji analizinin xüsusiyyətləri. Obyektiv qiymətləndirmə.



IV. Bilavasitə bioloji materialda təyin olunan zəhərli maddələr

Qaz şəkilli zəhərlər. Dəm qazı, onun toksikoloji əhəmiyyəti. Kimyəvi-toksikoloji analiz xüsusiyyətləri. Hidrogen-sulfid və onun kimyəvi-toksikoloji analizi.



V. Xüsusi üsullarla təcrid olunan zəhərli maddələr

Halogenlər: brom, yod, xlor, xloramin. Ümumi xarakteristikası. Toksikoloji əhəmiyyəti. Kimyəvi-toksikoloji analizi.



VI. Turşulaşdırılmış su və turşulaşdırılmış spirtlə təcrid

edilən zəhərli maddələr

Bu qrup maddələrin ümumi xarakteristikası. Təcrid edilmə üsulları. Üsulların təkmilləşdirilmə sahəsində alimlərin xidmətləri. Tətbiq edilən üsulların mahiyyəti. Stas-Otto üsulu. Şvaykova üsulu. Kramarenko üsulu. Müsbət və mənfi cəhətləri. Müxtəlif amillərin – pH, həlledici, turşu, elektrolit və s. təsiri. Təcrid edilmiş maddələrin kənar qarışıqlardan təmizlənməsi və skrining aparmaqla vəsfi sübutu. Xromatoqrafiya və spektroskopiya üsullarının zəhərlərin vəsfi və miqdari analizində tətbiqi.



  1. Turş məhluldan xloroformla ekstraksiya olunan maddələr

Kimyəvi-toksikoloji analiz təcrübəsində turş mühitdən xloroformla ekstraksiyanın vacibliyi. Zəhərlərin skrining analizi.

  1. Xromatoqrafiya (nazik təbəqədə xromatoqrafiya, qaz-maye xromatoqrafiyası, yüksək effektli maye xromatoqrafiya) və spektroskopiya (UB-, İQ-, NMR- və kütlə spektroskopiyası) üsullarının zəhərlərin vəsfi və miqdari analizində tətbiqi.

  2. Salisil turşusu (natrium-salisilat, asetilsalisil turşusu, metilsalisilat, salisilamid) və barbitur turşusunun törəmələri (fenobarbital, heksenal, tiopental-natrium, benzonal, benzobamil). Kimyəvi-toksikoloji analizi. Xromatoqrafiya üsulu ilə analiz. Toksikoloji əhəmiyyəti, metabolizmi, orqanizmdə taleyi.

  1. Qələvi məhluldan xloroformla ekstraksiya olunan maddələr

Alkaloidlər, təcrid edilməsi, təmizləmə üsulları. Alkaloidlərin vəsfi analizi. Çökdürmə reaksiyaları və əhəmiyyəti. Rəngli reaksiyalar. Mikrokristallik reaksiyalar. Bioloji tədqiqat üsulları. Miqdari təyinat imkanı.

  1. Piridin və piperidin törəməli alkaloidlər: koniin, anabazin, nikotin, paxikarpin. Toksikoloji əhəmiyyəti. Kimyəvi-toksikoloji analizi.

  2. Tropan törəməli alkaloidlər: atropin, kokain, skopolamin (hiossin), hiossiamin. Toksikoloji əhəmiyyəti. Kimyəvi-toksikoloji analizi.

  3. Xinolin törəməli alkaloidlər: xinin. Toksikoloji əhəmiyyəti. Kimyəvi-toksikoloji analizi.

  4. İzoxinolin törəməli alkaloidlər: morfin, kodein preparatları (morfilonq, omnopon), papaverin, narkotin. Toksikoloji əhəmiyyəti. Kimyəvi-toksikoloji analizi. Tiryək. Mekon turşusu. Sintetik maddələr: etilmorfin-hidroxlorid (dionin), apomorfin, promedol, nalorfin, prosidol, fentanil, tramadol və s. Toksikoloji əhəmiyyəti. Kimyəvi-toksikoloji analizi.

  5. Purin törəməli alkaloidlər: kofein, teofillin, teobromin. Toksikoloji əhəmiyyəti. Kimyəvi-toksikoloji analizi.

  6. İndol törəməli alkaloidlər: strixnin, rezerpin, sekurinin. Toksikoloji əhəmiyyəti. Kimyəvi-toksikoloji analizi.

  7. Pirrolizidin törəməli alkaloidlər: platifillin, senesifillin, sarrasin. Toksikoloji əhəmiyyəti. Kimyəvi-toksikoloji analizi. Atsiklik alkaloidlər – efedrin, psevdoefedrin. Toksikoloji əhəmiyyəti. Kimyəvi-toksikoloji analizi.

  8. Əsasi xarakterli sintetik dərman maddələri və kimyəvi-toksikoloji analizi.

  1. para-aminobenzoy turşusunun törəmələri: anestezin (benzokain), novokain (prokain-hidroxlorid), dikain (tetrakain-hidroxlorid).

  2. para-aminofenol törəməsi – parasetamol.

  3. izonikotin turşusunun törəmələri: izoniazid, salyuzid (opiniozid), ftivazid, metazid.

ç) pirazolon törəmələri: antipirin (fenazon), analgin (metamizol), butadion

(fenilbutazon).

d) fenotiazin törəmələri: aminazin (xlorpromazin), diprazin (prometazin-

hidroxlorid), propazin (promazin), triftazin (trifluoperazin), etaperazin

(perfenazin), levomepromazin, meterazin (proxlorperazin maleat) və s.

e) 1,4-benzodiazepin törəmələri: xlordiazepoksid (xlozepid), diazepam

(sibazon), fenazepam, nitrazepam, oksazepam (nozepam).

9. Ürək qlikozidləri, təcridi, aşkar edilməsi və təyini. Saponinlər, kimyəvi-

toksikoloji analizi, metabolizmi.
VII. Üzvi həlledicilərlə ekstraksiya üsulu ilə təcrid edilən

zəhərli maddələr – pestisidlər

Ümumi xarakteristikası, təsnifatı, toksikoloji əhəmiyyəti.



  1. Halogenli pestisidlər.

  1. Dixlordifeniltrixlormetilmetan törəmələri (DDT). Preparatları, tətbiqi,

kimyəvi-toksikoloji analizi.

  1. Heksaxlortsikloheksan törəmələri. Heksaxloran və preparatları, kimyəvi-

toksikoloji analizi.

  1. Polixlortsiklodien törəmələri. Heptaxlor, tətbiqi, kimyəvi-toksikoloji

analizi.

  1. Fenol törəməli pestisidlər. Dinok və dinoseb, onların tətbiqi,

  2. Karbamin turşusunun törəmələri. Sevin, kimyəvi-toksikoloji analizi.

  3. Fosfor üzvi birləşmələr. Kimyəvi təbiəti, tətbiqi, nümayəndələri (metafos, tiofos, xlorofos, dixlorofos), toksikoloji əhəmiyyəti, metabolizmi, kimyəvi-toksikoloji analizi.

Mühazirə materialının mövzu planı



Mövzunun adı

Saat

1.

2.


3.
1.

2.

3.



VI semestr

Toksikoloji kimya fənni, vəzifəsi, məqsədi. Kimyəvi- toksikoloji analiz və növləri. Digər fənnlərlə əlaqəsi. Kimyəvi-toksikoloji analizin obyektləri, xüsusiyyətləri.

Tədqiqat obyektlərinin ilkin müayinəsi. Kimyəvi- toksikoloji analiz üsulları. Zəhərlərin skrining analizi.

Zəhər və zəhərlənmə, növləri. Təsir edən amillər.



VII semestr

Turşulaşdırılmış su və turşulaşdırılmış spirtlə təcrid olunan zəhərli maddələr qrupu. Tətbiq edilən üsulların xüsusiyyətləri. Kramarenko üsulu.

Barbitur turşusunun, fenotiazin və benzodiazepinlərin törəmələri.

Alkaloidlər, təmizlənmə üsulları, çökdürmə və rəngli reaksiyaları. Miqdari təyinat üsulları. Təsnifatı. Ürək qlikozidləri.



2
2


2

2

2


2



Məşğələ materialının mövzu planı



Mövzunun adı

Saat

1.

2.



3.

4.

5.



6

7.

8.



9.

10.
11.

12.

13.


14.
15.
1.

2.

3.


4.
5.

6.
7.
8.

9.

10.


11.
12.

13.

14.
15.


VI semestr

Kimyəvi-toksikoloji analizin xüsusiyyətləri. Toksikoloji kimyada işlədilən reaktivlər və onların təmizliyinin yoxlanılması. Laboratoriyada iş qaydaları. Maddi sübutların kimyəvi-toksikoloji analizə göndərilməsi və qəbulu. Kimyəvi-toksikoloji analizin ilk sınaqları. Zəhərli maddələrin bioloji materialdan təcridi, təmizlənməsi, aşkarı və təyinedilmə üsulları. Su buxarı ilə distillə etməklə təcrid olunan zəhərli madddələr qrupu. Uçucu zəhərlər.

Sianid turşusu, onun kimyəvi-toksikoloji xarakteristikası. Biomaterialdan təcridi, aşkar edilməsi və təyini. Xlor üzvi birləşmələr: xloroform, xloralhidrat, karbon 4-xlorid, xloralhodrat, dixloretan, etilxlorid, kimyəvi-toksikoloji xarakteristikası , təcridi, aşkarı və təyini.

Formaldehid, aseton, sirkə turşusu və anhidridi, kimyəvi-toksikoloji xarakteristikası, təcridi, aşkarı və təyini. Alifatik spirtlər. Etanol, metanol, izoamil spirti. Etilenqlikol. Kimyəvi-toksikoloji xarakteristikası , təcridi, aşkarı və təyini.

Fenollar, törəmələri və kimyəvi-toksikoloji analizi.

Minerallaşma üsulu ilə təcrid olunan maddələr. Ümumi və xüsusi minerallaşma üsulları. Metal zəhərlərin kimyəvi-toksikoloji analizi. Barium, qurğuşun birləşmələrinin kimyəvi-toksikoloji analizi.

Xrom və manqan birləşmələrinin kimyəvi-toksikoloji analizi.

Mis və gümüş birləşmələrinin kimyəvi-toksikoloji analizi.

Arsen birləşmələrinin kimyəvi-toksikoloji analizi.

Bismut və stibium birləşmələrinin kimyəvi-toksikoloji analizi.

Sink, tallium və kadmium birləşmələrinin kimyəvi-toksikoloji analizi.

Civə və onun birləşmələrinin kimyəvi-toksikoloji analizi.

Bioloji materialdan su ilə təcrid olunan maddələr. Mineral turşular.

Qələvi və duzlarının kimyəvi-toksikoloji analizi.

Qaz şəkilli zəhərli maddələr və kimyəvi-toksikoloji analizi. Xüsusi hallar tələb edən zəhərli maddələr.

Yekun məşğələ.



VII semestr

Turş məhluldan ekstraksiya olunan zəhərli maddələr. Xromatoqrafiya (nazik təbəqədə xromatoqrafiya, qaz-maye xromatoqrafiyası, yüksək effektli maye xromatoqrafiya) və spektroskopiya (UB-, İQ-, NMR- və kütlə spektroskopiyası) üsullarının zəhərlərin vəsfi və miqdari analizində tətbiqi.

Barbituratlar (benzonal, heksenal, tiopental və fenobarbital). Onların kimyəvi-toksikoloji analizi. Turş xassəli (salisil turşusu və törəmələri) maddələr. Onların kimyəvi-toksikoloji analizi.

Qələvi məhluldan ekstraksiya olunan maddələr. Alkaloidlər qrupu. Vəsfi və miqdari analiz üsulları. Piridin və piperidin törəməli alkaloidlərin (koniin, anabazin, nikotin, paxikarpin, lobelin) kimyəvi-toksikoloji analizi.

Tropan törəməli alkaloidlərin (atropin, kokain, skopolamin, hiossiamin) kimyəvi-toksikoloji analizi.

Xinolin və izoxinolin törəməli alkaloidlərin (xinin, morfin, kodein preparatları (morfilonq, omnopon), papaverin, narkotin) kimyəvi-toksikoloji analizi.

İndol törəməli alkaloidlərin (strixnin, rezerpin, sekurinin) kimyəvi-toksikoloji analizi.

Purin və pirrolizidinin törəməli alkaloidlərin (kofein, teobromin, teofillin) kimyəvi-toksikoloji analizi.

Əsasi xarakterli sintetik maddələrin (anestezin, novokain, izoniazid, salyuzid, ftivazid, parasetamol) kimyəvi-toksikoloji analizi.

Sorgu. Keçirilən dərslərin təkrarı.

Fenotiazin törəmələri – aminazin, diprazin, levomepromazin və onların kimyəvi-toksikoloji analizi.

Benzodiazepin törəmələri – xlozepid, nitrazepam, nozepam, diazepam və onların kimyəvi-toksikoloji analizi.

Ürək qlikozidləri və saponinlər, kimyəvi-toksikoloji analizi.

Bioloji materialdan üzvi həlledicilərlə ekstraksiya olunan zəhərli maddələr (pestisidlər ). Tərkibində xlor olan pestisidlərin kimyəvi-toksikoloji analizi. Fosfor üzvi birləşmələr və kimyəvi-toksikoloji analizi.

Fenol və karbamin turşusunun törəmələri, kimyəvi-toksikoloji analizi.

Sorğu. Yekun məşğələ.


4

4


4

4



4

2

2



2

2
2


2

2

2


2

1
4


4

4


4
4

2
2
2

2

2
2
2



2

2
1



Texniki təchizat: mikroskop, su hamamı, quruducu şkaf (termostat), sentrifuqa, xromatoqrafik kamera, çiləyici (pulverizator), su buxarı ilə qovma qurğusu.

Metodik təminat: Toksikoloji kimya sahəsində çalışan mütəxəssislər müntəzəm olaraq dərslik, dərs vəsaiti, metodiki vəsaitlər və s. üzərində çalışır və tələbələrin istifadəsinə təqdim edirlər.

ƏDƏBİYYAT



  1. İskəndərov Q.B. Toksikoloji kimya. (Dərslik) Bakı – 2012. 671 s.

  2. Abdullazadə H.A. Toksikoloji kimyaya dair vəsait. I hissə Bakı, 1978, 80 s.; II hissə Bakı, 1979, 85 s.

  3. İskəndərov Q.B. Zəhərli metal birləşmələri və onların kimyəvi-toksikoloji analizi (dərs vəsaiti), Bakı, 2006, 152 s.

  4. İskəndərov Q.B. Zəhərli üzvi maddələr və onların kimyəvi-toksikoloji analizi (dərs vəsaiti). Bakı, 2008, 331 s.

  5. Qarayev E.A. Fotometrik spektral analiz. Bakı, 2012, 101 s.

  6. Qarayev E.A. Bitki və heyvan mənşəli zəhərlərin kimyəvi-toksikoloji analizi. Bakı, 2015, 308 s.

  7. İskəndərov Q.B. Toksikoloji kimya fənninin “Bioloji materialdan üzvi həlledicilərlə ekstraksiya olunan zəhərli maddələr qrupu - pestisidlər” bölməsi üzrə müstəqil dərslərin tədris-metodik göstərişləri. Bakı , 1994, 34 s.

  8. İskəndərov Q.B. Toksikoloji kimya fənninin “Bioloji materialdan üzvi həlledicilərlə ekstraksiya olunan zəhərli maddələr qrupu” bölməsi üzrə müstəqil dərslərin tədris-metodik göstərişləri. Bakı, 1996, 39 s.

  9. İskəndərov Q.B. Dəm qazı və hidrogen sulfidin kimyəvi - toksikoloji analizi (Əczaçılıq fakultəsinin tələbələri üçün toksikoloji kimya fənnindən tədris-metodik göstərişlər). Bakı, 2002, 28 s.

  10. Плетенова Т.В. Токсикологическая химия, - М., 2008, 558 с.

  11. Крамаренко В.Ф. Химико токсикологический анализ, Киев, Высшая школа, 1982, 268 c.

  12. Лудевиг Р., Лос К. Острые отравления, М., 1983, 560 c.

  13. Оруджева К.Ф. Группа веществ, изолируемых из обьектов минерали-зацией биологического материала. Учебно-методическая разработка к лабораторно- практическим занятиям по токсикологической химии. Баку, 1997, 28 c.



Yüklə 101,7 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin